ZUR

klas. bax zor.
Bir tərəfdə görürəm qüvvəti-zur; O biri yanda bilik, fənn, şüur… Ə.Nəzmi.
Qızlara insan deyib; məxluq edir başına zur. C.Cabbarlı.

ZÚMMER
ZURNA
OBASTAN VİKİ
İnon Zur
İnon Zur (ivr. ‏‏ינון צור‏‏‎, translit. İnon Tsur; ing. Inon Zur) — İsrail və ABŞ bəstəkarı. İlkin olaraq film və teleseriallar üçün musiqi bəstələyən Zur daha sonra videooyunlar üçün musiqi bəstələməyə başlamışdır. O, "videooyun sənayesində beynəlxalq səviyyədə tanınan A dərəcəli orkestr bəstəkarlarından biri" olaraq qiymətləndirilir. Zur 50-dən çox videooyun, 15 teleserial və 10 film, eləcə də film treylerləri üçün musiqi bəstələmişdir.
Deyr əz-Zur mühafazlığı
Şəhr-i Zur (Soyuqbulaq)
Şəhr-i Zur (fars. شهرزور‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (47 ailə).
Kristian Zurita
Qovuqlu zurna
Qovuqlu zurna (Bladder pipe ing.) — Almanca Platerspiel və ya Blaterpfeife. Bir üfürmə borusu, torba və chanterin (boru üzərində barmaqları qoymaq üçün deşiklər olan) təpəsində qamış yerinin içərisinə yerləşdirilmiş ikili qamışla səsləndirilən chanterdən ibarətdir. Şişirilmiş kisənin içərisindəki qamış davamlı səslənir, və hava axınını dillə kəsmirdi. Bunun ilk olaraq nə zaman yaranması bilinməməklə birlikdə bunun 13-cü əsrdən əvvəl Avropadan gəldiyinə inanılır. Universal tuluqzurna və Renesans Krumhornu arasında aralıq mərhələ olaraq qovuqlu zurna 14–16-cı əsrlərdə formalaşdı.
Salome Zurabişvili
Salome Zurabişvili (gürc. სალომე ზურაბიშვილი, 18 mart 1952, XV arondisman) — Fransa və Gürcüstan siyasətçisi və siyasi xadimi. Gürcüstan Respublikasının 2004-cü ilin mart ayından 2005-ci ilin noyabr ayınadək Xarici İşlər Naziri olmuşdur. Gürcüstanın Mtatsminda rayonunun millət vəkilidir. 2018-ci ilin dekabrın 16-dan Gürcüstan Respublikasının 5-ci Prezidentidir. Gürcüstan Respublikası Xarici İşlər Naziri olaraq təyin edildiyi müddətdə, adı Rusiyanın Gürcüstandakı rus hərbi bazalarının geri çəkilməsi ilə əlaqələndirilir. Salome Zurabişvili, Fransadakı gürcü diasporunun sədri olmuş Levan Zurabişvilinin ailəsində, gürcü siyasi mühacirlərinin ailəsində anadan olub və böyüyüb. == Həyatı == Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə, gürcü siyasi mühacirlərin ailəsində, Fransadakı Gürcüstan diasporunun sədri Levan Zurabişvilinin ailəsində anadan olmuşdur. Levanın atası 1921-ci ildə Gürcüstandan SSRİ işğalına görə qaçan siyasi mühacirlərdən biri idi. 1972-ci ildə Salome Zurabişvili Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə Kolumbiya Universitetini, 1981-ci ildə isə Parisin Milli Təhsil məktəbini bitirmişdir.
Tuluq zurnası
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. == Tarixi və xarakteristikası == Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Yaqub Zurufçu
Yaqub Zurufçu (8 aprel 1956, Təbriz – 14 sentyabr 2021, Bakı) — əslən Güney Azərbaycanlı tanınmış vokalist və musiqiçi. == Həyatı == Yaqub Zurufçu 8 aprel 1956-cı ildə Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində ilk təhsilə başlayan Yaqub elə o illərdə Təbrizdə uşaq proqramlarında iştirak edib və məşhur "Cücələrim" mahnısı ilə həm Azərbaycanda, həm də İranda dillər əzbəri olmuşdu. 11 yaşında Azərbaycanın xalq mahnıları və bəstəkar mahnılarıyla tanış olan və onları məharətlə, şövqlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Evləri var xana-xana", "De, gülüm gəlsin, ay nənə", "Dilbər" mahnılarını ifa etmişdi. Müğənni özünün musiqiyə olan böyük həvəsini, istedadını və oxumaq istəyini hər zaman atasının bir vaxtlar Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevgisi ilə izah edirdi. == Musiqi fəaliyyəti == Tamaşaçıların, çoxsaylı musiqi həvəskarlarının xahişi ilə onu sonralar da vaxtaşırı Təbriz və Tehranın Radio və Televiziyaları öz musiqili proqramlarında çıxış etməyə dəvət edirdilər. Ailədə 8 uşaqdan biri olan gənc Yaqub musiqi ilə yanaşı sonralar daha bir sənətə yiyələnmək üçün Tehran Universitetinin iqtisad fakültəsində ali təhsil almağa başlamış, eyni zamanda Tehran Operasının xorunda öz musiqi fəaliyyətini davam etdirmişdi. [[İran İslam İnqilabı|1979-cu ildə İranda Xalq İnqilabından]] 1 il sonra — 1980-ci ildə İranı tərk edib, Almaniyaya köçməli olmuşdu. O, öz peşəkar musiqi təhsilinə Hamburq şəhərində başlamış və vokal sənəti üzrə diplomlu musiqiçi kimi daha sonra Amerikanın Florida ştatının Myami Universitetində vokal sənəti üzrə ali mütəxəssis diplomuna layiq gövülmüşdü. Hər zaman ürəyində milli musiqi sevgisi yaşadan Yaqub Zurufçunun ən böyük, müqəddəs arzusu illərlə həsrətində olduğu, qəlbində böyük bir sevgi kimi yaşatdığı Azərbaycana gəlmək idi.
Zurab Ancaparidze
Zurab Ancaparidze (12 aprel 1928, Kutaisi – 12 aprel 1997, Tbilisi) – gürcü opera müğənnisi (lirik-dramatik tenor). == Fəaliyyəti == Zurab İvanoviç Ancaparidze 1928-ci il aprel ayının 12-də Gürcüstan Respublikasının Kutaisi şəhərində anadan olmuşdur. 1952-ci ildə D.Andquladzenin sinfində V.Saradaşvili adına Tbilisi Konservatoriyasını bitirmişdir (D. Andquladzenin sinfini). Böyük Teatrda da işləmişdir (1959–1970). Təhsilini bitirdikdən sonra 1952-1958-ci illərdə Z.Paliaşvili adına Tbilisi Opera və Balet Teatrının solisti olmuşdur. 1959-1970-ci illərdə Moskvada Böyük Teatrın solisti kimi çalışmış, Abesalom, Quram (“Abesalom və Eqeri”, “Latavra”, Z.Paliaşvili), Mindiya (“Mindiya”, O.Taktakişvili), German (“Qaratoxmaq qadın”, P.Çaykovski), Xoze (“Karmen”, J.Bize), Radames, Don Karlos (“Aida”, “Don Karlos”, C.Verdi), Kavaradossi (“Toska”, C.Puççini) və s. tamaşalarda əsas partiyaları ifa etmişdir. Çexoslovakiya, İtaliya, Bolqarıstan, Fransa, Kanada, Yuqoslaviya, Rumıniya və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. Zurab Ancaparidze 1972-ci ildə Tbilisi şəhərinə qayıtmış, V.Saradaşvili adına Tbilisi Konservatoriyasında müəllim, Ş.Rustaveli adına Teatr İnstitutunda kafeda müdiri vəzifələrində işləmişdir.
Zurab Ançabadze
Zurab Vianoroviç Ançabadze (gürc. ზურაბ ვიანორის ძე ანჩაბაძე;22 aprel 1920 və ya 1920, Qaqra – 28 yanvar 1984, Suxumi) — Sovet tarixçisi, tarix elmləri doktoru, professor, Abxaziya Dövlət Universitetinin ilk rektoru. == Həyatı == Zurab Ançabadze 22 aprel 1921-ci ildə Qaqra şəhərində abxaz həkim ailəsində anadan olub. Açba-Ançabadze adlı qədim knyaz nəslindəndir. Nənə və anası meqrel zadəganları idi. Evdə həm gürcü, həm də abxaz dillərində danışılırdı. Zurab Vianoroviç Ançabadze 1938-ci ildə Suxumidə orta məktəbi bitirib. 1937-ci ildə onun valideynləri həbs olundu və o, bacısı ilə Tiflisdəki bibilərinin yanına köçdü. O, 1941-ci ildə Suxumi Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Ardınca, İvane Cavaxişvili adına Gürcüstan Tarix İnstitutunun aspiranturasında təhsil almışdır.
Zurab Avalaşvili
Zurab Avalaşvili (1876[…] – 21 may 1944, Münxen) — görkəmli gürcü tarixçisi, diplomat və Gürcüstan Demokratik Respublikasına xidmət etmiş hüquqşünas. == Bioqrafiya == Zurab Avalişvili 1876-cı ildə Avifişvili knyaz ailəsinin nümayəndəsi olarqaq Tiflisdə anadan olmuşdur. 1900-cü ildə Sankt-Peterburq Universitetini qızıl medalla və hüquqşünaslıq dərəcəsi ilə bitirmişdir, təhsilini 1901-1903-cü illərdə Sarbonnada davam etdirir. 1917-ci ildə Avalişvili təsis məclisinə seçilir, ancaq xidmətlərini Gürcüstan Demokratik Respublikasına təklif edir. 1918-ci ildə Gürcüstana qayıtdıqdan sonra Avalişvili xarici işlər üzrə baş məsləhətçi işləyir. Eyni zamanda Avalişvili 1918-1921-ci illərdə dərs dediyi 1918-ci ilin fevralında açılan Gürcüstan Dövlət Universitetinin qurulmasında iştirak edir. Hüquq təhsili aldıqdan sonra Zurab Avalişvili Gürcüstan konstitusiyasının qurulmasına böyük töhfə verir. Gürcüstanın baş diplomatı olaraq Avalişvili Almaniya ilə sıx əlaqələr qurmağa nail olur və bu da Gürcüstan Demokratik Respublikasının suverenliyinin tanınmasına səbəb olur . Avalişvili 1919-cu ildə Parisdə keçirilmiş sülh konfransında Gürcüstanı təmsil edir və burada Qərbi Gürcüstan torpaqlarının Gürcüstan Demokratik Respublikası tərəfindən mülkiyyətini müdafiə edir və Batum bölgəsinin üç hissəyə bölünməsinə, Batumi şəhərinin azad şəhər elan edilməsinə qarşı çıxır. Bu Millətlər Cəmiyyətinin nəzarəti altında olan bütün ölkələrin istifadə edə biləcəyi azad şəhər olması nəzərdə tutulur.
Zurab Caparidze
Zurab Caparidze (gürc. ზურაბ ჯაფარიძე; d. 1 yanvar 1976) — Gürcüstan siyasətçisi və Gürcüstan parlamentinin VIII çağırışının üzvüdür. Caparidze hal-hazırda müxalifətdə olan Birləşmiş Milli Hərəkat partiyasını təmsil edir. 2013-cü ilin iyununda onun namizədliyi həmin ilin oktyabrında baş tutacaq prezident seçkilərdə irəli sürülmüşdür. Caparidze Tbilisi Dövlət Tibb Universitetindən 1999-cu ildd və Gürcüstan İctimai Əlaqələr İnstitutunu 2005-ci ildə bitirmişdir. 1998-ci ildən başlayaraq o, Qərbin sponsorluğu ilə Gürcüstanda tətbiq edilən müxtəlif yardım proqramlarında iştirak etmişdir. 2005-ci ildən 2011-ci ilə qədər Gürcüstan İctimai Əlaqələr İnstitutunda dərs demişdir. 2010-ci ildən 2012-ci ilə qədər "Tabula" jurnalının müxbiri olmuşdur. Caparidzenin siyasi karyerası 2012-ci ilin oktyabrında onun prezident Mixeil Saakaşviliyə tərəf olan, lakin seçkilərdə səs çoxluğu toplaya bilməyən Birləşmiş Milli Hərəkatından parlamentə seçilməsindən başlamışdır.
Zurab Jvaniya
Zurab Jvaniya (gürc. ზურაბ ჟვანია; 9 dekabr 1963, Tbilisi – 3 fevral 2005, Tbilisi) — Gürcüstanın 4-cü baş naziri 3 fevral 2005-ci il tarixində müəmmalı şəkildə qətlə yetirilmişdir.
Zurab Karumidze
Zurab Karumidze (gürc. ზურაბ ქარუმიძე; 22 avqust 1957, Tbilisi, Gürcüstan SSR, SSRİ – 12 dekabr 2023) — gürcü yazıçı. == Həyatı == Zurab Karumidze Tbilisi Dövlət Universitetində "İngilis dili və ədəbiyyatı" təhsili alıb. 1984-cü ildə Con Don ilə bağlı disertasiya müdafiə edib. Uzun müddət Tbilisidəki XX əsr Ədəbiyyatı İnstitutunda çalışıb.
Zurab Muradəliyev
Zurab (Zürab) Cəfər oğlu Muradəliyev (25 avqust 1928, Bakı – 27 dekabr 1981, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1968–1974). == Həyatı == Zurab Cəfər oğlu Muradəliyev 1928-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə Bakı Dəmir Yolu Texnikumunu bitirdikdən sonra 1947-ci ildə sınaqçı texnik kimi başlamışdır. Yol xidməti mühəndisi, mühəndis-mexanik vəzifələrində işləmişdir. Paralel olaraq təhsil almış və 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Zurab Muradəliyev 1955-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Dzerjinski Rayon Komitəsinin, 1956-cı ildən isə Bakı Şəhər Komitəsinin katibi seçilmişdir. 1959-cu ildə o, partiya işinə — Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1961–1968-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1968-ci ilin noyabr ayından isə Azərbaycan SSR məişət xidməti naziri olmuşdur. 1974-cü ildən həyatının son günlərinədək Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində xarici-iqtisadi əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Zurab Muradəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı seçilmişdir.
Zurab Noqaideli
Zurab Temuroviç Noqaideli (gürc. ზურაბ თემურის ძე ნოღაიდელი; 22 oktyabr 1964, Kobuleti, Acarıstan Muxtar Respublikası) — Gürcüstan siyasi xadimi. 2005–2007-ci illərdə Gürcüstanın baş naziri, "Ədalətli Gürcüstan" siyasi partiyasının lideri. == Həyatı == M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1988–1991-ci illərdə Gürcüstan Elmlər Akademiyası Coğrafiya İnstitutunda çalışmışdır. 1992-ci ildə Respublika Parlamentinin üzvü oldu. 1999-cu ildə "Gürcüstan Vətəndaşlar İttifaqı" partiya siyahısı üzrə Gürcüstan parlamentinin üzvü. Parlamentin eyni adlı fraksiyasına daxil olmuşdur. Vergilər və Gəlirlər Komitəsinin sədri seçilmişdir. 2001–2002-ci illər ərzində Maliyyə Naziri idi.
Zurab Pataradze
Zurab Pataradze (gürc. ზურაბ პატარაძე; 12 fevral 1973, Batumi, Acarıstan MSSR, Gürcüstan SSR, SSRİ) — Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən) == Diplomatik fəaliyyəti == Gürcüstan prezidentinin fərmanına əsasən Zurab Pataradze 27 avqust 2018-ci il tarixindən Gürcüstanın Azəbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.
Zurab Pataridze
Zurab Aleksandroviç Pataridze (gürc. ზურაბ ალექსანდრეს ძე პატარიძე; 9 sentyabr 1928, Tiflis – 5 iyun 1982, Tbilisi) — gürcü və sovet dövlət xadimi. 1975-1982-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. == Həyatı == 1952-ci ildə Gürcüstan Politexnik İnstitutunu bitirmişdir. 1955-ci ildə Kommunist Partiyasının sıralarına qoşulmuşdur. 1952-ci ilin oktyabrından Çiatura şəhərində dağ idarəsinin növbə rəisi işləyirdi. Növbəti ilin iyununda sahə rəisi, 1957-ci ildə mədən müdiri, 1958-ci ilin mayında isə idarənin baş mühəndisi vəzifələrində çalışırdı. Nəhayət 1959-cu ildən mədən idarəsinə başçılıq etməyə başladı. 1962-ci ilin mart ayında Gürcüstan Kommunist Partiyasının Çiatura şəhəri komitəsinin birinci katibi seçildi. 1967-ci ilin sentyabr ayında Sov.İKP MK-nın təşkilati-siyasi işlərin təlimatçısı vəzifəsinə təyin olunmuşdur.
Zurab Sereteli
Zurab Sereteli — sovet və rus monumentalist rəsamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti; UNESCO-nun xoşməramlı səfiri., SSRİ xalq rəssamı.
Zurab Sotkilava
Zurab Sotkilava (gürc. ზურაბ სოტკილავა, d.12 mart 1937, Gürcüstan, Suxumi — ö. 18 sentyabr 2017, Rusiya, Moskva) — Sovet gürcü və rus opera müğənnisi (tenor), Gürcüstan SSR-in (1973) xalq artisti və SSRİ xalq artisti (1979), müəllim, Moskva konservatoriyasının professoru, Böyük teatrın solisti (1974-2017), Suxuminin "Dinamo" klubunun heyətində sabiq futbolçu (1951-1955). == Həyatı == Zurab Sotkilava 1937-ci il mart ayının 12-də Gürcüstan Respublikasının Suxumi şəhərində ziyalı ailəsində anadan olmuşdur. Eliso Turmanidze ilə evliliyindən onun iki qız övladı dünyaya gəlmişdir. 2015-ci ildə Sotkilavaya mədəaltı vəzidə bədxassəli şiş diaqnozu qoyuldu və 2017-ci il sentyabrın 18-də 80 yaşında Moskva şəhərində vəfat edib. === Uşaqlığı === Onun atası 1940-cı ilə qədər məktəbin direktoru, tarix müəllimi işləmiş; daha sonra müharibə dövründə 3 qardaşı ilə birlikdə cəbhəyə getmiş, qardaşlarından ikisi şəhid olmuşdur. Zurabın qohumlarının arasında musiqiçi olmayıb, amma anası (həkim-rentgenoloq) və nənəsi gitarada yaxşı ifa edib, oxuya bilirdilər. Müharibədən sonra anasının təkidi ilə Zurab bir müddət skripka və fortepiano üzrə təhsil almışdır. Zurab gözəl bir gələcək barədə düşünmürdü, futbolla ciddi maraqlanırdı və idman sahəsində uğur qazanmaq istəyirdi.
Zurab Xizanişvili
Zurab Xizanişvili (gürc. ზურაბ ხიზანიშვილი; 6 oktyabr 1981, Tbilisi) ― gürcü futbolçu.
Zurab Çxeidze
Zurab Amvrosieviç Çxeidze (gürc. ზურაბ ამბროსის ძე ჩხეიძე; 13 may 1930 – 13 noyabr 2007) — sovet və gürcü dövlət və partiya xadimi. 1989-cu ildə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. == Həyatı == 1930-cu il mayın 13-də Gürcüstan SSR-in Zestafoni rayonunun Şoropani kəndində anadan olmuşdur. 1954-cü ildə Gürcüstan Politexnik İnstitutunu bitirmişdir. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası MK yanında Ali partiya məktəbini qiyabi bitirmişdir. Texnika elmləri namizədi olmuşdur. 1954-cü ildən Zaporjstal zavodunda işləyirdi. İki il ərzində Xarkova köçdü və burada Ukrayna Elmi-Tədqiqat İnstitutunun kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildə vətəninə qayıtdı və Rustavi şəhərindəki Zaqafqaziya metallurgiya zavodunun metallurgiya laboratoriyasının rəisi təyin edildi.
Zuran (Sərdəşt)
Zuran (fars. ‎‎زوران‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 595 nəfər. yaşayır (105 ailə).
Zurna
Zurna — Güclü zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur. == Söz açımı == "Ney"," nay" və "surna" sözləri coğrafiyada çox geniş yayılıb.. Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir. == Coğrafiyası və tarixçəsi == Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, bu alətlərin təxminən üç min il yaşı vardır. == Quruluşu == Əsasən ərik, qoz və tut ağacından yonularaq hazırlanır. Gövdənin baş tərəfinə maşa taxılır. Ümumi uzunluğu 302–317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60–65 mm-ə çatır.
Zurnabad
Zurnabad — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1897–ci ildə burada Zemstvo məktəbi açılmışdır. 1912-ci ilin fevralında Zurnabadda poçt-teleqraf stansiyası işə düşmüşdür Zurnabad kəndinin cənubunda XII əsrə aid Zurnabad qalası (İnventar nömrəsi 4290) yerləşir. Bundan başqa orta əsrlərə aid yerli əhəmiyyətli köhnə qəbiristanlıq da abidə kimi qorunur. Zurnabadda həmçinin erkən orta əsrlərə aid qaya üstündə inşa edilən alban kilsəsi də var. Ehtimallara görə, kilsə böyük monastır kompleksinin mərkəzi olub. Lakin 1139-cu ildə baş verən zəlzələ tikilinin bir qisminin dağılmasına səbəb olub. Kilsədən təxminən 50-60 metr hündürlükdə 13-cü əsrə aid daha bir alban məbədi ucalır. Məbəd qərb bölgəsində ən böyük alban kilsəsidir. Tikilinin binası zanbaqvari xaçlarla bəzədilib.
Zurnabad bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zurnabad kurqanı
Zurnabad kurqanı — Azərbaycan ərazisində arxeoloji abidə. Zurnabad kurqanı Gəncəçay vadisində, Xanlar şəhəri yaxınlığında, Zurnabad adlı yerdə aşkar olunmuşdur. Kanal qazılarkən kurqan tamamilə dağıdıldığından, onun haqqında ətraflı məlumat yoxdur. Daş qarışıq torpaq kurqanın altında aşkar olunan qəbirdə insan skeleti qalıqlarına, onun ətrafında isə monoxrom boyalı qablar, gil qab parçaları, tunc bəzək əşyaları və obsidian qəlpələri aşkar olunmuşdur. Kurqanın kənara atılmış torpağında insan skeletinin qalıqları, gil qab parçaları, spiralşəkilli əşyalar, obsidian ox ucluğu aşkar olunmuşdur. Zurnabad kurqanından əldə edilmiş monoxrom boyalı küpələr Naxçıvan abidələrindən tapılmış eyni tipli qabları xatırladır. Zurnabad kurqanı H.P.Kəsəmənli tərəfindən e.ə. XVIII-XVII əsrlərə aid edilmişdir. Son illərin araşdırmaları Zurnabad kurqanının daha qədim tarixə malik olduğunu deməyə imkan verir. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev.
Zurnabad qalası
Zurnabad qalası — Göygöl rayonu Zurnabad ərazisində yerləşir. Zurnabad qalasında aparılmış arxeoloji tədqiqat işləri zamanı onun XIII-XIV əsrlərə aid olduğu təsdiqlənib. Qala öz tikinti xüsusiyyətlərinə görə demək olar ki, Bakıdakı Mərdəkan, Nardaran, Ramana qalalarına oxşardır. Beş bürcü olan qalanın eni, uzunu, hündürlüyü bir-birlərinə tən şəkildə hörülüb. Qalanın həm eni, həm də hündürlüyü 9 metrdir. Zurnabad isə feodal qəsri olub. Bu qala adi bir feodalın ailə üzvlərinin, onun əmlakının qorunmasına xidmət edib və müdafiə xarakterli olmayıb.

Digər lüğətlərdə