[
fars. ]
1. is. Damğa, qızdırılmış dəmirlə qoyulmuş iz.
□ Dağ basmaq – qızdırılmış dəmirlə bədənə damğa basmaq.
2. sif. Qaynamaqda olan, qaynar.
Saleh dağ sudan çaynikə alıb, onu çalxadı. M.İbrahimov.
Gör bu çayniki vağzalda dağ su ilə doldura bilərsənmi? Mir Cəlal.
□ Dağ eləmək – Sonadək əridilən şey.
O, yağ gətirdi, dağ elədi, bir azdan da bal töküb, [halva] hazır etməyə başladı. S.Rəhimov.
Dağ olmaq – qızmaq, ərimək.
Dağ olmuş yağın gözəl qoxusu bütün ev-eşiyi bürüməkdə idi. Ə.Vəliyev.
3. is. məc. Ağır dərd, qəm, kədər, qüssə, ürək yarası. Ayrılıq dağı. Övlad dağı.
– Əzizim, qardaş dağı; Qaf dağı, qardaş dağı; Hər dağ olsa, çəkilər; Çəkilməz qardaş dağı. (Bayatı).
Vidadi xəstəyəm, ey gözüm sağı! Artıbdır sinəmin düyünü, dağı. M.V.Vidadi.
Nə yaman dağ imiş oğul dağı. X.Natəvan.
// Şiddətli təsir. ◊ Dağ basmaq (bədəninə, ciyərinə, ürəyinə və s.)
məc. – bax
dağlamaq 3-cü mənada.
[Fatma xanım:] Ey yeri-göyü yox yerdən yaradan Allah! Məni il yarımdır ağlar qoyubsan, gülüzlü qızımı əlimdən alıbsan, mənim ciyərimə dağ basıbsan! C.Məmmədquluzadə.
Ağadır, xozeyindir, qəbul; daha mənim canıma dağ basmağa nə haqqı var? Mir Cəlal.
Dağ qoymaq, dağ çəkmək – bax
dağ basmaq.
Bivəfa yar sinəmə; Dağı çəkib dağ üstdən. (Bayatı).
[Saranın] ölümü mənim sinəmə dağ çəkdi. C.Cabbarlı.
Sədəfin ölümü ürəyimə çal-çarpaz dağ çəkdi. M.Hüseyn.