1. XANIM (hörmət və şərəf üçün qadınlara verilən ad) Yelpazəli xanım, fraklı serlər; Gülür toqquşduqca qədəh-qədəhə (S.Vurğun); BANU Açıldı başın, indi qıl öz dərdinə çarə; Banu hərəm oldun... (M.Ə.Sabir); QIZ (dan.) [Əbülhəsən bəy:] Zabitin birisi, namusu vəhşilər əlində olan amerikalı qıza arasıkəsilmədən nitq söyləyir.. (M.S.Ordubadi); MADAM Bir gün Əkbər evə peşkəşsiz gələndə axşamadək madam onu dindirmirdi (Ə.Haqverdiyev); MİSS Əbülhəsən bəy: Mən miss Hanna ilə bu kimi mürəkkəb bir məsələ ətrafında mübahisəyə girmək istəmirdim (M.S.Ordubadi).
2. XANIM Çox səkmədi xanım böyük bir darvazanın önündə durdu (Çəmənzəminli); XATUN/XATIN [Mərsiyəxan:] Nəcibə xatun mənim siğəyə ehtiyacım yoxdur, şəhərimizdə həm əyalım, həm də siğə kənizlərim var, – deyə mərsiyəxan əsil fikrini gizlədərək xanımın məramını anlamaq istəyirdi (Çəmənzəminli).
3. xanım bax arvad 1