BAŞ
BAŞ-AYAQ
OBASTAN VİKİ
Ağ Baş
Ağ Baş — Gərnibasar mahalında kənd. == Tarixi == Tarixi Qərbi Azərbaycan torpaqları olan, müasir Ermənistan ərazisində bir neçə kənd olmuşdur: Yuxarı Ağ Baş Qəmərli rayonunda (İndi Artaşat r.) kənd. Kəndin digər adı Xaraba Ağ Baş idi. Digər Ağ Baş kəndi (qışlağı) Allahverdi rayonunda (indi: Tumanyan r.) yerləşirdi. Aşağı Ağbaş kəndi də Qəmərli (Artaşat) rayonunda kənd adı olmuşdur. Kəndin indiki adı 1945-ci ildən Arevşatdır. == Ağ Baş və qədim türk tayfaları == Məlum olduğu kimi qədim türk tayfaları üçün fərqləndirici əlamətlərdən biri onların geyimi olmuşdur. Odur ki, müxtəlif nəsil, soy, tayfa həmin bu geyimin bəzi səciyyəvi əlamətlərinə görə adlandırılmışdır. Yurdumuzun yer adları işərisində belə adlar xüsusi qat təşkil edir. Müqayisə üçün: Ağ Köynək, Sarı Baş, Şişpapaqlı, Qara Donlu, Qara Dolaq, Yekəqurşaqlı, Alabaşlı və s.
Baş Güneypəyə
Baş Güneypəyə — Azərbaycan Respublikasının Ağdərə rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Baş Güneypəyə kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Baş Güneypəyə kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikası == Oykonim baş (yuxarı), guney (cənub, gün düşən yer) və pəyə (burada yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Güneypəyə kəndi" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd Qavartu çayının sahilində, dağ ətəyində yerləşir. == Əhalisi == 2019-cu il aprelin 6-da hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan, keçmiş Ağdərə rayonunun sakinləri, məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycan Respublikasının 10 milyonuncu sakini dünyaya gəlmişdir.
Baş Gərni
Baş Gərni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 32 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kənd Gərni çayının mənbəyində salınmışdır. Toponim türk dilində «çayın mənbəyi» mənasında işlənən baş sözü ilə urartu dilində «qala» mənasında işlənən gərini (gərni) sözü əsasında formalaşmışdır. Relyef əsasında əmələ gələn toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gərni qoyulmuşdur.
Baş Kov
Baş Kov — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Dağın adı mənbədə Baş Koy kimidir. İrəvan quberniyasının Aleksandropol qəzasında Baş Kov yaylaq (yenə orada) və Azərbaycanda Qovdağ (İsmayıllı rayonu) adı ilə eynidir. Peçeneqlərin qədim rus salnamələrində Kou (Kov) tayfasının adını əks etdirir. Orta əsrlərdə peçeneqlərin və ya qıpçaqların Kov (Qov) tayfasının adındandır. Rus salnaməsində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berendə, 1146-cı ilə məlumatda Qarabörk, yaxud Qarapapax (rusca yazılışda mənbədə Çernıy klobuk) və 1151-ci ilə aid məlumatda Kou (Kov) tayfalarının adları çəkilmişdir. 1170–1172-ci ilə aid məlumatdan aydın olur ki, kovlar bərəndələrin bir hissəsi idi. N. A. Baskakova görə rus salnaməsində adı çəkilən Tork (Türk), Berende və Kov tayfaları Uz tayfa birləşməsinə mənsub idi. Mənşəcə peçeneqlərə ya da uzlara mənsub olmuş Qov, Bərəndə (Vərəndə) və Qarabörk (Qarapapax) tayfaları Cənubi Qafqazda bir sıra coğrafi adlarda saxlanılmalıdır. Rus mənbələrində Kou kimi yazılmış Qov tayfasının adı Azərbaycanda Qovlar (Sabirabad rayonu) və Qovlar-Sarılı (Xanlar rayonu), Qovdərə (Lerik rayonu) və Qovdağ (İsmayıllı rayonu) adlarında saxlanılmışdır.
Baş Küngüt
Baş Küngüt — Azərbaycan Respublikasının Şəki rayonunda kənd.. == Toponimikası == Toponimin "Baş" hissəsi kəndin üst, hündür, yuxarı yerdə (yəni "başda") yerləşməsini əks etdirən sözdür. Toponimin ikinci komponenti olan "Küngüt" isə, XIII əsrdə monqol işğallarında iştirak etmiş kungiyat tayfasının adını əks etdirir. Kəndin adının ümumi mənası da "yuxarı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir. == Tarixi == Kənddəki bəzi məhəllə adları:: Həjjərlər, Süvərlər, Papaqçılar, Dəmirçilər,Muradlılar,Bəkirlər və s. === Tarixi abidələri === Ərazisində orta əsrlərə aid Küngüt qalası, alban məbədi, Həzrət Əli qalası və bir sıra tarixi abidələr yerləşir. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 27 km şimal-şərqdə, Əyriçayın qolu olan Küngütçayın sahilində, dağlıq ərazidə yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları, cənubdan Bideyiz, şərqdən Baş Kəldək, cənub-şərqdən isə Oraban kəndləri ilə əhatə olunmuşdur. Küngütçay kəndin şərqindən axır. Əsasən yayın sonu və payızın əvvəlində çayda daşqınlar olur.
Baş Kəldək
Baş Kəldək — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Kəldək kəndi Şəki rayonu ərazisində yerləşən ən qədim kəndlərdən biridir. Bu faktı təkcə kənd ərazisində yerləşən 4 qəbiristanlıq sübut edir ki, burada insan məskənlərinin kökləri çox qədimlərə gedir. Küngüt çayının sahilindədir. Keçmiş adı Kəldək olmuşdur. Kənd Baş Kəldək və Aşağı Kəldək inzibati ərazi vahidlərindən ibarətdir. Kəndin adının qarşısındakı "Baş" sözü kəndin Baş Qafqaz sıra dağlarının ətəklərində yerləşməsi ilə "Aşağı" sözü isə Şəki rayonunun aran-qışlaq ərazisində yerləşməsi ilə əlaqədardır. Aşağı Kəldək yaşayış məntəqəsinin də tarixi çox qədimlərə gedir və burada çox saylı insanların yaşadığına dair kənd ərazisində bir çox sübutlar var ancaq rəvayətə görə təbii fəlakət nəticəsində kənd dağılmışdır. Aşağı Kəldək İsmayıllı Qaraməryəm Şəki magistral yolundan 10 km cənubda yerləşir. Aşağı Kəldəyin qədimliyini sübuta yetirən daha bir fakta M. F. Axundovun komediya əsərindəki adı çəkilən "Mola İbrahim Xəlil Kimyagər" bədii obrazıdır ki bu şəxs reallıqda bu kəndin sakini olub.
Baş Qaraçanlı
Baş Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Baş Qaraçanlı kəndi Uluxan çayının sahilində, dağətəyi ərazidədir. Etnotoponimdir. Baş türkmənşəli topoformant kimi umumtürk toponimiyasında mürəkkəb toponim yaradıcılığında geniş istifadə olunur. "Əsas", "birinci", "böyük", "ust", "yuxarı" mənalarını bildirir. Baş komponenti dağ, qaya zirvələrinin, çay, bulaq mənbələrinin adlandırılmasında istifadə olunur və Sibir, Cin, Orta Asiya, Qafqaz, Balkanlar, Kicik Asiya, Ukrayna, Volqaboyu, Rusiyanın Mərkəzi Qaratorpaq, Qazaxıstan, Azərbaycan və s. əhatə edən geniş Avrasiya regionunda təsadüf edilir. Konkret olaraq bu oykonim də "yuxarı" mənasına uyğundur.
Baş Qışlaq
Baş Qışlaq (Zəncan) —
Baş Qərvənd
Baş Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sağ sahilində, Qarabağ düzündədir. Kəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır. Yaşayış məntəqəsi vaxtilə Qışlaq adlı yerdə salınmışdır. Burada baş komponenti "böyük" mənasını ifadə edir. Qərvənd etnotoponimdir. Kəbirli tayfasının bir qolunun adıdır. 1994-cü ilin aprel ayının 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 20 noyabr tarixində işğaldan azad olunmuşdur.
Baş Zəyzid
Baş Zəyzid — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Zəyzid kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Zəyzid Şəki rayonunun Zəyzid inzibati ərazi vahidində kənd. Zəyzid çayının sahilində Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Baş Zəyzid variantında da qeydə alınmışdır. Oykonim "yuxarı Zəyzid kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Böyük Qafqaz silsiləsinin cənub ətəyində, Zəyzid çayının sahilində yerləşir. == Əhalisi == Kəndin əhalisi 4788 nəfər təşkil edir ki, onun da 2416 nəfəri kişi, 2372 nəfəri isə qadındır. .
Baş ağrısı
Baş ağrısı və ya başağrısı — Hər bir insan həyatının bu və ya digər anında qisaca da olsa baş ağrısı ilə qarşılaşır. Nüfuzlu bir Amerika İnstitutu tərəfindən aparılan sorğuda müəyyən edilib ki, iştirak edən hər dörd nəfərdən üçü keçən bir il ərzındə bir dəfə də olsa baş ağrısından şikayətlənib. Baş ağrısı diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və etinasız münasibət ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları fərqli səbəblərdən əmələ gəlir və sağlamlıq üçün təhlükə dərəcəsi də fərqli ola bilir. Odur ki, istənilən baş ağrısı epizoduna ciddi yanaşmaq və onun requlyar xarakter alması hallarında həkimə müraciət etmək vacibdir. == Baş ağrısının formaları == Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin şikayəti kimi meydana çıxması nəzərdə tutulur. Məsələn, ümumi soyuqdəymənın əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifk yanaşma tələb olunur. Birincli baş ağrılarına tipik nümunə kimi Miqreni misal göstərmək olar.
Baş aşpaz
Baş aşpaz , Aşpazbaşı və ya Şef qida hazırlanmasının bütün aspektlərində təcrübəli olan yüksək bacarıqlı peşəkar aşpaz.
Baş barmaq
Baş barmaq – thumb ~ перст ~ başparmak Baş barmaq — insanın əlindəki beş barmaqdan biridir. Başqa barmaqlarla müqayisədə iki falanqaya (əzilib-bükülən hissə) malikdir. Baş barmaq sayəsində digər barmaqlara təzyiq yeridilir və bu da əlin hansısa bir əşya tutmasına səbəb olur. İnsanın ayağındakı baş barmaq yoğun olması ilə yanaşı digər ayaq barmaqlarından uzun və ya qısa ola bilər. Şəhadət barmağı açılmış əl şəklində göstərici. Fırlatma zolağında. “baş barmaq” disksürən. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Baş dənizçi
Baş dənizçi — Azərbaycan Hərbi Dəniz Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Baş gizir
Baş gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə baş miçman rütbəsidir.
Baş qala
Baş qala — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Üçbucaq formada tikilən qala hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdur. Tədqiqatçılar sahəsi 7020 m2 olan qalanı (e.ə. 7–6)-cı əsrlərə aid edirlər.
Baş qərargah
Baş qərargah; silahlı qüvvələrə nəzarət etmək və onları operativ şəkildə idarə etmək üçün yaradılmış ən ali hərbi təşkilati quruluşdur. Bəzi dövlətlərdə Baş Qərargah Nazirliyi mövcuddur.
Baş redaktor
Baş redaktor ― inzibati nöqteyi-nəzərdən nəşrlərin tərtibi və redaktəsi ilə məşğul olan vəzifəli şəxsədir. Redaktor təkcə müəllif hüquqları ilə qorunan materialları müəyyən bir media və ya kitab nəşriyyatının formatına uyğun formada gətirmək prosesi ilə məşğul deyil. Bu mütəxəssisin vəzifələri sırasında müəllif tapşırıqlarının bölüşdürülməsi, onların müəyyən müddət ərzində vaxtında və keyfiyyətli icrasına nəzarət etməkdir. Bundan əlavə, redaktorun vəzifəsi işlədiyi şirkəti populyarlaşdırmaqdır. Buna görə də bütün məlumatlar aktual, dəqiq, düzgün təqdim edilməli və tam şəkildə təqdim edilməlidir.
Baş serjant
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Baş starşina
Baş starşina — donanmada birinci dərəcəli starşinadan daha yüksək, baş gəmi starşinasından (18 noyabr 1971-ci ilə qədər miçmandan) isə daha aşağı tutulan hərbi rütbə.
Baş çavuş
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Baş Şabalıd
Baş Şabalıd — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Göynük kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Şabalıd Şəki rayonunun Baş Göynük inzibati ərazi vahidində kənd. Şin çayı sahilində, dağ yamacındadır. Keçmış adı Şabalıd olmuşdur. XIX əsrin əvvəllərində bu kənddən çıxmış ailələr tərəfindən Aşağı Şabalıd yaşayış məntəqəsi yarandıqdan sonra keçmiş kənd indiki adla tanınmışdır. Oykonim baş (yuxarı) ve Şabalıd (kənd adı) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Şabalıd kəndi" deməkdir. Kənddə yerli camaatın qazıntıları zamanı insan sümüklərinin tapılması buranın tarixinin qədim olduğunu göstərir. İnsan sümükləri 4-5 metr dərinlikdən tapılır. Kənddə alban kilsəsinin olması burada insanların yaşayışının islamdan öncəsinə gedib çıxdığını görmək olar. == Mədəniyyəti == Baş Şabalıd kəndində mədəniyyətin formalaşmasında Baş Şabalıd kənd tam orta məktəbin böyük rolu olmuşdur.
Baş Ştatlar
Baş Ştatlar - XIV - XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı. Şablon:Short description Baş Ştatlar 1302-ci ildə Fransa kralı IV Gözəl Filipp tərəfindən Roma papasına qarşı mübarizədə silklərin yardımını almaq məqsədi ilə yaradılmışdır. Bu, ruhanilərin, zadəganların və varlı şəhərlilərin nümayəndələrinin yığıncağı idi. Hər bir silkin nümayəndələri ayrıca iclas keçirirdilər və hər bir silkin bir səsi var idi. Ruhanilərin və zadəganların bir səsə qarşı iki səsləri var idi. Şəhər varlıları isə güzəştə getmək məcburiyyətində idilər. Silklər arasındakı fikir ayrılığı Baş Ştatların dövlət işlərinə təsirini zəiflədirdi. Bu dövrdən etibarən krallar hər dəfə vergi tətbiq etmək istəyəndə Baş Ştatları çağırırdılar. Lakin kral hakimiyyəti möhkəmləndikdən sonra 1614-cü ildən Baş Ştatları çağırmadılar. Yalnız 175 il keçdikdən sonra Baş Ştatlar 1789-cu ildə kral XVI Lüdovik tərəfindən çağırılmış və ona tabe olmadıqlarından özlərini Milli Məclis adlandırmışlar.
Baş Ələt
Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
"I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
"I" əməliyyatı və Şurikin digər macəraları" (rus. Операция "Ы" и другие приключения Шурика) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == Film 3 novelladan ibarətdir: "Ortaq", "Qarabasma" və ""I" əməliyyatı". Hər üç novelladakı hadisələr baş qəhrəman olan, məzəli və heç vaxt ruhdan düşməyən tələbə Şurikin ətrafında cərəyan edir. Bu filmdə həm də Leonid Qaydayın filmlərinin qəhrəmanı olan Qorxaq, Axmaq və Çoxbilmiş obrazlarını görmək olar. == Film haqqında == Filmin çəkilişləri 27 iyul 1964-cü ildə başlamış və 3 aprel 1965-ci ildə başa çatdırılmışdır. Filmin çəkilişləri hazırkı Sankt-Peterburqda, "Mosfilm" kinostudiyasının pavilyonunda, Moskvanın Sviblovo rayonunda və Odessada aparılmışdır. Bir çox komik məqamlar elə çəkiliş vaxtı düşünülmüşdü. Məsələn, Şurikin Axmağı rapira qılıncı ilə yaralaması və onun sinəsindən "qan" (qırmızı şərab) axmağı səhnəsi aktyor Yuri Nikulinin ideyası olmuşdur. Filmin bütün epizodlarında Moskvanın 1960-cı illər memarlığı əks etdirilmişdir.
1915-ci il erməni saxtakarlığının başlanğıcı (film, 2009)
1915-ci il erməni saxtakarlığının başlanğıcı qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rza İsrafiloğlu tərəfindən 2009-cu ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Erməni saxtakarlığının başlanğıcı sayılan 1915-ci il hadisələri filmin əsasını təşkil edir. == Məzmun == Qondarma erməni soyqırımı iddiası Birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığı qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib. 1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etmiş və sözü gedən soyqırım iddiası da bu dövrdən etibarən ortaya çıxmışdır. Gerçəkləşdirilən üsyanlar və Birinci dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə "Köç" qərarı çıxartdı. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.
Adi başınağacı
Adi başınağacı (lat. Viburnum opulus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları qarşı-qarşıya düzülmü uzunluğu 5-12 sm-dir, dəyirmi və ya yumurtaşəkilli-dəyirmidir, yuxarı yarısında üç bölümlü və bundan başqa iri kəsilmiş -dişli olub, çılpaqdır, qaidə hissəsində xırda qılşəkilli yalançı zoğları vardır. Saplaları çılpaqdır, yuxarı hissədə oturaq vəziciklidir, aşağı hissədə isə vəziciklər oturaq deyil, ayaqcıq üzərindədir. Çiçəkləri ağ rəngli, ətirli olub, iri, sıx olmayan qalxanaoxşar yastı çiçək qrupunda toplanmışdır, orta çiçəkləri kiçik, ikicinsli düzgün olub, qıfaoxşar-zınqırovvari tacı vardı, kənar çiçəklər isə bar verməyən, iriləşmiş ağappaq çarxşəkilli bölümlü tacı vardır. Meyvələri giləmeyvəyə bənzər olub, lətli, ovaldır, parlaq-qırmızı rəngdədir, dadı acıdır, diametri 8–10 mm-dir. Toxumları təkdir və yastıdır. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Ekoloji qrup və bitdiyi yerlər == Kseromezofitdir, meşə-kol və sahilyanı bitkilik tiplərində rast gəlir. Əsasən meşə və meşə kənarlarında, kolluqlarda və çay kənarlarında seyrək bitir.
Adil Məmmədov (icra başçısı)
Adil Məmmədov (15 aprel 1952, Xaçmaz, Vartaşen rayonu) — Qobustan Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Adil Məcnun oğlu Məmmədov 15 aprel 1952-ci ildə Vartaşen rayonunun Xaçmaz kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1975-ci ildə həmin İnstitutu "Baytarlıq" ixtisası üzrə bitirmişdir. 15 oktyabr 1975-ci il tarixdən 4 sentyabr 1981-ci il tarixədək Vartaşen (Oğuz) rayonu Padar kəndində "Pravda" kolxozunda baytar həkim, 4 sentyabr 1981-ci il tarixdən 10 fevral 1982-ci il tarixədək isə həmin kolxozda sədr müavini işləmişdir. 10 fevral 1982-ci il tarixdən 10 fevral 1988-ci il tarixədək Xaçmaz kəndi "Lenin" adına kolxozun idarə heyətinin sədri, 10 fevral 1988-ci il tarixdən 01.02.1990-cı il tarixədək Xaçmaz kəndi "Komsomol" kolxozu idarə heyətinin sədri, 01.02.1990-cı il tarixdən 28.01.1993-cü il tarixədək Oğuz rayonu Aqrokombinatında baş direktor, 28.01.1993-cü il tarixdən 03.09.1994-cü il tarixədək Oğuz rayonu İcra Hakimiyyətində Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi işləmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən 03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı, 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. A. Məmmədov YAP-nın yaradılmasında fəal iştirak etmiş, YAP-nın bütün qurultaylarında iştirak etmişdir. Ailəlidir, 1 qızı, 2 oğlu, 3 nəvəsi var. Bir neçə kitab və elmi məqalənin müəllifidir. Adil Məmmədov Biləsuvar, Qəbələ və Oğuz rayonlarının icra hakimi vəzifəsində çalışmışdır.
Adil Əfəndiyev (baş leytenant)
Adil Qədir oğlu Əfəndiyev (12 avqust 1995, Qazax rayonu – 22 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin tibb xidməti leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2012–2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə feldşer olmamasına baxmayaraq yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Əfəndiyev oktyabrın 21-də Şuşanın azad edilməsi gedişatında həmin istiqamətdə strateji yüksəkliklərin azad olunması zamanı Xocavənd rayonunun Tuğ kəndində polkovnik-leytenant Anar Əliyev ilə birgə şəhid olub. Oktyabrın 25-də Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ali Baş Komandan
Ali Baş Komandan — bir ölkənin hərbi qüvvələrinin ən yüksək əməliyyat komandanlığı və nəzarətini həyata keçirən şəxsə deyilir. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan respublikasının Ali Baş Komandanıdır. == Ölkələrdə Ali Baş Komandan == === Albania === Albaniya Konstitusiyasına əsasən, Albaniya Respublikasının Prezidenti Albaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. === Argentina === Argentina Konstitusiyasının II bölməsi, III hissə, 99-cu maddənin 12, 13, 14 və 15-ci yarımbəndlərində Argentina Prezidentinin “Millətin bütün silahlı qüvvələrinin Ali Baş Komandanı” olduğu bildirilir. Burada daha sonra deyilir ki, Prezident silahlı qüvvələrin yüksək rütbəli zabitlərinin vəzifələrini və ya dərəcələrini təyin etmək və döyüş meydanının özündə hərbi tapşırıqları yerinə yetirmək səlahiyyətinə malikdir; onların təşkilini və bölüşdürülməsini Millətin ehtiyaclarına uyğun idarə edir; və o, Argentina Milli Konqresinin razılığı və təsdiqi ilə müharibə elan edir və repressiyalar əmr edir. Müdafiə Nazirliyi silahlı qüvvələrin (Ordu, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri) idarə edilməsində prezidentə yardım edən və ona xidmət edən hökumət idarəsidir. === Belarus === Belarus Prezidenti Belarus Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Belarusun ali baş komandanının öz rütbəsinə uyğun rəsmi forması var, prezidentin rəsmi tədbirlərdə və hərbi mərasimlərdə geyindiyi forma var. Ali baş komandanın rolu Belarus Konstitusiyasının 28-ci maddəsində göstərilib ki, bu maddə Ali Baş Komandana “Silahlı Qüvvələrin ali komandanlığını təyin və vəzifədən azad etmək” səlahiyyətini verir. === Belçika === Belçika Konstitusiyasının 167-ci maddəsi Kralı Ali Baş Komandan təyin edir.
Almaniya dövlət başçılarının siyahısı
== İmperatorlar Alman imperiyasına (alm. ==
Almos (başçı)
Almos (təq. 820, Xəzər xaqanlığı – təq. 895, Birinci Bulqar dövləti, Transilvaniya) — Macarıstan tayfalarının başçısı. == Mənşəyi == Anadan olması haqda əfsanə belədir: Macarların başçısı Ügyekin xanımı Emesenin yuxusunda bir Turul adlı qızıl qartal ona bətnindən bir doğan bir uşağın hökmdar olacağını xəbər verir amma torpaqlarını indi yaşadıqları yerdə genişləndirməyəcəklərini deyir. Ügyek və Emese uşaqlarının adını Almos yəni (Yuxuda görülən) qoyur. Lakin bu məlumat ancaq Gesta Hungarorum əsərində belədir, Vyana rəsmli xronikasına əsasən, Almos Ügyekin oğlu Elödün oğludur. == Hakimiyyətə gəlməsi == Əfsanəyə əsasən Almos taxta Hetmaqyarın (7 macar tayfası) səsverməsi nəticəsində gəlmişdi. Lakin Bizans imperatoru VII Konstantin De Adminstrando İmperio əsərində qeyd olunur ki, Almos bu vəzifəyə Xəzər xaqanın tərəfindən təyin olunmuşdu. == Hakimiyyəti == Almos dövründə macarlar Xəzər xaqanlığından müstəqil olaraq indiki Moldaviya bölgəsində yaşayırdılar. Kəbərlərin üsyanından sonra daha da güclənən macarlar 895-ci ilin yazında Bulqar xaqanlığına hücum etməyə başladılar.
Aqil Məmmədov (icra başçısı)
Aqil Sadıq oğlu Məmmədov (1 aprel 1960, Ağdaban, Kəlbəcər rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Kəlbəcər rayonunun icra başçısı (2013–2020), Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Aqil Məmmədov 1960-cı il aprelin 1-də Kəlbəcər rayonunun Ağdaban qəsəbəsində anadan olub. 1982–1987-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2009–2012-ci illərdə isə Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçiliyi Akademiyasında ali təhsil alıb. === Ailəsi === Aqil Məmmədov ailəlidir, 2 övladı var. Miskin Abdal nəslindəndir. Ağdabanlı şair Qurbanın nəvəsi, Aşıq Şəmşirin qardaşı oğlu, Cavid Qurbanovun əmisi oğludur. == Fəaliyyəti == Aqil Məmmədov 1976-cı ildə Kəlbəcər rayonunda "Ağdaban" Kolxozunda çalışmağa başladı. İdman sahəsində ali təhsil alandan sonra isə o, Göygöl rayonunda "Məhsul" İdman Cəmiyyətində məşqçi, Göygöl rayonunun İdman İdarəsinin rəisi oldu. Aqil Məmmədov 2006–2008-ci illərdə Kəlbəcər RİH-də ictimai məsələlər şöbəsində referant, 2008–2013-cü illərdə isə Kəlbəcər RİH-də icra başçısının birinci müavini vəzifələrində çalışıb. Aqil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Kəlbəcər rayonunun icra başçısı vəzifəsinə təyin edildi.
Arif Qasımov (icra başçısı)
Arif Adil oğlu Qasımov — Nizami Rayon İcra Hakimiyyətinin başçısı (2015–2020). == Həyatı == Arif Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Xanlıqlar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad İnstitutunu "iqtisadçı" və Naxçıvan Dövlət Universitetini "hüquqşünas" ixtisasları üzrə bitirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə başladıqdan sonra Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. 2011–2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, 11 iyul 2020-ci ildə tutduğu vəzifədən azad edilmişdir. Evlidir, üç övladı var.
Armudlu (Başkeçid)
Armudlu (gürc. პანტიანი) — Gürcüstan Respublikasının Aşağı Kartli bölgəsinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd adını ətrafındakı kol armudu ağaclarının çoxluğuna görə almışdır. Armudlu kəndi Dmanisidən 7 km məsafədə, Maşavera çayı ətrafında yerləşir. Kəndin ətrafı həmişəyaşıl iynəyarpaqlı meşə ilə örtülmüşdür. Armudlu kəndi içməli suyu ilə də məşhurdur. Dmanisi ərazisində ən dadlı su mənbəsini məhz Armudlu kəndindən götürür. Armudlu kəndində "Cacıqlı" adlanan ərazidə şəlalələrdən süzülən su xüsusi kanallarla Armudlu kəndinə və oradan da başqa kəndlərə ötürülür. Başqa su mənbələrinə də "Göy Bulaq", "Qırmızı Bulaq" və s. nümunələri göstərmək olar.
Asif Məmmədov (icra başçısı)
Asif Məmmədov (1962, Rəzgov, Lerik rayonu) — Balakən Rayon İcra Hakimiyyətinin başçısı (2006–2011-ci illər), Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı (2011–2013-cü illər). == Həyatı == Asif Salman oğlu Məmmədov 1962-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1984-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Lerik rayon Mərkəzi kitabxanasında salon müdiri kimi başlamışdır. Sonralar "Əzizbəyovneft" və H. Z. Tağıyev adına NQÇİ-lərində iş icraçısı, rəis müavini, rəis vəzifələrində çalışmış, Kaspi-Yıldız" Azər-Türk MM-də baş direktor, idarə heyətinin sədri olmuşdur. Evlidir, 4 övladı var. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İqbal Məmmədovun qardaşıdır. == Siyasi fəaliyyəti == Asif Məmmədov Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının müavini, 2006–2011-ci illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il aprel ayının 21-dən 2013-cü il fevral ayının 15-dək isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Asif Əsgərov (icra başçısı)
Asif Yunis oğlu Əsgərov (1966, Naxçıvan) — Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əsgərov Asif 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, respublika dərəcəli hakimdir. Ailəlidir, 2 övladı var.
Aslan İsmayılov (baş leytenant)
Aslan Əvəz oğlu İsmayılov (1 iyun 1993; Sarvan, Salyan, Azərbaycan — 9 oktyabr 2020; Daşkəsən, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Aslan İsmayılov 1993-cü il iyunun 1-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 1999—2007-ci illərdə İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində təhsil alıb. Bu məktəbdə 8 sinif oxuduqdan sonra təhsilini 2007—2010-cu illər aralığında Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. Daha sonra isə 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş və 2014-cü ildə oradan "leytenant" hərbi rütbəsində məzun olmuşdur. == Hərbi xidməti == Təhsilini başa vurduqdan sonra, yəni 2014-cü ildən İkinci Qarabağ müharibəsi başlayanadək Naxçıvan Muxtar Respublikası və Bakıda yerləşən hərbi hissələrdə xidmət edib. Azərbaycan Ordusunun baş leytenantı olan Aslan İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Hadrut və Murovdağ döyüşlərində savaşıb. Müharibə başlayan zaman o, Xüsusi Təyinatlı Qüvvələrin döyüş qrupunda xidmət edirdi. Oktyabrın 9-da içində Aslan İsmayılovun da olduğu xüsusi təyinatlı qrup Cəbrayılın Daşkəsən kəndində Ermənistan Ordusunun döyüş postu ilə qarşılaşır və aralarında atışma başlayır. Atışma zamanı baş leytenant Aslan İsmayılov aldığı güllə yarasından hadisə yerindəcə şəhid olur.
Azərbaycan Respublikası Baş Prokurorluğu
Azərbaycan Respublikasının Baş Prokurorluğu — məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. == Tarix == 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycan xalqının və torpaqlarının parçalanmasının əsası qoyulmuş və Azərbaycan Rusiya tərəfindən işğal edilərək burada 1841-ci il yanvar ayının 1-dək komendant idarəçilik sistemi tətbiq olunmuşdur, bundan sonra Zaqafqaziya ümumrusiya mülki idarəetmə sisteminə keçirilməklə, məhkəmələrin nəzdində prokuror nəzarəti təsis edilmişdir. 1862-ci ildə qəbul edilən "Prokurorluq haqqında əsas müddəalar" Rusiyada prokuror nəzarətinin təyinatını, onun predmetini, prokurorların vəzifə və səlahiyyətlərini müəyyən etmişdir. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apelyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci ilin fevralında Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan 13 yeni məhkəmə idarələri yaradılmışdır. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlamışdır. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Safikürdski, T. Makinski Azərbaycan Xalq Cumhurriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cumhurriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görmüşlər. 1920-ci ilin aprel ayının 28-də Xl Qızıl Ordunun köməyi ilə Azərbaycan Xalq Cumhurriyyəti süquta yetirildi və Azərbaycan Sovet Sosialist Respublikası elan edildi.
Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğu
Azərbaycanın Təbriz Baş Konsulluğu — Azərbaycan Respublikasının İranın Təbriz şəhərindəki siyasi və diplomatik nümayəndəliyi. == Tarixi == Azərbaycanın Təbriz Baş Konsulluğunun yaranma tarixi 1992-ci il avqustun 19-dan başlayır. Həmin gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrə əsaslanaraq, iki dövlət arasında Təbriz və Naxçıvan şəhərlərində Baş konsulluqların təsis edilməsi haqqında protokol imzalanmışdır. == Baş konsul == Əli Fikrət oğlu Əlizadə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunmuşdur. == Yeri == Konsulluğun binası Təbriz şəhərindəki Arif xiyabanında yerləşir.
Azərbaycan Respublikasının baş naziri
Azərbaycan hökumət başçılarının siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycan Respublikası Baş nazirləri və hökumət başçıları bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın Baş nazirləri (müxtəlif dövrlər və dəyişik sifətlərlə) sıralanmışdır.
Azərbaycan baş prokurorlarının siyahısı
== Azərbaycan Xalq Cümhuriyyəti == Xəlil bəy Xasməmmədov (28 may 1918 – 17 iyun 1918) Fətəli xan Xoyski (17 iyun 1918 – 7 dekabr 1918) Teymur bəy Makinski (26 dekabr 1918 – 14 mart 1919) Aslan bəy Səfikürdski (14 mart 1919 – 22 dekabr 1919) Xəlil bəy Xasməmmədov (22 dekabr 1919 – 1 aprel 1920) == Azərbaycan Sovet Sosialist Respublikası == Əliheydər Qarayev (28 aprel 1920 – 1921) Sergey İvanov (1921 – 1922) Bahadır Vəlibəyov (1922 – 1926) Böyükağa Talıblı (1926 – 1930) Hüsü Hacıyev (1930 – 1931) Böyükağa Talıblı (1931 – 15 fevral 1932) Səftər Cəfərov (1932 – 1935) Yaqub Məmmədov (1935 – 1936) Əbdülhəmid Yaqubov (?
Azərbaycan dövlət başçılarının siyahısı
Azərbaycan dövlət başçılarının siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycan Respublikası prezidentləri və dövlət başçıları bu siyahıda göstərilib. 25 yaşında hakimiyətə gələn Qriqori Kaminski Azərbaycan tarixində ən gənc, Heydər Əliyev isə 70 yaşında ən yaşlı hökumət başçısı olmuşdur. Hazırda İlham Əliyev Azərbaycanın prezidentidir, hansı ki, 2018-ci ildə prezident seçkilərində qələbə qazanıb.
Azərbaycan hökumət başçılarının siyahısı
Azərbaycan hökumət başçılarının siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycan Respublikası Baş nazirləri və hökumət başçıları bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın Baş nazirləri (müxtəlif dövrlər və dəyişik sifətlərlə) sıralanmışdır.
Azərbaycan icra başçıları
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycanın şəhər, rayon və şəhərdə rayon icra hakimiyyəti başçılarının siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan–Başqırdıstan münasibətləri
Azərbaycan–Başqırdıstan münasibətləri — Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Başqırdıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr həm də Azərbaycan–Rusiya münasibətlərinin tərkib hissəsidir. == Tarixi == Hər iki respublikanın ərazisi bir müddət Rusiya imperiyasının tərkibində idi. Daha sonra isə Azərbaycan müttəfiq respublika kimi, Başqırdıstan isə Rusiyanın subyekti kimi SSRİ-nin tərkibində olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Xüsusilə həmin dövrdə əsasən əsasən neft sahəsində inkişaf etmişdir. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Hazırda Azərbaycan müstəqil dövlət kimi Rusiyanın subyekti olan Başqırdıstanla bir sıra mədəni, təhsil və s. əlaqələrə malikdir. == Diaspora == === Başqırdıstan azərbaycanlıları === Başqırdıstan Respublikasında Azərbaycan diasporu vardır.
Ağdamın baş planı (2021)
Ağdamın baş planı (2021) və ya Ağdamın bərpa edilməsi — 27 illik işğaldan azad edildikdən sonra dağıdılmış Ağdam şəhərinin yenidən qurulması planı. Plan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 2021-ci il mayın 28-də təqdim edilmişdir. Plan, şəhərin 2040-cı ilədək inkişafını əhatə edən Baş plandır. Qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib. == Tarixi == Ağdam şəhəri — Ağdam rayonunun inzibati mərkəzi, Qarabağ düzündə ən iri şəhərlərdən biridir. Bakıdan 358 km aralıda yerləşir. Ağdam adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələrə görə, "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Bu versiyaya görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir.
BMT Baş Assambleyası
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası — BMT-nin əsas orqanlarından biri. BMT üzvü olan bütün dövlətlərdən ibarətdir. BMT üzvlərinə və ya BMT Təhlükəsizlik Şurasına hər cür məsələlərə və işlərə tövsiyələr vermək səlahiyyəti var. Baş Məclisin qərarları tövsiyə xarakteri daşıyır, yəni hüquqi cəhətdən üzv dövlətlər üçün məcburi deyil. Məclisin hər il növbəti sessiyası olur. Baş Məclisin nəzdində onun funksiyalarını həyata keçirmək üçün 7 əsas komitə var. == Baş Assambleyanın funksiyaları və səlahiyyətləri == Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə, BMT Baş Məclisi aşağıdakı funksiya və səlahiyyətlərə malikdir: tərksilah məsələləri də daxil olmaqla beynəlxalq sülhün və təhlükəsizliyin qorunması sahəsində işbirliyinin ümumi prinsiplərini nəzərdən keçirir və müvafiq tövsiyələr verir; beynəlxalq barışıq və təhlükəsizliyin qorunması ilə əlaqəli hər hansı bir məsələni müzakirə etmək və hər hansı bir mübahisənin və ya vəziyyətin Təhlükəsizlik Şurasında baxılması halları istisna olmaqla, bu kimi məsələlərdə tövsiyələr vermək; beynəlxalq siyasi əməkdaşlığı təşviq etmək, beynəlxalq hüququ inkişaf etdirmək və kodlaşdırmaq, insan hüquqları və əsas azadlıqlarını həyata keçirmək, iqtisadi, sosial və humanitar sahələrdə və mədəniyyət, təhsil və səhiyyə sahələrində beynəlxalq əməkdaşlığı təşviq etmək üçün tədqiqatlar təşkil etmək və tövsiyələr hazırlamaq; millətlər arasındakı dostluq münasibətlərini poza biləcək hər hansı bir vəziyyətin sülh yolu ilə həlli üçün tədbirlər tövsiyə etmək; Təhlükəsizlik Şurasından və digər BMT qurumlarından hesabat almaq və nəzərdən keçirmək; Birləşmiş Millətlər Təşkilatının büdcəsini nəzərdən keçirir və təsdiq edir və Üzv Dövlətlərin qiymətləndirilmiş töhfələrini müəyyən edir; Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərini və digər BMT şura və orqanlarının üzvlərini seçir və Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Katibi təyin edir. Baş Assambleyanın 3 noyabr 1950-ci il tarixli "Sülh üçün Birlik" qətnaməsinə (377 (V) saylı qətnaməyə görə, Təhlükəsizlik Şurası daimi üzvlərdən birinə qarşı səs verməsi vəziyyətində hərəkət edə bilməyəcəyi təqdirdə, Məclis də hərəkətə keçə bilər) barışıq üçün təhdid, sülhün pozulması və ya təcavüz aktı üçün əsaslar varsa, Assambleya bu məsələni beynəlxalq sülhün qorunması və ya bərpası üçün kollektiv tədbirlər barədə Təşkilat üzvlərinə lazımi tövsiyələr vermək və təhlükəsizlik üçün dərhal nəzərdən keçirə bilər. Məclis öz səlahiyyətləri daxilində beynəlxalq məsələlərdə dövlətlərə yalnız məcburi olmayan tövsiyələr vermək səlahiyyətinə malik olsa da, bütün dünyada milyonlarla insanın həyatını təsir edən siyasi, iqtisadi, sosial və hüquqi tədbirlərə başladı. 2000-ci ildə qəbul edilən əlamətdar Minilliyin Bəyannaməsi, üzv dövlətlərin Bəyannamədə sülh, təhlükəsizlik və tərksilah üçün göstərilən xüsusi hədəflərə çatmaq öhdəliyinə şahidlik edir; yoxsulluğu inkişaf etdirmək və aradan qaldırmaq, ortaq mühitimizi qorumaq, Afrikanın xüsusi ehtiyaclarını ödəmək və Birləşmiş Millətlər Təşkilatını gücləndirmək.

Digər lüğətlərdə