TWIT

twit1

n 1. danlaq, məzəmmət, qınama; 2. istehza, lağa qoyma, rişxənd

twit2

v (-tt-) 1. danlamaq, məzəmmət etmək; qınamaq; to ~ a person with / about his conduct hərəkətinə / davranışına görə bir kəsi danlamaq / qınamaq; 2. rişxənd etmək, lağa qoymaq, cırnatmaq

TWISTY
TWITCH
OBASTAN VİKİ
Twitch
Twitch — Amazona məxsus Twitch Interactive şirkətinə məxsus canlı yayım platforması. Twitch-in populyarlığı onun ümumi maraq kəsb edən tərəfini tutdu. 2013-cü ilin oktyabrında vebdə 45 milyon izləyici, və 2014-cü ilin fevralına kimi isə ABŞ-də ən yüksək pik internet trafikinin dördüncü böyük mənbəyi hesab edilmişdir. Eyni zamanda, Twitch Interactive Justin.tv-nin əsas şirkəti kimi diqqət mərkəzində qaldı - Justin.tv 2014-cü ilin avqustunda bağlandı. Həmin ay bu xidmətdən Amazon-un 970 milyon ABŞ dolları qazandığı, sonra şirkətin abunə xidməti Amazon Prime ilə sinerji tətbiq olunmasına gətirib çıxardı.
Twitter
Twitter (azərb. Tvitter‎) və ya dəyişdirilmiş adı ilə X (azərb. İks‎) — onlayn sosial şəbəkə və mikroblogging xidmətləri təklif edən sayt. Onun vasitəsilə istifadəçilər 140 işarəlik "tvit" adlandırılan mətn sms-ləri göndərə bilirlər. Twitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılmışdır. Qısa müddətdə sürətlə məşhurlaşan Twitterin, 2012-ci ildə 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və gündəlik 1,6 milyard axtarışı olmuşdur. Təqdim edildiyi dövrdən, Twitter dünyada ən çox ziyarət edilən on saytın siyahısına daxil olmuş və "İnternetin SMS-i" kimi tanınmışdır. Hətta qeydiyyatdan keçməmiş istifadəçilər də, göndərilmiş tvitləri oxuya bilirlər. Twitter Inc. San-Fransiskoda yaradılsa da, onun server və ofisləri Nyu-York, Boston və San-Antonio şəhərlərində də vardır.
Twitter-də bitcoin fırıldaqçılığı, 2020
15 iyun 2020-ci ildə saat 20:00–22:00 iradələrində 130 məşhur şəxsin hesabı bitcoin fırıldaqçılığı etmək üçün ələ keçirilmişdir. Hesabların oğurlanması sosial mühəndislik yolu ilə baş tutmuşdur. Fırıldaqçılar tərəfindən paylaşılmış tvitlərdə "müəyyən kiptovalyuta adreslərinə pul göndərdikləri təqdirdə, həmin pulun iki qatı onlara geri qaytarılacaqdır" mesajı yer alırdı. Tvitlərin paylaşılmasından bir neçə dəqiqə sonra kriptovalyuta adreslərinə 320 pul transferi gerçəkləşmişdir. Mesajlar Twitter işçiləri tərəfindən silinənə qədər 110.000 ABŞ dolları dəyərində bitcoin göndərilmişdir. Hadisənin səbəbkarları Twitter-in xüsusi işçiləri və FTB tərəfindən axtarılır.
İlon Maskın Twitter-i satın alması
ABŞ sahibkarı İlon Mask əvvəlcədən Twitter-in səhmlərinin 9,1 %-ni 2,64 milyard ABŞ dolları qarşılığında satın aldıqdan sonra 14 aprel 2022-ci ildə şirkəti tamamilə satın almaq üçün 43 milyard ABŞ dolları təklif etdi. Twitter daha sonra Maskı idarə heyətinə qatılmağa dəvət etdi. Mask bu dəvəti əvvəlcə qəbul etsə də, sonradan fikrini dəyişdi. Şirkət nəhayət aprelin 25-də Maskın 44 milyardlıq təklifini qəbul etdi. Satış 2022-ci ilin may ayından etibarən səlahiyyətlilər və səhmdarlar tərəfindən təsdiq edilməyi gözləyir. Bəzi Twitter səhmdarları bunu "bazar manipulyasiyası" adlandıraraq Maskı məhkəməyə veriblər. İlon Mask bu mövzuda ilk tvitini 2010-cu ilin iyun ayında şəxsi Twitter hesabında paylaşmışdır. Bu 2017-ci ildə paylaşdığı tvitlə davam etdi. Mask 2022-ci ilin martın 24-ü paylaşdığı tvitində "söz azadlığı" mövzusuna toxundu. Bu tvit satınalmanın prosedurunun əsas mərhələsi idi.
Twitter-də bitcoin fırıldaqçılığı (2020)
15 iyun 2020-ci ildə saat 20:00–22:00 iradələrində 130 məşhur şəxsin hesabı bitcoin fırıldaqçılığı etmək üçün ələ keçirilmişdir. Hesabların oğurlanması sosial mühəndislik yolu ilə baş tutmuşdur. Fırıldaqçılar tərəfindən paylaşılmış tvitlərdə "müəyyən kiptovalyuta adreslərinə pul göndərdikləri təqdirdə, həmin pulun iki qatı onlara geri qaytarılacaqdır" mesajı yer alırdı. Tvitlərin paylaşılmasından bir neçə dəqiqə sonra kriptovalyuta adreslərinə 320 pul transferi gerçəkləşmişdir. Mesajlar Twitter işçiləri tərəfindən silinənə qədər 110.000 ABŞ dolları dəyərində bitcoin göndərilmişdir. Hadisənin səbəbkarları Twitter-in xüsusi işçiləri və FTB tərəfindən axtarılır.
Twitter trendləri
Twitter trendi — Twitter-də digərlərindən daha çox qeyd olunan söz, ifadə və ya mövzu. Trend mövzular ya istifadəçilərin birgə səyi nəticəsində, ya da insanları konkret mövzu haqqında danışmağa sövq edən hadisə səbəbindən populyarlaşır. Trend mövzular bəzən müəyyən məşhurların və ya mədəni hadisələrin pərəstişkarlarının birgə səyləri və manipulyasiyalarının nəticəsidir. Twitter, məhdud müvəffəqiyyətlə bu tip manipulyasiyaların qarşısını almaq üçün keçmişdə trend alqoritmini dəyişdirmişdi. Yüksək təsirli mövzulara misal olaraq San Dieqodakı meşə yanğınlarını, Yaponiyadakı zəlzələni, məşhur idman tədbirlərini və İran ilə Misirdəki siyasi üsyanları göstərmək olar. Twitter tez-tez təhqiredici olduğu iddia edilən trend heşteqlərə senzura tətbiq edir. Twitter #Thatsafrican və #thingsdarkiessay heşteqlərinə senzura tətbiq etmişdi, çünki istifadəçilər həştəqləri təhqiramiz hesab etdiklərindən şikayətlənirdilər. Twitter-in #NaMOinHyd-i trend siyahısından çıxardığı və onun yerinə Hindistan Milli Konqresinin sponsorluq etdiyi heşteqi əlavə etdiyi iddiaları var. 2019-cu ildə qlobal trendlərin 20%-nin həqiqi olmadığı, saxta və Türkiyə mənşəli hesablardan istifadə edərək avtomatik olaraq yaradıldığı müəyyən edilib. 2015-ci ildən bəri reklam və siyasi kampaniyalarla əlaqəli 19.000 açar sözün Türkiyədəki trendlərə çıxması üçün 108 min hesabdan istifadə edildiyi bildirilir.
İlon Maskın "Twitter"i satın alması
ABŞ sahibkarı İlon Mask əvvəlcədən Twitter-in səhmlərinin 9,1 %-ni 2,64 milyard ABŞ dolları qarşılığında satın aldıqdan sonra 14 aprel 2022-ci ildə şirkəti tamamilə satın almaq üçün 43 milyard ABŞ dolları təklif etdi. Twitter daha sonra Maskı idarə heyətinə qatılmağa dəvət etdi. Mask bu dəvəti əvvəlcə qəbul etsə də, sonradan fikrini dəyişdi. Şirkət nəhayət aprelin 25-də Maskın 44 milyardlıq təklifini qəbul etdi. Satış 2022-ci ilin may ayından etibarən səlahiyyətlilər və səhmdarlar tərəfindən təsdiq edilməyi gözləyir. Bəzi Twitter səhmdarları bunu "bazar manipulyasiyası" adlandıraraq Maskı məhkəməyə veriblər. İlon Mask bu mövzuda ilk tvitini 2010-cu ilin iyun ayında şəxsi Twitter hesabında paylaşmışdır. Bu 2017-ci ildə paylaşdığı tvitlə davam etdi. Mask 2022-ci ilin martın 24-ü paylaşdığı tvitində "söz azadlığı" mövzusuna toxundu. Bu tvit satınalmanın prosedurunun əsas mərhələsi idi.
Twitter (şirkət)
Twitter, Inc. — mərkəzi Kaliforniyanın San-Fransisko şəhərində yerləşən ABŞ sosial media şirkəti idi. Şirkət Twitter sosial media şəbəkəsindən əlavə əvvəllər qısa video applikasiyası olan Vine və canlı yayım xidməti olan Periscope-u işlədirdi. Twitter 2023-cü ilin aprel ayında X Holdings ilə birləşdi və müstəqil şirkət olmaqdan çıxaraq X Corp.-un bir hissəsinə çevrildi.