Tremor
Tremor (lat. tremor - "əsmə") — qeyri-ixtiyari, ritmik hərəkətlərdir.
Yaranma səbəbindən asılı olaraq fizioloji, serebellar (beyincik), distonik, essensial, ortostatik, Parkinsonizm, psixogen, alkoholizm, periferik neyropatiya mənşəli ola bilər. Hərəkət və postura bağlılığına görə sakitlik, postural, hərəkət, intensiyon, rubral tremor ayırd edilir.