AGENCY

n 1. agentlik; nümayəndəlik; tourist ~ turizm agentliyi / nümayəndəliyi; 2. vasitəçilik; by / through the ~ of smb. bir kəsin vasitəçiliyi ilə; 3. güc; amil, faktor; ~ of destruction dağıdıcılıq gücü / faktoru

AGELONG
AGENDA
OBASTAN VİKİ
Azeri Press Agency
Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir. == Haqqında == "Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır. "APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır. "APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.
Fars News Agency
Fars Xəbər Agentliyi (fars. خبرگزاری جمهوری اسلامی‎‎‎, ing. Fars News Agency), 2003-cü ildə yaradılmış , mərkəzi İranda yerləşən xəbər agentliyidir. Fars Xəbər Agentliyi özünü “İranın ən birinci müstəqil xəbər agentliyi” olaraq adlandırır, bununla bərabər digər media qurumları onu İran Dövlətinin “yarım-rəsmi” xəbər agentliyi olaraq qiymətləndirirlər. Fars Xəbər Agentliyi farscadan başqa, türkcə, ingiliscə və ərəbcə də xəbərlər verir.