Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «QE» – 140
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
QA QE QI QL QN QO QR QU QV
 

QE

“Q” hərfinin və bu hərflə işarə olunan səsin adı.

QEYB

[ər.] 1. Hazır və göz önündə olmama; qaiblik.
ətraflı

QEYBƏT

is. [ər.] 1. Birinin (özü olmadığı halda) haqqında danışma, yaxud əleyhinə söz söyləmə, dalınca danışma.
ətraflı

QEYBƏTCİL

sif. Qeybət etməyi sevən.

QEYBƏTÇİ

is. Qeybət edən, dalca danışan, dedi-qoduçu.
ətraflı

QEYBƏTÇİLİK

is. Qeybətçi adamın xasiyyəti, söz gəzdirmə xasiyyəti, dedi-qoduçuluq.

QEYD₁

is. [ər.] 1. Qısa surətdə yazma. Bloknotda edilən qeydlər.
ətraflı

QEYD₂

is. [ər.] Fikir, qayğı, narahatlıq, əndişə.
ətraflı

QEYDÇİ

is. Qeyd edən, siyahıya alan; idarəyə gələn və oradan göndərilən kağızları dəftərə qeyd edən işçi.

QEYDÇİLİK

is. Qeydçi vəzifəsi və işi.

QEYDEDİCİ

is. fiz. Hər hansı bir hadisəni qeyd edən cihaz.

QEYDKEŞ

sif. [ər. qeyd və fars. ...keş] Qeydə qalan, qayğı çəkən, diqqətli, mehriban.
ətraflı

QEYDKEŞLİK

is. Qeyd çəkmə, qeydə qalma, qayğıya qalma; qayğıçılıq.
ətraflı

QEYDLİ

sif. Qayğılı, qayğısı olan, hər bir şeyin fikrini çəkən.

QEYDSİZ

sif. 1. Qayğısı, fikri, dərdi, qəmi olmayan; hər şeyi qulaqardına vuran; laqeyd.
ətraflı

QEYDSİZLİK

is. Qeydsiz adamın halı; qayğısızlıq.

QEYDSİZ-ŞƏRTSİZ

zərf Heç bir şərt olmadan, heç bir məhdudlaşdırıcı şərt olmadan; sözsüz.
ətraflı

QEYR

[ər.] b a x qeyri 3-cü mənada. Edəsən qeyr ilə seyri-gülüstan; Xəstə Zakir qala külxan içində. Q.Zakir.

QEYRƏT

is. [ər.] 1. Vətən, xalq, ailə namusu; ən əziz və müqəddəs sayılan bir şeyin təəssübünü çəkmə, şərəfini, heysiyyətini qoruma.
ətraflı

QEYRƏTKEŞ

sif. və is. [ər. qeyrət və fars. ...keş] Qeyrət çəkən; vətən, xalq, ailə namusu çəkən (adam).