world1
n 1. dünya, aləm; kainat; the whole ~ bütün dünya / aləm; the external ~ fəls. xarici aləm; to bring into the ~ dünyaya gətirmək, doğmaq; to come into the ~ doğulmaq, dünyaya gəlmək; the ~ at large bütün dünya / aləm; the ~ over dünyada, aləmdə, bütün dünyada / aləmdə; 2. cəmiyyət; the great ~ kübar cəmiyyət; He lives out of the world O, cəmiyyətdən uzaq / kənar yaşayır; 3. müəyyən fəaliyyət dairəsi, aləm; the ~ of letters ədəbi aləm; the ~ of sport idman aləmi; 4. dünyagörüşü, həyata baxış; His world is very narrow Onun dünyagörüşü / həyata baxışı çox məhduddur; 5. d.d. çoxlu, bir yığın / topa / qalaq; a ~ of faults çoxlu çatışmamazlıq / qüsur; a ~ of money bir topa / çoxlu pul; 6. başqa planetlər; There may be other worlds out there Bizdən xaricdə başqa planetlər də ola bilər; 7. Qüvvətləndirmə məqsədilə işlənir və bu halda Azərbaycan dilinə tərcümə olunmur: What in the world does he mean? Axı o nə (demək) istəyir? 8. din. dünya, aləm; axirət; the other / the next ~ axirət dünyası; the Old World köhnə dünya (Avropa, Asiya, Afrika); the New World yeni dünya (Amerika);
◊ not for the ~ heç bir vəchlə, heç cür, heç bir vaxt, qətiyyən, əsla; ~ without end ömürlük; all the ~ and his wife istisnasız olaraq hamı; How goes the world with you ? İşlərin / İşləriniz necə gedir?; to know the ~ həyat təcrübəsi olmaq; drunk to the ~ bərk / dəhşətli dərəcədə sərxoş; So goes (wags) the world Həyat belədir; to come down in the ~ düşmək, düşkünləşmək, əvvəlki vəziyyətini itirmək; to come up / to rise in the ~ mənsəbə çatmaq
world2
adj dünya; ~ problems dünya problemləri; ~ market dünya bazarı; ~ trade dünya ticarəti; ~ outlook / view dünyagörüşü, dünyabaxışı