DATE

date1

n I 1. tarix, gün, vaxt; Has the date of the next meeting been fixed? Növbəti iclasın günü müəyyənləşdirilibmi? ~ of birth anadan olma tarixi; What's the date today? Bu gün ayın neçəsidir?; 2. müddət, dövr, vaxt, zaman, əsr; Roman ~ qədim Roma dövrü; the ~ of youth cavanlıq dövrü; All has its date Hər şeyin öz vaxtı / zamanı var: 3. yaş, sinn; His date is thirty Onun otuz yaşı var;

◊ out-of ~ 1) köhnə, köhnəlmiş; dəbdən düşmüş; out-of ~ ideas köhnə / köhnəlmiş fikirlər; out-of ~ clothes dəbdən düşmüş paltar; 2) vaxtı / müddəti keçmiş; out-of ~ passport vaxtı / müddəti keçmiş pasport; up to ~ 1) çağdaş, müasir, dəbdə olan, dəbli; She always wears clothes that are right up to date O, həmişə dəbdə olan paltar geyir; to go out of ~ köhnəlmək, dəbdən düşmək; 2) bu günə kimi; The problem has not been settled up to date Problem bu günə qədər həll olunmayıb; to bring smth. up to ~ bir şeyi təzələmək / təkmilləşdirmək; to bring smb. up to ~bir kəsi son məlumatlardan agah etmək; to keep smth. up to ~ bir şeyi təkmilləşdirmək / müasir səviyyəyə qaldırmaq

n II amer. d.d. görüş; to make a ~ with smb. bir kəslə görüş təyin etmək; I’ve got a date with him Mənim onunla görüşüm var

n III xurma

date2

v I 1. tarix yazmaq / qoymaq; yerini və vaxtını göstərmək; to ~ a document / a letter / a picture sənədə / məktuba / şəklə tarix qoymaq; Her last letter was dated 24 May Onun son məktubunda 24 may tarixi yazılmışdı; 2. tarixi olmaq, vaxtı və yeri göstərilmək; The letter dates from London Məktub Londondan gəlib; 3. tarix qoymaq; tarixini müəyyən etmək (hadisənin və s.); to ~ smb.’s birth bir kəsin doğulma tarixini müəyyənləşdirmək; 4. tarixi müəyyən edilmək, tarixi müəyyənləşdirilmək; 5. hesab etmək,, hesablamaq; Geological time is not dated by year Geoloji vaxt illərlə hesablanmır; 6. köhnəlmək

v II görüş təyin etmək (bir kəslə)

DATA
DATED
OBASTAN VİKİ
Date (Hokkaydo)
Date (yap. 伊達市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İburi sabprefekturada yerləşən şəhər.
Date A Live
Date A Live (デート・ア・ライブ, Dēto A Raibu, azərb. Həyatla görüş‎) — Koşi Taçibana tərəfindən yazılan və Tsunako tərəfindən çəkilən ranobe seriyası. Ranobe seriyası 19 mart 2011-ci ildən Fujimi Shobo nəşriyyatının "Dragon Magazine" jurnalında serializasiya olunur. İndiyə qədər ranobenin 17 cildi çapdan çıxmışdır. Ranobe əsasında istehsal olunmuş "Date AST Like" adlı manqa adaptasiyası "Monthly Dragon Age" jurnalında 2012-ci ilin martından 2013-cü ilin dekabrına kimi nəşr olunmuş və 4 cildi buraxılmışdır. Compile Heart və Sting şirkətləri ranobe əsasında 3 videooyun hazırlamışdır. AIC studiyası tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı adaptasiyası 2013-cü ilin 6 aprelindən 22 iyununa kimi Yaponiyada yayımlanmışdır. Production IMS tərəfindən istehsal olunmuş davam mövsümü — "Date A Live II" Yaponiyada 2014-cü ilin 12 aprelindən 14 iyununa kimi nümayiş etdirilmişdir. Anime filmi adaptasiyasının premyerası isə 22 avqust 2015-ci ildə baş tutmuşdur. 2019-cu ilin yanvarından martına kimi üçüncü mövsümü yayımlanmışdır.
Play Date (mahnı)
"Play Date" — amerikalı müğənni-bəstəkar Melani Martinesin Cry Baby (2015) adlı debüt albomunun delüks buraxılışında yer alan mahnı. 2020-ci ilin aprel ayında TikTok tətbiqində populyarlıq əldə etdi. 1 may 2020-ci ildə mahnı Amerika Birləşmiş Ştatlarında 500.000-dən çox satışa görə Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən Qızıl sertifikat aldı. Daha sonra 9 dekabr 2020-ci ildə Platinum sertifikatına layiq görüldü. "Play Date" Nyu-Yorkda qeydə alınıb və Martinesin sözlərinə görə, "çox tez" yazılmışdır. 2015-ci ildə buraxılmasına baxmayaraq, mahnı 2020-ci ilin aprel ayında TikTok tətbiqində geniş istifadə olunduğu üçün hit oldu və populyarlıq qazandı. Mayın 8-də mahnı Spotify-da 80 milyondan çox oxuma və YouTube-da 40 milyon baxış qazandı. Mahnı bir çox görkəmli Spotify pleylistilərində, məsələn, Today's Top Hits, Pop Rising və Teen Beats-də səslənmişdir. Martines həm Pop Rising, həm də Teen Beats-ın üz qabığında yer alıb. 28 aprel 2020-ci ildə Martines Instagram-da mahnının uğurunu "indiyə qədərki ən yaxşı ad günü hədiyyəsi" kimi qeyd etdi.

Digər lüğətlərdə