ƏLİQULU
ƏLİMAHİR
OBASTAN VİKİ
Sabir Əlim Xəliloğlu
Sabir Əlim Xəliloğlu (tam adı: Sabir Xəlil oğlu Əliyev; 15 may 1935, Qaracalar, Gürcüstan SSR, ZSFSR, SSRİ – 14 may 2007, Tbilisi) — şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Sabir Xəlil oğlu Əliyev 1935-ci il mayın 15-də Gürcüstanın Qarayazı rayonunun (indiki Qardabani bələdiyyəsi) Qaracalar kəndində anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Universitetində filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsinə daxil olub. 1960-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1961–1962-ci illərdə ikinci dəfə ADU-nun şərqşünaslıq fəkültəsində təhsil alıb, oranın ərəb tərcüməçiliyi şöbəsini də fərqlənmə diplomu ilə bitirib. 7 ildən artıq (1960-cı ilin sentyabrından 1967-ci ilin dekabrına kimi) Azərbaycan SSR Elmələr Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi olub. 1966-cı ildə "Klassik Azərbaycan şeirinin şəkilləri" mövzusunda namizədlik, 1990-cı ildə isə "Füzulinin ədəbi-nəzəri görüşləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1967-ci ildən ömrünün axırına kimi Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda (daha sonra Universitet) işləyib, Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub. 2007-ci il mayın 14-də dünyasını dəyişib. Doğma kəndi Qaracalarda dəfn olunub.
Anna Əlimərdanova
Anna Əlimərdanova (6 may 1991) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Anna Əlimərdanova 2014-cü ilin 31 may-8 iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Əlimərdanova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Yelena Saveleva ilə üz-üzə gəldi və rəqibinə 0:2 hesabı ilə məğlub oldu. Daha sonra Anna Əlimərdanova 2014-cü ilin 16–24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Əlimərdanova 1/16 final mərhələsində Meksika nümayəndəsi Denia Sosaya (3:0), 1/8 final mərhələsində isə İrlandiya təmsilçisi Miçaela Valşa (2:0) qalib gəlsə də, 1/4 final mərhələsində Türkiyə nümayəndəsi Ayşe Taşa məğlub oldu (0:3) və mübarizəsini dayandırdı. 2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Anna Əlimərdanova, turnirin 1/4 final mərhələsində Bolqarıstan nümayəndəsi Stanimira Petrovaya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Rusiya təmsilçisi Yelena Savelevaya məğlub oldu (0:3) və I Avropa Oyunlarının bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Anna İvanovna Əlimərdanova "Tərəqqi" medalı ilə təltif edildi. Anna Əlimərdanova 2016-cı ilin 18–28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Əlimərdanova 1/16 final mərhələsində ABŞ nümayəndəsi Virciniya Fuşa qalib gəlsə də (2:0), 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Nicola Adamsa məğlub oldu (0:3) və turniri medalsız başa vurdu. Daha sonra Anna Əlimərdanova 2016-cı ilin 15–24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi.
Aşıq Nəcəf Əlimərdanlı
Aşıq Nəcəf Əlimərdanlı (tam adı:Nəcəf Alı oğlu Hüseynov; 1900, Əlimərdanlı – 1946, Tovuz rayonu) — Azərbaycanlı aşıq, şair, 1937-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Aşıq Nəcəf Əlimərdanlı 1900-cü ildə) Tovuzun Əlimərdanlı kəndində anadan olub. Kiçik yaşlarından qoyun-quzu otarmış, təhsil ala bilməmişdir. 1926-cı ilin axırlarına kimi həmin rayonun Oaracaəmirli kəndində çoban olmuşdur Aşıq sənətini Aşıq Hüseyn Bozalqanlidan öyrənib. Bir yaradıcı aşıq kimi qoşma, gəraylı, təcnis, ustadnamə, divani, müxəmməs yazıb. Dayısı Molla İsmayılın yanında mükəmməl şəriət təhsili almışdır. Aşıq nəcəfin babası Kərbəlayı Hüseyn Kərbəlayı Pənah oğlu uzun müddət Əlimərdanlı kəndinin koxası olmuşdur. Üç şeirlər kitabı nəşr edilib. 1937-ci ildən SSRİ YB-nin üzvü olub. 1928-ci ildə aşıqların birinci qurultayına nümayəndkeçirsə başa, ə seçilib.
Hafiz Əlimərdanov
Hafiz Əlimərdanov (tam adı: Hafiz Mütəllim oğlu Əlimərdanov; d. 01.01.1948, İsmayıllı rayonu, Lahıc qəsəbəsi) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Alitsiklik birləşmələr" laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Hafiz Əlimərdanov 1948–ci ildə anadan olmuş, 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnistitunun aspiranturasına daxil olmuş, 1975-ci ildə “Tsiklopentanon və onun homoloqlarının C5-C8 alfa olefinlərə birləşmə reaksiyasının tədqiqi və heptiltsiklopentanonun alınma prosesinin işlənib hazırlanması” mövzusunda namizədlik, 1993-cü ildə isə “Beş və altıüzvlü alitsiklik karbohidrogenlərin oksid və seolit katalizatorlarının iştirakı ilə tsikloolefinlərə oksidləşdirici dehidrogenləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir, 2005-ci ildə ona professor elmi adı verilmişdir. == Əsas elmi nailiyyətləri == Beş və altı üzvlü alitsiklik karbohidrogenlərin tsikloolefinlərə qismən dehidrogenləşməsi üçün müvafiq katalizatorlar seçilmiş və reaksiyaların əsas qanunauyğunluqları müəyyən edilmişdir. Tsikloheksan karbohidrogenlərinin polialkilbenzollara dehidrodisproporsiallaşması və C1-C3 biratomlu spirtlərlə dehidroalkilləşməsi prosesləri üçün katalizatorun seçilməsi əsaslandırılmış və prosesin getmə qanunauyğunluqları müəyyən edilmişdir. Beş və altı üzvlü alitsiklik ketonların təcrübi-sənaye qurğularında istehsalı təşkil olunmuşdur. Beş və altı üzvlü alitsiklik ketonların müvafiq laktonlara oksidləşdirilməsi qanunauyğunluqları öyrənilmiş və bu laktonların təcrübi-sənaye qurğularında istehsalı təşkil olunmuşdur. Doymamış mono-və bitsiklik karbohidrogenlərin oksidlərə, ketonlara, spirtlərə (bir və ikiatomlu) maye fazada oksidləşməsi üçün katalizatorların seçilmiş və proseslərin getmə qanunauyğunluqlarının öyrənilmmişdir.
Lalə Əlimuxtarova
Ləman Əlimuradova
Ləman Osman qızı Əlimuradova (29 noyabr 2004, Yasamal rayonu) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Ləman Əlimuradova Azərbaycanı 2020, 2021, 2022, 2023 və 2024-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci və 2024-cü illərdə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Ləman Əlimuradova həm də 2021, 2022 və 2023-cü illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. Bu qrup həm də 2024-cü ilin avqustunda Paris Olimpiadasını beşinci pillədə başa vurmaqla bu idman növü üzrə Azərbaycanın Olimpiya Oyunlarında ən uğurlu çıxışına imza atıb.
Mirzə Əliməhəmməd ağa Sofuoğlu
Vəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa (1747-1797) — Qarabağ xanı İbrahim xanın vəziri. == Həyatı == Vəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa Sofuoğlu Qarabağ xanı İbrahim xanın vəziri olub solbəylər silkinə mənsub idi. Qarabağ dövlətinin idarəetmə quruluşu Çingiz idarəetməsindən gələn amirlik və amillik (hərb və dəftərxana) sisteminə söykənirdi. Sağbəylər hərbi elitanı, solbəylər isə daxili-xarici siyasəti təmsil edirdi. Ənənəyə görə səltənətin yüksək idarəetmə sistemində vəzirlərdən biri peyğəmbər övladı olmalı idi. Bu, dövlət idarəetməsində həm xalq arasında nüfuz sahibi olan nəsillərin təmsilçiliyi, həm də Böyük Peyğəmbərimizin dövlətə mənəvi zaminliyi sayılırdı. Mirzə Əliməmməd Ağa Sofuoğlu Qarabağ Xanlıq Dövlətinin quruculuğunda, dövlətin xarici işlərinin idarə edilməsində mühüm rol oynamış, eləcə də Qarabağ Xanlıq Dövlətinin digər Azərbaycan xanlıqları və region dövlətləri ilə əlaqələrinin əsas iştirakçısı, sözçüsü və Xanın özəl elçisi olmuşdur. Yusif Vəzir Çəmənzəminli "İki od arasında" tarixi romanında Seyyid Vəzirin Gürcüstan səfəri haqqında ətraflı məlumat verir. Bu tarixi səfər rus qoşununun Tiflisə yerləşdirilməsi, Rusiya dövlətinin Qafqazda başlatdığı işğal siyasətinin və gürcü çarı ilə məxfi əlaqələrinin öyrənilməsi – kəşfiyyat xarakterli olmuşdur. Mirzə Əli Məhəmməd Ağa 1785-ci ildə Osmanlı dövlətinə elçi getmiş, Osmanlıdan Qacar dövlətinin təzyiqlərinə qarşı duruş gətirmək məqsədi ilə Qarabağ xanlığına hərbi yardım istəmişdir.
Mollalar (Əlimədətli, Ağdam)
Mollalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd. Kənd əhalisi heyvandarlıq,qoyunçuluq,üzümçülük,bağçılıq və digər sahələrlə məşgul olmuşdur. İqlimi mülayim-istidir.. Kəndin ətrafı sıra dağlarla əhatələnmişdir. Mollalar ərazisində duru və sərin bulaqlar mövcuddur. Burada dağ-bozqır bitkiləri(kəklikotu),bodur otu və s.geniş yayılmışdır.. Kənd 1993-ci il iyunun 15-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. İşgal edildikdən sonra kəndin adı dəyişdirilərək "Nor Aygestan"adlandırılmış və buranın gözəl təbiəti olduğu üçün buraya əvvəllər Agdərənin "Çaylı"kəndində yaşayan Ermənilər köçürülmüşdür.. 2020-ci il 10 noyabr kapitulyasiyasına əsasən Ermənistanın Ağdam rayonunu Azərbayacana təhvil verməsindən sonra bu kənd də 20 noyabr 2020-ci ildə öz azadlığına qovuşdu. == Tarixi == Mollalar kəndinin oykonimi "mollalar nəslinə mənsub olanlar" mənasındadır.
Orxan Əlimuradov
Xalid Əlimirzəyev
Əlimirzəyev Xalid Əlimirzə oğlu (1932, Qəmərvan, Qutqaşen rayonu – 30 yanvar 2016, Bakı) — filologiya elmlər doktoru, professor. == Həyatı == Xalid Əlimirzəyev 16 dekabr 1932-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. 1964-cü ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademikidir.1992–1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Xalid Əlimirzəyev 2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getmişdir. 15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəlifidir. "Məhəbbət yaşadır" pyesi Azərbaycan Dövlət Milli Teatrının kiçik səhnəsində tamaşaya qoyulmuşdur. Seçilmiş bədii əsərlərdən ibarət "Bələdçi" kitabı çapdan çıxıb.
Xalidə Əliməmmədova
Xalidə Əliməmmədova (tam adı: Xalidə Şıxzadə qızı Əliməmmədova; 5 mart 1973, Xaçmaz rayonu) — aktrisa. == Həyatı == Xalidə Əliməmmədova 1973-cü il martın 05-də Xaçmaz rayonunda doğulub. 1997-ci ildə fərqlənmə bakalavr diplomu ilə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Həmin il sözügedən universitetin «Teatrşünaslıq» fakültəsinə qəbul olub, 1999-cu ildə maqistr pilləsinə yüksəlib. 1995-ci il avqustun 25-dən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Teatroqrafiya == Pərvanə - («Yay gecəsində yuxu», V.Şekspir Əsgər - («Hamlet», V.Şekspir) Perespela - («Tədbirə qarşı tədbir», V.Şekspir) Birinci cadugər - («Maqbet», V.Şekspir) Dorote - («Karmen», P.Merime) Qalina- («Ördək ovu», A.Vampilov) Lakusta - («Neron oynayır və ya iblisin komediyası», M.Xubai) Erita - («Herostatı unudun», Q.Qorin) Qulluqçu - («Teh end», J.Seminon) Nata xanım - («Nazirin xanımı», V.Nuşiç) Kərbalai Fatma - («Ölülər», C.Məmmədquluzadə) Qulluqçu- («Qurbanəli bəy», C.Məmmədquluzadə) Şəhla - («Məndən nigaran qalmayın», İ.Məlikzadə) Xeyransa - («İntihar», V.Səmədoğlu) Gəlmə qarı – («Mamay kişinin yuxuları», V.Səmədoğlu) Qisasçı qadın – («Genaralın son əmri», V.Səmədoğlu) III aparıcı – («Uzaq yaşıl ada», V.Səmədoğlu) Dayə – («Hərənin öz ulduzu», Ə.Səmədli) Nənə – («Onun iki qabırğası», Ə.Əmirli) Qüdrət – («Yeddi məhbusə», Ə.Əmirli) Hamilə – («İtkin ər», Ə.Əmirli) Ofa – («Kişi və qadın», Ə.Əmirli) Nuriyyə – («Sevirəm səni Türkiyə», K.Abdulla) Taclı bəyim–(«Şah İsmayıl yaxud hamı,səni sevənlər burdadır», K.Abdulla) Ana – («İnək», N.Hikmət) Kəmalə – («Axırı sakitlikdir», E.Hüseynbəyli) Gəlin – («Dəli Domrul», Dədəqorqudboyu) Qulluqçu – («Tabut», F.Mustafa) Dəvə quşu – («Qəfəs», F.Mustafa) Qatıq satan – («Vida marşı», F.Mustafa) Məryəm – («Qara qutu», F.Mustafa) Kərimə – («Mürafiyə vəkilləri», M.F.Axundov) Xavər – («İblis», H.Cavid) Qadın – («Yad qadının məktubları», S.Sveyq) Tibb bacısı – («Dəlilər», M.Əliyev) Aygül – («Vicdanın hökmü», H.Mirələmov) Jurnalist – («Əbləhlərin toyu», R.Əlizadə) Kəkilli – («Tık-tık xanım», R.Əlizadə) Bahar – («Keçəlin toyu», R.Əlizadə) Küpəgirən qarı – («Sindibadın səyahəti»,R.Əlizadə) Ana keçi – («Şəngül, Şüngül, Məngül», M.Müşviq) Babrina – («Sənsiz yaşaya bilmirəm», M.Haqverdiyev) Çin gözəli – («Məlikməmməd», Nağıl tamaşa) Ana – («Qızıl dağın kralı», N.Orxan) Dovşan – («Bostan müqəvvası», S.Əliyev) Göyçək Fatma – («Kosmosa səyahət», H.Atakişiyev) Dayə – («Şelkunçik», E.T.A.Hofman») Barbel – («Yatmış gözəl» B.Marvin) Pəri – («Göyçək Fatma» Azərbaycan xalq nağılı) Əminə – («Buzovna kəndinin əhvalatları» Elçin) Qısır qarı – («Şahzadə Xəzrin nağılı» K.Ağabalayev, N.Kazımov) Püstə – («Qaraca qız» S.S.Axundov, AŞaiq) Fregen Bok – («Balaca və damda yaşayan Karlson A.Lindqren) Dayə – («Danışan gəlincik» A.Şaiq) Kahin qadın - Q.Qorin "Henstratı unudun" Jurnalist - R.Əlizadə "Əbləhlərin toyu" 3cu aparıcı -V.Səməd oğlu "Uzaq yaşıl ada" Ofa- Ə.Əmirli"Kişi və qadın" Kərimə - M.F.Axundov "Mürafiə vəkilləri" Dayə-Ə.Səmədli"Hərənin öz ulduzu" "Şelkunçik" -Dayə (Rej. N.Başiyeva 2009.) "Yatmış gözəl" - Barbel (Rej. N.Kazımov 2010) "Revayəti-Şahzadeyi Xəzər" - Qısırqarı (Rej. N.Kazımov 2012) "Balaca və damda yaşayan Karlson"-Freken Bok (Rej.
Xəlil Əlimirzəyev
Əlimirzəyev Xəlil Oruc oğlu (1918, Qutqaşın – 1976, Bakı) — tarix elimlər doktoru, professor. == Həyatı == Xəlil Əlimirzəyev 1918-ci ildə indiki Qəbələ rayonunun (Qutqaşın) Mirzəbəyli kəndində anadan olmuşdur. 1939-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1948-ci ildə Universiteti bitirib. 1946-1947-ci illərdə Azərbaycan Respublikası MK-da təlimatçı işləyib. 1948-ci ildə Universitetin aspiranturyasının bitirib. 1954-cü ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 20 monoqrafiya və kitabın müəllifidir. 300 çap vərəqəsi həcmində məqalənin müəllifidir. 2 dəfə Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.
Əli Əlimərdanlı
Əli Əlimərdanlı (24 oktyabr 1996-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt FK klubunda hücumçu kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Sumqayıt === Əlimərdanlı Sumqayıt FK akademiyası vasitəsilə inkişaf etmişdir. Əlimərdanlı əsas komanda ilə debütünü 18 oktyabr 2015-ci ildə etmişdir. O, 93-cü dəqiqədə İnter Bakı PİK klubu ilə qarşılaşmada Pərviz Fərcad-Azadı əvəz etmişdir. Həmin görüşdə Sumqayıt Azərbaycan Premyer Liqası görüşündə İnter Bakı ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 4 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Əlimran Şirvanski
Dəmirov (Şirvanski) Əlimran Müslüm oğlu — rejissor, aktyor, Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978). 1918 ildən Bakı teatr truppalarında həvəskar aktyor kimi çıxış etmiş, dram dərnəklərinə rəhbərlik etmişdir. 1924-cü ildə Ə. Bayramov adına qadınlar klubunda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" tamaşasında rejissor köməkçisi, həmçinin Vəli rolunun ifaçısı olmuşdur. 1939-1948-ci illərdə Azərbaycan Musiqili Komediya Teatrında aktyor və rejissor vəzifələrində çalışarkən Üseyir bəy Hacıbəyovun bir sıra əsərlərinin quruluşunu vermiş və bu tamaşalarda aktyor kimi iştirak etmişdir. Qoçu Əsgər, Həsənqulu bəy, Rza bəy və s. yadda qalan obrazlar yaratmışdır. Əli İmran Şirvanski Fəhlə-Gənclər Dram Dərnəyinin rəhbəri idi.
Əlimurad hamamı
Əlimurad hamamı — Abşeron rayonu Görədil qəsəbəsində, Novxanı-Pirşağı yolundan 600 m cənubda, Görədil kəndinin daxilinə gedən yolun sağ tərəfində yerləşir. == Tikili == Dörd bucaqlı formaya malik hamamın iki hissədən girişi vardır (cənub və şərq). İki hücrədən ibarət olan hamam müvafiq olaraq 2 günbəzə sahibdir. Hər gümbəzdə iki pəncərə vardır. Girişdə yerləşən hücrənin üzərində olan gümbəzdəki pəncərələrdən biri şərq, digəri isə cənub istiqamətdə yerləşdirilmişdir. İkinci gümbəzdəki pəncərələr isə cənub-qərb və cənub-şərq istiqamətdədir. Görünür bu hamamın daxilinə günəş işığının düşməsi və dəniz istiqamətdən əsən xəzri küləyinin gətirdiyi soyuq havanın və ya dəniz qumunun hamamın daxilinə daxil olmaması məqsədini güdür. == Tarixi == Hamamın XIX əsrdə tikilməsi qeyd olunur. Hamam hazırda istifadəsiz və baxımsız vəziyyətdədir. Hamamın adının onu inşa etdirən şəxsin adı ilə bağlı olması ehimal edilir.
Əlimurad xan Zənd
Əlimurad xan Zənd (?-18.1.1785) — Zəndlər sülaləsindən Fars, İsfahan hakimi. == Həyatı == Kərim xan Zəndin ölümündən sonrа Mərkəzi İrаndа Zəndlər sülaləsinin nümаyəndəsi Əlimurаd хаn hаkimiyyəti ələ keçirmişdi. Lаkin o öz hаkimiyyətini möhkəmləndirə bilmirdi. Çoхlаrı Əlimurаd хаnı İrаn hökmdаrı kimi tаnımаq istəmirdilər. Bunа görə Əlimurаd хаn Rusiyаnın dəstəyini qаzаnmаq üçün onа ittifаq bаğlаmаq təklifi ilə mürаciət etdi. Hələ 1783-cü ildə generаl Potyomkinin təbrik məktubunu аlаn Əlimurаd хаn öz məmuru Məhəmməd bəyi məktublа Qаfqаz хəttinə göndərib rus tаcirlərinə hər cür şərаit yаrаtdığını, Peterburq sаrаyınа səfir göndərib Rusiyа ilə onun аrzulаdığı şərtlərlə ittifаq bаğlаmаq istəyində olduğunu bildirmişdi. Cənubi Qаfqаzı öz mülklərinə qаtmаğı niyyət edən Rusiyа onun üçün çoх əlverişli olаn bu mürаciətə həvəslə cаvаb vermişdi. Q.А.Potyomkin II Yekаterinаyа yаzmışdı ki, Mərkəzi İrаnı ələ keçirən Əlimurаd хаn Rusiyа ilə ittifаq ахtаrır və bundаn istifаdə edərək "İrаn Ermənistаnını" könüllü аlıb, onun əsаsındа Аlbаniyа quberniyаsı təşkil etmək olаr. О, 1784-cü ilin mаy аyındа isə Əlimurаd хаnın təklifindən fаydаlаnmаq bаrədə müsbət rəyini Bezborodkаyа bildirmişdi: "Bundаn böyük хeyir qаzаnmаq, Ermənistаn ölkəsini və Аlbаniyаnı təşkil etməli olаn hissəni, İrаklinin çаrlığını qurmаq olаr". Əlimurаd хаnlа dаnışıqlаrın sürətləndirilməsinin bir səbəbi də Qubаlı Fətəli хаnın Cənubi Аzərbаycаn torpаqlаrını birləşdirmək istiqаmətində cəhdlər göstərməsi idi.
Əlimuradlı
Əlimuradlı— Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Əlimuxtar Hüseynzadə
Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə (5 fevral 1925, Bakı – 14 sentyabr 2007, Bakı) — əməkdar inşaatçı. Azərbaycanın Kənd Tikinti Naziri (1974–1978). == Həyatı == Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə 05 fevral 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsil illəri == 1 nömrəli orta məktəbin səkkizinci sinifini bitirdikdən sonra 1942-ci ildə Dəmiryolu Texnikumuna qəbul olmuşdur. Texnikumu bitirdikdən sonra 1945-ci ildə Bakıda filialı açılan Zaqafqaziya Dəmir Yolu İnstitutun tikinti şöbəsinə daxil olmuş və 1950-ci ildə təhsilini başa vurmuşdur. == Əmək fəaliyyəti == 1950-1953-cü illərdə Kür-Araz Su Tikinti Baş İdarəsinin Salyan bölməsində usta; 1953-1956-cı illərdə Neft Nazirliyinin tabeliçiliyində fəaliyyət göstərən Azərbaycan Ərazi Tikinti Trestində usta, iş icraçısı; 1956-1962-ci illərdə Bakı Baş Tikinti İdarəsinin 3 nömrəli Tikinti İdarəsində iş icraçısı, sahə rəisi, idarə müdiri; 1962-1966-cı illərdə yeni yaradılmış 1 nömrəli "Bakışəhərtikinti" Trestinin müdiri; 1966-1974-cü illərdə SSRİ-nin Nəqliyyat Tikinti Nazirliyinin "Xəzərdəniztikinti" (1971-ci ildən "Azərnəqliyyattikinti") Trestinin müdiri; 1974-1978-ci illərdə Azərbaycan Respublikasının Kənd Tikintisi naziri 1978-1985-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində tikinti məsələləri üzrə nazir müavini vəzifələrində çalışmışdır. 1985-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.Əlimuxtar Hüseynzadənin rəhbərliyi altında Bakı Televiziya Mərkəzi, Nərimanov prospektində (indiki Hüseyn Cavid prospekti) 522, 528, 535-ci məhəllələrdə yerləşən yaraşıqlı beşmərtəbəli binalar, “Cəfər Cabbarlı” və “Sevil” kinoteatrları, “Yaşıl” teatrı, Elmlər Akademiyasının yeni binası (indiki Azərbaycan Milli Elmlər Akademiyası AMEA) və onun Kimya, Fizika və Kibernetika institutlarının binaları, Azərbaycan Dövlət Universitetinin binasını, Politexnik İnstitutunun yeni korpusları, Sirkin binası və Azərbaycanfilm Kinostudiyası, “Azqiprovodxoz” İnstitutunun (sonralar Vergilər Nazirliyinin) binası, Aktyorlar evi, “Bakı” mehmanxanası, Respublika xəstaxanasının iki əsas korpusu, Ə.Qarayev adına 2-saylı Uşaq Xəstəxanası, M.Topçubaşov adına Eksperimental Xəstəxana, Onkologiya İnstitutu, Qanköçürmə və Taun Əleyhinə stansiyalar, 5 nömrəli xəstəxana, Zabrat – Pirşağı dəmir yolu və körpüləri, Sumqayıt – Yalama və Bakı – Dərbənd dəmir yollarının elektrikləşdirilməsi, Dübəndidə neftdoldurma bazası, Bakıda Dəniz vağzalı, 17 mərtəbəli İnturist (“Azərbaycan”) mehmanxanası, İçəri Şəhərdə Azərbaycan Ensiklopediyasının binası, Dövlət Təhlükəsizlik Komitəsinin yeni inzibati binası və işçiləri üçün Bilgəhdə dənizkənarı istirahət zonası, Qaradağda sement zavodunun işçiləri üçün qəsəbə, Qazaxıstan və Türkmənistanda bir sıra hidrotexnik və sosial obyektlər, respublikanın ərazisində çoxsaylı heyvandarlıq və quşçuluq kompleksləri, şərab zavodları, istehsalat sahələri, onlarla yaşayış və inzibati binalar, məktəb, uşaq bağçaları, səhiyyə, kommunal və sair obyektlər tikilib istifadəyə verilmişdir. 2007-ci ilin sentyabr ayında ömrünün 83-cü ilində ziyalı, nurlu bir insan və əsl el ağsaqqalı Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə dünyasını dəyişmişdir. == Mükafatlar == 1958-ci ildə “Şərəf nişanı”, 1966-cı və 1971-ci illərdə “Qırmızı əmək bayrağı” ordenləri və bir sıra medallarla təltif olunmuşdur. 1962-ci ildə tikinti kompleksində xidmətlərinə görə respublikanın “Əməkdar inşaatçısı” Fəxri adına və 1978-ci ildə SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülmüşdür.
Əlimuxtar Həsənov
Həsənov Əlimuxtar (tam adı: Həsənov Əlimuxtar Yaqub oğlu, d.1896, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il, 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tarix-filologiya sahəsində davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild.
Əşrəf Əlimirzəyev
Əlimirzəyev Əşrəf Oruc oğlu (8 fevral 1910, Qəmərvan, Nuxa qəzası – 13 yanvar 1982, Qutqaşen) — Sosialist Əməyi Qəhrəmanı (1966). == Həyatı == Əlimirzəyev Əşrəf Oruc oğlu 08 fevral 1910-cu ildə indiki Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmiş, məhz ona görə əmək fəaliyyətinə də çox erkən yaşlarından başlamışdır. 1933–1953-cü illərdə o vaxtkı Qutqaşın rayonunun "Yeni kənd", "Bakı fəhləsi", "Şən həyat" kolxozlarında mühasib, Qəmərvan Kənd Sovetinin sədri, Qutqaşın rayonu heyvandarlıq məhsulları üzrə tədarük müvəkkilinin müavini, 1953–1967-ci illərdə "Bakı fəhləsi", 1967–1976-cı illər "Xanlar" adına kolxozda sədr vəzifəsində çalışmışdır. 1958-ci ildə Heyvandarlıq sahəsində yüksək əmək göstəricilərinə və əmək fəaliyyətindəki nailiyyətlərinə görə Lenin ordeni və 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı, ikinci Lenin ordeninə layiq görülmüş, 1958-ci ildə Azərbaycan SSRİ Ali Sovetinin (V–VI çağırış) deputatı seçilmişdir. 1966-cı Sov.İKP-nın XXIII və 1969-cu ildə Ümumittifaq kolxozçularının III Qurultayının nümayəndəsi seçilmişdir. Dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olmuş, sərginin 4 qızıl və gümüş medalları ilə təltif edilmişdir. Təhsilə göstərdiyi qayğıya görə Qabaqcıl Maarif xadimi medalına layiq görülmüşdür. İkinci dünya müharibəsinin iştirakçısı olmuş, qələbə medalı ilə təltif edilmişdir. Qəmərvan kəndində sədr işlədiyi müddətdə məktəb binası, xəstəxana, klub, mehmanxana, su dəyirmanı, taxta emalı sexi, hamam tikdirmişdir.
Elyar Əlimirzəyev
Əliyar Əlimirzə oğlu Əlimirzəyev (4 sentyabr 1961, Gilah, Qusar rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2021). == Həyatı == Əliyar Əlimirzə oğlu Əlimirzəyev 1961-ci il sentyabrın 4-də Qusar rayonunun Gilah kəndində anadan olmuşdur. Bakıdakı 229 saylı məktəbi bitirmiş, 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. == Yaradıcılığı == Əliyar Əlimirzəyev ilk dəfə 1986-cı ildə "Azərbaycanın gənc rəssamları" adlı sərgidə iştirak etmiş, 1996, 2001, 2011 və 2015-ci illərdə Bakıda, 2001-ci ildə Dilidə (Şərqi Timor), 2014-cü ildə Mejevdə (Fransa), 2015-ci ildə Tbilisidə (Gürcüstan) fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Rusiyanın Tretyakov qalereyasında, Avstriyanın Albertina qalereyasında, Danimarkanın Odense İncəsənət Muzeyində, eləcə də Rusiyanın Rusiya Rəssamlar İttifaqının, Rusiya Mədəniyyət Nazirliyinin qalereyalarında saxlanılır. 2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə Əliyar Əlimirzəyevin "Fenikslər" əsəri "Qran-pri" mükafatına layiq görülmüşdür. Eyni ildə o, Belqradda (Serbiya) keçirilən Beynəlxalq miniatür sərgisində 1-ci yerin sahibi olmuşdur. Əliyar Əlimirzəyevə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 16 oktyabr 2021-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı verilmişdir.
Əlimərdan Əliyev
Düşərsən əlimə
Nu, poqodi! (rus. Ну, погоди!) — Sovet və Rusiya cizgi serialı. Cizgi serialının pilot bölümü 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən çəkildi, helə həmin ildə əsas cizgi serialının ilk nəşri işıq üzünü gördü. Süjetin əsasını Canavarın Dovşanı yemək ümidi ilə etdiyi davamlı uğursuz axtarışı təşkil edir. Sonda dovşan istənilən vəziyyətdən salamat çıxır, Canavar isə "Düşərsən, əlimə!" deyir və ya qışqırır. Səsi və görünüşünə görə bəzi insanlar Dovşanı dişi hesab edir. Amma əslində o erkəkdir. Canavar həmişə siqaret çəkən, zəifləri incidən, qanunlara biganə olaraq təsvir olunur. Canavarın böyük cüssəsi ilə balaca dovşanın öhdəsindən gələ bilməməsi gülüş yaradır.
Düşərsən əlimə!
Nu, poqodi! (rus. Ну, погоди!) — Sovet və Rusiya cizgi serialı. Cizgi serialının pilot bölümü 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən çəkildi, helə həmin ildə əsas cizgi serialının ilk nəşri işıq üzünü gördü. Süjetin əsasını Canavarın Dovşanı yemək ümidi ilə etdiyi davamlı uğursuz axtarışı təşkil edir. Sonda dovşan istənilən vəziyyətdən salamat çıxır, Canavar isə "Düşərsən, əlimə!" deyir və ya qışqırır. Səsi və görünüşünə görə bəzi insanlar Dovşanı dişi hesab edir. Amma əslində o erkəkdir. Canavar həmişə siqaret çəkən, zəifləri incidən, qanunlara biganə olaraq təsvir olunur. Canavarın böyük cüssəsi ilə balaca dovşanın öhdəsindən gələ bilməməsi gülüş yaradır.
Əlimuxtar hüseynzadə
Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə (5 fevral 1925, Bakı – 14 sentyabr 2007, Bakı) — əməkdar inşaatçı. Azərbaycanın Kənd Tikinti Naziri (1974–1978). == Həyatı == Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə 05 fevral 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsil illəri == 1 nömrəli orta məktəbin səkkizinci sinifini bitirdikdən sonra 1942-ci ildə Dəmiryolu Texnikumuna qəbul olmuşdur. Texnikumu bitirdikdən sonra 1945-ci ildə Bakıda filialı açılan Zaqafqaziya Dəmir Yolu İnstitutun tikinti şöbəsinə daxil olmuş və 1950-ci ildə təhsilini başa vurmuşdur. == Əmək fəaliyyəti == 1950-1953-cü illərdə Kür-Araz Su Tikinti Baş İdarəsinin Salyan bölməsində usta; 1953-1956-cı illərdə Neft Nazirliyinin tabeliçiliyində fəaliyyət göstərən Azərbaycan Ərazi Tikinti Trestində usta, iş icraçısı; 1956-1962-ci illərdə Bakı Baş Tikinti İdarəsinin 3 nömrəli Tikinti İdarəsində iş icraçısı, sahə rəisi, idarə müdiri; 1962-1966-cı illərdə yeni yaradılmış 1 nömrəli "Bakışəhərtikinti" Trestinin müdiri; 1966-1974-cü illərdə SSRİ-nin Nəqliyyat Tikinti Nazirliyinin "Xəzərdəniztikinti" (1971-ci ildən "Azərnəqliyyattikinti") Trestinin müdiri; 1974-1978-ci illərdə Azərbaycan Respublikasının Kənd Tikintisi naziri 1978-1985-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində tikinti məsələləri üzrə nazir müavini vəzifələrində çalışmışdır. 1985-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.Əlimuxtar Hüseynzadənin rəhbərliyi altında Bakı Televiziya Mərkəzi, Nərimanov prospektində (indiki Hüseyn Cavid prospekti) 522, 528, 535-ci məhəllələrdə yerləşən yaraşıqlı beşmərtəbəli binalar, “Cəfər Cabbarlı” və “Sevil” kinoteatrları, “Yaşıl” teatrı, Elmlər Akademiyasının yeni binası (indiki Azərbaycan Milli Elmlər Akademiyası AMEA) və onun Kimya, Fizika və Kibernetika institutlarının binaları, Azərbaycan Dövlət Universitetinin binasını, Politexnik İnstitutunun yeni korpusları, Sirkin binası və Azərbaycanfilm Kinostudiyası, “Azqiprovodxoz” İnstitutunun (sonralar Vergilər Nazirliyinin) binası, Aktyorlar evi, “Bakı” mehmanxanası, Respublika xəstaxanasının iki əsas korpusu, Ə.Qarayev adına 2-saylı Uşaq Xəstəxanası, M.Topçubaşov adına Eksperimental Xəstəxana, Onkologiya İnstitutu, Qanköçürmə və Taun Əleyhinə stansiyalar, 5 nömrəli xəstəxana, Zabrat – Pirşağı dəmir yolu və körpüləri, Sumqayıt – Yalama və Bakı – Dərbənd dəmir yollarının elektrikləşdirilməsi, Dübəndidə neftdoldurma bazası, Bakıda Dəniz vağzalı, 17 mərtəbəli İnturist (“Azərbaycan”) mehmanxanası, İçəri Şəhərdə Azərbaycan Ensiklopediyasının binası, Dövlət Təhlükəsizlik Komitəsinin yeni inzibati binası və işçiləri üçün Bilgəhdə dənizkənarı istirahət zonası, Qaradağda sement zavodunun işçiləri üçün qəsəbə, Qazaxıstan və Türkmənistanda bir sıra hidrotexnik və sosial obyektlər, respublikanın ərazisində çoxsaylı heyvandarlıq və quşçuluq kompleksləri, şərab zavodları, istehsalat sahələri, onlarla yaşayış və inzibati binalar, məktəb, uşaq bağçaları, səhiyyə, kommunal və sair obyektlər tikilib istifadəyə verilmişdir. 2007-ci ilin sentyabr ayında ömrünün 83-cü ilində ziyalı, nurlu bir insan və əsl el ağsaqqalı Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə dünyasını dəyişmişdir. == Mükafatlar == 1958-ci ildə “Şərəf nişanı”, 1966-cı və 1971-ci illərdə “Qırmızı əmək bayrağı” ordenləri və bir sıra medallarla təltif olunmuşdur. 1962-ci ildə tikinti kompleksində xidmətlərinə görə respublikanın “Əməkdar inşaatçısı” Fəxri adına və 1978-ci ildə SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülmüşdür.

Digər lüğətlərdə