ZÖHHAQ
ZÖHRALI
OBASTAN VİKİ
Kərimov Zöhrab
Zöhrab Cəfərov
Zöhrab Hümbətov
Zöhrab Kərimov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Zöhrab Mehdiyev
Zöhrab Mirzəyev
Zöhrab Mnatsakanyan
Zöhrab Mnatsakanyan (20 mart 1966, İrəvan) — Ermənistanın keçmiş xarici işlər naziridir.16 noyabr 2020-ci ildə vəzifəsindən istefa vermişdir. Moskva Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq İqtisadi Münasibətlər Bölməsini bitirib və Mançester Viktoria Universitetinin Sosial, İqtisadi və Siyasi Tədqiqatlar Bölməsində Qərbi Avropa Siyasəti (İqtisadiyyat) magistr dərəcəsini almışdır. 1991-ci ildə Xarici İşlər Nazirliyinə daxil olmuş, 1997-ci ildə qısa bir müddət, Ermənistan Xarici İşlər Naziri Aleksandr Arzumanyanın Xarici İşlər Nazirliyinin idarə rəisi, 1997-1999-cu illərdə Xarici İşlər Nazirliyində şöbə müdiri, 1999-2002-ci illər arasında Prezidentin Xarici Əlaqələr Bölməsinin müdiri vəzifələrində çalışmışdır. 2002-2008-ci illərdə Ermənistanın BMT-nin Cenevrə Ofisində Daimi Nümayəndəsi olmuş və həmçinin eyni illərdə İsveçrənin (Cenevrədə qalmaqla) səfiri vəzifəsini icra etmişdir. 2008-2011-ci illər arasında Ermənistanın Avropa Şurası yanında Daimi Nümayəndəsi (Strasburqda), 2011 ilə 2014 arasında Xarici İşlər Nazirinin müavini və Avropa Birliyi-Ermənistan tərəfdaşlıq sazişinin baş müzakirəçisi olaraq çalışmışdır. 2014-cü ildən etibarən Ermənistanın (Nyu-Yorkda) BMT-dəki daimi nümayəndəsi olmuşdur. 12 may 2018-ci ildə Xarici İşlər Naziri təyin edilmişdir. 16 noyabr 2020-ci ildə istefa vermişdir.
Zöhrab Məmmədov
Zöhrab Əsəd oğlu Məmmədov (17 fevral 1941, Qubadlı rayonu – 24 mart 2021) — Qubadlı (1980–1985) və Abşeron (1985–1990) rayon Partiya Komitəsinin birinci katibi. 1972–1975-ci illərdə Azərbaycan SSR Tərtər rayonu Partiya Komitəsinin katibi olmuşdur. 1975–1977-ci illərdə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitənin nəznindəki Ali Partiya məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçı vəzifəsində çalışmışdır. 1979–1985-ci illərdə Qubadlı rayon KP birinci katibi vəzifəsində çalışmışdır 1985–1989-cu illərdə Abşeron rayonu KP birinci katibi vəzifəsində çalışmışdır. 1990–1991-ci illərdə Azərnəşrin redaktoru olmuşdur. AR Prezident yanında Ali Nəzarət inspeksiyasının Hacıqabul və Əlibayramlı rayonları üzrə ali nəzarət inspektoru vəzifəsində çalışmışdır. AR Əmlak Komitəsində bir sıra vəzifələrdə çalışmışır. "Ay-Ata" ASC-nin idarə heyətinin sədri olmuşdur.
Zöhrab Qarayev
Zöhrab İslam oğlu Qarayev (25 mart 1945, Minkənd, Laçın rayonu – 24 iyun 2024, Bakı) — Azərbaycan Dövlət Tibb Universitetinin professoru. 25 mart 1945-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. 1951–1961-ci illərdə Minkənd orta məktəbində təhsil alıb. 1961–1966-cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakultısində təhsil alıb. 1966-cı ildən Laçın rayonu Alxaslı kəndində həkim stomatoloq və 1967–1968-ci illərdə Minkənd xəstəxanasının baş həkimi işləmişdir. 24 iyun 2024-cü il tarixində vəfat edib. 1969-cu ildə Azərbaycan dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna aspiranturaya stomatologiya kafedrasına qəbul olunub. 1974-cü ildə Krasnodar Dövlət Tibb İnstitutunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1985-ci ilə qədər Ə. Əliyev adına ADHTİ-də aspirant olmuş, metodist və stomatologiya kafedrasında assistent işləmişdir. 1980–1985-ci illərdə Ə. Əliyev adına ADHTİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri fəzifəsində işləmişdir.
Zöhrab Vəliyev
Zöhrab Əhməd oğlu Vəliyev — ABŞ-nin Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın müxbir üzvü, professor. Zöhrab Əhməd oğlu Vəliyev 1953-cü il iyunun 4-də Naxçıvan şəhərində anadan olmuşdur. O, ali təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsində almışdır 1977-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, 1986-cı ildən ömrünün sonunadək isə Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərmiş, universitetin Elmi Şurasının elmi katibi, Texniki təlim fakültəsində dekan müavini və Fizika-riyaziyyat fakültəsində dekan vəzifələrini daşımışdır. Z.Vəliyev 1997-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru olmuşdur. 2003-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. AMEA-nın müxbir üzvü Zöhrab Vəliyev 2003-cü ildə vəfat etmişdir. Elmi əsərlərinin sayı-93 Xaricdə dərc olunan əsərlərinin sayı-24 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-17 Kadr hazırlığı-1 fəlsəfə doktoru Z.Vəliyevin əsas elmi tədqiqatları xarici elektrik, klassik və kvantlayıcı maq­nit sahələrində qıraq yüklü dislokasiyalı yarımkeçiricilərin elektrik, fotoelektrik və optik xassələrinin ardıcıl nəzəriyyəsinin qurulması; elektron və deşik keçiriciliyinə malik yarımkeçirici kristallarda hərəkət edən yüklü dislokasiya- Iarm modelinin verilməsi və onun əsasında deformasiya lüminesensiya hadi­səsinin, elektronların dinamik həyəcanlaşma effektinin, dislokasiya xarakterli sövq cərəyanlarının araşdırılması; parçalanmış dislokasiyalar sisteminin təd­qiqi və alınan nəticələr arasında yarımkeçirici birləşmələrdə dislokasiyaların tipinin təyini üçün yeni rezonans üsulunun verilməsi; qıraq dislokasiyalarda elektronların Viqner kristallaşmasının tədqiqi və bu kristallaşmanı müşahidə etmək üçün yeni rezonans üsulunun təklifi; qıraq dislokasiyalı yarımkeçiricilərdə rekombinasiya dalğalarının yayılmasının tədqiqi; yarımkeçirici kristal­larda istiqamətlənmiş qıraq yüklü dislokasiyalar sisteminin əmələ gətirdiyi yəhərvari nöqtəyə malik potensial çəpərin elektrofiziki parametrlərinin təd­qiqi, bu tip kristallarda Volt-amper və Volt-farad xarakteristikalarının təyini və cərəyanın keçmə məsələsinin nəzəriyyəsinin verilməsi; həm akustik fononlardan elastik səpilmə zamanı, həm də optik fononlardan qeyri-elastik səpilmə zamanı elektron keçiriciliyinə malik qıraq yüklü dislokasiyaları yarımkeçirici kristallarda qeyri-əsas yükdaşıyıcıların xarici sahə olmadıqda, xarici elektrik sahəsində, xarici klassik və kvantlayıcı maqnit sahələrində, xarici elektromaq­nit sahəsində və eyni zamanda, onların müxtəlif kombinasiyalarında rekombi­nasiya hadisəsinin nəzəriyyəsinin işlənilməsidir. Cascade capture of electrons by dislocations in many-valley semiconductors // SEMICONDUCTORS, 1999, v.33, n.12, p. 1291-1292 The electron density of semiconductors with charged dislocations placed in external fields // SEMICONDUCTORS, 1999, v.33, n.11, p. 1175-1177 Термическая ионизация дырок из дислокационного центра в электрическом поле // ФТП, 1990, т.24, в.3, стр.
Zöhrab Zeynallı
Zöhrab Ramazan oğlu Zeynallı (1938, Ordubad) — Prezident təqaüdçüsü, veteran jurnalist və əməkdar mədəniyyət işçisi. Kərbəlayi Zöhrab Ramazan oğlu Zeynallı 1938-ci il yanvarın 25-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Zöhrab müəllim Azərbaycanın görkəmli jurnalisti Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri proqramının baş direktoru, "Qızıl qələm","Həsən Bəy Zərdabi" mükafatı laureatıçısı, əməkdar mədəniyyət işçisi, Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür eləcə də görkəmli Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor, müasir türkologiyanın inkişafında müstəsna xidmətləri olan Fərhad Zeynalovun qardaşıdır. Ailəlidir, 2 övladı var. İlk təhsilini Ordubad rayonu, Əylis kəndində yerləşən M. T. Sidqi adına 1 №-li orta məktəbdə almışdır. Orta məktəbi yüksək qiymətlərlə başa vurduqdan sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsinə daxil olmuşdur. 1962-ci ildə Universiteti bitirərək gənc jurnalist diplomu alan Z. Zeynallı təhsilini davam etdirmək məqsədilə yenidən Universitetə öz sənədlərini vermiş və 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin ərəb şöbəsinin axşam növbəsinə qəbul olunmuşdur. Bu dövrdə əmək fəaliyyətinə başlamasına baxmayaraq təhsilini davam etdirmiş və 1976-cı ildə ulu öndərimiz Heydər Əliyevin qayğısı sayəsində Moskvada İctimai Elmlər Akademiyasında yüksək ali təhsil alan bir neçə Azərbaycan jurnalistindən biri olmuşdur. Əmək fəaliyyətinə 1957-ci ildə universitetini bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatında başlamış və nəşriyyat işinin incəliklərini dərindən öyrəndikdən sonra yenidən təhsil almaq qərarına gəlmişdir. İkinci təhsilini 1964-cü ildə başa vurduqdan sonra isə Azərbaycan Dövlət Teleradiosuna dəvət edilmiş 2007-ci ilin yanvar ayınadək Dövlət Teleradio verlişləri komitəsində şöbə müdiri, baş redaktor və proqram direktoru kimi məsul vəzifələrdə çalışmışdır.
Zöhrab Əliyev
Zöhrab Əliyev (tam adı: Zöhrab Hüseyn oğlu Əliyev; 22 mart 1933, Qazyan, Ucar rayonu – 31 iyul 2019) — biblioqrafiyaşünas, professor. Zöhrab Hüseyn oğlu Əliyev 1933-cü il mart ayının 22-də Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. 1949–1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin kitabхanaçılıq şöbəsində təhsil almışdır. 1954-cü ildə M.F.Aхundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasında (indiki Azərbaycan Milli Kitabхanası) biblioqraf vəzifəsində işləmiş, bir ildən sonra Mədəniyyət Nazirliyinin kitabхanalar üzrə metodisti vəzifəsinə keçirilmişdir. Yenidən BDU-ya qayıdan Zöhrab Əliyev 1956-cı ildə respublikamızda kitabхanaşünaslıq-biblioqrafiya iхtisası üzrə ilk aspirant olmuşdur. 1963-cü ildə Zöhrab Hüseyn oğlu Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika üzrə Müdafiə Şurasında "Azərbaycanda biblioqrafiya işinin inkişafı tariхindən (1920–1958)" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsini almışdır. 1970-ci ildə Z.Əliyevə dosent, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmədən, elmi yetkinliyini və qiymətli elmi-tədqiqat əsərlərinin müəllifi olduğu nəzərə alınaraq professor elmi rütbəsi verilmişdir. Ömrünün yarıdan çoхunu Biblioqrafiyaşünaslıq elminin inkişafına həsr edən alim 10 il BDU-da Kitabxanaçılıq fakültəsinin dekanı olmuş, 1984-cü ildən "Biblioqrafiyaşünaslıq" kafedrasının müdiri vəzifəsində çalışmış, Bakı Dövlət Universitetinin böyük Elmi Şurasının üzvü, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin vahid Elmi-Metodiki Şurasının Kitabхanaşünaslıq-biblioqrafiya bölməsinin sədr müavini kimi də fəaliyyət göstərmişdir. Professor Z.Əliyevin tanınmış yetirmələri sırasında professor Xəlil İsmayılov, dosent Nadir İsmayılov, dosent Knyaz Aslan, dosent Mehmanəli Məmmədov, dosent Aşur Əliyev, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov, dosent Solmaz Sadıqova, dosent Xuraman Ağayeva və digər adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış alimlər vardır. Görkəmli alim, professor Zöhrab Əliyev zəngin elmi aхtarışlarının nəticəsi kimi, Biblioqrafiyaşünaslıq elminə 50-dən çoх məqalə, 10-a yaхın monoqrafiya, dərslik və dərs vəsaitlərini töhfə etmişdir.
Zöhrab Alıyev
Zöhrab Qədiyev
Zöhrab Qədiyev (22.05.1964) — Azərbaycanlı beynəlxalq dərəcəli futbol hakimi və peşəkar futbolçu. Zöhrab Qədiyev 1964-cü ildə Əmircan qəsəbəsində anadan olub. O, 1989 – 1990-cı illrdə keçmiş SSRİ çempionatında futbolçu kimi “Neftçi”nin şərəfini qoruyub, 1992-1993-cü illərdə Bakının “İnşaatçı” klubunun kapitanı olub, I Azərbaycan Kubokunu qazanıb və 1993-1997-ci illərdə Turan Tovuz klubunun futbolçusu olub. 1998-2010-cu illər ərzində müxtəlif dövrlərdə Azərbaycan Premyer Liqasının hakimi olub. 2002-ci ildə FİFA referisi adını alaraq, 2005-ci ilə qədər Azərbaycanı beynəlxalq arenalarda təmsil edib.
Zöhrab Məmmədov (iqtisadçı)
Zöhrab Məmmədov (dövlət xadimi)
Zöhrab Əsəd oğlu Məmmədov (17 fevral 1941, Qubadlı rayonu – 24 mart 2021) — Qubadlı (1980–1985) və Abşeron (1985–1990) rayon Partiya Komitəsinin birinci katibi. 1972–1975-ci illərdə Azərbaycan SSR Tərtər rayonu Partiya Komitəsinin katibi olmuşdur. 1975–1977-ci illərdə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitənin nəznindəki Ali Partiya məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçı vəzifəsində çalışmışdır. 1979–1985-ci illərdə Qubadlı rayon KP birinci katibi vəzifəsində çalışmışdır 1985–1989-cu illərdə Abşeron rayonu KP birinci katibi vəzifəsində çalışmışdır. 1990–1991-ci illərdə Azərnəşrin redaktoru olmuşdur. AR Prezident yanında Ali Nəzarət inspeksiyasının Hacıqabul və Əlibayramlı rayonları üzrə ali nəzarət inspektoru vəzifəsində çalışmışdır. AR Əmlak Komitəsində bir sıra vəzifələrdə çalışmışır. "Ay-Ata" ASC-nin idarə heyətinin sədri olmuşdur.
Zöhrab Məmmədov (neftçi-iqtisadçı)
Zöhrab Abbasov
Zöhrab Adıgözəlzadə
Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (3 iyul 1940, Bakı – 24 may 2012, Bakı) — Azərbaycan pianoçusu, Azərbaycan SSR xalq artisti (1982), professor. Zöhrab Adıgözəlzadə 1940-cı il iyulun 3-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent, professor kimi fəaliyyət göstərib. O həm də konsert fəaliyyəti ilə məşğul olub, Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb. Uzun sürən xəstəlikdən sonra 24 may 2012-ci ildə vəfat edib. Mayın 25-də Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilib.. Azərbaycan pianoçusu Murad Adıgözəlzadənin atasıdır. Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Zöhrab Allahverdiyev
Zöhrab Abbasov (əsgər)
Anatoli Zöhrabbəyov
Zöhrabbəyov Anatoli Həsən oğlu (14.05.1909 - 1946) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1909-cu il mayın 14-də Bakıda dəmiryolçu ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirmişdir. APİ-nin kimya fakültəsində təhsil almışdır (1931). Bir neçə il Azərbaycan SSR Neft sənayesi Elmi-Tədqiqat neft-kimya institutunda laborant, kiçik elmi işçi vəzifələrində çalışmışdır (1932-1933). Ədəbi fəaliyyətə 1940-cı ildən başlamışdır: dövri mətbuatda lirik şerlər, mahnı mətnləri çap etdirmişdir. Poetik yaradıcılığında Nizami Gəncəvidən tərcümələr başlıca yer tutur. Şairin "İsgəndərnamə" mənzum romanından rus dilinə etdiyi tərcümələr rəğbətlə qarşılanmışdır Əsərlərini rus dilində yazmışdır. "Odlu diyar" tarixi* romanı "Drujba narodov" almanaxında, "Vətən uğrunda" jurnalında, sonra isə ayrıca kitab Halında buraxılmışdır (1945). Burada XII əsr Azərbaycan ictimai-siyasi Hadisələri, xalq Həyatı, onun mübarizəsi maraqlı lövhələrlə təsvir edilmişdir.
Faiq Zöhrabov
Faiq Ramazan oğlu Zöhrabov (16 iyul 1939, Bakı – 5 iyun 2009, Bakı) — Teatr rejissoru, aktyor. == Həyatı == Faiq Zöhrabov 1939-cu il iyul ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1957–1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərmişdir. 1963–1968-ci illərdə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. İnstitututu bitirdikdən sonra, həmin təhsil ocağında "Aktyor sənəti" kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 1965–1972-ci illlərdə F. Zöhrabov Bakı Pioner və Məktəblilər Parkının direktoru işləmişdir. 1972–1975-ci illərdə o, Aktyor evinin direktoru, 1975–1977-ci illərdə Səyyahçılar və ekskursiya bürosunun direktoru işləmişdir. 1968–1985-ci illərdə F. Zöhrabov İncəsənət İnstitutunda aktyor sənətindən dərs demişdir. 1985–88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət olunmuş və orada 4 il baş rejissor vəzifəsində çalışmışdır. Bu dövrdə rejissor A. P. Çexovun "Elçilik", A. Şirvanzadənin "Nakam qız", Q. Lezqinsovun "Dağlar oğlu", N. Hikmətin "Bayramın birinci günü", Ü. Hacıbəyovun "O olmasın, bu olsun" və s.
Mirzə Salah bəy Zöhrabbəyov
Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu Zöhrabbəyov (1859, Şuşa – 1940) — görkəmli pedaqoq, Fransada, Rusiyada oxumuş ziyalı. Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu 1859-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Fransaya yollanmış, burada 12 il təhsil aldıqdan sonra o, Rusiyaya gəlir və Sankt-Peterburq şəhərində təhsilini davam etdirmişdi. İnqilabdan əvvəl Şuşaya qayıdır, öz vəsaitinə məktəb tikdirir və həmin məktəbdə rus dili dərsini deməyə başlayır. Bu tədris fənni üçün Mirzə Salah bəy Zöhrabbəyov "Azərbaycanlılar üçün rus dilinin tədrisi" dərslik vəsaitini yazmışdır. Bir müddət Şuşa real məktəbində müəllim işləmişdi. O, Firidun bəy Köçərli birlikdə "Təlimati-lisani-türki" dərsliyini tərtib etmişdi. Sovet hakimiyyəti gəldikdən sonra o, öz xoşu ilə Şuşadakı, Vladiqafqazdakı evlərini və şəxsi banklarını onlara təhvil verib, öz məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdi. Mirzə Salah Zöhrabbəyov 1940-cı ildə vəfat edib.
Mirzə Salah bəy Zöhrabbəyovun evi
Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi. Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir və XIX əsrdə tikilib. Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb. Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib. 8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb.
Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi
Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi. Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir və XIX əsrdə tikilib. Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb. Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib. 8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb.
Namus Zöhrabov
Namus Zöhrabov — Əməkdar artist. Namus Zöhrabov 1959-cu ildə Bakıda dünyaya gəlib. 1972-ci ilədək 167 nömrəli məktəbdə oxuyub. 5-ci sinfi bitirdikdən sonra indiki Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunub. 1975-ci ilədək oranın xalq rəqsləri şöbəsində təhsil alıb. Rəqsə Bakı Pionerlər Evində Böyükağa Məmmədovun rəhbərliyi altında "Cücələrim" ansamblında başlayıb. Sonradan müxtəlif mədəniyyət evlərində fəaliyyət göstərən rəqs dərnəklərinin üzvü olub. 1974-1975-ci illərdə Qorxmaz Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışıb. 1975-ci ildə Tanxo İzrayilovun Dağıstanda rəhbərlik etdiyi "Ləzqinka" Dövlət Rəqs Ansamblına dəvət alıb. 1977-ci ilədək bu heyətdə çıxışlar edib.
Nəzirməmməd Zöhrablı
Nəzirməmməd Zöhrablı (tam adı:Nəzirməmməd Cankişi oğlu Quliyev) — Jurnalist-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü. Nəzirməmməd Zöhrablı 1965-ci ildə Masallı rayonunun Qədirli kəndində anadan olub. 1993-cü ildə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsini bitirib. 1993-cü ildən etibarən ölkə miqyaslı "Odlar Yurdu", "Respublika", "Panorama", "Yeni Zaman", "Vətəndaş Həmrəyliyi", "Xəzər" qəzetlərində, AzTV, ANS TV telekanallarında müxbir, şöbə müdiri, redaktor, sabiq özəl "Loğman" Tibb Texnikumunun mətbuat xidmətinin rəhbəri, Söz Azadlığını Müdafiəsi Fondunda (SAMF) layihələr üzrə koordinator, Mədəniyyət Nazirliyi "Xatirə" kitabı redaksiyasında redaktor, Qaynar tv-də redaktor vəzifələrində işləyib. Yüzlərlə publisistik məqalənin, "Üçrəngli bayrağa bürünmüş şairə", "Hər yarpaq bir sözümüz", "Gözlər yoldan yığılarmı…" və "İgid ömrü" kitablarının müəllifi, "Həsən bəy Zərdabi və "Əkinçi", "Şuşa və Ağdamın Turizm Potensialı", ""Qarabağ muzeyləri" ensiklopedik-məlumat kitabı" kitablarının həmmüəllifidir. Bir neçə kitabın, o cümlədən şair M. Yaqubun 75 yaşı münasibətilə işıq üzü görmüş "Dövrün dəyirmanı", "Sevgi şeirləri", "İndi bildim nağıldı…", "Gərək bu sözümü daşlara yazam" kitablarının, həmçinin şairin yaradıcılığına həsr olunan "Qara daşın sədası", Alim Məhərrəmlinin "Hardasan, evi tikilmiş…", Moskvada yaşayan həmyerlimiz, detektiv yazıçı Elçin Qasanovun "Azəri qızı Yerevanda" kitabının, eləcə də Çingiz Abdullayevin "Əclafların kredosu", "Namərdin üslubu", "Qələbənin səcdəgahı", Misir yazıçısı Necib Mehfuzun "Yeni Qahirə", Fransa yazıçısı Mark Levinin "Hardasan", Ukrayna yazıçısı Pavel Zaqrebelnının məşhur Hürrəm Sultandan bəhs edən "Poksolana", ABŞ yazıçısı Stiven Kinqin "11/22/63" romanı, Fransız yazıçısı Frederik Beqbederin "Ona və Selincer", məşhur detektiv yazıçı Aqata Kristinin "Quzğun yuvası" s. kitabların azərbaycancaya tərcümələrinin redaktorudur. Söz azadlığının, Azərbaycan dilinin qorunmasını, çağdaş jurnalistikanın inkişafını stimullaşdıracaq bir sıra layihələrin müəllifidir.
Ramiz Zöhrabov
Zöhrabov Ramiz Fərzulla oğlu (2 may 1939 – 24 aprel 2017) — Azərbaycan mədəniyyətinin alimi. Tanınmış musiqişünas-alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti, sənətşünaslıq doktoru, professor. Ramiz Zöhrabov 1939-cu il may ayının 2-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində təhsil almış və 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində oxumuş, 1965-ci ildə isə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1965-ci ildə Gəncə şəhərindəki Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi üzrə müəllim kimi başlayan Ramiz Zöhrabov 1966–1968-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor vəzifəsində işləmişdir. O, 1968–1969-cu illərdə Bakı şəhər 16 saylı musiqi məktəbində musiqi nəzəriyyəsindən dərslər aparmış, 1969-cu ildən etibarən indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru, 1989-cu ildən isə həmin kafedranın müdiri olmuşdur. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilən Ramiz Zöhrabov 2012-ci ilədək həmin vəzifədə çalışaraq, ölkəmizdə musiqişünaslığın inkişafına dəyərli töhfələr vermişdir. Professor Ramiz Zöhrabovun elmi fəaliyyəti Azərbaycanın zəngin musiqi irsinin tədqiqi və təbliği ilə sıx bağlıdır. Alimin Azərbaycan muğamlarına, o cümlədən təsniflərə, zərb-muğamlarına və dəsgahlara həsr etdiyi 200-dən artıq elmi əsər və kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli muğam ustadlarının ifasından çox sayda muğam və təsniflərin ilk dəfə nota alınması Ramiz Zöhrabovun səyləri nəticəsində gerçəkləşmişdir.

Digər lüğətlərdə