CROSS

cross1

n 1. xaç; to make one’s to sign with a ~ xaç qoymaq (imza əvəzinə); The cities are marked on the map with a cross Şəhər xəritədə xaç işarəsilə işarə edilib; to make the sign of the ~ xaç çevirmək; 2. çarmıx; çarmıxa çəkmə; 3. xaçşəkilli başdaşı; 4. the Cross xristianlıq, xristian dini, xaçpərəstlik; 5. xaç formasında orden;

◊ International Red Cross Beynəlxalq Qırmızı Xaç

cross2

adj I 1. köndələn; kəsişən; çarpaz; 2. qarşı, əks; ~ wind qarşı külək; 3. zidd, əks; ~ interests zidd maraqlar; 4. əlverişsiz; ~ weather əlverişsiz hava;

◊ ~ voting öz partiyasının əleyhinə səsvermə

adj II d.d. acıqlı, hirsli, qəzəbli, qeyzli; tündxasiyyət, to be ~ with smb. bir kəsə acığı tutmaq; to make smb. ~ bir kəsi hirsləndirmək / qəzəbləndirmək: ~ words acı / kəskin sözlər; ~ answer acıqlı / kəskin cavab

cross3

v 1. keçmək; to ~ the Atlantic Atlantik okeanını keçmək; to ~ a bridge / a road körpünü / yolu keçmək; to ~ the finish line id. 1) finiş xəttini keçmək; 2) qalib gəlmək, udmaq; 2. üstündən xətt çəkmək; to ~ a “t” “t” hərfinin başından xətt çəkmək; 3. ayrılmaq, aralanmaq; We crossed each other on the way Biz yolda bir-birimizdən ayrıldıq; 4. çarpazlamaq; üst-üstə qoymaq / aşırmaq; to ~one’s legs ayağını-ayağının üstünə aşırmaq; to ~ smb.’s name off the list bir kəsin adını siyahıdan pozmaq / çıxartmaq; to ~ out words / sentences sözləri / cümlələri pozmaq;

◊ to ~ one’s mind başına / ağlına fikir gəlmək; to ~ smb.’s path 1) həyat yolunda bir şeyə təsadüf etmək; 2) bir kəsə mane olmaq, bir kəsə əngəl törətmək; to ~ the floor of the House bir partiyadan digərinə keçmək (parlamentdə)/ to ~ the river 1) maneəni aradan qaldırmaq / götürmək; 2) ölmək

CROPPER
CROSS-BEARER
OBASTAN VİKİ
Cross platform
Cross platform və ya çoxlu platforma proqramları birdən çox kompüter platforması üçün yazılan proqramlardır. Kompüter platforması dedikdə aparat və proqram təminatından (əməliyyat sistemindən) ibarət platforma başa düşülür. Çox vaxt isə cross platform dedikdə bir proqramın bir neçə əməliyyat sistemində işləməsi başa düşülür.
AMD CrossFireX
AMD CrossFireX – üçölçülü təsvirin qurulması üçün iki və daha artıq (eyni zamanda dördə qədər qrafik prosessorların) Radeon videokart güclərindən eyni vaxtda istifadəyə imkan verən texnologiyadır. Müəyyən alqoritmdən istifadə etmklə hər bir videokart Composing Egine masterkartın xüsusi bufer yaddaşına malik çipinə ötürülən, təsvirin öz hissəsini yaradır və final kadrına çıxarır. CrossFire sistemi 2006-cı ildə videokartın, kartın arxa tərəfinə Y formalı kabellə birləşdirilməsi yolu ilə yaradılmışdır. Hal-hazırda sistem artıq xüsusi elastic körpülərdən istifadə edir. Perspektivdə CrossFire əsasında videokartlar prosessorun qrafiklə işini yüngülləşdirəcək. Bir videokart qrafiki, ikincisi fizikanı hazırlayacaq. Bu texnologiya Tayvanda Computex 2005 beynəlxalq sərgisində anons edilib. Bir neçə videokartın kombinasiyası maliyyə cəhətdən daha artıq effektli, məhsuldar və sərfəlidir, nəinki bir ədəd daha güclü və müvafiq olaraq, kifayət qədər daha qiymətli kart. Ancaq, NVİDİA SU halında olduğu kimi, sistemdə iki videokartdan istifadədə məhsuldarlığın artımı yalnız 2 və daha artıq GPU-dan istifadəni bacaran əlavələrdə müşahidə olunacaq. Multi – Gpu sistemləri ilə işləmək bacarığı olmayan köhnə oyunlarda qrafiki tərkiblərin məhsuldarlığı əvvəlki kimi qalacaq, bəzi hallarda hətta aşağı düşəcək.
Crossing Field
"Crossing Field" (クロッシング・フィールド, azərb. "Kəsişmə sahəsi"‎) — Yaponiya pop müğənnisi və mahnı yazıçısı LiSA-nın 2-ci sinqlı. Sinql Aniplex tərəfindən 8 avqust 2012-ci ildə CD formatında, 21 avqust 2012-ci ildə isə mini-albom formatında buraxılmışdır. Sinql Oricon-un həftəlik çartlarında 5-ci yerə qədər yüksəlmiş, daha sonra Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya almışdır. Mahnının rəsmi ingilis versiyasına LiSA-nın 7-ci sinqlı olan "Shirushi" daxil edilmişdir. "Crossing Field" "Sword Art Online" anime serialının 2-14-cü seriyalarının açılış mahnısı, 1-ci və 25-ci seriyalarının isə bağlanış mahnısı olmuşdur.
Crossolepis
Gnephosis (lat. Gnephosis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Crossopterygii
Pəncəüzgəclilər (lat. Crossopterygii) — xoanlar yarımsinfinə aid dəstəüstü. Bu balıqlar eramızdan 400 milyon il əvvəl dənizlərdə və şirin sularda geniş yayılmışdır. Su hövzələrinin quruması nəticəsində yarımquru həyat tərzinə keçməyə məcbur olmuş pəncəüzgəclilərin bəzi nümayəndələrində döş və qarın üzgəcləri yerdə sürünməyə uyğunlaşmış, hava ilə tənəffüs etmək üçün ağciyərlər əmələ gəlmişdir. Bunların quru onurğalılarına başlanğıc vermələri güman olunur. Sonradan bu balıqların böyük bir qismi yox olmuşdur. Lakin,1938-ci ildə Hind okeanının Afrika sahillərində, Madaqaskar adasının yaxınlığında bir pəncəüzgəcli balıq tutulmuşdur. Bu balığa Latimeriya Xalumna Smit adı verilmişdir. Sonradan həmin yerdən daha bir neçə belə balıq tutulmuşdur. Hazırda yaşayan pəncəüzgəcli balıqlarda qədim pəncəüzgəclilərdən fərqli olaraq ağciyərlər yoxdur.
Crossostephium
Crossostephium (lat. Crossostephium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Crossota
Crossota (lat. Crossota) — heyvanlar aləminin dalayıcılar tipinin hidroidlər sinfinin traximeduzlar dəstəsinin rhopalonematidae fəsiləsinə aid heyvan cinsi.
Crossota millsae
Crossota millsae (lat. Crossota millsae) — heyvanlar aləminin dalayıcılar tipinin hidroidlər sinfinin traximeduzlar dəstəsinin rhopalonematidae fəsiləsinin crossota cinsinə aid heyvan növü.
Crossota norvegica
Crossota norvegica (lat. Crossota norvegica) — heyvanlar aləminin dalayıcılar tipinin hidroidlər sinfinin traximeduzlar dəstəsinin rhopalonematidae fəsiləsinin crossota cinsinə aid heyvan növü.
Crossothamnus
Crossothamnus (lat. Crossothamnus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Crossothamnus gentryi R.M.King & H.Rob. Crossothamnus killipii (R.M.King & H.Rob.) R.M.King & H.Rob. Crossothamnus pascoanus M.O.Dillon & B.L.Turner Crossothamnus weberbaueri (Hieron.) R.M.King & H.Rob.
Crossroads Əməliyyatı
Crossroads əməliyyatı (ing. Operation Crossroads) — ABŞ tərəfindən 1946-cı ilin iyulunda Marşall adalarında Bikini atollunda həyata keçirilən nüvə sınaqları. Məqsəd atom silahlarının gəmilərə təsirini yoxlamaq idi. Seriya hər birinin məhsuldarlığı 23 kiloton olan iki partlayışdan ibarət idi: Able qurğusu 1 iyul 1946-cı ildə 158 m (520 fut) yüksəklikdə partladıldı; Beyker 25 iyul 1946-cı ildə suyun altında 27 m (90 fut) uçuruldu. 1947-ci ilə planlaşdırılan üçüncü partlayış — Çarli, ABŞ Hərbi Donanması Beyker testindən sonra gəmiləri təsirsiz hala gətirməməsi səbəbindən ləğv edildi. Partlayışlar zamanı gəmilərə eksperimental heyvanlar yerləşdirilmişdi. "Crossroads" əməliyyatı çərçivəsində həyata keçirilən sınaqlar ABŞ-nin həyata keçirdiyi dördüncü və beşinci atom partlayışları idi (Alamoqordo poliqonunda Triniti sınağından və Hiroşima və Naqasakinin atom bombardmanından sonra). Bunlar Marşall adalarında edilən ilk atom sınaqları idi və ictimaiyyətə açıqlanan ilk sınaqlar idi. Testlərdə dəvət olunmuş qonaqlar və mətbuat nümayəndələri iştirak ediblər. Sovet İttifaqını SSRİ Elmlər Akademiyasının Radium İnstitutunun Siklotron laboratoriyasının müdiri M. Q. Meşeryakov, BMT-nin Atom Enerjisinə Nəzarət Komissiyasındakı SSRİ nümayəndəsinin eksperti S. P. Aleksandrov əmsil edirdi.