Azərbaycan dilinin izahlı lüğətində BAB sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [fars.] Tay, cur, bərabər. Məxmərin abı gərək; Yar yarın babı gərək. (Bayatı). ..Məndən əfzəldi qüvvədə qəssab; Qızını ver ona, odur sənə bab. S.Ə.Şirvani. Heç kəs bu toya bir söz deyə bilmədi, çünki hər iki cavan tamamilə bir-birinin babı idi. S.Rəhimov. // Uyğun, münasib, müvafiq, yaraşan. Hər işini bab elə, görən desin, ha belə. (Ata. sözü).
← BAB₁

is. [ər.] köhn. 1. Bir kitab mətninin bölündüyü hissələrindən hər biri (çox vaxt hər bab bir neçə fəslə bölünür).

BAB₃ →

bax babi. [Seyidsədulla:] Siz bab və bəhailik aləmi barəsində uzun və uzadı mütaliə etməlisiniz. M.S.Ordubadi.