Zurab Ancaparidze
Zurab Ancaparidze (12 aprel 1928, Kutaisi – 12 aprel 1997, Tbilisi) – gürcü opera müğənnisi (lirik-dramatik tenor).
== Fəaliyyəti ==
Zurab İvanoviç Ancaparidze 1928-ci il aprel ayının 12-də Gürcüstan Respublikasının Kutaisi şəhərində anadan olmuşdur.
1952-ci ildə D.Andquladzenin sinfində V.Saradaşvili adına Tbilisi Konservatoriyasını bitirmişdir (D. Andquladzenin sinfini). Böyük Teatrda da işləmişdir (1959–1970).
Təhsilini bitirdikdən sonra 1952-1958-ci illərdə Z.Paliaşvili adına Tbilisi Opera və Balet Teatrının solisti olmuşdur. 1959-1970-ci illərdə Moskvada Böyük Teatrın solisti kimi çalışmış, Abesalom, Quram (“Abesalom və Eqeri”, “Latavra”, Z.Paliaşvili), Mindiya (“Mindiya”, O.Taktakişvili), German (“Qaratoxmaq qadın”, P.Çaykovski), Xoze (“Karmen”, J.Bize), Radames, Don Karlos (“Aida”, “Don Karlos”, C.Verdi), Kavaradossi (“Toska”, C.Puççini) və s. tamaşalarda əsas partiyaları ifa etmişdir.
Çexoslovakiya, İtaliya, Bolqarıstan, Fransa, Kanada, Yuqoslaviya, Rumıniya və s. ölkələrdə qastrol səfərlərində olmuşdur.
Zurab Ancaparidze 1972-ci ildə Tbilisi şəhərinə qayıtmış, V.Saradaşvili adına Tbilisi Konservatoriyasında müəllim, Ş.Rustaveli adına Teatr İnstitutunda kafeda müdiri vəzifələrində işləmişdir.