BOZUMTULLUQ
BÖCƏK
OBASTAN VİKİ
BÖ (film, 2024)
BÖ — 2023-cÜ ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Rejissor və Ssenari müəllifi Zaur Tahirsoydur. 2024-cü il, yanvar ayının 24 Park Cinema kinoteatr şəbəkəsində yayımlanıb. == Məzmunu == Bir qrup gənc Lənkəranda Alajen (mif) adlı personaj haqqında qorxu filmi çəkmək qərarına gəlirlər. Bu zaman Alajen gerçək olur. "Bö Alajen" filminin mövzusu da elə belədir. Talış mifologiyasında geniş yayılmış Alajen haqqında film çəkmək istəyən bir qrup gənc onunla qarşılaşırlar. Bu gənclər Alajenlə dostlaşa bilirlərmi, yoxsa film çəkilişini yarımçıq qoyub Bakıya qayıdırlar? == Filmin janrı == Film Komediya Qorxu janrındadır. == Yaradıcı heyət == Quruluşçu rejissor: Zaur Tahirsoy Ssenari müəllifi: Zaur Tahirsoy Quruluşçu operator: Məhəmməd Hüseynov Montaj: Azflix Pro === Aktyor heyəti === Azərbaycan Film Akademiyası aktyor və aktrisa heyəti: Anar Əli Tamilla Həsənova Tural Bünyadzadə Elay Nadir Emil Mikayılzadə Rza Hüseynli Vüsal Dastan Tapdıq Qafarov Nərmin Bağırlı == Çəkiliş yerləri == • Filmin çəkilişi Lənkərannın Osaküçə kəndində aparılıb.
Gəncənin inzibati bölgüsü
Gəncənin inzibati bölgüsü — Gəncə şəhərinin inzibati bölgüsü hal-hazırda qəsəbələrdən ibarətdir. Gəncə şəhərinin indiyədək 3 şəhər rayonu olmuşdur. == Haqqında == Gəncə şəhərinin 2 rayon və 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır. 2022-ci ilin fevral ayında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinə daxil olub. Dəyişiklik Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini ehtiva edir. Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçirilən iclasında birinci oxunuşda müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. Azərbaycan Respublikasının Milli Məclisinin 15 fevral 2022-ci il tarixində keçirilən plenar iclasında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. Daha sonraki oxunuşlarda da qəbul edilən, 4 mart 2022 tarixində tarixli qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2 aprel 2022 tarixində təsdiqlənmişdir.
Hakimiyyət bölgüsü
Hakimiyyət bölgüsü, Hakimiyyətlərin bölünməsi və ya Hakimiyyətlərin bölgüsü — dövlət hakimiyyəti nin bir-birindən müstəqil (bəzi hallarda bir-birinə nəzarəti zəruridir) üç dövlət hakimiyyəti qoluna : qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətinə bolünməsini nəzərdə tutan siyasi-hüquqi nəzəriyyə. Nəzəriyyə Con Lokk, termin isə Monteskyö tərəfindən təklif edilib. Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də aktual məsələdir və məcburi şərtdir. Monteskye bu prinsipi "Qanunların ruhu" adlı əsərində irəli sürüb. Lakin müəllif bu anlayışı ilk dəfə "İngilis Konstitusiyası" adlı əsərində "məhkəmə hakimiyyəti, qanunvericilik və icra hakimiyyətindən ayrılmayıbsa, azadlıqdan danışmaq mümkün deyildir" şəklində istifadə edib. Hakimiyyətlərin ayrılmasının səbəblərini isə Monteskye belə açıqlayır: insanın pis cəhətləri də vardır və iqtidarı əlində tutan şəxs bu hüquqlardan sui-istifadə edə bilər. Buna görə, iqtidarın sui-istifadəsinın qabağını almaq üçün iqtidarı iqtidarla durdurmaq lazımdır. Klassik mənada hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan ümumi qaydaları qoyan parlamenti, bu qaydaları icra edən icra hakimiyyəti orqanını və bu qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur. Monteskyenin fikirləri bir çox hüquq və siyasət alimlərinin diqqətini çəkib. Bu fikirlər çox mübahisələndirilib və tənqid edilib.
Henrix Böll
Henrix Teodor Böll (alm. Heinrich Theodor Böll‎, 21 dekabr 1917[…], Köln, Prussiya – 16 iyul 1985[…]) — alman yazıçı, tərcüməçi, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1972), Kölnün fəxri vətəndaşı (1983). == Həyatı == Alman yazıçısı Henrix Böll Kölndə doğulmuşdu. Bəzi məlumatlara görə əqidəli katolik olan Böll nəsli anqlikan kilsəsinin təqiblərindən yaxa qurtarmaq üçün orta əsrlərdə Almaniyaya İngiltərədən pənah gətirmişdi. Gələcək yazıçının yeniyetməlik və ilk gənclik illəri vətənində nasizmin tüğyan etdiyi dövrə düşmüşdü. Gimnaziyada hitleryugend təşkilatına qoşulmaqdan boyun qaçırsa da, Köln Universitetində oxuduğu 1939-cu ildə səfərbərlikdən yayına bilməmişdi. Kapral Henrix Böll altı il Fransa, Rumıniya, Macarıstan və SSRİ ərazisində döyüşlərdə iştirak etmiş, bir neçə dəfə yaralanmışdı. 1945-ci ildə amerikalılara əsir düşmüşdü. Bir müddət Fransanın cənubundakı həbs düşərgələrində saxlanıldıqdan sonra Qərbi Almaniyaya qayıtmışdı. Yaradıcılığa müharibə mövzusu ilə başlamışdı.
Hüceyrənin bölünməsi
Hüceyrənin bölünməsi — bölünmə hüceyrənin ən mühüm xüsusiyyətlərindən biridir. Hüceyrənin bir bölünmədən digər bölünməyədək olan dövrünə həyat tsikli deyilir. Hüceyrənin əsas bölünmə üsulları aşağıdakılardır: Mitoz Meyoz Amitoz Endomitoz == Hüceyrənin həyat tsikli == Hüceyrənin həyat tsikli iki dövrə ayrılır: İnterfaza (iki bölünmə arasındakı dövr) Xüsusi dövr (mitoz) == İnterfaza dövrünün mərhələləri == İnterfaza dövrü də öz növbəsində 3 ardıcıl dövrdən ibarətdir: Sintezdən əvvəlki dövr (Presintetik dövrü və ya G1 dövrü) Sintetik dövr (S dövrü) Postsintetik dövr (G2 dövrü) === Sintezdən əvvəlki dövr === Bu dövrdə hüceyrə ona məxsus olan fizioloji prosesləri həyata keçirir. Cavan hüceyrələrin sürətlə böyüməsi üçün spesifik zülallar, yağlar, karbohidratlar və s. sintez olunur və DNT sintezinə hazırlıqla əlaqədar proseslər gedir. Həmin vaxtda güclü RNT sintezi gedir. Bu, hüceyrədə spesifik zülalların toplanması ilə sübut olunur. Presintetik dövrdə habelə nukleotid-fosfokinaza fermenti sintez olunur. Bu proseslər göstərir ki, G1 – dövrü DNT-nin sintezi üçün hazırlıq mərhələsi hesab olunur. === Sintetik dövr === Bu dövrdə DNT molekulu reduplikasiya olunur.
Həbəşistan böhranı
Həbəşistan böhranı — 23 noyabr və 5 dekabr 1934-cü il tarixlərində İtaliya krallığının Efiopiyaya, Ual-Ual vahasına hücumu və ekspansionist istəkləri nəticəsində yaranmış beynəlxalq böhran. Bu, 1933–1939-cu illərdə Britaniya imperiyası və Üçüncü Fransa Respublikası hökumətləri tərəfindən aparılan sakitləşdirmə siyasətinin mərhələsi idi. Avropanın silahlanma yarışı kontekstində böhran Millətlər İttifaqının beynəlxalq münasibətlərin tənzimlənməsi aləti kimi uğursuzluğunu nümayiş etdirmişdi. Böhranın apogey nöqtəsi İkinci İtaliya–Efiopiya müharibəsinin başlanğıcı olmuşdur. Böhran Hitlerə vaxtından bir il əvvəl Reyn vilayətini remilitarizasiya etməyə imkan vermişdir. İtaliyanın izolyasiya olunması onun Almaniyaya yaxınlaşmağına təkan vermiş, bunun nəticəsində 1936-cı ilin oktyabrında Berlin-Roma oxu qurulmuşdur. Beləliklə, Benito Mussolini hökuməti bufer dövlət olan Avstriyanın müstəqilliyinə marağını tamamilə itirmiş və bu, 1938-ci ilin martında onun Anşlussuna səbəb olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Корунова Е. В. Деятельность Швеции в Лиге Наций в 30-е годы // Вестник Московского университета. Серия 8. История (rus).
IV Vilhelm (Böyük Britaniya kralı)
IV Vilhelm və ya IV Uillyam ((ing. William IV, alm. Wilhelm IV‎); 21 avqust 1765[…], Vestminster borosu, Böyük London – 20 iyun 1837[…], Vindzor sarayı) — 1830–1837-ci illərdə Britaniya və Hannover kralı. III Georqun oğlu, IV Georqun qardaşıdır. == İlk illəri == IV Vilhelm III Georq və Şarlottanın Georq-kiçik və Fredirikdən sonra dünyaya gələn 3-cü övladları idi. Qaydalara əsasən də Vilhelm ən kiçik olduğuna görə vəliəhd ola bilməyəcəkdi. Uşaqlığını Riçmondda keçirən Vilhelm Krallıq Donanmasına miçman olaraq qəbul olur. Şahzadə bu zaman digər miçmanlardan fərqləndirilmir və eyni dərəcədə iş görürdü. Amerikanın Istiqlal müharibəsi davam edən dövrdə Vilhelm Nyu-Yorkda idi. Hətta Inqilabçılar bir müddət onu əsir almaq planlarını qururdular.
I Böyük Lyudovik
Böyük Lyudovik (mac. I. (Nagy) Lajos), macar ənənəsinə görə Böyük Layoş, polşa ənənəsinə görə Macar Lyudviq pol. Ludwik Węgierski; 5 mart 1326, Vişeqrad, Macarıstan — 11 sentyabr 1382, Trnava, Slovakiya) — 16 iyul 1342-ci ildən Macarıstan kralı (tac qoyma 21 iyul 1342-ci il I Layoşa adı altında ), 17 noyabr 1370-ci ildən vəfat edənə qədər Polşa kralı. Böyük Lyudovik orta əsrlərdə Avropanın ən məşhur hökmdarlarından biri idi, dövlətinin əmlakını Adriyatikdən Qara dənizə, şimalda isə Baltikyanı qədər genişləndirdi. Onun vassalları arasında Bosniya padşahlığının, Serbiya, Vallaxiya, Moldaviya və Bolqarıstan hökmdarı vardı. Venesiya Respublikası ilə müharibələrdə çox vaxt sərf etmişdi və Neapolitan Krallığının tacına da namizədlərdən biri idi. Louis, Osmanlı türkləri ilə qarşıdurmaya girən Avropanın ilk hökmdarlarından birinə çevrildi. Onun hakimiyyət illərində orta əsr Macarıstan siyasi təsirinin zirvəsinə çatdı. == Bioqrafiya == Lyudovik Macarıstan kralı Karl Robert və Vladislav Lokotka qızı Elizabet və Piast sülaləsindən Polşanın son kralı olan III Böyük Kazimirin qardaşının oğlu idi. Luis 1342-ci ildə atasının ölümündən sonra Macarıstan tacını aldı, ancaq gəncliyinə anasının məsləhətini rəhbər tutdu.
I Böyükdüz nekropolu
I Böyükdüz nekropolu — Kəngərli rayonunda, eyni adlı kənddən cənub-şərqdə antik dövrə aid arxeoloji abidə. Abidənin sahəsi 320 m²-dir. əllidən artıq sayda olan qəbirlər, əsasən daş qutu tiplidir. Hamısı daşqın zamanı yuyulub üzə çıxmışdır. Qazıntılar zamanı qəbirlərin birindən insan skeletinin qalıqları aşkar edilmişdir. Dağıdılmış bir neçə qəbirin materiallarını 1972-ci ildə sərhəd gözətçi məntəqəsinin zabitləri toplamış və Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil vermişlər. Tapıntılar şüşə flakonlardan, boz və çəhrayı rəngli gil qablardan, dəmir qılınc, xəncər, çıçaq, ox ucluğu və at ləvazimatı qalıqlarından ibarətdir.
I Böyükdüz yaşayış yeri
I Böyükdüz yaşayış yeri — Kəngərli rayonunda, eyniadlı kəndin cənubunda, Araz çayının sol sahilində yerləşən orta əsrlərə aid yaşayış yeri. Abidə 1991-ci ildə qeydə alınmışdır. Daşqınlar nəticəsində abidəyə böyük ziyan dəymiş, onun böyük bir hissəsi dağılmışdır. Tədqiqatlar zamanı burada 10 insan skeleti aşkarlanmışdır. Qəbirlər torpaqda qazıldığı üçün tamamilə yuyulmuş, skeletlər qumun üzərində qalmışdı. Onlar müsəlman adəti üzrə cənub – şərq istiqamətində, sağ böyrü üstə uzadılmışdılar (tədqiqatçılar bu ərazinin yaşayış yerinin qəbiristanlığı olmasını güman edirlər). Orta əsrlər Azərbaycan məişəti üçün səciyyəvi olan çəhrayı rəngli gil qab qırıqları və sair də aşkara çıxarılmışdır. Tapıntılara əsasən yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir.
I Corc (Böyük Britaniya kralı)
I Georq (alm. Georg Ludwig von Hannover‎, ing. George I; 28 may (7 iyun) 1660, Hannover – 11 (22) iyun 1727, Osnabrük, Müqəddəs Roma imperiyası) — alman mənşəli Hannoverlər sülaləsindən olan ilk Böyük Britaniya kralı (1714-1727).
I Georq (Böyük Britaniya kralı)
I Georq (alm. Georg Ludwig von Hannover‎, ing. George I; 28 may (7 iyun) 1660, Hannover – 11 (22) iyun 1727, Osnabrük, Müqəddəs Roma imperiyası) — alman mənşəli Hannoverlər sülaləsindən olan ilk Böyük Britaniya kralı (1714-1727).
I Mahmud (Böyük Səlcuq hökmdarı)
I Mahmud (fars. محمود‎; türk. Mahmud; 1088 – noyabr 1094, İsfahan) — Beş yaşında ikən 1092-1093-cü illərdə Böyük Səlcuqlu Dövləti hökmdarı, 1093-1094-də isə İsfahan və Fars bölgəsinin vassal hökmdarı elan edilmişdir. == Həyatı == 1092-ci ilin noyabrında Məlikşah öldüyü zaman 13 yașında olan və qanuni varisi olaraq elan edilmiş olan Əbul-Müzəffər Börküyarıq Böyük Səlcuqlu Dövləti taxtına keçdi. Amma Məlikşahın arvadı Qaraxanlılar hökmdarının qızı olan Türkan xatun Məlikşahdan sonra öz oğlu Mahmudun sultan olmasını istəyirdi. O zaman Səlcuqlu Dövləti vəziri olan və qısaca "Mustafi" olaraq xatırlanan "İbn Mərzban Xosrov Firuz Şirazi ibn Darust Tacumulk Əbul-Qanayim" tərəfindən dəstəkləndi. Bağdaddakı Abbasi xəlifəsi Müqtədini də xəbərdar edən Türkan xatun Məlikşahın ölümündən 6 gün sonra, 25 Noyabr 1092-də beş yaşındakı oğlu Mahmudu sultan elan etdirib Bağdadda oğlu adına xütbə oxutdu. Müxtəlif bölgələrdə valilik və idarəçilik edən Səlcuqlu liderləri bu qarışıqlığı fürsət bilib öz müstəqilliklərini elan etməyə başladılar. Məlikşahın qardaşı Xorasan və Bəlxi tutdu. Məlikşahın digər bir qardaşı olan Tutuş özünü Şamda Suriya məliki elan etdi.
Kainatın böyüməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bugünkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik == Fəlsəfədə kainatın genişlənməsinə münasibət == Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər, daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Kayes (bölgə)
Kayes (Bambara: ߞߊߦߌ ߘߌߣߋߖߊ təl. Kayi Dineya) — Malinin inzibati bölgüsünə daxil olan səkkiz bölgədən biri. Malinin birinci inzibati ərazisidir və 120 760 kv. kilometr ərazini əhatə edir. Paytaxtı Kayes şəhəridir. Bölgə tarixən Qana imperiyası və Mali imperiyasının tərkibində olmuşdur. == Coğrafiya == Kayes bölgəsi şimaldan Mavritaniya, qərbdən Seneqal, cənubdan Qvineya və şərqdən Kulikoro bölgəsi ilə həmsərhəddir. 2009-cu ildə bölgənin əhalisi 1 996 812 nəfər olmuşdur. Ərazidə yaşayan etnik qruplara Soninkelər, Xasonkelər, Mandinkalar, Dialonkelər və Fulalar ( fr. Peuls, ful.
Kazım Böyükkişiyev
Kernave arxeoloji bölgəsi
Kyarnave (lit. Kernavë) – Litvada yerləşən və 10000 il əvvələ aid insan izləri aşkarlanan YUNESKO-nun Dünya irsi siyahısına daxil olan arxeoloji bölgə, qədim şəhər. == Tarixi == === Roma İmperiyası dövründə === Şimalı Litvada paytaxt Vilnüsdən 35 km məsafədə yerləşən Kyarnave arkeoloji bölgəsi 194,4 hektarlıq böyüklüyü ilə bu bölgədə insan məskunlaşmasının 10.000 illik tarixinə şahidlik etmiş bir bölgədir. Bəzı arxeoloqlar tərəfindən Litvanın Troyası olaraq adlandırılan bölgə Xristianlıq dövrü əvvəli haqqında vacib məlumatlar verməkdədir. Burada ilk yaşayış izləri e.ə IX əsrdə Payauta vadisindəki Neris çayı sahilində tapılmışdır. Xristianlığın ilk dövrlərində Baltik bölgəsi insanları üçün qızıl dövr olaraq xatırlanmaqdadır. Bataqlıqdan çıxarılan dəmir, əkin və heyvandarlığın inkişafı əhalinin də artmasına səbəb olmuş, IV əsrə qədər Payauta vadisindəki yaşayış yerlərinin sayı daima artmıştır. Roma dövrünün sonunda baş verən böyük köçlə birlikdə Aukuro Kalnasdaki yaşayış yerləri köçənlər tərəfindən yandırılmış və Payauta vadisi tərk edilmişdir. İqlimin sərtləşməsi ilə bərabər yeraltı sularının da ortaya çıxması bölgədə yaşayışı imkansız hala gətirmişdir. === Orta əsrlərdə === XIII əsrdə feodal bəylərin bölgədə qalalar qurması ilə bir zamanlar tərk edilmiş olan Payauta vadisi yenidən hərəkətlənməyə başladı.
Keson sənaye bölgəsi
Keson sənaye bölgəsi və ya Keson sənaye zonası— Şimali Koreyanın (KXDR) xüsusi inzibati sənaye bölgəsi. Bölgə 2002-ci ildə Keson şəhərinin bir hissəsindən yaradılıb. Baxmayaraq ki, Cənubi Koreyanın prezidenti Moon Jae-in bölgəni yenidən açmağı və genişləndirməyi arzuladığını bildirmişdir, sənaye bölgəsi 10 fevral 2016-cı ildə Cənubi Koreya hökuməti tərəfindən müvəqqəti olaraq bağlanmış və bütün işçi heyət Park Qeun-hye administrasiyası tərəfindən geri çağrılmışdır. Bunun əhəmiyyətli xüsusiyyəti Keson sənaye parkının Cənubi Koreya ilə birgə iqtisadi inkişaf olaraq fəaliyyət göstərməsidir. Park Koreya Silahsızlaşdırma Zonasının 10 kilometr (altı mil) şimalda, Seuldan Cənubi Koreyaya birbaşa avtomobil yolu və dəmir yolu ilə bir saatlıq məsafədə yerləşir. Park Şimali Koreyanı xarici valyutanın əhəmiyyətli bir mənbəyi ilə təmin edərkən, Cənubi Koreyalı şirkətlərə təhsilli, təcrübəli və sərbəst olan ucuz əməklə məşğul olmağa imkan verir. 2013-cü ilin aprel ayından etibarən 123 Cənubi Koreya şirkəti təxminən 53.000 KXDR işçisini və 800 Cənubi Koreya işçisini işə götürdü. Hər il 90 milyon dollar məbləğində olan ümumi əmək haqqı birbaşa Şimali Koreya hökumətinə ödənilmişdir. Şimali və Cənubi Koreya arasındakı gərginlik dövründə, sənaye parkına cənubdakı giriş məhdudlaşdırılmışdır. 2013-cü il Koreya böhranı zamanı aprelin 3-də Şimali Koreya bütün Cənubi Koreyalı vətəndaşların bölgəyə girişini əngəllədi.
Keynsdən sonra böyük iqtisadçılar
Keynsdən sonra böyük iqtisadçılar (ing. Great Economists since Keynes: An Introduction to the Lives and Works of One Hundred Modern Economists) — İngilis iqtisadi elm tarixçisi Mark Blauqun (1985) əsəri. == Məzmunu == Müəllif Con Meynard Keynsdən sonra iqtisadiyyata töhfə verən 100 ən məşhur iqtisadçı alimin həyat və yaradıcılığına dair kiçik və lokanik şəkildə yazılmış oçerklər şəklində izah edir. Hər bir oçerkdə iqtisadçının həyat və yaradıcılığının əsas mərhələləri haqqında məlumatlar vardır. Kitab bioqrafik mənbə kimi istifadə olunur , ingilis dilində bir neçə dəfə çap olunmuş, başqa dillərə tərcümə edilmişdir. === İqtisadçıların siyahısı === == İstinadlar == == Nəşrlərin siyahısı == Блауг М. Great Economists since Keynes: An Introduction to the Lives and Works of One Hundred Modern Economists. Edward Elgar Publishing. 1998. 328. ISBN 1858986923.
Keynsdən əvvəl 100 böyük iqtisadçı
"Keynsdən əvvəl Böyük İqtisadçılar: Keçmişdəki 100 İqtisadçının həyatı və işi ilə tanışlıq" (ing. Great Economists Before Keynes: A Introduction to the Lives and Works of 100 Economists of the Past) — ingilis iqtisadi elm tarixçisi M. Blauq (1986), 2005-ci ildə rus dilində yenidən çap olunmuş əsəri. == Məzmunu == İngilis iqtisadi düşüncə tarixçisi Mark Blauq, Con Meynard Keynsdən əvvəl iqtisadiyyata töhfə verən ən məşhur 100 iqtisadçıdan 100-nün bioqrafiyasını təsvir edir. Keyns. Bu iqtisadçıların fikirlərini və dövrünün ən vacib müzakirələrini göstərir. Ön sözdə M. Blauq seçdiyi subyektivliyi qeyd edir, lakin iqtisadçılar arasında səsvermə olsaydı, siyahısından 90 və ya 95 nəfər böyüklərdən olardı. Kitabdakı hər bir məqalə bir neçə blokdan ibarətdir: əvvəlcə alimin əsas fikirləri təhlil edilir, əsas əsərləri nəzərdən keçirilir və sonu iqtisadçının tərcümeyi-halına həsr olunur. Kitab 1985-ci ildə nəşr olunan "Keynsdən sonra böyük iqtisadçılar" kitabının davamıdır və İqtisadi Doktrina Tarixi və ölkənin və dünyanın bir sıra universitetlərinin İqtisadi Düşüncə Tarixi kurslarının tədris planlarına daxil edilmişdir. Mark Blauq tam yüz belə cazibədar hekayə topladığı məşhur konsepsiyaların müəlliflərindən və onların həyat yollarından rahat və əyləncəli bir şəkildə bəhs edir. Rus dilində tərcümədə kitab "Keynsdən əvvəl 100 Böyük İqtisadçı" (Sankt-Peterburq: İqtisadi Məktəbi, 2005) başlığı ilə nəşr olunmuşdur və aşağıdakı iqtisadçılar siyahısına malikdir.
Keçətüklü böyürtkən
Keçətüklü böyürtkən (lat. Rubus lanuginosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == Azərbaycanda və İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Azərbaycanda təbii halda Lənkəran, Astara rayonları (Astaraçayın kənarı) ərazisində yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitki növüdür. LC. == Bitdiyi yer == Aşağı və orta dağ qurşağında meşəliklərdə, kolluqlarda və dəniz sahilində yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Təbiətdə bitkinin əksər zoğları sarımtıl-yaşıl rəngdədir. Birilliklərdə isə silindir şəkillidir və sarımtıl tikanlıdır. Bitkinin yarpaqları 3–5 cüt yarpaqcıqdan ibarət olub yarpaqcığın üst tərəfi yaşıl tüklü, alt tərəfi isə boz tüklüdür.
Kolorado böcəyi
Kolorado böcəyi (lat. Leptinotarsa decemlineata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin leptinotarsa cinsinə aid heyvan növü. Növ ilk dəfə 1824-ci ildə kəşf edilib, buynuzlu pişikotu (Solanum rostratum) üzrə Rocky Dağları toplanan nümunələri Amerika naturalist və entomoloq Tomas Seyem incələyib. == Görünüşü == Üzərində V şəkilli qara ləkə və 10 uzununa qara xətt var. Sürfələr kərpic qırmızısı rəngindədir yanlarında qara ləkələr var. Uzunluğu 11–13 mm-dir. Yetkinlikdə qışı torpaqda keçirirlər. Həm sürfə olarkən, həm də yetkinlik dövründə kartof, badımcan, pomidor kimi bitkilərin yarpaqlarını və tumurcuqlarını yeyərək qidalanır. Növləri qida zəncirində qızılı karabid tərəfindən ovlanır və tükənir.
Kolumbiyanın inzibati bölgüsü
Kolumbiyanın inzibati bölgüsü — Kolumbiya 1991-ci il Konstitusiyası ilə təsis edildi və 2 iyun 1994-cü il tarixli 136 saylı qanuna əsasən dəyişdirildi. İnzibati ərazi bölgüsünün üç səviyyəsi vardır. İdarəedici departamentlərin birinci səviyyəsinə rayonun paytaxtı Boqota, ikincisi isə bələdiyyələr aid edilir.
Konqo Respublikasının inzibati bölgüsü
Konqo Respublikasının inzibati bölgüsü — Konqo Respublikası 12 departamentə bölünür. 2003-cü ilə qədər bu departamentlər regionlar adlandırıldı. 2004-cü ildə isə Point-Noyr şəhəri departament statusunu aldı.
Koreyanın bölünməsi
Koreyanın bölünməsi — Koreya yarımadasının Şimal və Cənuba bölünməsi. Bu iki ölkənin meydana gəlməsi 1945-ci ildə o zamana kimi tərkibində olduğu Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiyyəti nəticəsində baş verir. İkinci dünya müharibəsindən sonra ABŞ və SSRİ ölkənin birgə idarə edilməsi haqqında müqavilə imzaladılar. Hər iki ölkənin sərhəddi 38-ci şimal paralelindən keçməli idi. Koreya müharibəsindən (1950—1953) sonra iki yeri təşkil olunan dövlət Koreya silahsızlaşdırılmış zonası ilə bir-birindən ayrılır. == Tarixi fon == === Koreyanın yapon işğalı (1910—1945) === 1905-ci ildə Rus-yapon müharibəsindən sonra Koreya Yaponiyan protektaratılna çevrilir. 1910-cu ildə isə Yaponiyaya birləşdirilir. === İkinci Dünyan müharibəsi (1939—1945) === 1943-cü ildə Qahirə konfransında iştirak edən ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Çin Respublikasının prezidenti Çan Kayşi yapon koloniyalarının taleyi məsələsində müzakirələr zamanı onun bütün işğal etdiyi ərazilərdən çıxarılmasına qərarverirlər. Koreyada bu qəbildən olan ərazilərdən idi. ikinci Dünya Müharibəsinin sonlarında, 1945-ci ilin avqustunda hələ də Koreyanın taleyi aydın deyildi.
Labidostomis yarpaqyeyən böcəyi
Labidostomis yarpaqyeyən böcəyi (lat. Labidostomis montana) — Sərtqanadlılar dəstəsinə Yarpaqyeyənlər fəsiləsinə aid böcək növü. == Təsviri == Bədənin uzunluğu 8–9 mm. Böcəyin ön beli, döşü, qarnı, ətrafları, bığları tünd yaşıl rəngdə olub, qanadüstlüyü isə sarı – qəhvəyidir. Sağ çiyin hissəsində bir yaşıl xalı var. == Yayılması == Azərbaycanda Lerik, Yardımlı, Cəlilabad və Ordubad rayonlarında qeydə alınmışdır. == Həyat tərzi == Meşə zonası əsas yaşayış yeridir, söyüd ağacının yarpaqları ilə qidalanır. == Sayı == Lənkəran bölgəsindən 12 fərd, Ordubaddan isə 5 fərd tapılmışdır. == Məhdudlaşdırıcı amillər == Meşələrin qırılması, qida bitkilərinin məhv edilməsi == Qorunması üçün məsləhət görülmüş tədbirlər == Böcəyin yaşayış sahələri qorunmalıdır. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Qırmızı Kitabı.1989 il.

Digər lüğətlərdə