BOY₁

is.
1. Bədənin uzunluğu; qədd, qamət. Boyu uca adam. Boyu qısa. Sənin boyda. Bir boyda.
– Bir balaca boyu var, ev dolusu toyu var. (Tapmaca).

// Bədən quruluşu, bədəndə tənasüb. O qadının heç boyu yoxdur.
2. Ümumiyyətlə, uzunluq. Gəbənin boyu. Otağın boyu altı metrdir.
3. Yüksəklik, hündürlük. Ağacın boyu.
4. Adətən boyda şəklində – böyüklükdə. Bu boyda balıq görməmişəm.
– Bundan təkcə bir adama zərər dəymir, bu boyda məmləkətin işi axsayır. M.Hüseyn.
[Mədəd:] …Bu boyda kənddə bizdən savay adam tapmadınız, qəzetə vurasınız? İ.Əfəndiyev.

// Adətən boyu, boyunca, boyunda, boyu ilə şəklində zərf mənasında işlənərək, bir şeyin uzununa davamını, uzunluğunu, böyüklüyünü, yaxud müddətcə davamını bildirir. Sahil boyunca ağaclar əkilmişdir.
– Xəzər boyu yol uzanır dağ ətəyilə. R.Rza.
Nur saçır Mingəçevir; Gülür Kür boyu dağ-daş. Ə.Cəmil.
Ancaq bunlar tarix boyu bizi qazma daxmadan çıxara bilməmişdi. Mir Cəlal.
Bu torpaqlar əsrlər boyu xalqımızın alın təri və qanı ilə suvarılmışdır. Ə.Məmmədxanlı.

◊ Boy atmaq1) uzanmaq, böyümək, inkişaf etmək. Uşaq boy atır. Ağac boy atır. Hər bir bitki cücərib boy atmaq və məhsul vermək üçün torpaqdan qida almalıdır. Tarlalarda milyonlarla pambıq cücərtiləri yavaş-yavaş boy atır.
– Siz sərv kimi sərkeş olub böylə boy atdız. M.Ə.Sabir.
Burda, bu ağacda hər oğlan, hər qız; Bir zaman boy atıb bir nər olacaq. S.Vurğun;

2) məc. İnkişaf etmək, tərəqqi etmək, irəliləmək, təcrübə qazanmaq, bərkimək, bişmək.
Biz bu dostluq yollarında böyümüşük, boy atmışıq. S.Rüstəm.
Döyüşlərdə zəfər çaldın, boy atdın. R.Rza.
Mən sevirəm üzərində boy atdığım torpağı. Ə.Cəmil.
Biz gözümüzü həyata burada açmış, onun göyləri, ulduzları altında boy atmışıq. Ə.Məmmədxanlı.

Boy çəkmək – bax boy atmaq 1-ci mənada.
Boy durmaq – ayaq üstə düz durmaq.
Boy görmə – köhnə məişətdə: hədiyyə apararaq, gəlinlə ilk dəfə görüşmə.
Boy vermək1) bax boy atmaq 1-ci mənada;
2) boyca, yaxud uzunluqca bərabər olmaq;
3) adam boyundan yuxarı olmamaq (suyun səviyyəsi).
Boya-başa yetirmək (çatdırmaq, çıxarmaq) – yetişdirmək, tərbiyələndirib böyütmək.
[Hacı Murad:] Budur, on iki ildir ki, mən ata-anasız yetimi … boyabaşa çatdırmışam. S.S.Axundov.
[Qızın anası:] Hey, hey, zəhmət çəkmişəm, qız böyüdüb boya-başa çatdırmışam.
Uşağımdan bezar ki deyiləm. H.Sarabski.
Cavanları tərbiyələndirmək, onları gələcək üçün, ölkə üçün yetişdirib boya-başa çatdırmaq əlavə diqqət və qayğı tələb edirdi. M.Hüseyn.

Boya-başa yetişmək (yetmək, çatmaq, çıxmaq) – yetişmək, böyümək, tərbiyələnib ortaya çıxmaq.
Boya-başa çatan cavan … faşistlərin əlində əsir olub qalacaqdımı? Ə.Əbülhəsən.

Boy-boya vermək – ayaq üstə dayanmaq (bir neçə adam haqqında).
[Ballı:] Niyə belə boy-boya veribsiz? İ.Əfəndiyev.

Boyu dolu – hamilə.
Səbanın qarnı gözümə bir cür dəydi, – deyə Qaraxan … arvadından soruşdu.
– Boyu doludur, dayna, – deyə arvadı cavab verdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BOY uzunluq
  • BOY fəsil — hissə
  • BOY yüksəklik — ucalıq
  • BOY qədd — qamət
  • BOY I BOY (insanın, heyvanın və s.-nin bədən quruluşu) Boyun sürahidir, bədənin büllur; Gərdənin çəkilmiş minadan, Pəri (M

Omonimlər

  • BOY BOY I is. Bədənin uzunluğu; qədd-qamət. Bir balaca boyu var; Ev dolusu toyu var (Tapmaca) BOY II is. folk

Etimologiya

  • BOY “Nəsil” (bodun), “qəbilə” anlamında işlədilən bu sözün əsas mənası “birləşmə” de­məkdir. Qohumların birləşməsi nəsil (boy) yaradır
BOY₂
BOY-BUXUN
OBASTAN VİKİ
Little Boy
Little Boy (azərb. Balaca oğlan‎) – hücum məqsədləri üçün istifadə edilən dünyanın ilk atom bombasıdır. 6 avqust 1945-ci il tarixində ABŞ tərəfindən Yaponiyanın Hiroşima şəhərinə atılmışdır. Xirosima şəhərinin 550 metr yüksəkliyində partladılan nüvə bombasının partlayış gücü 18000 ton TNT (Trinitrotoluolen) partlayıcıya bərabər idi. == İnkişaf etdirilməsi == Gücünü uran atomunun parçalanmasından çıxan enerjidən alan bu bomba ABŞ-nin İkinci Dünya Müharibəsi dövründə gizli bir formada həyata keçirmiş olduğu Manhattan Layihəsi nəticəsində hazırlanmışdır. Xirosima partlayışı ABŞ-də həyata keçirilmiş olan Trinity Testindən sonra tarixdə baş vermiş olan ikinci nüvə partlayışıdır. Bundan üç gün sonra Naqasakiyə "Gonbul Adam" adlı dünyanın üçüncü atom bombası atılmışdır. == Xirosimanın bombalanması == Bomba Enola Gay adlı B-29 bombardmançı təyyarəsindən 6 avqust 1945-ci ildə yerli vaxtla 8:15 radələrində atılmışdır. Hərbi təyyarənin pilotu ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Paul Warfileld Tibbets olmuşdur. 44.4 saniyəlik sərbəst düşmədən sonra barometrik tətiklərin açılması ilə detonasiya mexanizmi işə salınmışdır.
Neft boy maddəsi (film, 1963)
== Məzmun == Film akademik Hüseynov tərəfindən neft boy maddəsinin kəşf olunması, bu kəşfdən təsərrüfatda, heyvandarlıqda, tibb sahəsində istifadə edilməsi haqqında bəhs edir.
Boy Kemper
Boy Kemper (21 iyun 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Kemper Volendam akademiyası vasitəsilə inkişaf etmişdir. 24 mart 2016-cı ildə o, Ayaks klubu ilə müqavilə imzalamışdır. Kemper öz peşəkar karyerasında debütünü 18 avqust 2017-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Golden Boy
Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir. == Seçim == Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
Tulu (boy)
Tulu — Qədim türk boyu. == Tarixi == Tulu qolu İli çayının yuxarı və orta axarı ilə Yulduz irmağı və Tarbaqatay arasında, nuşepilər isə Çu və Talas çayları arasındakı sahələrdə yaşayırdılar. Tulu qolunu təşkil edən beş boy bunlardır: çu-mu/koen, hu-lu-u (hulu kiu), şe-şo-ti, tu-ki-İe (Türgiş), şu-ni-şe. çumuqun 处木昆) (kiməklər, çumuqunlüy) huluçzüy 胡禄居 (huluvu küye) şeşeti 摄舍提 (neşetidun) tuçişi 突骑施 (türgişlər, tuçişi xeloşi) şunişi 鼠尼施 (şunişi) Tulu boylarının başında bulunan bəylər çur (çuo), nuşepilərin, başbuqları isə ərkin (se-kin) titulunu daşıyırdılar. Bunlardan əlavə, qərbi göytürklər arasında on-oxlardan başqa bir çox boylar da vardı. "Dədə Qorqud" abidəsində "Tulu quşun yavrusu" ifadəsi var. Bulqarların xaqan, xan soyu Dulo adlanırdı.
Əfşarlar (boy)
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar. Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir.
Karlik boy
Cırtdan boy (ing. dwarfism) – anomal kiçik boy, ən çox xondrodistrofik mənşəli olur.
My Boy
"My Boy" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı onun ilk mini-albomu "Don't Smile at Me"dən altıncı sinqldır. 28 iyul 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mahnı Aylişin qəlbini qıran oğlanlar haqqındadır.
Flower Boy
Flower Boy (digər adı Scum Fuck Flower Boy) — amerikalı repçi Tyler, the Creator-un dördüncü studiya albomu. 21 iyul 2017-ci ildə Columbia Records tərəfindən buraxılıb.
Boy Pablo
boy pablo (29 noyabr 1998, Bergen) — Norveç müğənnisi, mahnı yazarı Nikolas Munosun indi-pop musiqi layihəsi. Bu layihə çərçivəsində baş tutan konsertlərdə onu müxtəlif çalğı alətlərində ifa edən musiqiçilər müşayiət edir. O, hər bir mahnısını kimsədən dəstək almadan tam surətdə özü yazır. Bu işə 2015-ci ildə girişib. İlk sinqlı olan "Flowers"-i 2016-cı ilin yanvarında yayımlayıb. Boy Pablo-nun "Everytime" mahnısının klipi 2017-ci ilin sonlarında YouTube alqoritmi sayəsində populyarlıq əldə edib. Bu mahnısı həmin il ona xeyli fanat qazandırıb. 2017-ci ilin mayında 6 trekdən təşkil etdiyi "Roy Pablo" adlı konsept mini-albomunu çıxarıb. Trek siyahısında "Everytime" sinqlı da yer alır. Bundan savayı, 2018-ci ildə o, daha bir mini-albom olan "Soy Pablo"-nu buraxıb.
Cırtdan boy
Cırtdan boy (ing. dwarfism) – anomal kiçik boy, ən çox xondrodistrofik mənşəli olur.
Fall Out Boy
Fall Out Boy (azərb. Çöküntü-oğlan‎) – ABŞ rok qrupu. 2001-ci ildə İllinoys ştatının Uilmett qəsəbəsində yaradılmışdır. Qrup vokalist və gitarist Patrik Stamp, bassçı Pit Vents, gitarist Co Troman və təbilçi Endrü Hörlidən ibarətdir. Qrup Çikaqonun hardkor-pank mənzərəsindən təsirlənmişdir. Musiqi qrupu əvvəlcə Vents və Troman tərəfindən qrupun üzvlərinin aid olduqları hardkor qruplarla yanaşı əlavə pop-pank layihəsi kimi yaradılmışdı. Stamp isə qısa müddətdən sonra qrupa qoşulmuşdur. Hörli qrupa qoşulana qədər qrupda bir sıra təbilçi çıxış etmişdir. 2003-cü ildə qrup debüt albomu olan "Take This to Your Grave" albomunu buraxmışdır. Albom böyük səs gətirmiş və uğur qazanmışdır.
Game Boy Color
Game Boy Color Nintendonun davamçısı olan Game Boyun, oktyabrın 21-i 1998 ildə ilk dəfə Yaponiyada çıxan versiyasıdır. Bunun Game Boy Pocket-dən əsas fərqi, ekranı rəngli, qalın və hündür olmasıdır. Baxmayaraq ki, bu versiyada da 8-bitlik processor ilə işləyir ancaq ilkin sistemdən daha kiçikdir.
Toy boy (mahnı)
Certified Lover Boy
Certified Lover Boy — kanadalı repçi-müğənni Dreykin altıncı studiya albomu. 3 sentyabr 2021-ci ildə OVO Sound və Republic Records tərəfindən buraxılıb. == Trek siyahısı == 01. Champagne Poetry 02. Papi's Home 03. Girls Want Girls (featuring Lil Baby) 04. In the Bible (featuring Lil Durk and Giveon) 05. Love All (featuring Jay-Z) 06. Fair Trade (featuring Travis Scott) 07. Way 2 Sexy (featuring Future and Young Thug) 08.
Golden Boy (Nadav Qedj mahnısı)
Golden Boy (azərb. Qızıl oğlan‎) — İsrailin 2015 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Nadav Qedj "Golden Boy" mahnısı ilə İsraili Avstriyanın paytaxtı Vyanada keçirilən Avroviziya 2017-də təmsil etmişdir. İsrailin milli musiqi ritmlərinin də istifadə olunduğu mahnı İsrailli bəstəkar Doron Medali tərəfindən yazılmışdır. Mahnı ilk dəfə 2017-ci ilin 12 mart tarixində dinləyicilərə təqdim edilmişdir. Yunanıstan müğənnisi Eleni Fureyra mahnının "Sto theo me paei" adlı yunan dilində səslənən versiyasını ifa etmişdir.
Salur Qazanın evi talandığı boy (film, 2001)
Salur Qazanın evi talandığı boy — film "Dədə Qorqud Oğuznamələri" filmlər silsiləsinin ikincisidir. "Dədə Qorqud Dastanı"nın 12 boyunun çəkilməsi nəzərdə tutulan filmlər silsiləsinin yalnız iki boyu çəkilərək yarımçıq qalmışdır.
Hakan Boyav
Hakan Boyav (10 yanvar 1964, Ödəmiş, İzmir ili) — Türkiyəli aktyor. == Həyatı və karyerası == Hakan Boyav 10 yanvar 1964-cü ildə İzmir ilinin Ödəmiş ilçəsində anadan olub. 1984-cü ildə Suphi Koyuncuoğlu Liseyini, 1987-ci ildə Doqquz Sentyabr Universiteti Gözəl Sənətlər Fakültəsini bitirdi. Universitet illərində yerli bir qəzetdə illüstrator və yumor yazarı kimi çalışıb. 1988-ci ildə Diyarbəkır Dövlət Teatrının quruluş heyətində yer aldı və 1988-ci ildən 1993-cü ilə qədər Diyarbəkır Dövlət Teatrında çalışdı. 1993–2003-cü illərdə Antalya Dövlət Teatrında çalışdı. 2003-cü ildən Ankara Dövlət Teatrında çalışır. Karikatura sahəsində Abdi İpekçi Sülh və Dostluq Mükafatı karikatura sahəsi mükafatı (1988) və Yunus Nadi Karikatura Mükafatı (1989) sahibidir.
Hampartsum Boyacıyan
Hampartsum Boyacıyan (erm. Համբարձում Պոյաճյան; ing. Hambardzoom Poyachian; 12 may 1867, Saimbəyli, Adana vilayəti, Osmanlı imperiyası – 2 (15) iyun 1915, Kayseri, Ankara vilayəti, Osmanlı imperiyası) — erməni hayduk.
Haylandur boyu
Haylandur boyu – Hun boylarından biri. Türkmən tarixçisi Ovez Gündoğduyev bu boyun Qayı boyu ilə eyni boy olduğu qənaətindədir. Habelə, Atillanın da mənsub olduğu ve Avropa Hunlarını idarə edən Balamirlilər bu boydandır. == Haylandur Hunlarının Qafqaz Albaniyasına axını == Haylandur hunları 462-ci ildə Quzey Azərbaycanda mövcüd olmuş Albaniya Dövlətinə girdilər. Bu dönəm Qafqaz Albaniyasını Mehranilər sülaləsi idarə edirdi. Hunlarla birlikdə eyni anda Xəzərlər və Sabirlər kimi başqa türk boylarıda Albaniyaya axın edirdi. Sasani şahları bu axınlara qarşı nə qədər təhkimatlar tikdirsə də, keçişləri bağlasa da, bu axınları dayandıranmadı. Haylandurlar və onlarla birlikdə Qafqaza girən başqa Türk boyları Albanlarla birlikdə yaşamağa və qarışmağa başladılar. Sasanilər və Bizanslılar ilə 591-ci ildə edilmiş müqaviləyə görə Albaniya Girdiman, Tiflis və Dvin daxil olmaqla Sasanilər əlində qalacaq idi (262-ci ilidən Qafqaz Albaniyası Sasanilər tərəfindən işğal edilmiş idi.
Henrix Boye
Henrix Boye (alm. Heinrich Boie‎;4 may 1794 – 4 sentyabr 1827, Boqor, Qərbi Yava) — Alman zooloqu.
Kameron Boys
Kameron Boys (ing. Cameron Boyce, 28 may 1999, Los-Anceles, Kaliforniya – 6 iyul 2019, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru və rəqqasıydı. == Həyatı == Kameron Boys 28 may 1999-cu ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində dünyaya gəlmişdi. Breyk-dans rəqsi onun hobbisinə çevrilmiş və dörd dostu ilə birlikdə "X-MOB" adlı qrup yaratmışlar. Kameron Boysun ən yaxşı tanınan rolu "Dısney Channel" kanalındakı Cessi teleserialında Lyuk Ross roludur. Kameron Göstər özünü serialında qonaq oyunçu olaraq rəqs etmişdir. Ayrıca 2008-ci ildə çəkilən Güzgülər adlı qorxulu filmdə "Maykl Karson" personajını canlandırmışdı. Uğurlar, Çarli! adlı televiziya seralında "Dankan" personajını canlandıraraq poplulyarlıq əldə etmişdir.
Karolina Boyar
Karolina Boyar – polşalı qadın futbol hakimi, hüquqşünas. 15 sentyabr 1997-ci ildə Polşanın Krakov şəhərində anadan olub. == Təhsili == 2019-cu ilin iyulunda Yagellon Universitetinin Hüquq və İdaerəetmə fakültəsinin Əqli Mülkiyyət və Yeni Texnologiyalar proqramının məzunu olub . == Karyerası == 2015-ci ildən FİFA referisidir.
Kohgiluyə və Boyer-Əhməd ostanı
Kohgiluyə və Buyer Əhməd ostanı - İranın cənub-qərbində ostan. Mərkəzi Yasuc şəhəridir . Ostanın ərazisi 15.563 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 634.299 nəfər əhali yaşayır . Bu vilayətin hazırkı ostandarı (Qubernator) 22 sentyabr 2021-ci ildən Əli Əhmədzadə.
Leonard Boyarski
Leonard Boyarski (ing. Leonard Boyarsky; XX əsr) — ABŞ geymdizayneri və rəssamı. O, daha çox "Interplay Entertainment" şirkətinin "Black Isle Studios" studiyasındakı işləri, xüsusilə də "Fallout" (1997) və "Fallout 2" (1998) videooyunlarının istehsalındakı rolu ilə tanınır. Boyarski həmçinin, "Troika Games" studiyasının həmtəsisçidir. O, burada "Arcanum: Of Steamworks and Magick Obscura" (2001) və "Vampire: The Masquerade – Bloodlines" (2004) kimi videooyunların istehsalında iştirak etmişdir. Leonard Boyarski eyni zamanda "Blizzard Entertainment" tərəfindən yayımlanan "Diablo III" (2012) videooyununda aparıcı dünya dizayneri kimi çalışmışdır. == Ludoqrafiya == == İstinadlar == == Xarici keçidlər == leonardboyarsky.com — Rəsmi saytı Leonard Boyarski — MobyGames saytında. (ing.) Leonard Boyarski — "No Mutants Allowed" saytında.
Matteo Boyardo
Matteo Boyardo (ən tezi 21 may 1441 və ən geci 21 iyun 1441[…], Skandiano[d], Recco Emiliya əyaləti[d] – 19 dekabr 1494, 28 dekabr 1494 və ya 1494, Recco nel Emiliya) — italiya intibah ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı. == Həyatı == Skandino qrafı Matteo Boyardo Reco yaxınlığında qədim bir qəsrdə dünyaya gəlmişdir. Boyardo ailəsinin məlum mülkədar xasiyyəti var idi ki, bu da Boyardo elə ədəbiyyat sahəsində formalaşmasına kömək etmişdir. Bütün uşaqlıq illərini keçirtdiyi Ferrara şəhərində, Boyardo əmisi, humanist, görkəmli Neapolitan şairi Tito Vespasiano Strotsinin nəzarəti altında yaşayır. Tito qardaşı oğluna tarix və antik poeziya sahələrində məşğələlərinə yardım edir. Boyardo hersoqluğun həyatında fəal şəkildə iştirak edir-təmtəraqlı bayramlara qatılır, diplomatik tapşırıqları yerinə yetirir. Ferrara hakimiyyəti Boyardoya inanırdı, ancaq şair onlardan asılı da qalmaq istəmirdi. O, 1494-cü ildə dünyasını dəyişir və yazmağa başladığı "Aşiq olmuş Orlando"poeması yarımçıq qalır. == Yaradıcılığı == Ferrarada cəngavərlik poemaları yaranmışdır. Bu ədəbi janrın görkəmli nümayəndələrindən biri də Matteo Boyardo olmuşdur.
Meksika monumental boyakarlığı
Meksika monumental boyakarlığı və ya Meksika muralizmi (isp. Muralismo) — Meksikada boyakarlıq cərəyanı. Bu, Meksika vətənpərvərliyinə əsaslanır. Meksika monumental boyakarlığında üsyançı qəhrəmanlara, milli tələblər uğrunda mübarizələrə vurğulanır. Hərəkat eyni zamanda ölkənin hindi keçmişinə də işarə edir. 1920-ci illərdən 1970-ci illərə qədər ictimai binalarda milli, sosial və siyasi mesajları özündə təcəssüm edən çoxlu freskalar yaradılmışdır. Bu cərəyan ABŞ da daxil olmaqla Amerikanın digər ölkələrində incəsənətə təsir etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Anreus, Robin Adèle Greeley, and Leonard Folgarait, eds. Mexican Muralism: A Critical History. Berkeley and Los Angeles: University of California Press 2012.
Meri Boys
Nora Elizavet Meri Boys (ing. Nora Elisabeth Mary Boyce; 2 avqust 1920 – 4 aprel 2006)—britaniyalı iranşünas, Zərdüştilik və Manixeizmin tədqiqatçısı. == Həyatı == Nora Elizavet Meri Boys 2 avqust 1920-ci ildə doğulmuşdu. Atası Kəlküttədə hakim vəzifəsində çalışdığından Darcilinqdə dünyaya gəlmişdi. Kembric Universitetinin Nyunhem kollecini bitirmişdi. Burda arxeologiyanı və etnoqrafiyanı öyrənmişdi. Meri Boys 4 aprel 2006-cı ildə vəfat edib. == Elmi fəaliyyəti == Zərdüştiliyi qəbul edən turlar özlərini "ari" adlandırırlarsa deməli onlar da türklərdir. İkinci məsələ isə farsların bu bölgəyə gəlmə zamanları ilə bağlıdır. Onlar buraya nüfuz edərkən artıq "Avesta" bir müqəddəs kitab kimi, zərdüştilik isə bir din kimi mövcud idi.
Mixail Boyarski
Mixail Boyarski (rus. Михаи́л Серге́евич Боя́рский; 26 dekabr 1949, Leninqrad) — Rusiyanın Xalq artisti, tanınmış aktyor və müğənni. == Həyatı == 1949-cu il dekabrın 26-da Leninqradda anadan olmuşdur. Atası Sergey Boyarski və anası Yekaterina Melenteva teatr aktyorları olublar, lakin valideynləri Mixailin aktyor olmasını istəməyiblər və övladlarını musiqi məktəbinin fortepiano sinfinə qoyublar. Məktəbi bitirən Mixail valideynlərinin razılığını almasa da, sənədlərini Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna verir və qəbul olur. 1972-ci ildə institutu bitirdikdən sonra "Lensovet" teatrında işləməyə başlayır. İlk dəfə Q. Qladkovun "Trubadur və onun dostları" musiqili tamaşasında baş rolu canlandırır. Şahzadə rolunu isə onun gələcəkdə həyat yoldaşı Larisa Luppian oynayır. Onlar hələ institutdan tanış idilər, bu tamaşa isə evlilikləri üçün bir təməl olur. Bu xoşbəxt nikahdan oğulları Sergey və qızları Yelizaveta dünyaya gəlir.
Mollalar (Boyəhmədli, Ağdam)
Mollalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyunun 15-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mollalar Ağdam rayonunun Boyəhmədli inzibati ərazi vahidində kənd. Oykonim “mollalar nəslinə mənsub olanlar” mənasındadır. Hal-hazırda kənddə ermənilər yaşayırlar. Onların əvvəlki məskənləri keçmiş DQMV-in Mardakert rayonunun Seysulan kəndidir. Mollalar kəndinin də adı digər kəndlərin adları kimi dəyişdirilib. Ermənilər buranı “Nor Seysulan” (Yeni Seysulan) adlandırıblar. İlk baxışdan “seysulan” erməni sözü kimi görünə bilər, amma bu söz “Seyid Sultan”ın təhrif olunmuş formasıdır.
Molodıye boytsı vostoka
Molodıye boytsı vostoka (azərb-kiril. Молодыје бојтсы востока, rus. Молодые бойцы востока; mənası – Şərqin gənc döyüşçüləri) — Azərbaycanda jurnal, Şərq Gəncləri Şurasının orqanı. Yeganə nömrəsi 1921-ci ilin yanvarında, Azərbaycan, rus və fars dillərində, Bakı şəhərində çıxmışıdır. Jurnalda Şərq gənclərinin həyatı və inqilabi mübarizəsini əks etdirən yazılarla yanaşı, Şərq gənclərinin 1920-ci ilin sentyabrında Bakıda keçirilmiş I qurultayı haqqında məlumat, qurultayın Manifesti, nizamnaməsi və b. materiallar da dərc olunmuşdur.
Monqol-tatar boyunduruğu
Monqol-tatar boyunduruğu (rus. Монголо-татарское иго), orda hökmranlığı (rus. ордынское владычество), sovet tarixşünaslığında Monqol-tatar zülmü (azərb-kiril. Монгол-татар зүлмү) — Rusiyada monqol-tatar feodallarının XIII–XV əsrlərdə Rus torpaqlarında hakimiyyət sistemi. == Tarixi == Rusiyada qurulan bu sistem işğal olunmuş yerləri ağır vergilər və soyğunçu yürüşlər vasitəsilə müntəzəm istismar etmək məqsədini güdürdü. Rus knyazlıqları bilavasitə Monqol feodal imperiyasına daxil deyildi. Onlara baskaklar və monqol-tatar xanlarının digər nümayəndələri nəzarət edirdilər. Monqol-tatar boyunduruğu formal surətdə 1243-cü ildə, knyaz Yaroslav Vsevolodiviçin monqol xanından Böyük Vladimir knyazlığına yarlıq alması ilə bərqərar oldu. XIII əsrin 60-cı illərinədək rus torpaqları Böyük Monqol, sonra isə Qızıl Orda xanlarının hakimiyyəti altında idi. Monqol-tatarların vergi və mükəlləfiyyətlərinin 14 növü var idi.
Monumental boyakarlıq
Monumental boyakarlıq və ya muralizm — memarlıqla bağlı olan, lakin müstəqil ideya məzmunu və bədii ifadə vasitələrinə malik iri boyakarlıq əsərləri. Monumental boyakarlığa süjetli pannolar, mozaika və ya freskalardan ibarət divar rəsmləri daxildir. == Tarixi == Monumental boyakarlıq Qədim Misir, Çin, Hindistan, Yunanıstan və Roma incəsənətində mühüm yer tutmuşdur. Bizans və Qədim Rus incəsənətində təsviri sənətin ən geniş yayılmış növü monumental boyakarlıq olmuşdur. Monumental boyakarlığın çiçəklənmə dövrü XIV–XVI əsrlərə təsadüf edir. İtaliyada Renessans dövrünün görkəmli rəssamlarının (Cotto, Rafael, Leonardo da Vinçi, Mikelancelo, Veronoze və b.) yaradıcılığında özünün yüksək inkişaf səviyyəsinə çatmışdı. Monumental boyakarlıq orta əsrlərdə Şərq ölkələrində də geniş yayılmışdı (Hindistanda Acanta, Orta Asiyada Pəncikənd və s.). Kapitalizm dövründə, xüsusilə XIX–XX əsrin əvvəllərində monumental boyakarlıq tənəzzülə uğramışdır. Müasir dövrdə monumental boyakarlıq Avropanın və Latın Amerikasının bir çox ölkəsində (xüsusilə Meksikada Dieqo Rivera, Xose Klemente Orosko, Xose David Alfaro Sikeyros və başqalarının yaradıcılığında) geniş yayılmışdır. == Azərbaycanda == İslam dininin məhdudlaşdırıcı təsirinə baxmayaraq, Azərbaycanda da monumental boyakarlıq əsərləri yaradılmışdı (Şəki xanları sarayının divar rəsmləri və s.).
Nəcib boymadərən
Nəcib boymadərən (lat. Achillea nobilis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Odla Qol-Boyun (2002)
== Məzmun == Müasir Azərbaycan kəndlərində kişi əhalisinin qazanc naminə uzun müddətə ölkədən kənara getməsi nəticəsində kəndlərdə yaranan ictimai-mənəvi ab-hava və problemlər filmin əsas süjet xəttini təşkil edir. Gənc qız (Sevinc Hüseynli) anasının (Firəngiz Babayeva) xəstə olduğunu görüb istəklisindən ayrılaraq neçə illər öncə qazanc dalınca Rusiyaya yollanan və tez bir zamanda var-dövlət əldə edən özündən yaşca böyük kişi (Abbas Qəhrəmanov) ilə ailə qurmağa məcbur olur. Çox keçmir, istəməyərək qurulan ailənin aqibəti ayrılıq və faciə ilə nəticələnir. Toydan sonra əri gəlini evdə qoyub, həmişəlik Rusiyaya qayıdır. Rüsvay olmuş gəlin, düşdüyü pis vəziyyətdən yeganə çıxış yolunu tapır. == Film haqqında == Film rejissor Mirbala Səlimlinin quruluşçu rejissor kimi kinoda ilk işidir. Həmçinin film rejissorun diplom işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Mirbala Səlimli (Mirbala Səlimov kimi) Ssenari müəllifi: Mirbala Səlimli, Vaqif Aslan Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Adil Azay Səs operatoru: Əsəd Əsədov Musiqi tərtibatı: Rauf Əliyev (Rafiq Əliyev kimi) Rejissor: Arzu Urşan Operator: Tərlan Babayev Montaj: Gülşən Səlimova Qrim: Babək Rüstəmov Filmin direktoru: Arif Səfərov Bədii rəhbər: Eldar Quliyev === Rollarda === Sevinc Hüseynli — gəlin Tural Ağayev — Kamran Sidiqqə Heydərova (Siddiqə Heydərova kimi) — nənə Abbas Qəhrəmanov — təzəbəy Firəngiz Babayeva — ana Xanlar Həşimzadə — Pişton Zahid Mustafayev — qayınata Qənirə Məmmədova — qayınana İlahə Rzayeva — nəvə Əbülfəz Salahov Sima Şabanova (S.Şabanova kimi) R.Xəlilməmmədov V.Rəhimova === Filmi səsləndirən === Zərnigar Ağakişiyeva — Qayınana (Qənirə Məmmədova) (titrlərdə yoxdur) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi == Çəkilişə köməklik edən qurum == Şəki Şəhər Elektrik Şəbəkəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Odla qol-boyun (film, 2002)
== Məzmun == Müasir Azərbaycan kəndlərində kişi əhalisinin qazanc naminə uzun müddətə ölkədən kənara getməsi nəticəsində kəndlərdə yaranan ictimai-mənəvi ab-hava və problemlər filmin əsas süjet xəttini təşkil edir. Gənc qız (Sevinc Hüseynli) anasının (Firəngiz Babayeva) xəstə olduğunu görüb istəklisindən ayrılaraq neçə illər öncə qazanc dalınca Rusiyaya yollanan və tez bir zamanda var-dövlət əldə edən özündən yaşca böyük kişi (Abbas Qəhrəmanov) ilə ailə qurmağa məcbur olur. Çox keçmir, istəməyərək qurulan ailənin aqibəti ayrılıq və faciə ilə nəticələnir. Toydan sonra əri gəlini evdə qoyub, həmişəlik Rusiyaya qayıdır. Rüsvay olmuş gəlin, düşdüyü pis vəziyyətdən yeganə çıxış yolunu tapır. == Film haqqında == Film rejissor Mirbala Səlimlinin quruluşçu rejissor kimi kinoda ilk işidir. Həmçinin film rejissorun diplom işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Mirbala Səlimli (Mirbala Səlimov kimi) Ssenari müəllifi: Mirbala Səlimli, Vaqif Aslan Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Adil Azay Səs operatoru: Əsəd Əsədov Musiqi tərtibatı: Rauf Əliyev (Rafiq Əliyev kimi) Rejissor: Arzu Urşan Operator: Tərlan Babayev Montaj: Gülşən Səlimova Qrim: Babək Rüstəmov Filmin direktoru: Arif Səfərov Bədii rəhbər: Eldar Quliyev === Rollarda === Sevinc Hüseynli — gəlin Tural Ağayev — Kamran Sidiqqə Heydərova (Siddiqə Heydərova kimi) — nənə Abbas Qəhrəmanov — təzəbəy Firəngiz Babayeva — ana Xanlar Həşimzadə — Pişton Zahid Mustafayev — qayınata Qənirə Məmmədova — qayınana İlahə Rzayeva — nəvə Əbülfəz Salahov Sima Şabanova (S.Şabanova kimi) R.Xəlilməmmədov V.Rəhimova === Filmi səsləndirən === Zərnigar Ağakişiyeva — Qayınana (Qənirə Məmmədova) (titrlərdə yoxdur) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi == Çəkilişə köməklik edən qurum == Şəki Şəhər Elektrik Şəbəkəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ovçular təpəsi boyunbağısı
Ovçular təpəsi boyunbağısı — Ovçular təpəsi yaşayış yerindən aşkar edilmiş Eneolit dövrünə aid qızıl boyunbağı. Boyunbağı AMEA Naxçıvan Bölməsi və Fransa Milli Araşdırmalar Mərkəzinin birgə həyata keçirdiyi arxeoloji tədqiqatlar zamanı arxeoloqlar Vəli Baxşəliyev, Ketrin Marro və Səfər Aşurov tərəfindən aşkarlanmışdır. Artefakt Cənubi Qafqazın ən qədim qızıl əşyası kimi qiymətləndirilmişdir. == Ərəfə == Naxçıvan ərazisi qədim tarixi abidələr və yaşayış məskənləri ilə zəngindir. Naxçıvan İkiçayarasına yaxın yerləşdiyinə görə burada mədəniyyət daha tez inkişaf etmiş və bu ərazidə yaşayan tayfalar İkiçayarası mədəniyyətləri ilə daimi əlaqədə olmuşlar. Regionda yerləşən I Kültəpə və II Kültəpə, Naxçıvantəpə, Maxta, Oğlanqala və digər çoxsaylı qədim yaşayış yerlərində aparılmış tədqiqatlar bölgənin qədim tarixinə dair maraqlı məlumat və artefaktların üzə çıxarılmasına imkan vermişdir. === Ovçular təpəsi yaşayış yeri === Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən və e.ə. V–III minilliklərə aid edilən Ovçular təpəsi yaşayış yerində ilk tədqiqatlar Vəli Əliyev və A. Q. Seyidov tərəfindən aparılmışdır. Həmin tədqiatlar zamanı arxeoloqlar abidə ərazisindən Eneolit və İlk Tunc dövrünə aid mədəni təbəqə və müvafiq artefaktlar aşkar etmişlər. Daha sonra abidədə S. H. Aşurov arxeoloji qazıntı işləri aparmış və çoxsaylı tikinti qalıqları üzə çıxarmağa müvəffəq olmuşdur.
Oğuz Boyları
Oğuzlar — "Oğuz Xaqan Dastanı"na görə 24 boydan, Mahmud Kaşğarinin Divanü Lüğati-it-Türk əsərinə görə isə 22 boydan ibarət Orta Asiya kökənli ən böyük və ən nüfuzlu türk boyudur. Oğuzlar Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Köçəri həyat tərzi yaşayan oğuzlar təxminən 7-ci əsrdən etibarən yer dəyişməyə başladılar və coğrafi baxımdan, Bizans imperiyasının qeydlərinə görə, əvvəlcə Balkanlara yayıldılar. Oğuzlar Türkiyə, Azərbaycan, Türkmənistan, İran, İraq, Suriya, Misir ve Balkanlarda (Bolgarıstan, Rumıniya, Yunanıstan, Kosova, Serbiya) yaşayan türklərin atası sayılır. == Tarix == Dastanlara görə oğuzlar Oğuz xanın altı oğlu və onların hər birinin 4 oğlundan meydana gəlmişdirlər. Meydana gələn bu 24 boyun hər birinin ayrı adı və ünvanı vardır. Bu boyların Bozoxlar və Üçoxlar olmaqla ikiyə bölünməsi isə daha sonra baş vermişdir. Bu iki ana qol arasında baş verən münaqişələr və anlaşmazlıqlar boyların bir qisminin qərbə köç etməsinə səbəb olmuşdur, qalanları isə Göytürk xaqanlığının hakimiyyəti altında qalmışdır. 630-cu ildə ilk Göytürk dövlətinin zəifləyib Çin tabeliyinə keçməsi ilə yenidən birləşməyə çalışsalar da, ikinci Şərqi Göytürk Xaqanlığının yaranması ilə yenidən hakimiyyət altına girdilər. 745-ci ildə Şərqi Göytürk Xaqanlığı da süqut etdikdən sonra qərbə və Çinə köçmüş bir çox Oğuz boyları Ötükənə geri dönərək Qutluq Bilgə Xaqanın qurduğu Uyğur Xaqanlığının bayrağı altında birləşdilər.
Pannon boymadərəni
Pannon boymadərəni (lat. Achillea pannonica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Qaranlıqdan boylanan (film, 2012)
"Qaranlıqdan çıxmaq" (ivr. ‏עלטה‏‎, ərəb. ظلام‎, ing. Out in the Dark) — israilli rejissor Mixael Mayerin 2012-ci ildə, dram janrında çəkilmiş filmi. Filmin təqdimatı ilk dəfə Toronto Film festivalında, 2012-ci ilin sentyabr ayında baş tutmuşdu. İsrail kinoteatrlarında film seyircilərə 28 fevral 2013-cü ildə təqdim olunmuşdu. Bu, İsraildə anadan olmuş və hal-hazırda Los Ancelesdə yaşayan rejissor Mixael Mayerin ilk tammetrajlı debüt filmi hesab olunur. Baş rolda Nikolas Yakob (Nimr Məşravi obrazında) və Mixael Aloni (Roy Şefer obrazında) oynamışdırlar. 96 dəqiqə davam edən dram filmi, İsrail-Fələstin münaqişəsinin müxtəlif tərəflərindən olan iki homoseksual kişi arasında baş vermiş romantik əlqələrdən bəhz edir. == Filmin xülasəsi == Nimr xaricdə təqaüd almaq arzusunda olan iddialı Fələstinli psixologiya tələbəsidir.

Digər lüğətlərdə