İŞ

is.
1. Fəaliyyət, çalışma, zəhmət, əmək. Əqli iş. Fiziki iş. İş görmək. Elmi iş. İşlə məşğul olmaq. – İş insanın cövhəridir. ( Ata. sözü ).
İş rəncbərin, güc öküzün, yer özününkü; Bəyzadələri, xanları neylərdin, ilahi! M.Ə.Sabir.
İş nə qədər qızğın və həvəslə getsə də, nəhayət, ev adamı çəkir. M.İbrahimov.

// Məşğuliyyət, məşğələ, bir şeylə baş qarışma. Bu saat işim var, gələ bilmərəm. Faydalı bir işlə məşğul olmaq.
// İdarədə, müəssisədə və s.-də işləmək üçün təyin edilmiş vaxt, müddət. İşdən sonra gələrsən. İşdən sonra istirahət. İş qurtardı.
2. Bir şey yaratmaq, hazırlamaq, düzəltmək üçün göstərilən hər cür fəaliyyət, istehsal fəaliyyəti (bu mənada çox vaxt cəm halında işlənir). Suvarma işləri. Yol işləri. Tikinti işləri.
– Bakıda nəqliyyat işləri yarıtmaz idi. A.Şaiq.
[Göyçək] yayın isti günlərində Tapdığı kürəyinə şələləyib, çöl və ev işlərini görür, onu yerə qoymurdu. Ə.Vəliyev.

3. Bir idarə və ya müəssisədə çalışma, xidmət etmə, qulluq etmə; xidmət, vəzifə, qulluq. İşə girmək. İşdən çıxarmaq. Müəllimlik işi. Həkimlik işi.
– Hərgah məni bir yerə işə qoymaq istəsəniz, hər barədə xatircəmlik verə bilərsiniz. M.S.Ordubadi.
Göyçək həyətin ortasında Tapdığı şirin gəzdirdiyi vaxt Qaçay işdən gəldi. Ə.Vəliyev.
Tahir gəlib … çatdıqda, ikinci [növbə] çoxdan işə girmişdi. S.Rəhman.

4. Bir şeyin hərəkət halında olması, enerjinin bir haldan başqa hala keçməsi prosesi; fəaliyyət. Maşının fasiləsiz işi.
5. Vəzifə, borc. Vətəni müdafiə etmək bütün vətəndaşların işidir. Sülhü müdafiə etmək bütün dünya xalqlarının işidir.
6. Hər hansı bir hadisə, faktla əlaqədar olan inzibati, məhkəmə təhqiqatı; mühakimə prosesi. Məhkəmədə işə baxmaq. İşə yenidən baxılacaq. Cinayət işi.
[Səfər bəy:] …İki gündən sonra Cabbarın işinə baxacaqlar, əgər məhkəmədə biz işi uduzsaq, sən də zərərdidə olarsan. B.Talıblı.

// Cəza və ya təsir tədbiri olaraq icbari əmək, məhkəmə cəzası.
□ İş kəsmək (vermək), iş kəsilmək (verilmək) – məhkəmə tərəfindən cəza vermək (verilmək). İslam bu barədə çox düşündü.
Əgər Telli ilə müəllimi bir yerdə öldürsə, güllələnməsə belə, ona on il iş verəcəklərdi. S.Hüseyn.
Kim deyərdi ki, lüt bir rəncbərə iş kəsməkdə qəza məhkəməsi bu qədər götür-qoy eləməli olacaq? Mir Cəlal.

7. Bir şəxsə, hadisəyə, məsələyə və s.-yə aid olan sənədlər toplusu. İş qovluğu. Katib işləri açıb baxdı.
[Gəldiyev] qantər içində Vahidin işini tapmağa cidd-cəhd elədi. Mir Cəlal.

8. Adətən cəm şəklində: xidmət, idarə, müəssisə ilə bağlı olan məsələlər, məşğələlər və s. Cari işləri müzakirə etmək. İşləri təhvil vermək. Xidməti işlər.
// Bir sıra mürəkkəb idarə adlarının tərkibində işlənir. Xarici İşlər Nazirliyi.
9. Əsər, əmək məhsulu. Elmi iş yazmaq. Bu kitab şairin son işi oldu. Muzeyin otaqlarının birində rəssamın işləri nümayiş edilirdi.
10. Keyfiyyət, yaxud hazırlanma üsulu, qaydası. Gör, nə qəşəng işdir! Qaba iş. Əla iş. Sifarişlə görülən iş. Atüstü iş.
11. Əməl, hərəkət. Bu onun işidir. Bu, yaxşı iş deyil.
[Qulu:] Xülasə, nə deyim, bu zamanın cahıllarının işini anlamaq çətindir. N.Nərimanov.
[Molla Bacı:] Gündə ərə gedirəm, yaxşı edirəm, bidət iş görmürəm ki… Çəmənzəminli.
Çoban baba təəssüflə dedi: – Ay Rüstəm, mən səni ağıllı bir adam bilirdim, bu nə işdir tutmusan? M.İbrahimov.

12. Əməli fəaliyyət, feil, hərəkət (fikir, söz müqabili). İndi söz yox, iş lazımdır. Sözdən işə keçmək. Söhbət çoxdur, iş isə az.
13. Fəaliyyətin nəticəsi, səmərəsi. Bu, uzun əsrlərin işidir.
14. Münasibət, əlaqə, aidiyyət, dəxli olma. Onun bizimlə nə işi var?
15. Hadisə, əhvalat, qəziyyə. Bu, keçmişin işidir. Mən dünən maraqlı bir işin şahidi oldum. Başıma dünən bir iş gəlib.
– Ürəyimə dammışdı ki, Dəmirçioğlunun başında bir iş var. Koroğlu”.

16. Vəziyyət, hal. İşi fəna olmaq. Cəbhədə iş yaxşıdır.
[Məşədi İbad:] İndi gördünüzmü iş nə haldadır? Ü.Hacıbəyov.

17. Bacarıq, gücü çatma, bacarma, əlindən gəlmə. Bu onun işi deyil (əlindən gəlməz).
18. Şey, hadisə. Bu böyüklükdə daşı qaldırmaq asan iş deyil. Təbii işdir ki… Tərslik pis işdir. Aydın işdir. Belə də iş olar?
19. fiz. Hərəkət edən cismin müqaviməti rəf etməsi. İş vahidi.
20. İşdi(r) şəklində – bəlkə, birdən, əgər, təsadüfən, ola bilsin, ola bilər. İşdir, yolun düşsə, bizə gəl. İşdir, öyrənsən, bizə də bildir.
İşdi, birdən gəlməsə… – Molla fikirləşir ki, bir eşşək yükü xiyar götürüb Teymurləngə aparsın, bəlkə, işdi, rəhmə gəldi, bir yaxşı hədiyyə verdi. “M.N.lətif.”.
İşdir, ayrı düşsək bir-birimizdən; Yığılın hamınız səhər lap tezdən. H.K.Sanılı.

◊ İş açmaq1) başlamaq, bir işə təşəbbüs etmək, bir iş görmək niyyətində olmaq.
İstəyirik bir iş açaq, filməsəl; Söyləşirik biriki il laəqəl. M.Ə.Sabir;

2) zəhmətə salmaq, xoşagəlməz işə salmaq.
Dayanan yerdə iş açdın! – …İkram atasının baxışından anlamışdı ki, valideyn üçün əməlli-başlı iş açmış, onların ağrıyan başına dəsmal bağlamışdı. Ə.Əbülhəsən.

İş adamı – vaxtını boş keçirməyən, daim fəaliyyətdə olan, işbacaran, işləməyi sevən adam haqqında.
İş (işi, işimiz, işləri) Allaha qalıb – çətin, ağır, çıxılmaz vəziyyət haqqında.
Axır ki işlərimiz lap Allaha qalıb. C.Cabbarlı.

İş aparmaq – iş görmək, işləmək, çalışmaq, fəaliyyət göstərmək.
İş apar, baş gedərsə, qoy getsin; Ad qalır, bəs deyilmi, millət ilə? M.Ə.Sabir.
…Bu gunə iş aparmaq olmaz. Ü.Hacıbəyov.

İş aşırmaq – düzəltmək, yoluna qoymaq, başa çatdırmaq, öhdəsindən gəlmək.
Pəs elədə, yəqin, qlava bu işin üstünə düşüb, hər yolnan olmuş olsa, bu işi aşıracaq. C.Məmmədquluzadə.

İş(i) aşmaq – iş(i) yerinə yetmək, düzəlmək, həyata keçmək, baş tutmaq, başa gəlmək. [Məhərrəm:] Canım, güc ilə iş aşmaz.
Bir toyuğu güc ilə tutmaq olmaz. C.Cabbarlı.

İş başına keçmək – rəhbər vəzifə tutmaq, rəhbər işə keçmək.
İş başında – vəzifə başında, vəzifəni yerinə yetirərkən.
Bir səs deyir: – Ey yaramaz! İş başında yatmaq olmaz! R.Rza.

İş başında olmaq – rəhbərlik etmək, idarə etmək, başçı olmaq, rəhbər vəzifə tutmaq.
[Növrəstə:] İndi qadınlar da iş başındadır. Ə.Haqverdiyev.

İş burasında(dır) ki… – bir şeyin səbəbini, mahiyyətini bildirir.
[Molla Xəlil:] İş burasında idi ki, qalibiyyətinə xatircəm deyildi. S.Hüseyn.
Ancaq iş burasında idi ki, Cuma o arvaddan qorxurdu. Ə.Əbülhəsən.

İş çıxmaq1) gözlənilməyən bir iş ortaya çıxmaq, bir hadisə üz vermək. Durduğum yerdə bir iş çıxdı;
2) səmərəsi olmaq, faydası olmaq, kar çıxmaq.
Nə qılıncdan kar aşmadı, nə nizədən iş çıxmadı, nə əmuddan murad hasil olmadı. Koroğlu”.

İş düşmək1) bir hadisə üz vermək, bir iş çıxmaq.
[Pəri xanım:] Ay Sona! Neçə vaxtdır ha yığışıram, bircə səni görməyə gəlim, amma görürsən iş düşür. Ə.Haqverdiyev;

2) fürsət düşmək.
[Mərcan bəy:] Nəzir eyləmişəm, iş düşsə, arvadı boşayam, çünki başqa əlacı yoxdur, boşamasam, çatlaram. Ü.Hacıbəyov.

İş düzəlmək – istənilən, arzu edilən bir şeyin yerinə yetməsi, həyata keçməsi, düzəlməsi, baş tutması haqqında.
[Murad:] Yusif! Muştuluğumu ver, iş düzəlibdir. N.Nərimanov.
[Əsgər:] Aha, xalamın da işi düzəldi! Əcəb! Ü.Hacıbəyov.

İş düzəltmək – adamlara xeyirxahlıq göstərmək, bir işin düzəlməsinə, baş tutmasına kömək etmək, vasitə olmaq.
[Məşədi İbad:] Çox sağ olun, çox razıyam mən; Zəhmət çəkib iş düzəltdiniz. Ü.Hacıbəyov.

İş görmək1) işləmək, müəyyən bir işlə məşğul olmaq, bir şey üzərində çalışmaq, zəhmətlə məşğul olmaq.
[Qoca:] Yox, qızım, bu gün heç bir iş görməmişəm. Ə.Məmmədxanlı;

2) hərəkət etmək.
[Məhəmmədağa:] Biz gərək həmə vaxt [qanun] ilə … iş görək. N.Nərimanov.

İş günü – idarədə, müəssisədə və s.-də işləmək üçün müəyyən edilmiş vaxt, müddət. Yeddisaatlıq iş günü.
İş içində iş var – şübhəli, müəmmalı iş, hadisə və s. haqqında. Deyəsən, iş içində iş var.
[Salamov:] Əgər həqiqətdə onun Nikolayla davası var, bəs bura nə üçün gəlib, Fitilbörkə getsin də, bəs görünür ki, iş içində iş var. C.Cabbarlı.

İş işdən keçmək – artıq olub bitmiş, buna görə də düzəlməsinə, islahına vaxt, imkan olmayan iş haqqında.
[Pərzad:] Sən qurtaranadək iş işdən keçər. M.F.Axundzadə.
Professor Süleyman bəy qəti cavab verdi ki, daha iş işdən keçib. C.Məmmədquluzadə.
[Pərzad:] Əbəs yerə, Yusif bəy, arvad sözünə inanma, başına çarə qıl ki, iş işdən keçibdir. N.Nərimanov.

İş işləmək – iş görmək (ziyan, zərər vurmaq mənasında).
Ay çıxdı, düzə düşdü; Qıvrım tel üzə düşdü; Fələk bir iş işlədi; Ayrılıq bizə düşdü. (Bayatı).

İş keçməmək, işi keçməmək – başqasının köməyi olmadan düzəlməmək, başa gəlməmək, görülə (görə) bilməmək. O olmasa iş keçməz.
– …Axırda bildim ki, müsəlman yazıçısı avama xoş gələn sözü yazmasa, işi keçməz. C.Məmmədquluzadə.
[Nurcahan:] Sizə məlumdu, bizim şəhərdə nə qədər qız gedir, mənsiz iş keçmir. N.Vəzirov.
İş qüvvəsi iqt. – bir şeyin yaradılmasına, istehsal edilməsinə yönəldilən əmək, qüvvə.
İş sahibi – özü üçün başqasına iş gördürən adam.
Bənna, fəhlənin xörəyini də iş sahibi verərdi. Mir Cəlal.

İş tutmaq – iş görmək, bir işlə məşğul olmaq, işləmək.
[Şərəfnisə xanım:] İtil cəhənnəmə deyirəm, əlimdə işim var, qoy işimi tutum! M.F.Axundzadə.
[Cəlil] anasına iş tutmağa daha çox mane olduğu üçün anası Zəhra onu … aparıb, məscid məktəbinə qoydu. İ.Musabəyov.
[Ballı:] Hər halda yaxşı iş tutmamısan, bala! İ.Əfəndiyev.

İş üstə qoymaq – öyrətmək, təhrik etmək.
İş üstündə – iş görən zaman, iş vaxtı, işlərkən, işdə.
Öküz qıyar canını; Bilməz qamçı sayını; Qayış çəkən qaşqa kəl; İş üstündə tanını. (Bayatı).

İş var – gizli, müəmmalı, şübhəli, üstüörtülü məsələ, şey haqqında.
[Səlim:] İsmət, inan, qaldım şübhə içində; Cavab ver, sonra get, bir iş var səndə. H.Cavid.
Əkbər dərhal anlardı ki, iş var. Mir Cəlal.

İş vurmaq – pislik etmək, ayağından çəkmək.
İşçi qüvvəsi – fəhlə.
İşdən (işindən) qoymaq – işinə mane olmaq, işləməyə qoymamaq, işdən ayırmaq. Gəldim, səni işdən qoydum. – Həm ürəyim yanır, həm də sən məni işimdən qoyursan. “M.N.lətif.”.
…işdən çıxıb – fırıldaqçı, kələkbaz, çox macəralar keçirmiş adam haqqında. O, min işdən çıxıb.
İşdən düşmək – köhnəlmək, dağılmaq, xarab olmaq, daha heç bir şeyə yaramamaq.
…Getmək istəyirdi, lakin ayaqqabıları tamamilə işdən düşmüşdü. M.S.Ordubadi.
[Hücrə] evlərdə işlənib, işdən düşmüş köhnə həsirlər ilə döşənər, həsirlərin altı tozla dolu olardı. H.Sarabski.
Əsgər işdən düşmüş çəkmələrini göstərdi. Mir Cəlal.

İşə (bir işə) yapışmaq – özünə bir məşğuliyyət tapmaq, bir işlə, bir sənətlə məşğul olmaq.
İşə can verməmək – tənbəllik etmək, ürəkdən işləməmək, işə can yandırmamaq.
İşə can yandırmaq – ürəkdən işləmək, qabiliyyətini, bacarığını iş üçün əsirgəməmək.
Müdirin otağındakı səliqəsizlik, narazı rəftar və danışığı işə can yandırmadığını göstərirdi. M.İbrahimov.

İşə düşmək1) hərəkət etmək, işləməyə başlamaq. Mühərrik işə düşdü. Dəzgah işə düşdü. Stansiya işə düşdü;
2) işə salınmaq.
Çox deyib az eşitdikdən sonra, çubuqla falaqqa işə düşərdi. H.Sarabski.
Arşın, girvənkə, tərəzi yenə möhkəm işə düşmüşdü. S.Vurğun;

3) xataya düşmək, çətinliyə düşmək, dolaşmaq, pis nəticələnə biləcək hadisəyə rast gəlmək.
[Telli:] Bəy, əcəb işə düşdüm! Ü.Hacıbəyov.
[Aslan bəy:] Siz öləsiz, işə düşmüşəm, bu qotur nalbənd güclən deyir: – Gərək səni soyam. N.Vəzirov.
Əcəbcə işə düşdük, – deyib güldüm özümə… S.Rüstəm.

İşə girişmək (girmək, qapılmaq) – həvəslə işə başlamaq, ciddi işləməyə başlamaq.
El-oba Nəbini öz gözünün didəsi kimi qoruyub saxlasa da, … şeytan-şuğul bu qızıl vədindən ötrü işə girişirdi. S.Rəhimov.
Bu sözlərdən sonra dostlar işə girişdilər. M.Rzaquluzadə.

İşə qarışmaq – müdaxilə etmək, işin gedişinə təsir etmək.
Qoca keşikçinin işə qarışmağına ehtiyac qalmadı. M.Hüseyn.
Bəndalının ən böyük təsəllisi Tahirzadənin bu işə qarışması – şahid durması idi. Mir Cəlal.

İşə pər qatmaq – bir işin qaydası ilə getməsinə mane olmaq, düzəlmək üzrə olan bir işi cürbəcür yollarla pozmaq, düzəlməyə qoymamaq.
İşə salmaq1) hərəkətə gətirmək, işlətməyə başlamaq, işlətmək.
Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra, aynalı tüfəngi işə salır. Qaçaq Nəbi”.
Şofer maşını işə salanda motorun gurultusu top gülləsi kimi Rüstəmin başında partladı. M.İbrahimov;

2) dolaşdırmaq, xataya düşməsinə səbəb olmaq.
[Mahmud bəy:] …Kərbəlayı Qulam xəbər verib, o xəbərə görə sizi işə salıblar… N.Vəzirov.
[Güllü:] Bax, amandı, Mirzə, məni işə salarsan. Ə.Haqverdiyev.

İşə soyuq baxmaq – işə laqeyd münasibət bəsləmək, məsuliyyətsiz yanaşmaq, səhlənkarlıq etmək.
İşə tul vermək – işi uzatmaq, ləngitmək.
[Niyaz bəy:] Yusif, necə ki mən eşitmişəm, işə tul verməyinizdən narazıdır. N.Nərimanov.

İşə yapışmaq – bax işə girişmək.
Çimnaz arvad evi yır-yığış etməklə, işə yapışmaqla birtəhər başını qarışdırmaq … istəyirdi. Ə.Əbülhəsən.

İşə yaramaq (keçmək) – bir şeyə gərək olmaq, lazım olmaq, istifadə edilə bilmək; faydası olmaq, xeyri olmaq; kara gəlmək. Alınan şeylər işə yaradı.
[Usta Məhəmməd:] …Elə onun gülləsindən qolum şikəst oldu, indi də işə yaramır. Çəmənzəminli.
…Son zamanlar tələbəlik çox da işə keçmədiyi üçün Kərim yekə ilmək papağı dəyişib, ikiüzlü bir papaq qoymuş(du)… C.Cabbarlı.
[Fəridə:] Bizim seçdiyimiz gözəllər işə yaramır. Ə.Məmmədxanlı.

İşi axsamaq – geri qalmaq, çatdıra bilməmək, işi yaxşı getməmək. İşimiz hələ də axsayır.
İşi avand olmaq – işi uğurlu olmaq, işi baş tutmaq, arzusuna, məqsədinə çatmaq, işi müvəffəqiyyətli olmaq.
[Yusif:] Sən də mənə tərəf cadu edərsən ki, mənim işim avand olsun. N.Nərimanov.

İşi başından aşmaq – həddindən artıq işi olmaq, bərk məşğul olmaq.
İşi bitmək – müvəffəqiyyətsizliyə uğramaq, iflas etmək, uğursuzluqla qurtarmaq, düzəlməsinə heç bir ümid yeri qalmamaq.
İşi dəymək – işə mane olmaq, əngəl törətmək.
İşi düşmək – hər hansı bir münasibətlə müraciət etməli olmaq, birindən bir şey xahiş etmək, birinin köməyinə ehtiyacı olmaq. Adamın adama işi düşər.
– Gün olmaz ki, onun mənə işi düşməsin. C.Məmmədquluzadə.
Bir işim, ay qonşu, düşübdür sənə; Sən tanrı, qandır səbəbin bir mənə. A.Səhhət.

İşi düyünə düşmək – çətinlik qarşısında qalmaq, dolaşıb qalmaq, çıxış yolu tapa bilməmək.
Beləliklə də, Nənəqızın işi düyünə düşmüşdü. S.Rəhimov.

İşi düz gətirmək – işi istədiyi kimi getmək, müvəffəqiyyət qazanmaq.
İşi düz gətirməmək – işində müvəffəqiyyətsizliyə, çətinliklərə rast gəlmək, işi istədiyi kimi getməmək.
Bu gün səhərdən Rüstəm kişinin işi düz gətirmirdi… M.İbrahimov.

İşi düz olmaq – heç bir əngəl, maneçilik olmamaq, hər bir şey istənilən qaydada olmaq.
[Əsgər:] Allaha şükür, mal-dövlət hamısı var, … bununla adamın işi düz olmur, ürəyi toxtamır. Ü.Hacıbəyov.

İşi gətirmək – xeyir görmək, qazanmaq, fayda görmək, bəxti gətirmək, işi uğurlu olmaq.
Rüstəmin işi gətirəndə həmişə köklənmiş tar kimi səslənirdi. M.İbrahimov.

İşi qatışmaq (pırtlaşmaq) – bax işi düyünə düşmək.
İşi müşkülə düşmək – bax işi düyünə düşmək.
Vay, vay, nə yaman müşkülə düşdü işim, Allah; Fəryadıma yet kim, yanıram atəşə, billah! M.Ə.Sabir.

İşi olmamaq1) dəyməmək, toxunmamaq, qarışmamaq, heç bir münasibət göstərməmək. Uşaqda işin olmasın. Onda işin olmasın;
2) əlaqəsi olmamaq, xoşu gəlməmək, xoşlamamaq, sevməmək.
[Sultan bəy:] Yoxsa bu incinar-mincinar, doxtur-moxtur, vəkilməkil ilə mənim işim olmaz. Ü.Hacıbəyov.
Cabbarın şit hərəkətlərlə, ədabazlıqla işi olmazdı. İ.Əfəndiyev.

İşi sahmanlamaq – yerbəyer etmək, qaydaya salmaq, düzəltmək.
Hey, yazıq arvad işi sahmanlayır; Gah Fatını, gah Sadığı yanlayır. M.Ə.Sabir.

İşi şuluq (fırıq) olmaq1) işinin üstü açıldığı üçün təhlükə, ağır məsuliyyət, cəza gözləmək.
…İndi mənim işim şuluqdur, ya dar ağacından asarlar, ya güllələyərlər. M.Hüseyn;

2) ümumiyyətlə, ağır vəziyyətdə olmaq, həyatı təhlükə qarşısında olmaq.
İşi tutmaq – bax işi gətirmək. Sizə rast gəldiyim üçün işim tutmadı. “M.N.lətif.
” Üç-dörd ilin ərzində Rəhimin işi tutub, yaxşı qazanmışdı. S.S.Axundov.

İşi yaş olmaq – vəziyyəti pis olmaq, uğursuzluğa, müvəffəqiyyətsizliyə uğramaq; qorxulu vəziyyət içərisində olmaq.
İşləri yaşdı, qoymayın! Lap danabaşdı, qoymayın! Qırıldı, qaçdı, qoymayın! M.Ə.Sabir.
Molla! İşim yaşdı, yazım, yazmayım? Huşü başım çaşdı, yazım, yazmayım? Ə.Nəzmi.

İşi yeritmək – məqsədə çatana kimi əl çəkməmək, fəaliyyətini davam etdirmək.
[Hacı Əhməd:] Bir iynəmə kimi sataram, işi yeridərəm. C.Cabbarlı.

İşim (işin) yoxdur – qarışmıram (qarışma), mənə (sənə) dəxli yoxdur.
Siz [institutda] on beşiyirmi yaşında müsəlman qızları ilə görüşdünüz və danışdınız, onda işim yoxdur, amma söz burasındadır ki, danışdınız. C.Məmmədquluzadə.

İşin içindən çıxmaq – hər hansı bir yolla çətin, mürəkkəb vəziyyətdən çıxmaq. Ər-arvad çənə-boğazda, mollanı fikir götürür ki, işin içindən necə çıxsın. “M.N.lətif.
[Rəhim xan:] [Sitarə] məşrutəçinin qızıdır, deyə, işin içindən çıxarsan. C.Cabbarlı.
Demək, Mirzə Qədir Nəsirin evlənmək xərcini verməklə işin içindən çıxa bilməyirdi. S.Hüseyn.

İşin (işlərin) başı – əsas səbəbkar.
[Salman bəy:] Arvadın dilini Allah da bilməz, yenə işlərin başı sənsən. N.Vəzirov.
[Qız:] Dədəm də həmişə nənəmi döyür ki, işlər(in) başı sənsən. Çəmənzəminli.

İşin qabağına kötük itələmək – bir işə mane olmağa, əngəl törətməyə, qarşısını almağa çalışmaq.
Ancaq işin qabağına kötük itələyənlərə toxunmaq istəmirlər. M.Hüseyn.

İşin olanı – həqiqət, gerçək, fakt. İşin olanı budur ki, söylədim.
İşin(iz) olmasın – toxunma(yın), qarışma(yın), baş qoşma(yın).
[Mirzə Salman:] Mənim kağızlarımla işin olmasın. S.Rəhman.

İşin ucunu (çəmini) tapmaq – işin yolunu tapmaq, işə öyrəşmək, çətinlikləri aradan qaldırmağı öyrənmək.
Ay balam, niyə Allahın gözündən düşmüsən, bir holavarla, qoy öküz işin çəmini tapsın… S.Rəhimov.
[Usta Murtuz:] [Şagird] tikintinin fəndini öyrənsə, işin çəmini tapsa, ustaların əlini taxtaya bağlayacaq. Mir Cəlal.

İşin üstündə olmaq – idarə etmək, rəhbərlik etmək, dolandırmaq (toyda, yasda, məclisdə və s.-də).
İşini bilən – öz xeyrini, mənfəətini güdən, tədbirli adam haqqında.
Molla Xəlil işini bilən bir adam idi. S.Hüseyn.

İşini bitirmək məc. – öldürmək.
[Həsənağa:] Hamısından yaxşısı, bunu mənə tapşırın, bu gecə gedib işini bitirim. M.S.Ordubadi.
Nəriman … bu adamın … əllərini tutdu, dizi ilə boğazını basdı, işini bitirdi. Mir Cəlal.

İşini gör! İşinə var! İşində ol! – əhəmiyyət vermə, fikir vermə, işin yoxdur.
Yeri ey bivəfa, işinə var sən; Ömrümüzə xələl qatdığın yetər. Q.Zakir.

İşini görmək – öz təsirini göstərmək.
[Gültəkin:] Aydıncığım, təlaş gecdir, artıq hər şey keçmiş, … zəhər işini görmüşdür. C.Cabbarlı.

İşini qatmaq – bax işini bitirmək.
İşini möhkəm tutmaq – görəcəyi işin nəticəsini göz qabağına alaraq tədbirli hərəkət etmək, hərtərəfli düşünüb hərəkət etmək.
İş(lər)i yoluna qoymaq – işi qaydaya salmaq, yerbəyer etmək, nizama salmaq.
[Nadir bəy:] Əlimdəki işləri yoluna qoya bilsəydim, artıq burada durmazdım. H.Cavid.

Özünə iş açmaq, özünü işə salmaq – düşünməməzlik nəticəsində özünü çıxılmaz vəziyyətə, dolaşığa, xatalı işə sövq etmək.
Dinməli və mübahisəyə girişməli vaxt deyildi, Kosa … özünə iş açmışdı. S.Rəhimov.
[Camal:] Öz-özümü işə salmadım? S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İŞ 1. İŞ Millət necə tarac olur olsun nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! (M.Ə.Sabir); ƏMƏL Aparır yer üzünü işıqlı bir sabaha;
  • İŞ vəzifə — borc
  • İŞ xidmət — vəzifə — qulluq
  • İŞ peşə — sənət
  • İŞ fəaliyyət — çalışma — zəhmət — əmək
  • İŞ əməl — hərəkət
  • İŞ münasibət — əlaqə — aidiyyət
  • İŞ hadisə — əhvalat — qəziyyə

Etimologiya

  • İŞ Bu söz aş (yemək) sözü ilə kökdaşdır. Qədimdə aş hər cür qida mənbəyinin adı olub. Bir sıra dillərdə (o cümlədən qot dilində iş və ehtiyac, yəni aş əl
İSVEÇRƏLİ
İŞ-GÜC
OBASTAN VİKİ
İş
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Mexaniki iş
Mexaniki iş — cismə təsir edən qüvvənin modulu, yol və qüvvə ilə yol arasındakı bucağın kosinusu hasilinə bərabər olan skalyar fiziki kəmiyyətdir. == Düsturlar == 1) Qüvvə ilə hərəkət istiqaməti arasındakı bucaq α olarsa, A = F × S × c o s α {\displaystyle A=F\times S\times cos\alpha } F {\displaystyle F} — qüvvə, S {\displaystyle S} isə yoldur. 2) Mexaniki iş güclə zamanın hasilinə bərabərdir: A = N × t {\displaystyle A=N\times t} . N {\displaystyle N} — güc t {\displaystyle t} isə zamandır. 3) Elektrik cərəyanının işi - verilmiş hissədəki gərginliklə cərəyan şiddəti və cərəyanın keçmə müddətinin hasilinə bərabərdir: A = U × J × T {\displaystyle A=U\times J\times T} düsturu ilə hesablanır. U {\displaystyle U} — gərginlik J {\displaystyle J} — cərəyan şiddəti T {\displaystyle T} isə zamandır. == İşin vahidi == 1 Coul-1 Nyuton qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir və BS-də iş vahidi olaraq götürülür. 1 C = 1 N × m {\displaystyle 1C=1N\times m} A = F × S × c o s α {\displaystyle A=F\times S\times cos\alpha } ifadəsindən göründüyü kimi əgər qüvvə hərəkət istiqamətindədirsə, iş ən böyük yəni A=FS, iti bucaq əmələ gətirirsə iş müsbət, düz bucaq əmələ gətirirsə A=0, kor bucaq əmələ gətirirsə mənfi olur. Potensiallı sahədə qapalı trayektoriya üzrə görülən iş sıfır olur. Həm də potensiallı sahədə görülən iş trayektoriyanın formasından asılı olmayıb başlanğıc və son nöqtələrin vəziyyəti ilə təyin olunur.
Sosial iş
Sosial iş (ing. Social work) — Sosial iş cəmiyyətin problemli təbəqələrinin mənafeyi və sosial rifahı uğrunda vasitəçilik edən sferadır. Sosial iş peşəsi ilə sosial işçilər məşğul olur. Dünyada ilk dəfə "Sosial iş" proqramı Amsterdamda, sonralar isə Berlin və Londonda meydana gəlmişdir. Azərbaycanda isə Sosial iş peşəsinin tədrisinə 2005-ci ildən etibarən Bakı Dövlət Universitetində magistr pilləsi üzrə başlanılmışdır. Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrin, insanların maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiəsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. Sosial iş sahəsinin ilkin anlayışı və müdaxilə obyekti müraciətçidir(klient, benefisyar). Sosial işçilər müraciətçilərlə çalışır. Müraciətçi-problemli situasiyaya(çətin həyat şəraiti) düşmüş, həll yolunu tapa bilməyən şəxsdir və o, müəyyən bir mərhələdə yardım məqsədilə sosial işçiyə müraciət edir. Sosial işçi isə öz növbəsində müraciətçinin problemli vəziyyətini dəyərləndirir, problemin həlli üçün müraciətçinin də yanaşmalarına əsasən alternativ həll yolları axtarır.
İş adamı
İş adamı və ya biznes administratoru biznes sektorunda olan şəxsdir– xüsusi ilə iqtisadi, intellektual və fiziki kapitalın məcmusundan istifadə edərək satış həyata keçirmək və mənfəət əldə etmək məqsədilə fəaliyyətlər (kommersiya və ya sənaye) həyata keçirən və bu cür fəaliyyəti inkişaf etdirən şəxsdir.
İş evləri
İş evləri — yoxsullara yeganə kömək forması XVII əsrdə İngiltərədə yaradılmışdı. 1834-cü ildə qəbul edilmiş "Yoxsullar haqqında qanun"a görə iş evləri yoxsullara yeganə kömək formasına çevrilmişdi; iş evlərində həbsxana – katorqa rejimi hökm sürürdü və xalq arsında "yoxsullar üçün bastiliyalar" adlandırılmışdı.
İş vaxtı
Əmək müqaviləsi bağlanılarkən işçi üçün xüsusi əhəmiyyət kəsb edən əsas şərtlərdən biri də əmək şəraitinin şərtlərinin tərəflər arasında müəyyən edilməsidir (Əmək Məcəlləsi, 43-cü maddə 2-ci hissə, bənd "ə"). İşçinin əmək şəraitinin şərtləri anlayışı özlüyündə bir neçə istiqamətdə təsnifləşdirilmişdir. Bura əsasən işçinin iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması kimi əsas sahələr daxildir. İşçinin iş və istirahət vaxtının dəqiq müəyyən edilməsi birinci növbədə işçinin sağlamlığının mühafizəsinə yönəlmiş addımdır. Eyni zamanda, işçinin iş və istirahət vaxtı, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. İşçinin tam iş vaxtı və onun hansı qaydada müəyyən edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsində təsbit edilmişdir: 1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 3.
İş axını
İş axını (ing. workflow) — resursların sistematik olaraq formalaşdırılması ilə materialları çevirən, xidmətlər göstərən və ya məlumatı emal edən proseslərə imkan verən təşkil edilmiş və təkrarlanan fəaliyyət nümunəsi. Bu, əməliyyatların ardıcıllığı, bir şəxsin və ya qrupun işi kimi, ya da daha mücərrəd və ya daha yüksək səviyyəli baxış bucağından real işin görünüşü və ya təsviri hesab edilə bilər. İş axını prosesi sənayedən və ya layihədən asılı olaraq dəyişə bilər, lakin bu, adətən vəzifələrin müəyyən edilməsini, məsuliyyətlərin təyin edilməsini, vaxt qrafiklərinin yaradılmasını və inkişafın izlənilməsini əhatə edir. Yaxşı tərtib edilmiş iş axını səmərəliliyi artırmağa, səhvləri azaltmağa və bütün lazımi tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmədə mühüm rol oynayır. Effektiv iş axınının idarə edilməsi bütün ölçülərdə müəssisələr və təşkilatlar üçün vacibdir, çünki bu, məhsuldarlığı artırmağa, xərcləri azaltmağa və işin ümumi keyfiyyətini təkmilləşdirməyə kömək edə bilər. Aydın və səmərəli iş axını prosesi yaradan müəssisələr öz resurslarını maksimum dərəcədə artırır və məqsədlərinə mümkün olan ən effektiv şəkildə nail olurlar. == İstinadlar == == Əlavə ədəbiyyat == Ryan K. L. Ko, Stephen S. G. Lee, Eng Wah Lee (2009) Business Process Management (BPM) Standards: A Survey. In: Business Process Management Journal, Emerald Group Publishing Limited. Volume 15 Issue 5.
İş insanı
İş adamı və ya biznes administratoru biznes sektorunda olan şəxsdir– xüsusi ilə iqtisadi, intellektual və fiziki kapitalın məcmusundan istifadə edərək satış həyata keçirmək və mənfəət əldə etmək məqsədilə fəaliyyətlər (kommersiya və ya sənaye) həyata keçirən və bu cür fəaliyyəti inkişaf etdirən şəxsdir.
İş qadını

Distant iş
Uzaqdan iş — ofisdən yox, evdən və ya başqa bir məkandan işləmək təcrübəsi. Təcrübə kiçik miqyasda 1970-ci illərdə, şəbəkə körpüsü kimi telefon xətlərindən istifadə edərək "ağılsız" terminallar vasitəsilə peyk ofislərini şəhərin mərkəzi sistemlərinə birləşdirən texnologiyanın inkişaf etdirilməsi ilə başladı. Bu, 1990-cı və 2000-ci illərdə bulud texnologiyaları və videotelefoniya vasitəsilə konfrans zəngləri üzrə birgə proqram təminatı kimi internet texnologiyalarının köməyi ilə daha çox yayıldı. 2020-ci ildə COVID-19 üçün iş yerlərindəki məhdudiyyətlər bütün dünyada uzaqdan işə keçidi sürətləndirdi və bu, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra da belə davam etdi. Uzaqdan işin tərəfdarları iddia edirlər ki, o, ofisin saxlanması ilə bağlı xərcləri azaldır, işçilərə onların motivasiyasını və işdən məmnunluğunu artıran muxtariyyət və çeviklik verir, işə gediş-gəliş səbəbiylə yaranan ətraf mühit zərərlərini aradan qaldırır, şirkətlərə coğrafi mövqeyindən asılı olmayaraq ən yaxşı namizədləri işə götürməyə imkan verir və işçilərə yaşamağa üstünlük verdikləri yerə köçmək imkanı verir. Uzaqdan işin əleyhdarları isə iddia edirlər ki, uzaqdan telekommunikasiya texnologiyası üz-üzə qarşılıqlı əlaqənin üstünlüklərini təkrarlaya bilmir, işçilərin diqqəti daha asan dağılır və fiziki ayrılıq olmadan, iş ilə qeyri-iş sferaları arasında ayrılığı saxlamağda çətinlik çəkə bilərlər və sosial qarşılıqlı əlaqənin azalması təcrid olunma hissinə səbəb ola bilər. == Tarixi == 1970-ci illərdə, peyk ofislərini şəbəkə körpüsü kimi telefon xətlərindən istifadə edərək "ağılsız" terminallar vasitəsilə şəhərin mərkəzi sistemlərinə birləşdirən texnologiya yaradıldı. "Telecommuting" və "telework" terminləri 1973-cü ildə Cek Nilles tərəfindən istifadə edilmişdir. 1979-cu ildə beş IBM əməkdaşına təcrübə olaraq evdən işləməyə icazə verildi. 1983-cü ilə qədər təcrübə 2000 nəfərə qədər genişləndirildi.
Evdən iş

Uzaqdan iş

Metanolla İş (1979)
== Məzmun == Metanol metil spirtinin başqa adıdır. Kinolentdə istehsalatda metanoldan istifadə olunmasından söhbət gedir. == Film haqqında == Film Azərbaycan SSR Qaz Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Türkiyə İş Bankı
Türkiyə İş Bankı A. Ş. (abr. İş bankı) — Türkiyədə ticarət və digər işləri həyata keçirən ən böyük özəl bank. 1924-cü ildə Mustafa Kamal Atatürk tərəfindən qurulub. Cumhuriyyət dövrü ərzində ilk beynəlxalq bankdır. 30 iyun 2014-cü ildə 219,6 milyard lira təşkil edir. "The banker" jurnalında bu bank 118-ci yeri tutur. 2014-cü ilin sentyabr ayından etibarən 25 xaricdə 1350 şöbəsi, 6000 bankkamatı və 24 min şəxsi işçisi vardır. İş bankının Rusiya İşbankı və Almaniyada İşbank AG adı ilə iki bankı vardır. == Tarixi == 1924-cü ilin iyul ayında Mustafa Kamal Atatürk tərəfindən qurulub. Cumhuriyyət dövründə ilk bank İş bankasıdır.
İş Növbəsi (1975)
İş masası (kompyuter)
İş masası (ing. Desktop) — kompüter terminologiyasında istifadəçinin əsas pəncərəsidir, bu pəncərə adi halda ilk açılan pəncərədir və ora istifadəçi öz proqramlarına keçidləri və ya faylları yerləşdirə bilər. Məqsəd cari sənədlərə və proqramlara keçidi asanlaşdırmaqdır.
İş masası (kompüter)

İş stolu (kompüter)

İşçinin iş vaxtı
Əmək müqaviləsi bağlanılarkən işçi üçün xüsusi əhəmiyyət kəsb edən əsas şərtlərdən biri də əmək şəraitinin şərtlərinin tərəflər arasında müəyyən edilməsidir (Əmək Məcəlləsi, 43-cü maddə 2-ci hissə, bənd "ə"). İşçinin əmək şəraitinin şərtləri anlayışı özlüyündə bir neçə istiqamətdə təsnifləşdirilmişdir. Bura əsasən işçinin iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması kimi əsas sahələr daxildir. İşçinin iş və istirahət vaxtının dəqiq müəyyən edilməsi birinci növbədə işçinin sağlamlığının mühafizəsinə yönəlmiş addımdır. Eyni zamanda, işçinin iş və istirahət vaxtı, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. İşçinin tam iş vaxtı və onun hansı qaydada müəyyən edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsində təsbit edilmişdir: 1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 3.
Elvin Abbasov (iş adamı)
Elvin Abbasov (tam adı: Elvin Abbasov Miribadət oğlu; 13 iyul 1982, Cəlilabad rayonu) — azərbaycanlı iş adamı; İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası-nın İdarə Heyətinin sədri, Vision TV və Virtual Azerbaijan Group of Companies şirkətlərinin təsisçisi, TimeSoft şirkətinin həmtəsisçisi və direktoru. == Həyatı == Elvin Miribadət oğlu Abbasov 13 iyul 1982-ci ildə, Azərbaycan SSR-in Cəlilabad rayonunda ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq dövrünün bir hissəsini Naftalan şəhərində, 1993-cü ildən etibarən Türkiyə Respublikasının Trabzon şəhərində yaşamışdır. Türkiyədə yaşadığı müddətdə Türkiyənin bir sıra şirkətlərində kompüter və İnformasiya texnologiyaları üzrə mühəndis, ekspert, şöbə müdiri və direktor olaraq fəaliyyət göstərmişdir. 2006-cı ildə Azərbaycana qayıdaraq ilk öncə fərdi sahibkar olaraq fiziki şəxs kimi qeydiyyatdan keçmiş və daha sonra "INTERLAND Company" MMC adlı şirkətləri təsis etmişdir. 2009–2013-cü illərdə "SalamNews" İA-də texniki direktor və direktor vəzifəsində çalışmışdır. 2013-cü ildən Vision TV şirkətini təsis edib. 2015-ci ildə "Bələdiyyələrin vahid ödəmə sistemi"ni yaradaraq bu sistemə 36 bələdiyyə və 11 Payment şirkətini qoşmuşdur. 2015-ci ildə "Sərmayənin Milliləşməsi" və eyni zamanda bu sahədə "Milli internet resuslarının yaradılması" fikrini təbliğ edərək bu istiqamətdə MyDay milli sosial şəbəkəsini yaratmışdır.. Milli internet resurslarının ölkə üçün əhəmiyyət kəsb etdiyi barədə tez-tez mətbuatda məqalələri yayımlanmışdır.
Füzuli Məmmədov (iş adamı)
Füzuli Məmmədov (Füzuli Məmməd oğlu Məmmədov; d. 9 fevral, 1963, Naxçıvan MSSR, Ordubad) — "İntersever" şirkətlər qrupunun rəhbəridir. Şirkətin rəsmi saytında adı Frenk Naxçıvanski kimi qeyd olunub, Dünya Azərbaycanlıları İttifaqının prezidenti, Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Rusiya Azərbaycanlıları İttifaqının prezidenti. == Həyatı == Füzuli Məmmədov 1963-cü ilin, fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1983-cü ildə Naxçıvandan Rusiyaya köçən Füzuli Məmmədov, 1989-cu ildən "İnterserver" şirkətinin prezidenti vəzifəsində çalışır. Rusiyada yaratdığı biznesini 2014-cü ildən, başda İtaliya olmaqla Avropaya köçürmüşdür. Rusiyadan çıxmasının səbəbi isə, yaxın münasibətdə olduğu Moskva meri Yuri Lujkovun vəzifəsindən çıxması olub.Rusiyada və bir sıra başqa xarici ölkələrdə "Frenk Fond"u fəaliyyət göstərir. Rusiyada hüquqşünas və iqtisadçi ali təhsili alan Füzuli Məmmədov, siyasi elmlər namizədidir. Hal-hazırda İtaliyada, Berqamo şəhərində yaşayır, 2 övladı var. === Ailəsi === Evlidir.
Metanolla iş (film, 1979)
== Məzmun == Metanol metil spirtinin başqa adıdır. Kinolentdə istehsalatda metanoldan istifadə olunmasından söhbət gedir. == Film haqqında == Film Azərbaycan SSR Qaz Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Neft Buruqlarında İş (1907)
Neft buruqlarında ― 1907-ci ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmun == Kinosüjet Bakı həyatından bəhs edir. == Film haqqında == Filmi çəkən Vasili Amaşukeli gürcü kinosunun yaradıcılarından biridir. Əvvəllər Bakıda kinomexanik işləyən kinooperator, sonradan Gürcüstana köçüb ömrünün sonuna kimi Tbilisidə işləmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor : Vasili Amaşukeli Operator : Vasili Amaşukeli == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Rövşən Tağıyev (iş adamı)
Rövşən Tağıyev — Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı.
Yusif Cəfərov (iş adamı)
"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı — Azərbaycan Respublikasının medalı. == "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının təsviri == "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı bürüncdəndir, lövhə şəklində tərtib edilmişdir. Diametri 32 mm olan lövhənin içində onun mərkəzindən çıxan şüalar və qabarıq şəkildə səkkizguşəli ulduz, ulduzun guşələri arasında isə kürəciklər həkk olunmuşdur. Ulduzun üzərində daxilində Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi olan dairə təsvir edilmişdir. Dairənin içində çevrə boyu palıd yarpağından çələng yerləşdirilmişdir. 1-ci dərəcəli medal — qızılı, 2-ci dərəcəli medal daxildəki çevrənin səthi və çələng gümüşü olmaqla qızılı, 3-cü dərəcəli medal isə gümüşü rənglidir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca "Azərbaycan", aşağı qövs boyunca "Respublikası" sözləri, mərkəzdə isə 3-cü dərəcəli medalda "10 il qüsursuz xidmətə görə", 2-ci dərəcəli medalda "15 il qüsursuz xidmətə görə", 1-ci dərəcəli medalda "20 il qüsursuz xidmətə görə" sözləri həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mm x 42 mm ölçüdə, 1-ci və 2-ci dərəcəli medal üçün qızılı, 3-cü dərəcəli medal üçün isə gümüşü rəngli beşbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən iki hissədən ibarətdir. Üst hissə 34 mm uzunluqda düzbucaq olmaqla üzərində lövhənin kənarları və yuxarı tərəfi boyunca eni 2 mm olan, 1-ci və 2-ci dərəcəli medal üçün sarı, 3-cü dərəcəli medal üçün isə boz rəngli, ortada şaquli istiqamətdə 1-ci dərəcəli medal üçün eni 5 mm olan bir, 2-ci dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan iki, 3-cü dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan üç zolaq çəkilmiş qırmızı rəngli xara lentlə örtülmüşdür.
"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı

"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı

"Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı
"Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı" == Döş nişanının təsis edilməsi barədə == 12 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20-ci ildönümü tamam olur. Qoşunların şəxsi heyəti 1992–2012-ci illərdə vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması üzrə tapşırıqları yerinə yetirmiş, dövlət və dövlətçiliyimizə zidd cinayətkar qüvvələrə qarşı barışmaz mübarizə aparmış, ictimai sabitliyin, vətəndaşların konstitusiya hüquqlarının qorunmasını layiqincə təmin etmişdir. Xidməti vəzifələrinin, hərbi borcunun yerinə yetirilməsində və hərbi intizamın möhkəmləndirilməsində yüksək nailiyyətlər əldə etmiş hərbi qulluqçuların həvəsləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında" Əsasnamənin 5.3.16-cı bəndini rəbər tutub. 1. Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı təsis edilsin. 2. "Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı haqqında Əsasnamə" və "Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanının təsviri" təsdiq edilsin. 3. Əmr Daxili Qoşunların şəxsi heyətinə elan olunsun.
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" rəhbərlərinin işi
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər". == Zəmin == Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi. Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar. == SEMƏMT-in rəhbərləri == İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir. Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi: Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini); İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı); Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı; İskəndər Əliyev (Az.
"Vətən müharibəsi iştirakçısı" medalı
"Vətən müharibəsi iştirakçısı" medalı — Azərbaycanın dövlət təltifi və medalı. İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təltif edilən şəxslər == "Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir. == Təltif edən orqan == "Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Prezidenti təltif edir. == Taxılma qaydası == "Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Laçının azad olunmasına görə" medalından sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Vətən Müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin ətrafı üçbucaq formalı xətlərlə, guşələrinin arası qövsvarı xətlərlə konturlanmış, guşələri ikitərəfli hamar şüalı, guşələrinin arası 32 ədəd qısa ikitərəfli hamar şüalı diametri 42 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında qırmızı minalı fonda yuxarı qövs boyunca VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI sözləri yazılmışdır, aşağı qövs boyunca mərkəzdən sol və sağ tərəflərə doğru dəfnə çələngləri təsvir olunmuşdur. Yazı ilə çələnglərin arasında, sol və sağ tərəflərdə iki səkkizguşəli ulduz təsvir olunmuşdur. Daxili çevrənin içərisində səthi relyefli xətlərlə işlənmiş dairənin mərkəzində qoşa xətlərlə konturlanmış səkkizguşəli ulduz formalı lövhə, lövhənin mərkəzində isə ikitərəfli hamar şüalı səkkizguşəli ulduz təsvir olunmuşdur.
777 №-li iş (film, 1992)
777 №-li iş filmi rejissor Ceyhun Mirzəyev tərəfindən 1992-ci ildə ekranlaşdırılmışdır. Film "Mozalan" studiyasında istehsal edilmişdir. Satirik-yumoristik filmin qəhrəmanları "Mozalan"da olduğu kimi, yenə də maymaqlar, rüşvətxorlar, bürokratlar, fırıldaqçılar və başqalarıdır. Filmdə əsas rolları Səyavuş Aslan, Yaşar Nuri, Ramiz Əzizbəyli, Eldəniz Zeynalov, İlham Namiq Kamal, Muxtar Maniyev və Rasim Balayev ifa edirlər. == Məzmun == Bu, "Mozalan" satirik kinojurnalında çəkilmiş bir sıra maraqlı süjetlərdən istifadə olunaraq lentə alınan tammetrajlı bədii səpkili filmdir. Filmin qəhrəmanları "Mozalan"da olduğu kimi, yenə də maymaqlar, rüşvətxorlar, bürokratlar, fırıldaqçılar və başqalarıdır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Eldəniz Quliyev Rejissor: Ceyhun Mirzəyev Operator: Vaqif Muradov Rəssam: Fikrət Ələkbərov == Rollarda == Səyavuş Aslan Yaşar Nuri Ramiz Əzizbəyli Eldəniz Zeynalov İlham Namiq Kamal Muxtar Maniyev Rasim Balayev — Hakim Zemfira Sadıqova — Hakim == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
@ işarəsi
@ işarəsi — elektron poçt simvolu @ işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompüter və İnternet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir. “@” işarəsini koreyalılar “ilbiz”, ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), , türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası” və s. kimi adlandırırlar. Çində "@" heroqlifi həm də "ay ta" kimi oxunur və mənası "onu sev" deməkdir. == @ işarəsinin tarixi == @ işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ildə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı bir məktubda rast gəlinmişdir. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsini istifadə etmişdi. O zamanlarda, bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən @, daha sonra texnologiyalara da daxil oldu. Zaman üçün istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar.
Adi iş günü (film, 2002)
Adi iş günü qısametrajlı sənədli televiziya filmi rejissor Şahmar Qəribli tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir günlük iş qrafikini əks etdirir. Aktyorlar işə gəlir, yeni tamaşaya qızğın məşqlər davam edir və nəhayət tamaşa tamaşaçıların ixtiyarına buraxılır. == Məzmun == Film Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir günlük iş qrafikini əks etdirir. Aktyorlar işə gəlir, yeni tamaşaya qızğın məşqlər davam edir və nəhayət tamaşa tamaşaçıların ixtiyarına buraxılır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı XX əsrin 20-ci illərində yaranmış Azərbaycan teatrıdır. Yarandığı ilk illərdə müasirliyə meyl edən, vacib həyatı məsələlərə, cəmiyyətin ağrılı sahələrini qabarıq verən, həmişə bu ənənələri yaşadan yeni yaradıcı nəsl yetişmişdir. Öz isti nəfəsini, ağıl və düşüncəsini, məhəbbətini teatrın inkişafına sərf edən yeni gələn hər nəsil ona yeni təravət gətirmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 1989-cu ildə öz tamaşaçılarını indiki- yeni binada qarşıladı.
Adi işırqan
Adi işırqan (lat. Galeopsis tetrahit) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇şırqan cinsinə aid bitki növü. == Sinonimləri == Galeopsis alpicola Nyman Galeopsis beckii (K.Malý) Dalla Torre & Sarnth. Galeopsis crenatifolia Sennen Galeopsis gacognei Nyman Galeopsis glaucocerata P.Fourn. Galeopsis grandiflora Suter [Illegitimate] Galeopsis ionantha Borbás Galeopsis lactiflora Borbás Galeopsis laramberguei Martrin-Donos Galeopsis leucantha Jord. Galeopsis michelianae Turra Galeopsis neglecta Schult. Galeopsis nodosum (Moench) Gray [Illegitimate] Galeopsis persetosa Borbás Galeopsis praecox Jord. Galeopsis pseudotetrahit P.Fourn. Galeopsis reichenbachii Reut. Galeopsis silvestris Borbás Galeopsis subtatrensis Borbás Galeopsis tetrahit f.
Alakay (İşembay)
Alakay (başq. Алаҡай, rus. Алакаево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Skvorçixa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 12 km, kənd sovetliyindən (Skvorçixa): 20 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 6 km.
Alaş işi
Alaş işi — 1928-ci ildən Alaş Partiyasının üzvlərinə qarşı kütləvi repressiyalar. Həbs edildikdən sonra onlara sovet hakimiyyətini devirmək üçün ona qarşı silahlı mübarizədə iştirak etməkdə, milliyətçi təbliğat aparmaqda, SSRİ-yə qarşı mübarizə aparan xarici dövlətlərlə əlaqədə olmaq ittihamı irəli sürülmüşdür. 1930-cu ilin aprelində təqribən 40 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, ölüm cəzasına məhkum edilmişdir. Bunlardan Əhməd Baytursunov, Miryaqub Dulatov, Mirəzağalı Espolov, Xalil Qabbasov, Qasımbek Birimjanov və başqaları var. Xalel və Jaxanşa Dosmuxamedov, Maqjan Jumabayev, Yeldos Omarov, İbrahim Satbayev, Abuali Adilov, Abdolla Uzakbayev sürgünə göndərilmişdir. Sonradan azadlığa buraxılan Muxtar Auezov, Ualixan Ömərov, Bilal Suleyev, Alimjan Yermekov, Daniyal İskakov istintaqa cəlb edilmişdir.
Aleksandr İşein
Arxiyepiskop Aleksandr (rus. Архиепископ Александр, dünyəvi adı Aleksandr Gennadyeviç İşşein, rus. Александр Геннадьевич Ищеин; 13 iyun 1952, Yaroslavl – 10 iyun 2021, Bakı) — Bakı yeparxiyasının arxiyepiskopu. == Həyatı == 13 oktyabr 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulmuş, 1975-ci ildə dyakon olmuşdur. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlmişdir. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlamışdır. 28 dekabr 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunmuş və 14 yanvar 1999-cu ildə o bu dərəcəyə yüksəldilmişdir. Onun dövründə 24 iyundan bəri Müqəddəs Varfolomeyin anım günü olaraq Bakı yeparxiyasında qeyd olunmağa başlamışdır. 18 iyul 2012-ci ildən bəri dərəcəsi arxiyepiskopu idi.
Aleksandr İşşein

Almalı (İşembay)
Almalı (başq. Алмалы, rus. Алмалы) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Petrovski kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 45 km, kənd sovetliyindən (Vasilevka): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 43 km.
Araz üzərində işıq (film, 1971)
Araz üzərində işıq filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1971-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film iki qonşu ölkənin-Azərbaycan və İran inşaatçılarının birgə səyi ilə Araz üzərində hər iki ölkəni enerji ilə təmin edəcək elektrik stansiyasının tikintisindən və açılışından bəhs edir. == Məzmun == Film iki qonşu ölkənin-Azərbaycan və İran inşaatçılarının birgə səyi ilə Arazın ram edilməsindən, Araz üzərində hər iki ölkəni enerji ilə təmin edəcək elektrik stansiyasının tikintisindən, tikintidə çalışan fəhlə və mütəxəssislərin əməyindən, stansiyanın təntənəli açılışından bəhs edir.
Avanqard (İşembay)
Avanqard (başq. Авангард, rus. Авангард) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Etkol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 30 km, kənd sovetliyindən (Urqe Etkol): 8 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 47 km.
Axtarış işləri
Axtarış işləri (rus. Разведка месторождений полезных ископаемых) — faydalı qazıntı yataqlarının aşkar edilməsi və qiymətləndirilməsinə dair işlər kompleksi. Faydalı qazıntı yataqlarının axtarışı 3 mərhələdə aparılır: ümumi axtarışlar. bilavasitə axtarış işləri. axtarış-qiymətləndirmə işləri. Ümumi axtarışlar prosesində ərazilərdə tədqiqat aparmaqla faydalı qazıntıların mövcudluğuna birbaşa əlamətlərin olması ilə onların perspektivliyi təsdiq edilir. Axtarış işlərinin miqyası axtarış müşahidələri şəbəkəsinin sıxlığı ilə müəyyən edilir, faydalı qazıntıların növü və ərazinin geoloji quruluşunun mü rəkkəbliyindən asılı olur. Axtarış işlərinə geoloji, geokimyəvi və s. üsullar kompleksi ilə axtarışlar aparılması, səth mədən qazmalarının keçilməsi, axtarış quyularının, qanov, şurf, dairəvi şurf qazılması ilə ana süxurların aşkarlanması daxildir. Səmərəli xtarış işləri kompleksi faydalı qazıntıların növündən və işlərin aparıldığı ərazinin quruluşu, landşaft-coğrafi şəraitin dən asılı olaraq seçilir.
Ayın külrəngi işığı
Ayın külrəngi işığı — Ay səthinin Günəş işığı düşməyən hissəsinin zəif işıldaması. Təzə Aydan əvvəl və sonra müşahidə olunur. Yerdən əks olunan Günəş şüalarınn Ayın qaranlıq hissəsini işıqlandırması ilə izah edilir. Ayın külrəngi işığının öyrənilməsi nəticəsində Yerin şüaqaytarma qabiliyyətinin dəyişməsi təyin edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ford, E. B., Turner, E.L. & Seager, S. (2001) ``Characterization of extrasolar terrestrial planets from diurnal photometric variability Nature, Volume 412, Issue 6850, pp. 885–887. link and preprint Seager, S., Turner, E. L., Schafer, J., & Ford, E. B. (2005) ``Vegetation's Red Edge: A Possible Spectroscopic Biosignature of Extraterrestrial Plants Astrobiology, Volume 5, Issue 3, pp. 372–390. (link and preprint) Qiu J; Goode PR; Palle E; Yurchyshyn V; və b. "Earthshine and the Earth's albedo: 1.
Azamat İşenbayev
Azamat Beişenbekoviç İşenbaev (19 iyun 1978, SSRİ) — Qırğızıstan futbolçusu, hücumçusu. Qırğızıstan milli komandasında oynamışdı. == Karyerası == 1995-ci ildə Bişkek "Alqa"-nın tərkibində Qırğızıstan Milli Futbol Çempionatında çıxış etməyə başladı. 1997-ci ildə Bişkek "Dinamo"-suna köçdü və üç qat çempion (1997, 1998, 1999) və Qırğızıstan çempionatının gümüş medalçısı (2000) oldu. 2000-ci ildə vurduğu 16 qolla çempionat bombardirləri mübahisəsinin ilk 5-inə girdi. 2001-ci ildən bu yana "Dordoy Bişkek"-də oynadı (sonradan klub bir neçə il Dordoy-Dinamo adlandırıldı). 2001-2003-cü illərdə ardıcıl üç dəfə milli çempionatın bürünc medalçısı və 2004-2007-ci illərdə çempionatın, 2004-2006-cı illərdə də Qırğızıstan kubokunun qalibi oldu. 2001-ci ildə 20 qolla çempionat bombardirləri mübahisəsində üçüncü yeri tutdu, daha sonra mövsüm ərzində dəfələrlə 10 qola çatdı. Beynəlxalq səviyyədə AFC Prezident Kubokunun qalibi (2006, 2007) və finalçısı (2005) oldu. 2008-ci ilin əvvəlində bir qrup təcrübəli oyunçu ilə birlikdə "özünə qarşı daha aşağı tələblər etmək" səbəbindən Dordoydan qovuldu .
Aznay (İşembay)
Aznay (başq. Аҙнай, rus. Азнаево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Etkol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 28 km, kənd sovetliyindən (Urqe Etkol): 5 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 45 km.
Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası — zabit kadrları və sıravi polis nəfərləri hazırlayan xüsusi ali məktəb. == Tarixi == Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuş, 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmiş, 1936-cı ildən isə Mərdəkan qəsəbəsinə köçürülmüşdür. 1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Təhsil müddəti iki il müəyyən edilmişdi və məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. 1957–1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda-Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı. Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli status verildi.

Digər lüğətlərdə