1. is. Yalan danışan adam, yalan danışmağı özünə adət etmiş adam. Yalançının biridir. Yalançının sözünə inanma. –Yalançının şahidi yanında olar. ( Ata. sözü ).
Çünki o məlunların əxbarı əksər övqat nəticə bağışlayır, amma özləri yalançı və bədzatdırlar.
Doğru deyən olsaydı, yalançı usanardı; Avarə qalanlar dəxi bir söz də qanardı.
□ Yalançı çıxmaq – vədinə əməl etməmək, sözünü yerinə yetirməmək.
[Cəmilə:] Yalançı çıxmayım deyə gəldim.
2. sif. Süni, uydurma, qeyri-həqiqi, əsilsiz, saxta, doğru olmayan. Yalançı təbəssüm. Yalançı göz yaşları.
– …Atam heç şəhərli də deyil idi ki, bəylərə bazarlıq eliyə-eliyə axırda bir yalançı bəylik qazana idi.