COMPOSE

v 1. yazmaq, yaratmaq, bəstələmək (ədəbi və ya musiqi əsəri); 2. poliqr. yığmaq; 3. yoluna qoymaq, qaydaya salmaq, həll etmək (mübahisəni); 4. sakitləşdirmək; to ~ oneself sakitləşmək; Jane was nervous at first but soon composed herself Ceyn əvvəlcə əsəbi idi, lakin tezliklə sakitləşdi; 5. ibarət ol maq; to be ~d of ingredients müxtəlif tərkiblərdən ibarət olmaq; Water is com posed of hydrogen and oxygen Su hidrogendən və oksigendən ibarətdir

COMPORT
COMPOSER
OBASTAN VİKİ
Composer
Composer — PHP proqramlaşdırma dili üçün yaradılmış çox platformlu (cross-platform) paket idarəetmə sistemi. PHP tətbiqləri və tətbiq içərisində istifadə olunan kitabxanalar üçün asılılıq idarəetməsini (dependency management) təmin edir. Nils Adermann və Jordi Boggiano tərəfindən hazırlanıb və ilk versiyası 1 mart 2012 tarixində yayımlanıb. Composer yaradılan zaman Node.js-in "npm" ve Ruby-nin "bundler" sistemlərindən yararlanıb. Composer komanda sətrindən işə salınır və tətbiqlə əlaqəli kitabxanaları tətbiq içərisinə qurur. Qurulan kitabxanaların əlaqəli olduğu başqa kitabxanalar varsa onlar da avtomatik olaraq qurulur. Bundan əlavə, Composer packagist adı verilən ortaq bir mənbədən icazə verilən kitabxanaların tətbiqdə rahatlıqla qurulmasına da imkan verir. Yüklənən kitabxanaların tətbiqdə avtomatik olaraq yüklənməsi (autoload) üçün infrastruktur da təqdim edir.

Digər lüğətlərdə