ƏFƏNDİ

ər., əsli: yunan

1. Oxumuş adamların, ruhanilərin adlarına qoşulan söz.

2. Ümumiyyətlə, hörmət bildirmək üçün işlənir. (“Koroğlu” dastanının lüğəti)

Əfəndi cəld ayağa qalxdı. Qələm-davatını götürüb, bir əlində imanı, bir əlində tumanı düşdü Koroğlunun yanına. (“Koroğlunun İstanbul səfəri”)

*

Əyri qılınc mənim püşdü pənahım,

Axtarıram səni bu gün, əfəndim!

Çəkib qopardaram bədəndən boynun,

Qoymam qala novcavanın, əfəndim!

                                                         (“El aşıqları”)

ƏDÜK
ƏFQAN ƏRƏB

Digər lüğətlərdə