tone1
n 1. ton, avaz, intonasiya; His tone was serious Onun səsinin tonu ciddi idi; 2. mus. ton, səs; This violin has a beautiful tone Bu skripkanın gözəl səsi / tonu var; 3. ton, ifadə; səciyyə, üslub; to set the ~ ton əlavə etmək, ton vermək; 4. ümumi şərait / mühit; 5. hal, əhval, əhvali-ruhiyyə; Her answer had a friendly tone Onun cavabında bir dostluq əhval-ruhiyyəsi vardı; 6. intonasiya, modulyasiya (səsdə); 7. musiqi vurğusu; 8. tib. tonus; to give ~ qüvvət / güc vermək; muscle ~ əzələ tonusu; Exercise will improve the tone of your muscles İdman sənin /sizin əzələlərinin / əzələlərinizin tonusunu yaxşılaşdıracaq
tone2
v 1. arzu olunan ton vermək (səsə və ya boyaya); dəyişdirmək (tonu, rəngi); 2. kökləmək, sazlamaq (musiqi alətini); 3. (in, with) həmahəng / uyğun olmaq; 4. (down) yumşaltmaq (ifadəni), yüngülləşdirmək (boyam); 5. (up) gücləndirmək