BAB₂

is. [ fars. ] Tay, cur, bərabər.
Məxmərin abı gərək; Yar yarın babı gərək. (Bayatı).
…Məndən əfzəldi qüvvədə qəssab; Qızını ver ona, odur sənə bab. S.Ə.Şirvani.
Heç kəs bu toya bir söz deyə bilmədi, çünki hər iki cavan tamamilə bir-birinin babı idi. S.Rəhimov.

// Uyğun, münasib, müvafiq, yaraşan. Hər işini bab elə, görən desin, ha belə. ( Ata. sözü ).

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAB I 1. bab bax fəsil 2 2. bab bax qapı 1 II bab bax tay 1 III bab bax babi 1
  • BAB tay — cur — bərabər

Omonimlər

  • BAB BAB I is. [ ər. ] köhn. Fəsil, bölmə (əsərdə). Gər şərh edərsəm ayəti hüsnün kitabini; Hər bab içində fəslinə yüz bin füsul ola (İ

Etimologiya

  • BAB Ərəbcədir, “tay” deməkdir (“tay-tuş” deyirik). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BAB
BAB₃

Digər lüğətlərdə