Atlantika tornabeniyası
Tornabenia atlantica (lat. Tornabenia atlantica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin tornabenia cinsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.
Tallomu kollvaridir, tünd-boz rəngdə, KOH təsirindən rəngini dəyişmir. Lövhəcikləri ensizdir, enliliyi 0,6-1,5 mm-ə qədərdir, yuxarı hissəsi xovlu-kirpikcikli, şaxələnmiş, qıraqları fibrilsizdir. Apotesilərin diamteri 1–3 mm, diski çılpaq, yastı, qara rənglidir, qırağı qalın, boz rənglidir. Ağaclarda, daş üzərində olan torpaqda və qayalarda bitir.
Kolavri həyati formaya malik, mezofit, işıqsevən növdür, sporla çoxalır.
Ağdaş rayonu (Türyançay qəsəbəsi yaxınlığında), Qəbələ rayonu (Svalan kəndi yaxınlığında), Quba rayonu (Qonaqkənd yaxınlığında), Abşeron yarımadası (şüvələn qəsəbəsi, Bakı buxtası, Biləcəri stansiyası yaxınlığında), Lənkəranın dağlıq hissəsi (Lerik, Şonaçola kəndi yaxınlığında), Xaçmaz rayonu (Yalama meşəsi).