1. Öyrətmə, dərs vermə, oxutma, tədris. Zərdabi Azərbaycan dilində təlimə xüsusi diqqət verirdi.
□ Təlim etmək (vermək) – dərs vermək, öyrətmək.
…Balalara təlim vermək kimi uca bir vəzifəyə napaklıq yaraşmırdı.
2. Qoşun və s. nizami bölmələrdə əsgərə döyüş və silah işlətmə üsul və qaydalarını öyrətmə; əsgəri məşq. Atəş təlimi … Topçuluq təlimi.
– Böyük bir həvəslə bağlandı möhkəm; Hərbi təliminə, hərbi məşqinə.
Təlimdən yorğun-arğın və islanmış halda qayıdan əsgərlər çadırlara doldular.
□ Təlim vermək – sirk və s.-də çıxış etmək üçün heyvanlara müxtəlif hərəkətlər öyrətmək. Ayıya təlim vermək.
Təlim keçmək – təlimatçının rəhbərliyi altında məşq keçmək; öyrətmək.
Qarovul batalyonunda üç aydan artıq idi ki, təlim keçirdik.
3. Hər hansı bir sahə haqqında nəzəriyyə, nəzəri sistem, nəzəri müddəaların məcmusu.
// Hər hansı bir alimin, mütəfəkkirin əsas müddəaları, görüşlərinin məcmusu, görüşlər sistemi. H.Zərdabinin təbiət haqqındakı təlimi.