Universal Serial Bus
USB (Universal Serial Bus) — ingiliscədə, (yığcam) universal ardıcıl şin sözlərinin baş hərflərindən əmələ gəlmişdir. USB, periferiya qurğuları üçün nəzərdə tutulub və məlumatın ardıcıl, yəni bit-bit ötürülməsi üçün interfeysdir. Bu standart, Compaq, Digital Equipment, IBM, Intel, Microsoft, NEC və Northern Telecom şirkətləri tərəfindən hazırlanıb. USB verilənlərin fərdi kompüter ilə orta sürətli periferiya qurğuları arasında mübadiləsi üçün standart 1994-ci ildə yeddi aparıcı kompüter və telekommunikasiya firması (Compaq, IBM, Intel, NEC, Microsoft, Digital, Northern Telecom) tərəfindən təklif olunub. Qurğunun qoşulmasından sonra kompüteri yenidən yükləməyə, sistemin konfiqurasiyasını dəyişməyə, yaxud interfeys kartını quraşdırmağa gərək yoxdur. Qurğunun tanınması və uyğun drayverin quraşdırılması insan müdaxiləsi olmadan avtomatik yerinə yetirilir. Bir USB portuna ardıcıl olaraq 127-dək qurğu qoşmaq olar, kabelin uzunluğu isə 5 metrədək ola bilər. USB-kabeli dörd naqildən ibarətdir: iki sarınmış cütlük, 5V qida və ümumi naqil. Beləliklə, bu kabellə gücü az olan qurğuları qidalandırmaq da olar. 1999-cu ildə Intel tərəfindən işlənib hazırlanmış USB 2.0 standartı verilənləri 480 Kbayt/san-dək sürətlə ötürməyə imkan verir.