YUNUSƏLİ
YUSİFƏLİ
OBASTAN VİKİ
Yusif
Yusif — ad. Yusif Səmədoğlu — Azərbaycanın xalq yazıçısı. Yusif Cəfərov — İkinci Qarabağ müharibəsi şəhidi.
Yusif Salman Yusif
Yusif Salman Yusif (ərəb. يوسف سلمان يوسف‎; təxəllüsü Fahid (ərəb. فهد‎; 19 iyul 1901, Bağdad – 14 fevral 1949, Bağdad) — İraq inqilabçısı. == Həyatı == Yusif Salman 1904-cü ildə Bağdadda kasıb, lakin nisbətən tə'min olunmuş ailədə doğulmuşdur. Onun atası bütün uşaqlarının təhsil almasına çalışırdı. Lakin Yusif Bağdadda ancaq ibtidai məktəbi qurtardı. Atası öldü, işləməyə getməyə məcbur oldu. Bu hadisə 1917-ci ilə Rusiyada Böyük Oktyabr sosialist inqilabı baş verdiyi, İraqda isə türk müstəmləkəçilərinin yerinə ingilis müstəmləkəçilərinin gəldiyi zamana təsadüf etmişdi. Bağdadda Britaniya qoşunlarının komandanı general Mod çıxış edərək demişdi: "Biz bura istilaçı kimi yox, xilaskar kimi gəlmişik". Lakin tezliklə iraqlılara aydın oldu ki, bu sözlər alçaq boşboğazlıqdan başqa bir şey deyil.
III Yusif
III Yusif atasından sonra paşa olmuşdu. 1744-cü ildə II İrakli tərəfindən məğlub edilərək öldürülmüşdür. Yerinə qardaşı Hacı Əhməd paşa keçmişdir.
II Yusif
II Yusif - Ahalsıx paşası, I Aslanın böyük oğlu idi. 1679-cu ildə V Baqratın İmeretiya çarlığını geri almasında köməkçi olmuşdu. 1683-cü ildə isə XI Georginin xahişi ilə IV Aleksandrı İmeretiya taxtına gətirmişdi. Ölümündən sonra yerinə qardaşı Səlim paşa gəldi.
I Yusif
I Yusif - Səfər paşanın oğlu. 12 il paşalıq etmişdir. Mesxetiyanın müsəlmanlaşdırılması işi ilə məşğul olmuşdur. Yerinə Rüstəm paşa gəlmişdir.
Katolikos Yusif
Katolikos I Yovsep — Albaniyanın XXIII katolikosu. Katolikos Anastasdan sonra kürsüyə çıxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Yusif Amaras yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir ki, onun beşinci taxt ilində erməni təqviminin iki yüzüncü ili tamam olmuşdur.
Miri Yusif
Miri Yusif (əsl adı: Mirbabayev Miryusif Mirheydər oğlu; 27 oktyabr 1977, Bakı) — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam, Azərbaycanın xalq artisti (2019). == Həyatı == Mirbabayev Miryusif Mirheydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Valideynləri Mirbabayev Mirheydər Mirhüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır. Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mirbağır Mirheydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mirheydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur. == Şəxsi həyatı == Miri Yusif məktəb illərindən sonra ABŞ-yə gedir. Miri Yusif burada bir çox işdə çalışır.
Mirzə Yusif
Mirzə Yusif Qarabaği
Qara Yusif
Qara Yusif və ya Əbu Nəsr Qara Yusif Noyon ibn Məhəmməd Barani (tam adı : Cəmaləddin Qara Yusif ibn Məhəmməd), 1355, Ərciş — 13 noyabr, Təbriz, Saidabad — Qaraqoyunlu Tayfa ittifaqı başçısı (1388-1420) Qaraqoyunlu dövlətinin 2-ci sultanı (1418-1420), Əcəm padşahı, dövlət xadimi və sərkərdə. Qaraqoyunlu tayfa birliyinin 2-ci baçısı Qara Məhəmmədin oğlu. Qaraqoyunlu Azərbaycan dövlətinin yaradıcısıdır. == Arxa plan == Qaraqoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürürdülər. Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkir idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni etnik qrupa mənsub olub, ünsiyyət vasitələri Azərbaycan dilinin cənub ləhcəsi idi. Bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu ehtimal edilir. Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının zəmanəmizədək çatdığı məlumdur. Qaraqoyunluları və Ağqoyunluları təşkil edən tayfa və boyların bu əraziyə Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağlayırlar, lakin onların Azərbaycana və Qərbi İrana köçməsini daha erkən dövrə (VIII–IX əsrlər) aid etməyə müəyyən əsasımız vardır. Ehtimal etmək olar ki, həmin etnik qruplar monqol işğalı dövründə Azərbaycan və İrandan qərbə doğru hərəkət etməyə məcbur olmuş, Kiçik Asiya, İraq və Suriyada məskunlaşmışdılar.
Sami Yusif
Sami Yusif (21 iyul 1980, Tehran) — Azərbaycan əsilli britaniyalı müğənni, bəstəkar, əsasən islami mahnılar müəllifi və ifaçısı. == Həyatı == Sami Yusuf, Azərbaycan əsilli İngilis müğənni-söz yazıçısı, bəstəkar, prodüser və müvəffəqiyyətli bir musiqiçilər. Doğuşdan musiqilə güclü bir bağa malikdir; imtiyazlı bir musiqi mənşəyinə əlavə olaraq Dünyanın ən prestijli musiqi institutlarında biri olan Londondakı The Royal Academy of Music də daxil olmaq üzrə bir çox tanınmış bəstəkarlar musiqi təhsili almışdır. "Musiqi onun taleyi" sözü sürpriz olmayan, inamla reallaşacaq bir öngörüydü. Sami, çox kiçik yaşda piano, skripka, tar, Tombak, santur, dəf, tabaq və ud daxil olmaq üzrə bir çox musiqi aləti çalmağı öyrəndi. Musiqi sahəsində bir iz buraxmaq üçün dərin bir tutku bəsləmişdi ki, bunu özün bəstələdiyi, nəşr etdiyi və söylədiyi, ilk albomu Al-Muallim'i çıxararaq reallaşdırmış oldu. İngilis-müsəlman bir gənc birdən Misir və Türkiyə kimi ölkələrin şəhərlərində danışılacaq vəziyyətə qədər gəldi. Albom yalnız 3 milyonun üzərində satılmaqla qalmadı ayrıca ona Orta Şərq, Şimali Afrika və Cənub-Şərqi Asiya millətlərindən böyük bir takipçi kütləsi qazandırdı. Pərəstişkarları arasındakı gənclər, gözəl və xoşuna gələn ədəbiylə təsirləndikləri Saminin gördükləriylə ona bir lider kimi qibtə edirlər. Pərəstişkarları Saminin musiqisinin onların həyatlarını daha yaxşıya doğru dəyişdiyini söyləməkdən də çəkinməməktələr.
Soltan Yusif
Yusifov Soltan Sərdar оğlu (Soltan Yusif) (1935-2003) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Soltan Yusif 29 noyabr 1935-ci ildə Qaryagin rayonunun Kərimbəyli kəndində anadan olub. Erkən yaşlarından eşitmək qabiliyyəti itirib. Kərimbəyli kənd 7 illik orta məktəbi bitirib, bir müddət kənddə qalıb kolxozda işlədikdən sonra Bakıya gələrək karlara məxsus axşam fəhlə-gənclər məktəbinin 8-ci sinfində təhsilini davam etdirib, gündüzlər çəkmə tikməklə məşğul olaraq axşamlar dərsə gedib. Atasının vəfat etməsi, böyük qardaşının hərbi xidmətdə olmağı və sonra Neft Sənaye İnstitutunda oxumağı, anası Güllər xanımın evdar qadın olması onu işləmək məcburiyyəti qarşısında qoyub. Bununla belə 8-ci sinifdə dərslərindən əla qiymətlər aldığı üçün yanvar imtahanından sonra komissiyanın qərarı ilə onu 8-ci sinifdən 10-cu sinifə keçiriblər. Dərsliklər ayrı, fənnlər ayrı olsa da, çətinliyə baxmayaraq, o, əlaçı olaraq qalıb. Orta məktəbi bitirdikdən sonra sənədlərini N.K. Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun qiyabi Mədəni-maarif şöbəsinə verib. Texnikumu bitirəndən sonra Karlar cəmiyyətinin Bakı şəhər şöbəsinin sədri, Azərbaycan Karlar Cəmiyyətinin mərkəzi idarə heyətinin sədri, sədr müavini, direktor müavini, direktoru, hüquqşünası vəzifələrində işləyib, özünün təşəbbüsü ilə nəşrə başlamış cəmiyyətin orqanı "Bizim həyat" qəzetinin şöbə müdiri, sonra isə baş redaktoru olub. Soltan Yusifin 7 şeirlər və poemalar kitabı nəşr edilib, şeirlərinin çoxu müxtəlif dillərə çevrilib.
Tofiq Yusif
Tofiq Yusif (azərb. Hüsеynov Tofiq Yusif oğlu‎; 5 aprel 1950, Xoruzlu, Mirbəşir rayonu – 29 noyabr 2021, Tərtər) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, "Tərəqqi" medalı, "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laurеatı, "Yeni Tərtər" qəzetinin redaktoru (2005–2021) == Həyatı == Tofiq Yusif 5 aprel 1950-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. 1957–1960-cı illərdə Xoruzlu kənd orta məktəbində oxuyub. Orta məktəbi Dərələyəz mahalının Qovuşuq kəndində medalla bitirib. 1967–1974-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda oxuyaraq mühəndis-elektrik, 1981–1983-cü illərdə Marksizm-Leninizm İnstitutunun fəlsəfə şöbəsində oxuyaraq ali siyasi təhsil alıb. 1970–1975-ci illərdə müəllim işləyib. 1977–1985-ci illərdə hərbi sənayedə çalışıb. Sonralar partiya, sovet, xalq nəzarəti orqanlarında fəaliyyət göstərib. Azərbaycan Jurnalistlərinin V və VI qurultaylarına nümayəndə seçilib. Tərtər bələdiyyəsinin üzvüdür.
Yusif Kərimov
Yusif Kərimov (nasir) — nasir, publisist. Yusif Kərimov (neftçi) — Azərbaycan neftçisi. Yusif Kərimov (mühəndis) — Azərbaycan-Sovet elektrik mühəndisi, Azərbaycanın hidro-elektrik sənayəsinin banilərindən biri.
Yusif Mirbabayev
Mirbabayev Yusif Abbas oğlu (Miryusif Mirabbas oğlu Mirbabayev; d. 1889, İrəvan — ö. 1951, Bakı) — filologiya elmləri namizədi, Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru. Lüğətin bir hissəsinin müəllifi və elmi redaktoru. == Həyatı == Miryusif Mirbabayev 1889-cu ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvan ziyalılarınnın tanınmış nümayəndələrindən olan Mirabbas Mirbabayev İrəvan şəhər Dumasının üzvü olmuşdur. Miryusif Mirbabayev ilk təhsilini İrəvan rus-tatar məktəbində və gimnaziyasında almışdır. O, 1916-cı ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra M. Mirbabayev Azərbaycanın İrəvandakı diplomatik nümayəndəliyində öncə katib əvəzi, sonra katib işləmişdir. Miryusif Mirbabayev 1918–1920-ci illərdə İrəvan Müsəlman Milli şurasının üzvü kimi, ermənilərin İrəvan quberniyasında törətdikləri qırğınların qarşısının alınması üçün həm Azərbaycanın, həm Ermənistanın xarici işlər nazirliklərinə, həm də Cənubi Qafqazdakı müttəfiq qoşunların komandanlığına müraciətlər etmişdir.
Yusif Mirişli
Yusif Ramiz oğlu Mirişli (3 may 1966, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, professor (2014), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1993). == Təhsili == Yusif Ramiz oğlı Mirişli 3 may 1966-cı ildə görkəmli Azərbaycan bəstəkarı Ramiz Mirişlinin ailəsində anadan olub. 1973-1984-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində təhsil alıb. 1991-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası(Bakı Musiqi Akademiyası) Bəstəkarlıq sinfini (Prof.Arif Melikov) bitirib. Daha sonra 1991-1993-ci illərdə Bəstəkarlıq fakültəsində aspirantura təhsili alıb. == Ailəsi == Bəstəkar Ramiz Mirişlinin oğludur. Bəstəkar Nazim Mirişlinin qardaşıdır.
Yusif Miroğlu
Yusif Miroğlu — Dəli ürək serialının baş qəhrəmanıdır. Obraz Kənan İmirzalıoğlu tərəfindən canlandırılmışdır. Hələ də hərbi xidmətini davam etdirən Yusuf bir gün məzuniyyət almaq üçün yaşadığı İstanbula gəldiyi zaman hərbi maşına qarşı həyata keçirilən terror hücumunun ortasında qalır. Sağlam düşüncəsi və qəhrəmanlara xas olan instinktiv reflekslə hərəkətə keçərək, hərbi bacarıqlarından və təcrübəsindən istifadə edərək hücumu həyata keçirən terrorçulardan birini tutur və silahını ələ keçirir, digərlərini silahı yerə qoymağa çağırır, lakin bu çağırışa qulaq asmayıb onu nişan alan başqa bir terrorçunu başından vuraraq öldürür. Bu hadisə ölkənin gündəminə çevrilir və onun adı bütün ölkəyə yayılaraq məşhurlaşır. Bundan sonrakı müddətdə baş verən ardıcıl proseslər Yusuf Miroğlunu Birim adlı rəsmi məxfi xidmətin özünəməxsus xüsusi layihəsində işə götürmək üçün axtardığı istedadlı şəxsə və qəddar insanlardan zərər görən məzlumların müraciət etdiyi ümumxalq qəhrəmanına çevirəcəkdir. Serial ümumilikdə ölkədəki cari problemlərə işıq salmış və bu personaj da həmişə bu problemlərin bir ucunda özünü tapmış və mafiya başçıları, dərin dövlət məmurları, rəsmi dövlət məmurları və hətta müxtəlif məxfi xidmət əməkdaşları ilə mübarizə aparmaq məcburiyyətində qalmışdır. Yusuf Miroğlu, öz adamları Bozo Sabri və Cihan ilə birlikdə serialın 113-cü final bölümündə Cek adlı düşməni tərəfindən anqarda pusquya salınaraq öldürülmüşdür.
Yusif Mirzə
Yusif mirzə (Qaraqoyunlu)
Yusif Mirzəyev
Yusif Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1958-ci il 23 may Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdur. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirmişdir. 1988-ci illərdə Xalq Hərəkatına qoşulur. 90-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilir. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnir. 1 uşaq atası Yusif könüllü olaraq cəbhəyə yollanır. == Döyüşlərdə iştirakı == Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edir. Qısa zamanda taborun ən adlı sanlı döyüşçüsünə çevrilir. Yusif 14 nəfərlik dəstə ilə əksər döyüşlərdə iştirak edir.
Yusif Musabəyov
Yusif Süleyman bəy oğlu Musabəyov (10 aprel 1910, Tiflis – 8 may 1970, Yaroslavl) — Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, 1966-cı ildə Parisdəki Beynəlxalq Elmi-Tarixi və Fəlsəfə Akademiyasının müxbir üzvü. == Həyatı == Yusif Süleyman bəy oğlu Musabəyov 10 aprel 1910-cu ildə Tiflis şəhərində anadan olub. Əslən Qəbələ bölgəsindəndir. O, Yaroslavl Texnologiya İnstitutunun üzvi kimya kafedrasının yaradılmasına və inkişafında iştirak etmişdir. Musabəyov Beynəlxalq Təbiətşünaslıq və Fəlsəfə Tarixi Akademiyasının (Paris, Fransa) müxbir üzvü, üzvi kimya kafedrasının əvəzsiz rəhbəri, Yaroslavl Texniki Universitetinin texnologiya fakültəsinin dekanı, kimya elmləri doktoru və professor olmuşdur. Yusif Musabəyov 8 may 1970-ci ildə Yaroslavlda vəfat edib. Həmin şəhərdə onun şərəfinə xatirə lövhəsi ucaldılmışdır.
Yusif Mustafayev
Yusif Höccət oğlu Mustafayev (15 sentyabr 1955, Hacıismayıllı, Astraxanbazar rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti. == Həyatı == Yusif Mustafayev 1955-ci ildə Cəlilabad rayonun Hacıismayıllı kəndində anadan olmuşdur. Uşaqlıqdan, musiqi ilə yaxından tanış olmağa başlayır və 80-cı illərdən toy-şadlıq məclislərinə dəvətləri almağa başlayır. Xalqının ona rəğbət qazandıracağı mahnıları yazıb, oxuyur. Repertuarında xalq mahnıları, bəstəkar mahnıları və muğam təsnifləri üstünlük təşkil edir. Hazırda sənətini davam etdirməkdədir. 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti adına layiq görülüb. Evlidir. 3 övladı vardır.
Yusif Muxtarov
Yusif Mehdi oğlu Muxtarov — aktyor və teatr xadimi. == Həyatı == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor vəzifəsi ilə başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1991-ci ildə ona Əməkdar artist fəxri adı verilib. 1992-ci ildən 2010-cu ilədək Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olmuşdur. Yusif Mehdi oğlu Muxtarov bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Onlardan Nazim Hikmətin «Qəribə adam», M.Y. Lermontovun «İki qardaş», Səməd Vurğunun «Vaqif», Sabit Rəhmanın «Xoşbəxtlər», Nazim Hikmətin «Bayramın ilk günü», Mar Bayciyevin «Duel», Çingiz Aytmatovun «Qırmızı yaylıqlı qovağım mənim», İlyas Əfəndiyevin «On iki manatlıq lüstr», «Söyüdlü arx», televiziya tamaşalarında və Azərbaycan kinostudiyasında çəkilən «Baladadaşın ilk məhəbbəti», «Gecə qatarında qətl» filmlərində yaddaqalan obrazlar yaratmışdır. Azərbaycan radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılmaqdadır. Azərbaycan dilində tərcümə filmlərin səslənməsində onun səsi ilə mindən artıq film səsləndirilib.
Yusif Müsküri
Yusif Müsküri – mənşəcə Azərbaycan türklərindən olan xəlvəti şeyxlərindən biri, sufi şairi. == Həyatı == Yusif Müskürinin tam adı Yusif ibn Əli əl-Fazil əl-Hüseyni, künyəsi Əbül-Füyuzat, ləqəbi Ziyaəddindir. Qarabağdan Şirvana köç etmiş ailədə dünyaya göz açmışdır. Atası Şirvanın tanınmış alimlərindən biri olmuşdur. Elmi təhsilini əvvəlcə atasından almış, 9 yaşında qiraəti-səba və aşərə ilə Quranı hifz etmiş, həddi-büluğa yetişəndə dərs deməyə başlamışdır. Daha sonra həccə gedərək Misir, Qüds, İskəndəriyyə, Şam və Bağdadda olmuşdur. Buradakı alimlərdən hədis, təfsir və fiqh elmlərini təhsil etmiş, əqli və nəqli elmlərdə dövrün önəmli alimi olmuşdur. Daha sonra Şirvanın mərkəzi Şamaxıya dönüb elm tədrisi ilə məşğul olmuşdur. Yusif Ziyaəddin Məxdum Azərbaycan mənbələrində Yusif Müsküri olaraq qeyd edilir. Bakıda (Əlyazmalar fondunda) qorunan və ona aid edilən "Bəyanül əsrar lit-talibin" və "Silsilətül-uyun" adlı əlyazma əsərlərində adı Yusif əl-Şirvaniəl Müsküri kimi qeyd edilib.
Yusif Məcidzadə
Yusif Məcidzadə (farsca:یوسف مجیدزاده, d.1938, Təbriz) — azərbaycanlı arxeoloq və Özbəki, Qəbristan və Ciruft qazıntılarınnı rəhbəri və Tehran Universitetinin keçmiş müəllimi. == Həyatı == 1938-ci ildə Təbriz şəhərində anadan olmuşdur. İran İslam İnqilabından Tehran Universitetindəki müəllimlik vəzifəsindən istefa vermiş və Fransaya köçmüşdür. Hal-hazırda da orada yaşayır. == Fəaliyyəti == Arxeoloq olan Yusif Məcidzadə İranda Özbəki, Qəbristan və Ciruft arxeoloji qazıntılarına rəhbərlik etmişdir. İranın ən məşhur arxeoloqlarındandır. === Ciruft mədəniyyəti === Ciruft mədəniyyəti və ya Ciruft kültürü- Erkən tunc dövrünə (e.ə. 3-cü minillik) aid arxeoloji mədəniyyəti olaraq qarşıya qoyulmuşdur ki, indiki İranın Sistan və Bəlucistan və Kirman ostanlarında yerləşir. Bu mədəniyyətdə aparılan arxeoloji qazıntılara Yusif Məcidzadə rəhbərlik etmişdir. Bu qazıntılar və aparılan araşdırmaların yekunu kimi Ciruft: Şərq sivilizasiyasının beşiyi əsərini yazmışdır.
Yusif Məhəmmədbəyov
Məmmədbəyov Mirzə Yusif xan Məhəmməd xan oğlu (1866, Təbriz – 1934, Təbriz) — Qarabağ xanları nəslindən gələn azərbaycanlı dövlət xadimi, mühəndis, Azərbaycan Xalq Cümhuriyyəti Yollar, Poçt və Teleqraf nazirinin müavini. == Həyatı == Mirzə Yusif xan 1866-cə ildə Təbriz şəhərində anadan olmuşdur. Dövrünə görə yaxşı təhsil aldığı üçün Mirzə ləqəbi almışdır. 1899-cu ildə Tiflis gimnaziyasını bitirmiş, ilk öncə Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olsa da, Peterburq Yollar İnistitutundan məzun olmuşdur. Təhsili bitirdikdən sonra Cənubi Qafqaz Yollar İdarəsində çalışmış, Ağstafa və Bakı sahələrinin rəisi. olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun dövlət orqanlarında çalışmış, 1919-cu ilin mart ayından ADR-in Yollar, Poçt və Teleqraf nazirinin müavini olmuşdur. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra İrana mühacirət etmişdir. 1934-cü ildə elə orada vəfat etmişdir. == Ailəsi == Yusif xan Qarabağ xanı İbrahimxəlil xanın soyundan idi.
Yusif Məmmədov
Yusif Məmmədov (riyaziyyatçı) — alim. Yusif Məmmədov (əmək qəhrəmanı) — üzümçü, Sosialist Əməyi Qəhrəmanı. Yusif Məmmədov (əsgər) — şəhid.
Adilə Yusifova
Adilə Niyazi qızı Yusifova — Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq namizədi alimlik dərəcəsini almış professor. == Həyatı == 1956-cı il iyul ayının 30-da Bakı şəhərində anadan olmuşdur. 1975-1980-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsində, professor C. Hacıyevin sinfində təhsil almış, təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1992-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1997-ci ildə dissertasiya işini müdafiə edərək, sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır. == Pedaqoji fəaliyyəti == 1975-1999-cu illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda konsertmeystr, nəzəriyyə fənnlərindən dərs demişdir. 1991-ci ildən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim, 2006-cı ildən dosent, 2012-ci ildən professor vəzifəsində çalışır. == Əsərləri == Adilə Yusifova fortepiano ilə orkestr üçün konsert (1980), fleyta və fortepiano üçün üç miniatür (1981), qoboy və fortepiano üçün "Triptix" (1981), Azərbaycan xalq rəqs işləmələri (1981), kamera orkestri üçün beş konsert pyesi (1984), "Milli naxışlar" (1993), İ. Tapdıq və B. Vahabzadənin sözlərinə uşaq xoru, kvartet və fortepiano üçün "Bahar nağılı"-7 hissəli kantata (1993), fleyta və fortepiano üçün "Unudulmuş duyğu" pyesi (1994), simli kvartet, səs, klarnet və fortepiano üçün "Biz eyni səma altındayıq" (1997), tar və fortepiano üçün "Alov" fantaziyası (2003), R. Mirzəyevanın sözlərinə "Qadın obrazlarının siluetləri" süitası (2003), (2007), truba, violin və fortepiano üçün "Reqtaym ruhunda" (2007), soprano, tenor və fortepiano üçün "Nənə çin sandığında" süitası (2009), fortepiano üçün "İthaf" (Cövdət Hacıyevə həsr olunub (2012), R. Mirzəyevanın sözlərinə səs, simli kvartet, qoboy, balaban və fortepiano üçün "Xəyallarımdakı şəhər" fantaziyası (2014) və s. əsərlərini yazmışdır. Bundan əlavə bəstəkar N. Kərimovla birlikdə rus dilində "Azərbaycanda peşəkar təhsilin salnaməsi (1985–1995-ci illər)", musiqi təhsil ocaqlarının tələbələri üçün "Azərbaycan xalq melodiyalarının işləməsi və aranjimanı", "Azərbaycan bəstəkarlarının işləmələri" adlı kitablar, Azərbaycan və rus dillərində "Soltan Hacıbəyov.
Akademik Yusif Məmmədəliyev (film, 2005)
Akademik Yusif Məmmədəliyev qısametrajlı sənədli televiziya filmi rejissor Tahir Əliyev tərəfindən 2005-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film kimyaçı, alim Yusif Məmmədəliyevə həsr olunmuşdur. Bədii obrazları Azad Şükürov, Şəlalə Şahvələdqızı, Leyla Məmmədova və Elşən Rafiqoğlu canlandırırlar. == Məzmun == Film kimyaçı, alim Yusif Məmmədəliyevə həsr olunmuşdur. Vaxtilə SSRİ EA-nın prezidenti V. L. Komarov əbəs yerə deməmişdir : Təkcə Yusif Məmmədəliyevə görə Azərbaycanda Elmlər Akademiyası açılmalıdır.
Akif Yusifov
Akif Əli oğlu Yusifov (8 iyul 1948, Azərbaycan SSR, Qax rayonu, Almalı kəndi) — Şəki Dövlət Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Akif Yusifov 1976-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmiş və həmin ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddətdə teatrın səhnəsində qoyulmuş Azərbaycan və dünya dramaturgiyasının əsərlərində 200-dən artıq tamaşada müxtəlif maraqlı, yadda qalan obrazlar yaratmışdır. Bunlardan N. Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyasında Xudaverdi bəy, Ə. Nesinin "Toros canavarı"nda Osman, M. Kərimin "Ay tutulan gecə" əsərində – Yalsı qul, N. İbsenin "Kuklalar evində" Doktor, E.de Filipponun "Ruhlar"ında Qastoni, X. Eçeqarayın "Mahir aradüzəldənlər" pyesində Don Xuan və sairə rollarını göstərmək olar. 1977-ci ildə Bolqar dramaturqu R. Stoyanovun "Ustalar", 1978-ci ildə Macar dramaturqu Ş. Petefinin "Pələng və Kaftar", 1980-ci ildə Alman dramaturqu B. Brextin "Arturo Uİ-nin karyerası",1981-ci ildə Çex dramaturqu K. Çapekin "Ağ xəstəlik",1982-ci ildə Rumın dramaturqu M. Sebastianın "Adsız ulduz" kimi festival tamaşalarında da A. Yusifov gözəl obrazlarla tamaşaçı rəğbəti qazanmışdır. == Mükafatları == 2001-ci ildə teatrın səhnəsində qoyulmuş Hidayət Orucovun "Məni qınamıyın" tamaşasında Redaktor roluna görə "Qızıl Dərviş" mükafatına almışdır. 27 may 2018-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Çətirimiz buludlardır (film, 1976) Yük (film, 1995) Bir ovuc torpaq (film, 2009) Cavad xan (film, 2009) Yaddaş (film, 2010) Döngələr (teleserial, 2012) Qırmızı bağ (film, 2016) Bir zamanlar Şəkidə (film, 2017) (ing.
Aldanmış Kəvakib (Hekayəti-Yusif şah)
Aldanmış kəvakib ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. == Qısa məzmun == Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Altay Yusifoğlu
Məmmədov Altay Yusif oğlu (15 may 1930, Gəncə, Gəncə dairəsi – 15 iyul 2003, Gəncə) — nasir, dramaturq, ədəbiyyatşünas, mütərcim, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1971), filologiya elmləri namizədi (1964), dosent (1965). == Həyatı == Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir. === Təhsili === H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır. == Fəaliyyəti == Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır (1951-1953). Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur.
Anar Yusifov
Anar Sərxan oğlu Yusifov (9 may 1991; Sarıcalı, Ağdam rayonu, Azərbaycan — 30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Yusifov 9 may 1991-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində Sərxan Yusifovun ailəsində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra Ağdam Dövlət İqtisad Kollecinin maliyyə-kredit fakültəsində təhsilini davam etdirmişdir. Ailəli idi, 2 qızı və 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Anar Yusifov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2011-ci ildə hərbi xidmətini başa vurmuş və mülki fəaliyyətə davam etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Anar Yusifov səfərbər olunmuşdur. Hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Anar Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir.
Asiyət Yusifova
Asiyət Nəcməddin qızı Yusifova (5 dekabr 1923, İlisu – 20 dekabr 2022, İlisu, Qax rayonu) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi, Qax Rayon Komitəsinin birinci katibi və ikinci katibi, Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == 1923-cü ildə İlisu kəndində kəndli ailəsində doğulmuşdur. İlisu kənd orta məktəbini və 1952-ci ci ildə Şəki ikiillik Müəllimlər İnstitutunu 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirmişdir. 1942-ci ildə İlisu kəndində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1949-cu iləsək müəllim olaraq çalışmışdır. 1954-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. == Siyasi fəaliyyəti == Asiyət Yusifova 1950–1952-ci illərdə ildə Qax Rayon Komsomol Komitəsinin ikinci katibi vəzifəsini tutmuşdur. 1952-ci ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində şöbə müdiri, 1954-cü ildən rayon qəzetinin redaktoru, eyni zamanda Qax Rayon Partiya Komitəsində qadınlar arasında iş aparan şöbənin müdiri vəzifəsində çalışmışdır. 1958-ci ildən 1959-cu ilədək Azərbaycan KP MK-da təlimatçı vəzifəsində çalışmışdır. Asiyət Yusifova 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində əvvəlcə ikinci katib, sonra isə birinci katib vəzifəsinə seçilmişdir.
Avara (Miri Yusif albom)
== Albom haqqında == Miri Yusifin ilk solo albomudur. Albom Amerikada Everrock Records studiyasında 2006-cı ildə yazılmışdır.
Axund Yusif Talıbzadə
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az-əbcəd. یوسف طالب زاده تفلیسی‎; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib. Balkan müharibələrində və Birinci Dünya Müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb.
Azər Yusifli
Azər Nazim oğlu Yusifli (28 mart 1994, Böyük Kəsik, Ağstafa rayonu – 21 oktyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Azər Yusifli 1994-cü il martın 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. Atası — Nazim Yusifov bələdiyyə sədridir. Anası — Yeganə Məmmədova isə ibtidai sinif müəllimidir. Onun ailədə bir qardaşı olmuşdur. === Təhsili === Azər Yusifli 2000-ci ildə Ağstafa rayonunda Böyük Kəsik kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuşdur. 2011-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır. === Ailəsi === Azər Yusifli nişanlı idi. == Hərbi xidməti == Azər Yusifli 2012-ci ilin aprel ayında Ağstafa Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, 2012-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayına qədər Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Mühafizə alayının Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət eləmişdir.
Azərbaycan tarixi (Ziya Bünyadov və Yusif Yusifov)
Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) — Ziya Bünyadov və Yusif Yusifovun redaktəsilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmiş ali məktəblər üçün dərslik. == Haqqında == Dərslikdə Azərbaycanın qədim və orta əsrlər etnik tarixindən, dövlət quruluşlarından, sosial-iqtisadi və siyasi həyatından, mədəniyyətindən, dini görüşlərindən, həmçinin Rusiya tərəfindən işğal edilməsindən, regionda kapitalist münasibətlərin yaranmasından və inkişafından bəhs edilir. Əsərin girişi tarix elmləri doktoru Y. Yusifov, I fəsil tarix elmləri doktoru H. Cəfərov, II-VI fəsillər Y. Yusifov, VIII-IX fəsillər tarix elmləri namizədi R. Əliyev, X fəsil tarix elmləri doktoru V. Piriyev, XI-XIV fəsillər tarix elmlər doktoru S. Məmmədov, XV-XXI fəsillər AMEA-ın müxbir üzvü M. İsmayılov, ("Azərbaycanın işğalı" bölməsi M. İsmayılov və S. Məmmədov), XXII fəsil tarix elmləri namizədi S. Bayramzadə tərəfindən hazırlanmışdır. Kitabın rəyçiləri Bakı Dövlət Universitetinin Azərbaycanın qədim və orta əsr tarixi kafedrasının professoru Süleyman Əliyarlı, Azərbaycanın yeni və ən yeni tarixi kafedrasının müdiri Q. Bayramov və AMEA-ın müxbir üzvü İ. Babayevdir. Kitabın əsas redaktorları Yusif Yusifov və Ziya Bünyadovdur. == İstinadlar == == Mənbə == Ziya Bünyadov və Yusif Yusifov (redaktorlar). Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) (PDF). Bakı: Apastrof. 2014. == Xarici keçidlər == Azərbaycan tarixi.
Ağ Qarğa (Miri Yusif albom)
== Albom haqqında == "Ağ Qarğa" – Miri Yusifin beşinci solo albomudur.
Ağababa Yusifzadə
Ağababa Əsgər oğlu Yusifzadə (1886, Quba – 1937) — "Kommunist qəzeti"nin ikinci rəsmi redaktoru olmuşdur (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi). Klara Yusifzadənin atası. == Həyatı == Ağababa Əsgər oğlu Yusifzadə 1886-cı ildə (bəzi sənədlərə görə 1890-cı ildə) Quba şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla məktəbində almışdı. O, 1911-1916-cı illərdə Şamaxı və Quba qəzalarında müəllim işləmiş azərbaycanlı qadınlardan ibarət ilk sosial-demokrat dərnəyinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. A.Yusifzadə Alyoşa Caparidze ilə birlikdə Bakı bolşevik təşkilatından Rusiya Sosial-Demokrat Fəhlə (bolşevik) Partiyasının 1917-ci il avqustun 8-də Petroqradda keçirilən qurultayına nümayəndə seçilmişdir. Azərbaycanda Sovet Hakimiyyəti illərində Ağababa Yusifzadə Bakı qəzası inqilab komitəsinin sədri, Bakı və Şamaxı qəzalarında banditizmə və əksinqilaba qarşı fövqəladə komissar, "Kommunist" qəzetinin redaktoru (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi), Naxçıvan MSSR Ali Məhkəməsinin sədri və digər vəzifələrdə çalışmışdır. 22 avqust 1920 ildən etibarən "AzərMərkəziÇapedilmə" komissiyanin sədri olub. O, təkcə “Kommunist” qəzetinin əməkdaşları və müxbirlərinin deyil, həm də Azərbaycanın bütöv bir nəsil jurnalist kadrlarının tərbiyə edilməsi və hazırlanmasında böyük rol oynamışdır. O, eyni zamanda jurnalistika və stenoqrafiya kurslarının da direktoru idi.
Ağaəli Yusifov
Ağaəli Vaqif oğlu Yusifov (8 sentyabr 1997, Mərdəkan – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağaəli Yusifov 1997-ci il sentyabrın 8-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində anadan olub. == Hərbi xidməti == 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ağaəli Yusifov də səfərbər olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Ağaəli Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağaəli Yusifov oktyabrın 20-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xəzər rayonunun Mərdəkan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəli Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəli Yusifov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aşıq İslam Yusifov
Aşıq İslam (İslam Qara oğlu Yusifov; 1 may 1893, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 6 dekabr 1968, Kirovabad) — Azərbaycan aşığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). == Həyatı == Aşıq İslam 1893-cü ildə Nərimanlı kəndində anadan olub. 1937-ci ildə Gəncədə ilk dəfə olaraq aşıqlardan ibarət xor yaratmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. Stalin haqqındakı mahnısı ilə məşhudur. Aşıq İslam 1968-ci ildə Kirovabad şəhərində vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940 "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959 == Mənbə == Aşıq İslam // ASE, 1976. — cild.1. — səh. 513.
Bayram Yusifov
Bəkir Yusifov
Camal Yusifzadə
Camal Yusifzadə (tam adı:Camal Yusif oğlu Bağırov) — azərbaycanlı şair, dramaturq, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2006). == Həyatı == Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil almışdır (1960-1965). Tələbəlik illərində bədii yaradıcılığa başlamış, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirmişdir. Əmək fəaliyyətinə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olmuşdur (1965-1966). Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləmişdir (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olmuşdur (1972-1990). Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olmuşdur (1991-1998). 1998-ci ildən həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləmişdir. Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s.
Cavanşir Yusifli
Cavanşir Əziz oğlu Yusifli (24 sentyabr 1958, Masallı) — tənqidçi, ədəbiyyatşünas və tərcüməçi. == Həyatı == Cavanşir Əziz oğlu Yusifli 1958-ci il sentyabr ayının 24-də Masallı rayonunda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib (1986). Yardımlı rayonunda müəllim işləyib (1986-1987). 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə "M.F.Axundovun "Təmsilat"ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1991-1993-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993-1994-cü illərdə Belçikanın "Medecins sans frontieres" humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə "Cahan" jurnalında çalışıb. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur.
Cığalızadə Yusif Sənan Paşa
Cığalızadə Yusif Sənan Paşa (1544, Messina, Siciliya – fevral 1606, Diyarbəkir) — 1591–1595 və 1599–1604 tarixlərində ümumilikdə 10 il kaptan-ı dərya, III Mehmed dönəmində 27 oktyabr 1596–5 dekabr 1596 tarixlərində ümumilikdə bir ay 9 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Cığalızadə Yusif Sənan Paşa 1545-ci ildə Siciliyanın Messina şəhərində əslən Genuyalı olan məşhur Cicala ailəsində dünyaya gəlmiş, əsl adı Scipione Cicala olmuşdur. 1560-cı ildə baş verən Cərbə dəniz döyüşü əsnasında atası ilə birlikdə Osmanlılara əsir düşərək İstanbula gətirilmiş, burada dəvşirilərək Əndəruna daxil olmuşdur. Burada Yusif Sənan adını götürmüş, ailəsi ilə bağlı olaraq isə tarixi qeydlərdə Cığalızadə olaraq qeyd edilməkdədir. Yusif Sənan Paşa əvvəlcə sarayda silahdar və qapıçıbaşı vəzifələrinə gətirildi. Daha sonra yeniçəri ağalığı ilə saraydan ayrılmışdır. 1583-cü ildə vəzirliyə yüksəldi və İrəvan bəylərbəyi təyin olundu. 1585-ci ildə Təbriz və Tiflisi mühasirəyə alan Səfəvilərə qarşı güclü müqavimət göstərmiş, 1591-ci ildə kaptan-ı dərya təyin edilmişdir. Sultan III Mehmedin Əyri Səfərinə komandan olaraq qatılmış, 26 oktyabr 1596 tarixində baş tutan Xaçoba döyüşündə göstərdiyi məharətə görə sədrəzəmliyə yüksəlmişdir. Ancaq döyüş meydanından qaçan sipahi dəstələrinə verdiyi sərt cəza tədbirləri və Krım xanı II Qazi Gəray xanı vəzifəsindən azad etməsi dövlət adamları arasında narazılıqlara yol açdı.
Dağıstan Yusifov
Yusifov Dağıstan Eynal oğlu (25 iyun 1942, Gığı, Qafan rayonu – 6 oktyabr 2018, Bakı) — Azərbaycan alimi. == Həyatı == Yusifov Dağıstan Eynal oğlu 1942-ci ildə anadan olmuş, 1959-cu ildə Qafan rayon Gığı orta məktəbi bitirmiş. 1960-cı ildə Qafan şəhərində Dağ mədən texnikomuna qəbul olmuş, 1962-ci ildə həmin texnikomu bitirərək həmin şəhərdə Dağ mədən axtarış idarəsində texnik mühəndis vəzifəsində çalışmışdır. 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Geoloji Coğrafiya fakültəsinin" coğrafiya müəllimi, coğrafiyaşünas ixtisası üzrə təhsil almışdır Kənd təsərrüfatı elmləri namizədi Dağıstan Eynal oğlu Yusifov 1970-ci ildən AEAda işləyir. O, 1983-cü ildən AEA-nın Rəyasət Heyətinin qərarı əsasən Torpaqşünaslıq və aqrokimya İnstitutundan AEA-nın nəzdində yaradılmış "Məhsuldar qüvvələr və təbii sərvəti öyrənən komissiyaya keçirildi. 1989-cu ildə həmin komissiyada yaradılmış torpaq və bitkiçilik şöbəsinə şöbə müdiri seçilib. 2003-cü ildən həmin komissiya bağlandıqdan sonra AMEAnın Rəyasət Heyətinin qərarı əsasında İqtisadiyyat İnstitutunda a.e.i. vəzifəsində çalışır. 41 il müddət ərzində 131 məqalə və tezisləri, 10 monoqrafiya, 4 metodik vəsait çap edərək ölkə iqtisadiyyatının regionlarda düzgün və səmərəli istifadəsində yaxından köməklik edir. D. Yusifov Respublikanın aktual problemləri barədə müntəzəm olaraq dövrü mətbuatda, həmçinin beynəlxalq elmi konfranslarda çıxış edir.
Dinarə Yusifova
Dinarə Yusifova (13 yanvar 1958, Qutqaşen) — Azərbaycan aktrisası. == Həyatı == 13 yanvar 1958-ci ildə Qəbələdə anadan olub. Dinarə Yusifova rejissor Fərhad Yusifovun bacısıdır. == Filmoqrafiya == Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: qonaq Arxadan vurulan zərbə (film, 1977) Aşkarsızlıq şəraitində...
Dəli Yusif (film, 1975)
Dəli Yusif filmi rejissor Ətif Yılmaz tərəfindən 1975-ci ildə ekranlaşdırılmışdır. Döyüş, macəra, sevgi janrında olan bu film "Ərmanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Cüneyt Arkın, Zərrin Arbaş, Qədir Qoru, Əli Şən, Ərol Kəsgin ifa edirlər. == Məzmun == Film kəndlilərə əziyyət edən, camaatın evini əlindən alan Abbas və cüssəli, dəli Yusifin oğlu Əlinin mübarizəsindən bəhs edir == Festivallar və mükafatlar == Antalya Film Festivalı. Ən yaxşı rejissor. Qızıl Portağal mükafatı — Ətif Yılmaz Antalya Film Festivalı. Ən yaxşı film.
Elburus Yusifov
Elburus Şəmsi oğlu Yusifov (12 may 1985, Ağdam, Tovuz rayonu – 1 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elburus Yusifov 1985-ci il mayın 12-də Tovuz rayonunun Ağdam kəndində anadan olub. 1991-2002-ci illərdə N. Yusifov adına Ağdam kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı. Onun xalası oğlu — 2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid olan baş əsgər Elşad Məmmədovdur. == Hərbi xidməti == Elburus Yusifov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2020-ci ilin 12-15 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elburus Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Elman Yusifov
Elman Fərhad oğlu Yusifov (20 oktyabr 1959, Qaracallı, Qubadlı rayonu) — Azərbaycan alimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru. == Bioqrafiya == Elman Yusifov 20 oktyabr 1959-cu ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olmuşdur. 1967-ci ildə Bakı şəhəri 172 №-li məktəbə daxil olmuşdur. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini elektronika ixtisası üzrə bitirmişdir, 1999–2001-ci illərdə Qərb Universitetinin İqtisadiyyat fakültəsində beynəlxalq iqtisadi münasibətlər üzrə magistr elmi dərəcəsi almışdır. 1983–1984-cü illərdə AMEA Fizika İnstitutunun Fiziki-Kimyəvi Biologiya Sektorunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq Proseslərinin Molekulyar Genetik Əsasları şöbəsində baş laborant vəzifəsində işləmişdir. 1984–1990-cı illərdə SSRİ EA Kristalloqrafiya İnstitutunda akademik B. Vaynşteynin rəhbərlik etdiyi Zülal Kristalloqrafiyası laboratoriyasında (Moskva) stajor-tədqiqatçı və əyani aspirant olmuşdur. 1990-cı ildə Azərbaycan EA Botanika İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Aparatının İşlər İdarəsinin rəisi, Mərkəzi Aparatın Elm Şöbəsinin rəisi, ET Meşəçilik İnstitutunun direktor müavini (II Dərəcə Dövlət Qulluqcusu ixtisas dərəcəsi) vəzifələrində işləmişdir. 2005-ci ildən Azərbaycan MEA Zoologiya İnstitutunda aparıcı elmi işçi, informasiya və patent qrupunun rəhbəri, İnformasiya və innovasiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2008–2010-cu illərdə "AzGerneft" müştərək müəssisəsində baş ekoloq vəzifəsində işləmişdir.

Digər lüğətlərdə