ZAHİR-BATİN

is. [ ər. ] İç-üz, əsil, zat, mahiyyət. Zahir-batinini üzə çıxarmaq.
ZAHİR
ZAHİRDƏ
OBASTAN VİKİ
Əl-Batin
Əl-Batin (ər. الباطن) — Allahın adlarından biri. Mahiyyəti gizli olan, gözlərdən, idrak və duyğulardan əslini gizləmiş və zatı ilə batin olan deməkdir. əl-Batin adı ilə hər şeyin, daxili quruluşuna nüfuz edərək, hər şeyə, hər şeydən yaxın olandır O! Kaaf surəsi (50), 16: "... Və Biz ona şah damarından daha yaxınıq." Fatır surəsi (35), 38: "... Əlbəttə, O, ürəklərdə olanları da bilir." Qəsəs surəsi (28), 69: "Sənin Rəbbin onların sinələrində gizlində də, aşkarda da nə etdiklərini bilir." Mülk surəsi (67), 13 "Sözünüzü gizli saxlasanız da, istər açıq deyin; bilin ki, O, ürəklərdə olanları biləndir." Aləmlərin yaradıcısı əl-də Odur dostlar! Uca Rəbbim, Sən "Əvvəl" sin, Sən "Axır" sin, Sən "Zahir" sin, Sən "Batin" sın. Adlarına sığınaraq, evvelimi, ahırımız, zâhirimi və bâtınımı nurunla nurlandırmanı diləyirəm. Dualarımı qəbul eylə Allahım!
Zahir
Zahir — kişi adı. Zahir Abbas — Azərbaycan şairi Zahir Baba — Avşar Babanin xəlifələrindən.
Nur Zahir
Nur Zahir (ing. Noor Zaheer) — Hindistan solçu feminist yazıçısı. Zahir Arvind Kecrivalın rəhbərlik etdiyi Delhi Urdu Akademiyasının üzvüdür. Nur Zahir qısa hekayələri və ədəbiyyatı vasitəsilə XX əsrin mütərəqqi urdu müəlliflərindən qalan sosial-iqtisadi problemlərə diqqət yetirir. O, İsmət Çuğtayın urdu dilindəki "Hai Pairahan" memuarını ingilis dilinə tərcümə etmiş və həmçinin, 2017-ci ildə Laknauda keçirilən teatr festivalında "Kahani Ki Kahani, İsmat Ki Zabaani" tamaşasını idarə etmişdir. Zahir şifahi mədəniyyətin sənədləşdirilməsinə və Hindistanın Himaçal Pradeşində yerləşən buddist monastırlarının bərpasına töhfə vermişdir. Z̤ahīr, Nūr. My God is a Woman. India, Vitasta Pub., 2008. ISBN 9788189766528 Z̤ahīr, Nūr.
Zahir Abbas
Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas; 1 yanvar 1978, Güləbird, Laçın rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (2012). Zahir Abbas- 1 yanvar 1978-ci ildə Laçın rayonunun Güləbird kəndində müəllim ailəsində anadan olub. 1985-1995-ci illərdə orta məktəbi əla qiymətlərlə bitirərək 1996-2000–ci illərdə Azərbaycan Kooperasiya Universitetinin iqtisad fakültəsini, 2000-2002-ci illərdə həmin universitetin "ümumi iqtisadiyyat" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildən müxtəlif maliyyə qurumlarında çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 10 kitabı işıq üzü görüb. Bir neçə mahnının, o cümlədən "Sarışınım" (Nazpəri Dostəliyeva), "Bu gecə yurduma qayıdacağam" (Məhəbbət Kazımov), "Əllərin əlimə dəymir nə vaxtdır" (Baloğlan Əşrəfov), "Yuxuma gəl" (Zülfiyyə Xanbabayeva), "Quzu kəsərəm" (Rəhim Rəhimli), "Tələsmə hələ" (Zeynəb Xanlarova), "Unuda bilmədim" (Qədir Qızılsəs), "Ömrümüzün bu çağında" (Brilyant Dadaşova), "Əzizim" (İlhamə Quliyeva), "Getmisən" (Nadir Qafarzadə), "Bacara bilmirəm" (İ. Fərhadoğlu), "Hansını sevim görən" (E. Hüseynov)"O mənəm"(Damla) və s. mahnılarının sözlərinin müəllifidir. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən "Fəxri fərmanla", ADTGT tərəfindən "Fəxri diplom"la təltif edilmişdir. 2008-ci ildə "V&V Company" tərəfindən "Söz yazarı" və 2012-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.
Zahir Baba
Zahir Bağırov
Zahir Feyzullayev
Zahir Hüseynli
Zahir Manafov
Zahir Mehdiyev
Zahir Nuriyev
Zahir Rzayev
Zahir Vəlişov
Zahir məscidi
Zahir məscidi — Malayziyanın Kedah ştatında yerləşən məscid. Alor Setar şəhərində yerləşir. Məscid 1912-ci ildə tikilib. Məscid 1821-ci il Kedah-Siam müharibəsi zamanı şəhərin müdafiəsi uğrunda döyüşərək həlak olmuş döyüşçülərin xatirəsinə inşa olunub. Zahir məscidi Malay-İslam memarlığının ən gözəl nümunəsi kimi Kedahın ən fərqli memarlıq abidələrindən biri sayılır. Məscidin rəsmi açılış mərasimi 1915-ci ilin 15 oktyabrı həftənin cümə günü baş tutub. Məscidin açılışında Kedah sultanı Sultan Əbdül-Həmid Halim Şah iştirak edib. Cümə xütbəsini Tunku Mahmud oxuyub. Zahir məscidinin arxa tərəfində şəriət məhkəməsi və uşaqların məktəbəqədər təhsil müəssisəsi yerləşir. Zahir məscidi təxminən 11,558 m² sahə tutur.
Zahir Əbdürəhmanov
Zahir Əbdürəhmanov (Zahir Şahismayıl oğlu Əbdürəhmanov; 1 yanvar 1934, Göyçay – 16 sentyabr 2004, Bakı) — Azərbaycan SSR əməkdar mühəndisi (1980); Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı; Nərimanov rayon partiya komitəsinin I katibi (1981). Zahir Əbdürəhmanov 1934-cü ilin yanvar ayının 1-də Azərbaycan SSR-nın Göyçay şəhərində anadan olmuşdur. 1951-ci ildə Göyçay şəhərində orta məktəbi Qızıl medalla bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1956-cı ildə İnstitutu fərqlənmə diplomu ilə bitirərək Leytenant Smidt adına Neft Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. Mühəndislikdən baş direktor vəzifəsinədək yüksəlmişdir. Bir müddət zavodun partiya komitəsinin katibi vəzifəsində də çalışmışdır. Bakı şəhər Xalq Deputatları Sovetinin X, XIII, XIV, XV, XVI çağırış deputatı olmuşdur. 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Nərimanov rayon komitəsinin II katibi, 1981-ci ildən I katibi vəzifələrində çalışmışdır. Bir müddət "Ümumittifaq Neft Maşınqayırma" İstehsalat Birliyi rəhbərliyində, sonra isə "Qaratəkrarmetal" İB-nin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. Müxtəlif dövrdə Azərbaycan Politexnik İnstitutunda Dövlət İmtahan Komissiyasının sədri kimi gənc mütəxəssislərin hazırlanmasına öz töhfəsini vermişdir.
Zahir Əmənov
Əmənov Zahir Əbiş oğlu — azərbaycanlı jurnalist, "Cənub xəbərləri" qəzetinin baş redaktoru. Zahir Əmənov 1952-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1992-ci ildə Masallıda ilk müstəqil qəzetin - "Masallı" qəzetinin redaktoru olub. 1993-cü ildən 2003-cü ilə kimi onun təsisçiliyi və baş redaktorluğu ilə "Masallı xəbərləri" qəzeti çap olunub. 2003-cü ildə həmin qəzetin bazasında "Cənub xəbərləri" qəzetini yaradıb. Hazırda həmin qəzetin sahibidir. "Cənub xəbərləri" qəzeti 2002-ci ildə RUH Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "İlin ən mübariz regional qəzeti" elan edilib. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin keçirtdiyi müsabiqənin bir dəfə 1-ci ("Ünvanı səvh düşən ünvanlı yardımlar, yaxud sübut et ki, kasibsan"), bir dəfə isə 2-ci ("Əyalət mətbuatı və aşkarlıq") mükafatına sahib olub. Cənub bölgəsinin problemlərindən yazdığı yazılara görə 2004-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi adına mükafatına layiq görülüb.
Əz-Zahir
Əz-Zahir (ər. الظاهر) — Allahın adlarından biri.
Zahir Əliyev
Məhəmməd Zahir şah
Məhəmməd Zahir Şah (15 oktyabr 1914[…], Kabil, Əfqanıstan əmirliyi – 23 iyul 2007[…], Kabil, Əfqanıstan İslam Respublikası[d]) — Əfqanıstanın sabiq kralı (1935–1973). Məhəmməd Zahir Şah 15 oktyabr 1914-cü ildə Kabildə anadan olub. Məhəmməd Zahir Şah atasının ölümündən sonra 21 yaşında taxta çıxıb. 1973-cü ildə əmisi oğlu Məhəmməd Davud tərəfindən taxtdan devrilən kral İtaliyaya qaçıb və 29 il vətəndən kənarda yaşamalı olub. Kral öz ölkəsinə 2002-ci ildə qayıdıb. Əfqan xalqı onun hakimiyyətdə olduğu 40 ili ölkənin ən çiçəklənən dövrü hesab edirlər. 23 iyul 2007-ci ildə vəfat edib.

Digər lüğətlərdə