DİL

is.
1. anat. İnsan və onurğalı heyvanların ağız boşluğunda olub, qidanın çeynənilib udulmasına kömək edən və onun dadını bildirən, insanda isə, əlavə olaraq, danışıq səslərinin əmələ gəlməsində iştirak edən orqan. Dillə dadmaq. Dili ilə yalamaq. Dilini çıxartmaq.
[Mahirə] qurumuş dodaqlarını dili ilə islatdı. M.Hüseyn.

// Heyvan dilindən hazırlanmış yemək. Bişmiş dil.
2. İnsanlar arasında ünsiyyət vasitəsi olub, onların bir-birlərini başa düşmələrinə və bir-birləri ilə fikir mübadiləsi etmələrinə imkan verən səs, söz və qrammatik vasitələr sistemi. Azərbaycan dili. Rus dili. Dünya dilləri. Qədim dillər. Bir neçə dil bilmək.
– Elə ki sabah oldu, Sona fars dilini oxumağa başladı. N.Nərimanov.

// dan. Ləhcə, şivə mənasında. Bu, lap gəncəli dilində danışır.
3. Bu və ya digər səciyyəvi xüsusiyyətə malik olan danışma və ya ifadə tərzi; üslub. Ədəbi dil. Yazıçının dili. Qəzet dili. Sabirin dili. Məqalə sadə dildə yazılmışdır.
4. Danışmaq qabiliyyəti, nitq. Qoy özü danışsın, özünün dili var.
– Dili olmasa, gözünü qarğalar didər. (Məsəl).

5. Danışma, danışma tərzi. Onun çox acı dili var. Şirin dillə danışmaq. Kinayəli dil. – Dil var bal gətirər, dil var bəla. ( Ata. sözü ).
Xoş dil ilanı yuvasından çıxarar. (Məsəl).
Məhəmmədhəsən əmi şirin dillə nə qədər oğluna təskinlik verdisə, oğlu bir tikə ovunmaq bilmədi. C.Məmmədquluzadə.

6. məc. Bir şeyi ifadə və ya izah edən, ünsiyyət vasitəsi ola bilən şey (səs və s.) haqqında. Musiqi dili. Quşların dili. Rəqəmlərin dili.
7. Müxtəlif alətlərin, cihazların və s.-nin uzanan və əksərən oynar, mütəhərrik hissəsi. Zəngin dili. Toqqanın dili.
// Qıfılı açmaq və bağlamaq üçün xüsusi formalı metal alət; açar.
// Musiqi alətlərində (pianoda, qarmonda və s.-də) səs çıxarmaq üçün üstündən barmaqla basılan lövhəcik. Royalın dili. Qarmonun dilləri.
8. coğr. Dənizin, içəriyə doğru uzanmış uzun, üstü düz, alçaq qumlu quru hissəsi. Dənizdə beş kilometr uzunluğunda süni dil yaradılmış, küləkdən yaxşı qorunan buxta əmələ gəlmişdir.
9. məc. Müharibədə düşmənin vəziyyəti haqqında məlumat alına biləcək əsir. Dil almaq (tutmaq). Dil dalınca getmək.
◊ Ağzı var, dili yox, yaxud ağzında dili yox – sakit, fağır, səsi çıxmayan adam haqqında.
Al dil – bax al 2 Alovun dili – yuxarı qalxan alov haqqında; zəbanə.
Dil açmaq1) dinmək, danışmağa başlamaq, dərdini söyləmək.
İki dil açdı ki, vəsf eyləsin o gülbədəni; Fəzilətü hünərin etdi aşkar qələmi. S.Ə.Şirvani.
Ancaq qız da dil açıb bir kəlmə demir, bir xahiş də etmirdi. Mir Cəlal.

// Körpə uşaqlar haqqında: tək-tək sözləri deməyə başlamaq, təzə-təzə danışmağa başlamaq. Uşaq hələ dil açmayıbdır. – Balam dil açan günü; Mat qaldı ana bülbül. (Layla);
2) yalvarmaq, xahiş etmək.
Dil ağıza qoymamaq – bax dil boğaza qoymamaq.
[Əminə] şıltaq uşaqlar kimi atılıb-düşür, dil ağıza qoymurdu. S.Rəhimov.

Dil ağıza salmamaq – bax dil ağıza qoymamaq.
Gecə səhərəcən dil ağıza salmaz; Qonşuya un verib borcunu almaz. Aşıq Əziz.

Dil bəlası – öz dilinin bəlasını çəkmə, dediyi sözün pis nəticəsini görmə.
Dil boğaza qoymamaq – çox danışmaq, arasıkəsilmədən danışmaq.
Dil bulamaq – bir işdə sözlə iştirak etmək, birinə kömək məqsədi ilə başqasına söz söyləmək, xahiş etmək, vasitəçi olmaq.
Elə dedim, a qardaş, o gədənin işinə bir dil bulayasan. S.Rəhimov.

Dil çıxarmaq1) istehza etmək, sataşmaq, ələ salmaq;
2) yalvarmaq (çox vaxt “dil çıxarıb yalvarmaq” şəklində işlənir).
Dil deyib ağlamaq – bayatı çağırmaq, deyib oxşamaq.
[Vidadi:] O ölsə, dağlar da dil deyib ağlar; Əfv edin, yaxşılıq qalar yadigar. S.Vurğun.
Analar övladına, bacılar qardaşına; Həsrət qalıb, yas tutub, dil deyib ağlar yenə. M.Rahim.

Dil göstərmək – birini acıqlandırmaq, sataşmaq, istehza etmək məqsədi ilə dilin çıxarıb ona göstərmək.
Dil olmaq1) danışmaq. Simurq dil olub, Simanı başa salıb, mindirib dalına, aparıb qoydu nar bağına. (Nağıl);
2) yalvarmaq.
Dil öyrətmək – bax dil vermək 2-ci mənada.
Saç qara kömürdəndi; Gün keçər, ömürdəndi; Sənə dil öyrədənin; Ürəyi dəmirdəndi. (Bayatı).

Dil pəhləvanı (ustası) – danışmaqda mahir olub, əlindən iş gəlməyən adam haqqında.
Dil tapmaq – qarşılıqlı anlaşmaq, razılıq əldə etmək; yola gətirmək, razı etmək üçün yol tapmaq.
Bax, o gedən qızla heç dil tapa bilməyirəm. M.Rahim.

Dil tərpətmək1) söz söyləmək, danışmaq.
Kim padşahın pisliyinə bir dil tərpətsə, o saat tutub qazamata salırdılar. M.Hüseyn;

2) başqası üçün birindən bir şey xahiş etmək.
Dil tökmək1) şirin sözlərlə yola getməyə, razı salmağa, yaxud başını tovlamağa çalışmaq.
Səlim bəy bu sözü eşidən kimi ürəklənib başladı Nəbiyə dil tökməyə, yalvarmağa. Qaçaq Nəbi”.
Yox, qonşu, dil tökmə, keçəl suya gedən deyil… C.Cabbarlı.

// Çox xahiş etmək, yalvarmaq.
O mənə bir dil tökdü, bir dil tökdü, başınıza dönüm, qaldım mat-məəttəl. N.Vəzirov.
[Məsmə ərinə] nə qədər dil tökür, qandırmaq istəyirsə də, faydası olmayır. S.Hüseyn.
Sənə öz qəlbimi açdım, sənə min dil tökdüm; Eşqimə gülləri, bülbülləri şahid çəkdim. S.Rüstəm;

2) bax dil deyib ağlamaq.
Məryəm yalqızlıqdan istifadə edərək, acı-acı dil töküb ağlamağa başladı. A.Şaiq.

Dil tutulması – danışmaq qabiliyyətini itirmə.
Dil uzatmaq1) münasibətsiz, nalayiq söz söyləmək; danışıqda həddini aşmaq;
2) tənə vurmaq, danlamaq.
Odlara tutuşdu, yasə batdı; Ol qönçədəhanə dil uzatdı. Füzuli.

Dil vermək1) söz vermək, vəd etmək;
2) öyrətmək, danışmağa, iddiaya cürətləndirmək (bu mənada çox vaxt “ağzına dil vermək” şəklində işlənir).
Hacı Murad ağıl öyrətməkdən, ağzına dil verir. S.S.Axundov.
Qaranın … yanda durub oğluna dil verməsi də ona ikinci bir dərd olmuşdu. M.Hüseyn.

Dil verməmək – başqalarına danışmağa imkan verməmək, danışmağa qoymamaq, mane olmaq. Danışana dil vermir, yeriyənə yol. ( Ata. sözü ).
Dil vurmaq – ələ almaq, dilə tutmaq, xoş dillə öz tərəfinə çəkməyə çalışmaq, öyrətmək.
Dil yarası – acı tənə, acı söz nəticəsində doğan inciklik hissi, ağır təhqir. Qılınc yarası saralar, dil yarası sağalmaz. ( Ata. sözü ).
Dil yetirmək1) başqası üçün birindən bir şey xahiş etmək, birinə xahişlə müraciət etmək;
2) üzüzə danışa bilmək, qarşı-qarşıya durub danışmaq. Oturaydım göz-gözə; Yetirəydim dil yara. (Bayatı);
3) danışmaqda, mübahisədə ayaqlaşa bilmək.
…Sən [rus müəllimləri ilə] çox durub-oturmusan, sənə dil yetirmək olmaz. Ə.Nəzmi.

Dildə tük bitmək – bir şeyi həddən artıq təkrar etməkdən, söyləməkdən, yada salmaqdan usanmaq. Deyə-deyə dilimizdə tük bitdi.
Dildən demək (danışmaq) – ciddi, ürəkdən söyləməmək, qeyrisəmimi demək.
[Kərim] Hüseynağanın nəyi ürəkdən, nəyi dildən dediyini ayırd edə bilmirdi. M.İbrahimov.

Dildən düşmək – bərk yorulmaq, üzülmək, əldən düşmək, usanmaq.
O qədər yalvardım ki; Axır düşdüm mən dildən. (Bayatı).
Sənin o sövdalı solğun baxışın; Xatırladır mənə bir pərizadı; Ki, düşməz ölüncə dilimdən adı. Ə.Cavad.
İstədi səslənsin ki, “ay xala, yorulub dildən düşərsən, gözlə qayıtsın”. Mir Cəlal.

Dildən (dillərdən) düşməmək – yaddan çıxmamaq, məşhur olmaq, unudulmamaq, daim söylənmək. Onun adı dillərdən düşmürdü.
Dildən salmaq – əldən salmaq, yormaq, üzmək, taqətdən salmaq, usandırmaq.
Götürmüş ağzına boran hər yanı; Aclıq, soyuq salıb dildən insanı. M.Rahim.

Dil-dil ötmək şair. – cəh-cəh etmək, çox gözəl oxumaq, tərənnümə gəlmək.
Yaz mövsümü bülbül dil-dil ötəndə; Bağ-bağçalar nərgizlənir, güllənir. Qurbani.

// məc. Təşbehlərdə.
Yenə o bağ olaydı, yenə o qumlu sahil; Sular ötəydi dil-dil. M.Müşfiq.

Dilə basmaq – gurultulu sözlərlə birini fikrindən yayındırmağa çalışmaq.
Möhlətov öz hərəkətinin yersiz olduğunu duyub müdiri dilə basdı. Mir Cəlal.

Dilə düşmək – bax dildən-dilə düşmək (“dildən-dilə”də).
Dilə düyün düşmək – bax dildə tük bitmək.
Dilə gəlmək – danışmağa başlamaq, dillənmək, sükutu pozaraq danışmaq.
Fəhlələr dilə gəliblər ki, ay ağa, bizim çörək pulumuzu alırsan, biz ki acından ölməyəcəyik. Mol. Nəsr.
”.
// məc. Şairanə təşbehlərdə.
Əvvəl cansız ikən, sonra önündə; Quşlar gəlmiş dilə, gülmüş çiçəklər. Ə.Cavad.
Üfüqdə başlanan işıq getdikcə genişlənirdi. Dərədə quşlar oyanırdı.
Meşə dilə gəlirdi. S.Rəhimov.
…Melodiyanın ilk sədaları təzəcə dilə gəlmişdi. Ə.Məmmədxanlı.

Dilə gətirmək – bərk təsir edərək danışdırmaq, dilləndirmək.
Dilsizi dilə gətirir; Əsli, qaşların, gözlərin! Aşıq Kərəm.

Dilə gətirməmək – söyləməyi nalayiq, qeyri-münasib hesab etmək.
Dilə (dillərə) salmaq – söhbət, danışmaq üçün mövzu etmək, söz-söhbət hədəfi etmək.
Altunam, alma məni; Dillərə salma məni; Apar sərrafa göstər; Qəlpəmsə, alma məni. (Bayatı).

Dilə tutmaq – şirin sözlərlə birini razı salmağa, yola gətirməyə, bir şeyi əldə etməyə çalışmaq.
Faytonçunu bu dəfə dilə tutduq və haqqının üstünə genə beş şahı, üç şahı qoymaq ilə razı elədik ki, iki gün də gözləsin. C.Məmmədquluzadə.
Hacı Soltan Həsənağanı … dilə tutub onu ticarət məqsədi ilə İrana göndərəcəyini vəd edirdi. S.Hüseyn.

Dilə-sözə tutmaq – bax dilə tutmaq. Nə qədər mollanı dilə-sözə tuturlar ki, quzunu kəsib onları qonaq eləsin, bir şey çıxmır. “M.N.lətif.”.
Dili açılmaq1) danışmağa başlamaq, uzun sükutdan sonra dinmək.
Rəşidin dili açıldı, o, ürəyindəkiləri ortalığa boşaltmağa başladı. M.S.Ordubadi;

2) danışıq qabiliyyətini itirmiş adamın nitqi açılmaq.
Dili ağzına sığmamaq – öyünmək, öz-özünü çox tərifləmək.
[Kərim baba:] Arvad nədir ki, onun igidliyi nə olsun? Hay-hay! Beş-on qoyun sağmış, nehrə çalxamış, yağ, pendir tutmuş, dili ağzına sığmır. A.Şaiq.

Dili batmaq – bax dili tutulmaq.
Bu vaxt küçədə səs qopdu; gördüm, darvazadan müsəlmanı çıxartdılar, biçarənin dili batmışdı. Çəmənzəminli.

Dili büdrəmək – danışarkən çaşmaq, yanılmaq, səhv danışmaq, bir söz əvəzinə başqa söz demək.
Dili dolaşmaq – bax dili topuq çalmaq.
Əsəbilikdən işdə bəzi çaşır; Əlləri titrəyir, dili dolaşır. A.Səhhət.
Huş başımdan çıxdı, dilim dolaşdı; Gözlərim sataşdı, buxağa düşdü. Aşıq Ələsgər.

Dili dönməmək1) bax dili batmaq;
2) deyilməsini caiz bilməmək, deməyə qıymamaq, dilinə gətirə bilməmək.
Mən Zakirəm, dilim dönməz hər ada; Göz yaşım tək ola bilməz bir ada. Q.Zakir.
[Gəldiyevin] boğazı tikilmiş kimi səsi çıxmadı, dili dönmədi. Mir Cəlal.

Dili gəlməmək1) deyə bilməmək, tələffüz edə bilməmək, danışa bilməmək, danışmaq iqtidarında olmamaq.
İmran kişi necə qəzəblənmişdisə, söz deməyə dili gəlmirdi. M.Hüseyn;

2) bax dili dönməmək.
Güman ki, Şirinxanımın indi qızına bir çox şeylər deməyə dili gəlmirdi. Mir Cəlal.

Dili gicişmək – bir şey demək istəmək.
Dili gödək olmaq – bax dili qısa olmaq.
Vəzirbəylinin yanında Gəldiyevin dili gödək idi. Mir Cəlal.

Dili ilanı yuvadan çıxardar – dil tökməkdə çox mahir adam haqqında.
Atalar deyiblər ki, tacir-tüccar dili ilanı yuvasından çıxardar. Koroğlu”.

Dili qısa olmaq – birinin yanında qüsuru, yaxud sirri olduğu üçün danışmağa, söz söyləməyə, ya da etiraz etməyə haqqı və cəsarəti olmamaq.
Dili qısalmaq – təqsirini, qüsurunu bilib danışmağa cəsarət etməmək, danışmaqdan utanmaq.
Dəmirovun getdikcə artan hörməti və nüfuzu müqabilində [Rüxsarənin] düşmənlərinin dilləri qısalırdı. S.Rəhimov.

Dili qurumaq1) danışmaq qabiliyyətini itirmək; nitqi qurumaq.
Ağlayır, çıxmayır sədası fəqət; Çünki qəmdən onun dili qurumuş. C.Cabbarlı;

2) qarğış, bəddua mənasında – “dilin (dilim) qurusun!” şəklində.
Mən sənə yar desəm, dilim qurusun! Yarı, məhəbbəti sən atmadınmı? S.Vurğun.

Dili söz tutmamaq – bu və ya başqa səbəbə görə danışa bilməmək, danışmaq qabiliyyətini itirmək.
Bahadırın əvəzinə Pəri nənə cavab vermək istədi, amma hirsindən dili söz tutmadı. M.Hüseyn.
Hirsdən Narıncın dili söz tutmurdu. S.Rəhman.

Dili topuq vurmaq (çalmaq) – bax dili büdrəmək.
…Daxilən daha narahat olan Leyləyin dili topuq vururdu. S.Rəhimov.

Dili tutmamaq – bax dili tutulmaq.
Dili tutulmaq – danışmaq qabiliyyətini itirmək, danışmağa qüdrəti çatmamaq.
Xoş ol zaman ki, ol şəh ilə həmzəban olam; Hər sözdə bir dilim tutulub natəvan olam. S.Ə.Şirvani.
Sənətim məsiyət, yoxdur savabı; Sual üçün dilim tutmur cavabı. Aşıq Ələsgər.
[Tahirin] elə bil qızdırmadan dili tutulmuşdu. M.Hüseyn.

Dili uzun olmaq1) hər hansı bir cəhətdən öz üstünlüyünü dərk edərək haqlı adam kimi cəsarətlə danışmaq. Dövlətlinin dili uzun olar, ağlı qısa. ( Ata. sözü );
2) iftixar etmək, qürrələnmək.
…Bu gün [Aydının] dili uzun idi, yoldaşı Seryojanı məğlub edib öz üstünlüyünü göstərmək istəyirdi. M.Rzaquluzadə.

Dilimin ucundadır – bir sözü və ya adı tam xatırlayıb yada sala bilməyəndə söylənən ifadə. Adı dilimin ucundadır.
Dilin yansın – bax dilin qurusun (“dili qurumaq” 2-ci mənada).
Dilində (dilinə) tük (ot) bitmək – bax dildə tük bitmək.
Dilindən daş asılmaq – susmaq, dinməmək, danışmamaq, ağzını açmamaq.
[Xosrov:] Bu düzdür, görürəm, yumşaldıqca mən; Bir daş asılır onun dilindən. S.Vurğun.

Dilindən düşməmək – daim təkrar etmək.
[Südabə:] Neçin qovğa sözü düşməz dilindən? Cəlladmısan, səndə könül yoxmudur? H.Cavid.
[Buğacın] …“atacan, xan baba!” – sözləri dilindən düşməzdi. M.Rzaquluzadə.

Dilindən qaçırmaq – bax ağzından qaçırmaq (“ağız1”da).
Dilindən qıfıl götürülmək – bax dili açılmaq 1-ci mənada.
Bununla da, bir haya bənd imişlər kimi, bayaqdan susmaqda olanların dilindən qıfıl götürüldü. Ə.Əbülhəsən.

Dilinə düyün düşmək – bax dildə tük bitmək.
Dilinə gətirmək1) danışmaq, söyləmək.
Bundan sonra görüm kim cürət edib dilinə gətirə biləcək ki, belə iş yoxdur, bu əhvalatı dərviş öz sinəsindən icad edib. N.Vəzirov.
[Rüstəm:] Heç bir qiymət … dilimə gətirmədim. S.Rəhimov;

2) söyləməyi münasib bilmək. Bu kimi ifadəni dilinə gətirmə.
– Soruşanda təsərrüfat müdiri and-aman elədi: – Nə Ağarzanı tanıyıram, nə də buradakı söhbəti dilimə gətirmişəm. Mir Cəlal.

Dilinə qıfıl vurmaq – dinməyə, danışmağa, ağzını açmağa qoymamaq; susdurmaq.
Dönüm mən Osmanın igid əlinə; Yaxşı qıfıl vurdu bunun dilinə. H.K.Sanılı.

Dilinə qıfıl vurulmaq – bax dilindən daş asılmaq.
Dilinə pay çıxmaq – bax dilinə düyün düşmək.
…dilinə salmaq – söz-söhbət, dedi-qodu və ya şayiə üçün mövzu etmək.
Məsmə arvadın başında fikirlər bir-birini təqib edirdi: …Nə olacaq, nə olacaq?… Qızı kim saldı bunların dilinə? Mir Cəlal.

Dilinə vurmaq – dadmaq, dadmaq üçün yoxlamaq. Dilimə vurdum, gördüm acıdır.
Dilinə vurmamaq (dəyməmək) – heç yeməmək, içməmək, dadmamaq, dadını bilməmək.
Otuz-qırx il bundan irəli bir müsəlman ki bir rus məclisinə düşərdi, öldürsəydin də, bir qətrə içki dilinə vurmazdı. C.Məmmədquluzadə.
[Mozalan bəy:] Xeyr, heç anadan olandan dilimə dəyməyib. Ə.Haqverdiyev.

Dilini açmaq – çoxdan danışmayan adamın nitq qabiliyyətini bərpa etmək, qaytarmaq.
Dilini ağzında saxlamaq – bax dilini saxlamaq.
Dilini bağlamaq1) susdurmaq, danışmağa qoymamaq, susmağa məcbur etmək;
2) dua, ovsun və s. vasitəsilə zərərli bir təsirin qabağını almaq.
Dilini bilmək (öyrənmək)1) baş açmaq, sirrindən xəbərdar olmaq. Lalın dilini nənəsi bilər. ( Ata. sözü ).
Aşığam, yar dilini; Biganələr nə bilər; Yar bilər yar dilini. Sarı Aşıq.
Bu yerlərdə hər şey mənə tanışdır; öyrənmişəm təbiətin dilini. S.Rüstəm;

2) yolunu bilmək, üsulunu bilmək, həllini bilmək.
Dilini boğazından çıxarmaq1) çox zülm edərək öldürmək;
2) bərk cəzalandırmaq.
Dilini dişləmək1) sözü yarıda kəsmək, sözün dalını gətirməmək;
2) yadından çıxmış bir şey birdən yadına düşmək, xatirinə gəlmək.
Dilini kəsmək1) susmağa, dinməməyə məcbur etmək; susdurmaq, kiritmək;
2) susmaq, dinləmək, danışmamaq.
[Molla:] Dilini kəs, … mənim ağzımı çox açdırma, yoxsa törətdiyin cəmi işləri ortalığa qoyaram. Çəmənzəminli.
Bəs nə üçün dinməyir, indi kəsibdir dilin? Ə.Nəzmi.

Dilini könlü ilə bir eləmək – səmimi olmaq, sözü ilə işi bir olmaq.
Sadiq oldur dilini könlü ilə bir eləyə. Nəsimi.

Dilini qarnına qoymaq – susmaq, danışmamaq.
Dilini saxlamaq – bir şeyi deməkdən saqınmaq, danışmamaq, susmaq.
Dilini tapmaq (tutmaq) – bax dil tapmaq.
Dilinin ucuna gəlmək – söyləmək istərkən söyləyə bilməmək, yaxud söyləməmək.
Dilinin üstündə dil bitmək – həddindən artıq danışqan, naqqal adam haqqında.
Dillər əzbəri, yaxud dillərdə əzbər (dastan) olmaq – çox məşhur olmaq, haqqında ağızlarda danışılmaq.
Nəbinin igidliyi, əliaçıqlığı dillərdə dastan olur. Qaçaq Nəbi”.
Elə sən gözəlsən binadan bəri; Sözlərin olmuşdur dillər əzbəri. S.Vurğun.

Dillərdə gəzmək (dolaşmaq)1) bax dillərə düşmək;
2) camaat arasında danışılmaq, şayiə yayılmaq.
Bu günlər … Məhəmmədhəsən Mirzənin Təbrizə gəlməsi məsələsi yenə də dillərdə gəzirdi. M.S.Ordubadi.

Dillərdə söylənmək – bax dillərə düşmək.
…“Filankəsi barmaqnan göstərirlər”, yəni gör nə qədər şöhrətlənib ki, hər yanda adı dillərdə söylənir. C.Məmmədquluzadə.

Dillərə düşmək – məşhur olmaq, yayılmaq, haqqında hamı tərəfindən danışılmaq.
Balının tərifi düşüb dillərə; Unutmaz dadını yeyən bir kərə. R.Rza.
Doğrudur, … “Ovçu Pirim” haqqında əcaib yalanlar dillərə düşmüşdür. M.Rzaquluzadə.

Nə dil bilsin, nə dodaq – tamamilə gizli saxlanmalı söhbət, sirr haqqında.
Ölü dil dilç. – indiki dövrdə işlənilməyən, ancaq yazılı abidələrdə qalan dil. Latın dili ölü dildir.
Sümüksüz dil – ağzına gələni danışan adam haqqında.
Ümumi dil – qarşılıqlı razılıq, anlaşma. Ümumi dil tapmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİL I 1. DİL (dilç., ünsiyyət vasitəsi), LİSAN (köhn.) Ancaq o süfrə də ağız ləzzətim; Mənim öz dilimdir, öz lisanımdır (B
  • DİL ürək — könül — qəlb

Omonimlər

  • DİL DİL I is. anat. Ağızda olan çox əzələli ət parçası. Ay keçdi, ilim yandı; Köynəkdə milim yandı; Dərddən ürək tutuşdu; Ağızda dilim yandı (Bayatı)

Etimologiya

  • DİL De, din, danış kəlmələri ilə qohumdur. Görünür, sözü kökü di (de, da) etimo­nun­dan ibarətdir. Dil sözü ad-feil omonimi olub; dil həm də rusca говорит
DİQQƏTSİZLİK
DİL₂
OBASTAN VİKİ
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili,məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Dil Dil Pakistan
Dil Dil Pakistan (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı Vital Signs tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan Vital Signs 1-ə daxil idi. == Qəbulu == Dil Dil Pakistan Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir. == Musiqi videosu == Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir. == Lirika == Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü.
Aqqlütinativ dil
Aqlütinativ dillər – Söz formaları aqlütinasiya yolu ilə düzələn dilllər. Türk, Fin-Uqor dilləri belə dillərdən hesab olunur. Bu dillər üçün şəkilçilərlə sözdüzəltmə və sözdəyişmə sistemli xarakter daşıyır, vahid təsriflənmə və hallanma xüsusiyyəti olmaqla şəkilçilərin eyni funksiyalılığı mövcuddur. F.Şlegel (1772-1829) dilləri flektiv dillər və aqlütinativ dillər (affiksli) olmaqla iki yerə bölürdü. Sonradan onun qardaşı A.Şlegel (1767-1845) bu bölgünün yetərli olmadığını başa düşərək o bölgüyə birini də əlavə edib: amorf dillər. Aqlütinativ dillərə aqlütinativləşən, iltisaqi, şəkilçili, şəkilçiləşən dillər də deyilir. Bu dillərdə bütün leksik-qrammatik, yəni sözdüzəltmə (derivasiya) və qrammatik, yəni sözdəyişmə (relyasiya) əlaqələr, ilk növbədə, şəkilçi morfemlər vasitəsilə realizə olunur. Aqlütinativ dillərin səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, həmin dillərdə kök və şəkilçi morfemlər hər bir halda öz müstəqilliyini qoruyur. Təsadüfi deyildir ki, A.Şleyxer aqqlütinativ dilləri bitkilərlə müqayisə etmişdir. Doğrudan da həmin dillərdə kök sanki ağacın gövdəsi, şəkilçilər isə onun şaxələri və ya budaqları kimi mövcud olur.
Aralıq dil
Aralıq dil (Intermediate language) – insanın proqramı yazdığı ilkin dil (adətən, yüksək səviyyəli dil) və amac dil (adətən, maşın kodu) arasında aralıq addım kimi istifadə olunan proqramlaşdırma dili. Yüksək səviyyəli kompilyatorların bir çoxu assembler dilini aralıq dil kimi istifadə edir. Aralıq dil yeni proqramlaşdırma dillərinin yaradılması müddətini əhəmiyyətli dərəcədə qısaldır və müxtəlif prosessorlar üçün eyni bir kompilyatorlardan istifadəyə imkan verir. Aralıq dil P-CODE, PSEUDOCODE, PSEUDO LANGUAGE, yaxud BYTECODE da adlandırıla bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Beynəlxalq dil
Beynəlxalq dil — bütün dünya üzrə əhəmiyyətli dərəcədə çox sayda insanlar arasında istifadə edilən dil. == Xarici keçidlər == Beynəlxalq dil — Facebook səhifəsi English 'world language' forecast (BBC, December 2004) World Language Maps 1903 article - Are We To Have An International Language?
Bədii dil
Bədii dil — ədəbi əsərlərin (şeir, nəsr, dramaturgiya və s.) obrazlı və emosional təsvirinin dil vasitələri ilə ifadə forması. Bədii dil digər nitq növlərindən (rəsmi kargüzarlıq, mətbuat, elmi, adi danışıq dili və s.) özünəməxsus cəhətləri ilə seçilir. Söz sənətinin yenicə meydana gəldiyi ilk dövrlərdə gündəlik danışıq dilinə qarşı qoyulan bədii dil normaları hər şeydən əvvəl yüksək pafosu və təmtəraqlı ifadə üslubu, ritmik quruluşu, intonasiya tərzi, səs təkrarlarından (alliterasiya, assonans və s.) geniş istifadəsi ilə fərqlənirdi. Şifahi xalq ədəbiyyatında, xüsusilə ilk dövrlərdə, fərdi yaradıcılıq təşəbbüsləri məhdud olduğundan, sonrakı nəsillər istər ideya və məzmun, istərsə də bədii və sənətkarlıq baxımından, əsasən, öz sələflərinin sənət əsərlərinə arxalanmış, yaradıcılıq prosesində onları davam və inkişaf etdirmişdir. Orta əsrlər yazılı ədəbiyyatı da, əsasən, normativ xarakter daşıyırdı. Sadə dildə yazmaq, adi danışıq sözləri işlətmək, bədii əsərlərdə gündəlik həyat məsələlərindən bəhs etmək o zamankı dövrün söz sənətinə yüksək münasibət ilə bir araya sığmırdı. Ədəbiyyata, sənətə belə münasibət əsərin “ciddi” məzmunu ilə yanaşı, hər bir sözün ənənəvi poetika qayda-qanunları əsasında dəqiq seçilib, yerli-yerində işlədilməsini də nəzərdə tuturdu. Orta əsrlər yazılı poeziyasında yüksək forma kamilliyi tələb edən normativ qanunlar həmin dövr şeirində yüksək, romantik səciyyəli xüsusi poetik dilin yaranmasına səbəb olmuşdu. Yalnız XIX əsrdə bədii nəsrin xüsusi bir janr kimi formalaşmasından və həyatla daha yaxından bağlı olan realist poeziyanın güclənməsindən sonra aydın oldu ki, poetik məqsədlər üçün “xüsusi” nitq üslubundan istifadə etmək heç də məcburi deyildir, geniş ümumxalq dilinin başqa üslub növlərindən və leksik qatlarından istifadə etməklə də yüksək sənət əsərləri yaratmaq mümkündür. Ədəbi dilin spesifik üslublarından sayılan bədii dilin başqa nitq növlərindən fərqi, ilk növbədə sənətkarlıq baxımından işlənib cilalanmasında , yazıçının xüsusi məqsədlərinə tabe edilməsində və deməli, yaradıcılıq məhsulu kimi təzahür etməsindədir.
Dil (anatomiya)
Dil (lat. lingua, yun. glossa) — qan damarları, sinirlər, vəzilər və limfoid ünsürlərlıə zəngin və selikli qişa ilə örtülmüş əzələvi üzvdür. Məməli heyvanlarda dil çox inkişaf edərək olduqca həcmli, hərəkətli bir üzv təşkil edir. Dil məməli heyvanlarda bir neçə vəzifə: qida maddələrini qavramaq (qarışqayeyənlərdə), yalamaq (yırtıcılarda), əmmək, udmaq, dad bilmək, lamisə üzvü funksiyasını daşımaq və insanda danışmaq vəzifəsini ifa edir. İnsan qidanı çeynəyərkən onu ağız boşluğunda dil ilə hərəkət etdirir. Dil qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Bizə qidanın dadını bildirən reseptorların xeyli hissəsi dilin üzərindədir. Dil insanlarda heyvanlardan fərqli olaraq həm də nitq üzvüdür. Ağız boşluğundan qida udlağa gedir.
Dil (coğrafiya)
Dil (coğrafiya) — bir tərəfdən sahilə bağlılığı olan, digər hissəsi isə suyun daxilinə doğru uzanan coğrafi obyekt. Eni 10 metrdən başlamış bir neçə km-ə qədər ola bilir. == Yaranması və strukturu == Dillər əsasən Qum, Çınqıl, Qənbər, balıqqulağının dəniz dalğa və ya axınları nəticəsində qarışmasından meydana gəlir. Dillər bəzən iki axının bir-birinə əks istiqamətdə hərəkət etdiyi ərazilərdə belə yarana bilir. Bu zaman açıq dənizdə sahilə perepentululyar olaraq dillər əmələ gəlir. == Həmçinin bax == Sədd adalar == Ədəbiyyat == Sahillər / P. А. Kaplin, О. K. Leontev, S.А, Lukyanova, L. Q. Nikifirovo. М., Fikir, 1991, 479 с. ISBN 5-244-00449-2.
Dil (dəqiqləşdirmə)
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə ( yazılış ) qaydaları daşıyan şərti sistem. Dil — ağız boşluğunda qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqan.
Dil ailələri
Dünyada danışılan dillərin hamısı bir Dil Ailəsinə mənsubdur. Ən doğru təsnif etmə, kökə görə edilmiş olan 'dil ailələri' təsnif etməsidir. Yəni eyni dil ailəsinə mənsub dillərin, eyni kökdən, bəlkə də eyni primitiv dildən törədiyi qəbul edilir. Çox dilin yazılı tarixi çox qısa olduğu üçün, çox az dilin qəti kökü bilinməkdədir. Dil ailələrinin təyin olunması, uzun elmi işlər nəticəsində mümkün olmuşdur. Dil ailələri ağac sxemi olaraq göstərildikləri üçün özlərinə dil ağacı da deyilir. Bu səbəblə, alt hissələrinə də dil qolları deyilir. Bəzi dillər, heç bir ola bağlı deyildirlər və buna görə onlara mücərrədlənmiş dillər deyilir. Məsələn Yunanca, Hind Avropa Dil Ailəsinə mənsub mücərrədlənmiş bir dildir. Köklərinə görə təməl dil ailələri bunlardır: == Hind-Avropa dilləri == === Avropa qolu === German qrupu: ingilis, alman, holland, afrikaans, isveç, norveç, dan, island, idiş.
Dil fəlsəfəsi
Dil fəlsəfəsi — analitik fəlsəfədə dil, həmin dilin istifadəçiləri və dünya arasındakı əlaqələri və dilin xüsusiyyətlərini tədqiq edən sahə. Dil insanın fəaliyyəti prosesində idraki və kommunikativ funksiyaları yerinə yetirərək istənilən fiziki təbiətli işarələr sistemidir. Dil ümumi olaraq iki müxtəlif aspektdə götürülə bilər. Süni dil və təbii dil. Dil haqqında ikinci siqnal sisteminin özünü büruzə verməsi kimi təsəvvür formalaşdıran alim, rus alimi və təbiətşünası Pavlov olmuşdur. Müasir nepozitivizst fəlsəfədə dil fəlsəfəsinə ümumiyyətlə geniş yer ayırılır. Məşhur fransız alimi və dil fəlsəfəsi üzrə tədqiqatçı alim Sösör bu barədə böyük araşdırmaları və yeni nəzəriyyənin banisi hesab edilir.
Dil kodları
Dil Kodları - qısa əlifba və ya rəqəm kodlar, hansılarki dillərin məlumat emalında və rabitədə təqdim olunması üçün nəzərdə tutulublar. Bu növdə çox sistemxnxx var, onlardan ən tanınmışı "İSO-639" sistemidir.
Dil məkanı
Dil məkanı, sprachraum (ing. spraaʊm) — bir dilin, müxtəlif dialektləri ilə birlikdə əhatə etdiyi coğrafi məkan. == Ümumi məlumat == Bir sıra dil məkanlarının milli sərhədləri yoxdur. Məsələn, Cənubi Amerika ispan dil məkanının aeralıdır, ancaq ərazicə kiçik İsveçrə dörd dil məkanının kəsişdiyi yerdə yerləşir. Dil məkanı bəzən ayrı-ayrı qitələrdə yerləşir. Dörd iri Qərb dil məkanına ingilis, ispan, portuqal və fransız dilləri daxildir. İngilis dil məkanı bütün dünyanı əhatə edir, o bir çox keçmiş müstəmləkələrində rəsmi dil statusuna malikdir. Fransız dil məkanı frankofoniya adlanır. Portuqal sprachraumu özündə sərhədləri ümumi olmayan ölkələri birləşdirir. Lusosphere və ya Lusophony özündə təkcə portuqal dilli ölkələri deyil, həmçinin portuqal dilli diasporanı da birləşdirir.
Dil prosessoru
Dil prosessoru (ing. language processor) – spesifik dildə yazılmış komandaları mənimsəmək və onları maşın koduna çevirmək üçün hazırlanmış qurğu və ya proqram. Əgər komandalar translyasiya olunduqca bir-birinin ardınca yerinə yetirilirsə, onda verilmiş dil prosessoru interpretasiya tiplidir, yox əgər proqram bütövlükdə translyasiya olunub, sonra yerinə yetirilirsə, belə dil prosessoru translyatordur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dil testi
Dilbilmə səviyyəsinin qiymətləndirilməsi və ya dil testi - tətbiqi dilçiliyin bir bölməsi olub,təhsil alan zaman, işə qəbul zamanı, vətəndaşlıq alarkən və s. də ana dilinə və ya xarici dilə hansı səviyyədə hakim olduğunun müəyyən edilməsi ilə məşğul olur. Testləşməyə mətni və şifahi nitqi başa düşmə bacarığı, danışıq və mətn yazma vərdişi, həmçinin, mədəni elementlər bilikləri kimi mövzular daxildir. Bəzi testlər özündə dilin nəzəri biliklərini(passiv), bəziləri isə məhz dilbilməni(aktiv)cəmləşdirir. == Təşkilatlar == Danışıq səviyyəsini qiymətləndirməklə işverənlərlə yanaşı tədris müəssisələri, həmçinin, TOEFL, IELTS, SAT və s. kimi xüsusi təşkilatlar da məşğul olurlar.
Dil təmizliyi
Dil təmizliyi — ədəbiyyat dilində başqa dillərdən alınma sözlərin milli sözlərlə əvəz edilmə prosesi. Dil təmizliyi və ya linqvistik purizm (lat. purus “saf”) - ədəbi dili toxunulmaz saxlamaq, xarici sözlərdən təmizləmə cəhdi, ümumiyyətlə, dili yeni sözlərdən – neologizmlərdən, təhriflərdən və s. dən təmizləmə cəhdində ifrata varma kimi başa düşülür. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Kənar elementlərin təsiri dildə nə qədər güclü olsa da, daxili imkanlar həmişə aparıcı xarakter daşıyır. Dilin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. Bir purist qrammatik səhvlər, jarqon, neologizmlər və xarici mənşəli sözlər daxil olmaqla, bir dildə olan bəzi arzuolunmaz xüsusiyyətləri aradan qaldırmaq arzusunu ifadə edən kimsədir. Dilçilik nöqteyi-nəzərindən dil təmizliyi, nitqin təmizliyi müasir ədəbi dilin normalarını bilməyi və ona möhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslubca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır.
Genişlənəbilən dil
Genişlənəbilən dil – sintaksisinin və semantikasının genişlənməsinə və ya dəyişdirilməsinə imkan verən kompüter dili. Sözün ən geniş anlamında dillərin əksəriyyəti genişlənəbiləndir (prosedurların və funksiyaların daxiledilməsi imkanları nəzərdə tutulur), ancaq dəqiq anlamda bu termini yalnız geniş yayılmış dillərin bir neçəsinə (məsələn, Forth dilinə) aid etmək olar ki, onlar proqramçıya dilin özünü dəyişərək, yeni variantını yaratmağa imkan verir.
Təbii dil
Təbii dil (natural language) – proqramlaşdırma və ya maşın dilləri kimi dillərin əksinə olan, adi danışıq dili. Təbii dilin “başa düşülməsi” və hesablama vasitələrinin ona yaxınlaşdırılması – süni intellekt sahəsində araşdırılmaların başlıca məqsədlərindən biridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yazılı dil
Yazılı dil yazılı ifadələr üçün bir ölkədə danışıq ləhcələrindən birinin qəbul edilmiş formasıdır. Standart dil ölçülü dil kimi də göstərilə bilər. Dünyada danışılan bəzi dillər tarixdən müasir dövrə kimi yazılı şəkildə istifadə olunmuş və zaman keçdikcə yazılı bir dil halına da gəlmişdir. Sözügedən yazılı dildən başqa, dünya dillərinin dialektləri və danışıq dilləri də vardır.
Çoxamaclı dil
Çoxamaclı dil - (ingiliscə general-purpose language, rusca универсальный язык) – Ada, Pascal, C, Forth və BASIC kimi ən müxtəlif məqsədlər və tətbiq sahələri üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. Bununla da universal dillər, yalnız verilənlər bazasında istifadə üçün nəzərdə tutulmuş SQL kimi dillərdən fərqlənir. Program - hər hansı məsələni həll etmək üçün kompüter dilində yazılmış kodlardır. Yəni biz məsələni həll etmək üçün kompüterdə proqram yazırıq. Proqramlaşdırma dili - proqramı yazmaq üçün isə bizə proqramlaşdırma dili lazımdır. Hal-hazırda çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C, C++, Java, Smaltalk, Pascal, Visual Basic, Visual FoxPro və s. Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar: Çox yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoxPro, Paradox, XBase, Visual Basic. Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir): Pascal, Basic, Fortran.
Çoxməqsədli dil
Çoxamaclı dil - (ingiliscə general-purpose language, rusca универсальный язык) – Ada, Pascal, C, Forth və BASIC kimi ən müxtəlif məqsədlər və tətbiq sahələri üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. Bununla da universal dillər, yalnız verilənlər bazasında istifadə üçün nəzərdə tutulmuş SQL kimi dillərdən fərqlənir. Program - hər hansı məsələni həll etmək üçün kompüter dilində yazılmış kodlardır. Yəni biz məsələni həll etmək üçün kompüterdə proqram yazırıq. Proqramlaşdırma dili - proqramı yazmaq üçün isə bizə proqramlaşdırma dili lazımdır. Hal-hazırda çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C, C++, Java, Smaltalk, Pascal, Visual Basic, Visual FoxPro və s. Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar: Çox yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoxPro, Paradox, XBase, Visual Basic. Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir): Pascal, Basic, Fortran.
Ölü dil
Ölü dil — nə vaxtsa xalqın milli dili olan, hazırda isə istifadə olunmayan və inkişafını dayandırmış və ya dayandırmaqda olan dil. == Dillərin məhv olma səbəbləri == Dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, dünya əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil dünya əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur. Hazırda mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaqdır. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də, sayca kiçik xalqların və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır.
İkinci dil
İkinci dil — şəxsin öz ana dilindən başqa öyrənib danışa bildiyi əlavə dildir. Ümimiyyətlə isə ikinci dil daha çox öyrənilən dilin əslində həmin ölkədə danışılmayan dildir.
Ədəbi dil
Ədəbi dil – daha az və ya yazılı şəkildə təsbit edilmiş normalara malik olan ümumxalq dilinin emal olunmuş hissəsi; şifahi formada ifadə edilən mədəniyyətin bütün təzahürlərinin dili. Ədəbi dil adətən elmi vә bәdii әsәrlәrdә, mәtbuatda vә idarәçilik aparatında, televiziya vә radioda, mәktәblәrdә işlәdilən dildir. Dialektlәrә, loru dilә, jarqonlara qarşı qoyulan dil kimi qəbul olunur. İki qolu mövcuddur: yazılı vә şifahi ədəbi dil. Ədəbi dilin elmi-filoloji qaydaları vә normaları var. Zәngin üslublar sisteminә malik olan, daim yenilәşsә dә, sabit әnәnәni qoruyub saxlayan "Ədəbi dil" universaldır vә cәmiyyәt hәyatının bütün sahәlәrindә geniş istifadәsi zәruri hesab olunur. Milli dil daşıyıcıları arasında yüksək sosial nüfuza malik olan milli dilin dialekt alt sistemidir. Həm yazılı, həm də danışıq formalarında fəaliyyət göstərir. Bədii ədəbiyyatın dili, yazıçıların dili, adətən eyni normalara istiqamətlənsə də, özündə çox fərdi, ümumi qəbul olunmayan dili birləşdirir. Müxtəlif tarixi dövrlərdə və müxtəlif xalqlarda ədəbi dilin və bədii ədəbiyyat dilinin yaxınlıq dərəcəsi eyni deyildir.
Dil kompleksi
Dil kompleksi — dialekt kontinuumu daxilində dialektlər arasındakı əlaqələrə bənzəyən, lakin daha çox fərqə malik olan dillər qrupu. Başqa sözlə, dil kompleksinin komponentləri dialektlər deyil, dillərdir, buna baxmayaraq, ayrı-ayrı deyimlər arasında sərhədləri çəkmək hələ də çətindir. Gələcəkdə dil kompleksi əsasında bir və ya bir neçə komponentin daşıyıcıları dil kompleksinin əsas ərazisini tərk edərsə, psevdogenetik assosiasiya (linkic; ing. linkage) yarana bilər. Orijinal dialekt kontinuum/dil kompleksinin qalan üzvləri öz-özlüyündə inkişaf edərkən bəzi əlamətlər və yeniliklər mübadiləsini davam etdirirlər ki, zaman keçdikcə müəyyən genetik əlaqə görünüşü yaranır. Bununla belə, onun ümumi xüsusiyyətləri ya irsi arxaizmlər (çox vaxt dil kompleksinin oturaq üzvlərində itirilir) və ya kompleks üzvlərinin yalnız bir hissəsini, adətən ən yaxın qonşuları birləşdirir. Beləliklə, ortaq əcdad dilini yalnız ilkin dil kompleksinin bütün üzvləri üçün yenidən qurmaq mümkündür, lakin onun qalan üzvləri üçün bunu ayrıca mümkün deyil. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ross, Malcolm D. Proto Oceanic and the Austronesian languages of Western Melanesia. Canberra: Pacific Linguistics. 1988.
Teleut dili
Teleut dilekti (Teleüt ağzı) — cənubi altay diliinin idiomu. Müstəqil dil və dialekt kimi qəbul edilir. XIX əsrin ortasından 1923-cü ilədək ədəbi dil kimi istifadə edilirdi. == Ümumi məlumat == Teleut dili Altay Respublikasının Sema çayı boyu Şebalin rayonunda, Altay vilayətinin Çumış rayonunda, Kemerovo vilayətinin cənubunda (Dağ Şor torpağı), Kiçik və Böyük Baçır çayları axarında yayılıb (baçat teleutları). 2002-ci il məlumatına görə dil teleut dilini 2 650 nəfər bilir.
Teluqu dili
Teluqu dili, bir Hindistan əyaləti olan Andhra Pradeşin rəsmi dili olan və əksəriyyətlə bu bölgədə danışılan bir Dravid dil ailəsinə mənsub dildir Sanskrit dilinin bu dil üzərində böyük təsiri vardır. Yerli istifadəçi olmayan danışanları ilə birlikdə ən çox danışılan Dravid dilidir.
Teodor van Qoq (incəsənət dileri)
Teodor van Qoq (1 may 1857[…], Zyundert[d], Şimali Brabant – 25 yanvar 1891, Utrext, Utrext) — holland incəsənət dileri. O, həm də məşhur holland rəssamı Vinsent van Qoqun kiçik qardaşıdır. Teonun ömrünün sonuna qədər qardaşından maddi və mənəvi cəhətdən dəstəyini əsirgəməməsi Vinsentə özünü rəssamlığa həsr etməyə imkan yaratmışdır. Vinsentin 37 yaşında vəfat etməsindən altı ay sonra Teo da 33 yaşında dünyasını dəyişir. Ən çox qardaşı ilə münasibətinə görə tanınması çox vaxt Teonun həm də incəsənət dünyasına töhfələr vermiş bacarıqlı incəsənət dileri olduğu faktını kölgədə qoyur. O, fransız və holland müasir incəsənətinin ictimaiyyətə təqdim olunmasında mühüm rol oynamışdır. == Bioqrafiyası == Anna Kornelia Karbet və Teodor van Qoqun övladı olan Teodor (Teo) van Qoq 1857-ci il 1 mayda Hollandiyanın Şimali Brabant əyalətinin Qrut-Zyundert məntəqəsində anadan olmuşdur. === Biznesi === Teo bir neçə il parisli incəsənət dilerlərinin "Qupil" firmasının Haaqadakı holland ofisində işləyir. 1873-cü il 1 yanvarda firmanın Brüssel ofisinə qoşulan Teo onların ən gənc işçisi olur. London ofisinə transfer olur, bir müddət sonra Haaqa ofisinə köçür və öz uğurlu biznesini məhz burada qurur.
Teymur Kərimov (dilşünas)
Teymur Kərimli (tam adı: Kərimli Teymur Həşim oğlu; 2 oktyabr 1953, Ordubad rayonu) — filologiya üzrə elmlər doktoru, akademik, tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvü (2014). Hazırda AMEA Əlyazmalar İnstitutunun direktorudur. == Həyatı == Teymur Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində doğulmuşdur. Teymur Kərimli orta məktəbi qızıl medalla bitirib (1970), indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış (1975), Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlayaraq iki il orta məktəbdə müəllim işləmişdir. Teymur Kərimli 1977–1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1983-cü ildə "Nizamidə tarixin romantik qavrayışı ("Yeddi gözəl" poeması üzrə)" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Teymur Kərimli Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvüdür (2014). 2010-cu ildə "Heydər Əliyev və klassik ədəbiyyat" araşdırmasına (həmmüəlliflərlə) görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur. Teymur Kərimli otuz ildən artıq AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərib. Uzun illər İnstitutun "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsinə rəhbərlik edib. 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktoru vəzifəsində (2002–2003-cü və 2012–2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı işləyib) çalışmışdır.
Tibet-Birma dilləri
Tibet-Birma dilləri - Sino-Tibet dil ailəsinin alt qrupu. Cənub-Şərqi Asiyanın yüksək dağlıq ərazilərində və həmçinin Cənubi Asiyada və Şərqi Asiyada yaşayan 400-ə yaxın xalqı birləşdir. Tibet-Birma dillərində danışan 60 milyon insandan təqribən yarısı birma dilində, 13%-ə yaxını isə Tibet dilində danışırlar. Bu alt qrupun belə adlanmasının əsas səbəbi qrup daxilində üstünlük təşkil edən dillərin təsnifatına görədir (Birma dilində danıanlar-32 milyon nəfər, Tibet dilində danışanlar-8 milyon nəfər). Tibet-Birma dilləri Hindistan ərazisində əsasən Himalay dağ silsiləsi uzunu Ladakh, Himaçal Pradeş, Siqqim, Arunaçal Pradeş ştatlarında, eləcə də Qərbi Benqal, Assam, Meqhalaya, Naqaland, Manipur, Tripula və Mizoram ştatlarında yayılmışdır. Tibet-Birma dillərinə karbi, meitei, lepcha dilləri, eləcə də Tibet, Şərqi Himalay, Tani, Brahmaputra, Anqami-Poçuri, Tanqkhul, Zeme, Kukish və s. dialektləri aiddir. == Tarixi == Hindistanın şimаl-şərqində əsаsən Tibеt-Birmа xalqlаrının yаşаdığı ərаzilərdə mürəkkəb еtnik vəziyyət yаrаnmışdır. Bu bölgənin cоğrаfi vəziyyəti əsаsən dаğlıqdır, dağlаr isə sıх mеşələrlə örtülmüşdür. Bu dа əhаli qruplаrının dаğınıq, bir birindən izоlyаsiyа оlunmuş şəkildə yаşаmаsınа gətirmişdir.
Tibet dili
Tibet dili – (tibet dilində|བོད་སྐད་|bod skad|phökä’) – Tibetdə yerli əhalinin dili. Çin Xalq Respublikasının Tibet Muxtar Rayonunda və bəzi bölgələrində, həmçinin Hindistan, Nepal və Pakistanda (balti və puriq dilalektləri) qismən yayılıb. Təqribən 6 milyon nəfər danışan var. Sino-tibet dil ailəsinin tibet-birma yarımailəsinə aiddir. == Ədəbiyyat == Генрих Август Йешке. «Tibetan grammar», London, 1883. Чома де Кёрёши. Essay towards a dictionary, Tibetan and English, Kəlküttə, 1834; Budapeşt, 1984. Чома де Кёрёши. Grammar of the Tibetan language, Kəlküttə, 1834; Budapeşt, 1984.
Tlinkit dili
Tlinkit dili (tlingit, koloş dili, öz adlanması Lingít — " ɬɪŋkɪ́t") — Alyaskanın cənub-şərqində və Kanadanın qərbində yaşayan tlinkitlilərin dili. Na-dene dil ailəsinə aiddir. XXI əsrin əvvəllərinə cəmi 140 nəfər tilingit dilini bilən qalmışdı, onlar da iki dilli idi (ikinci dil — ingilis dili). == Tarixi == Tlinkit dilinin tarixi yazılı mənbələr olmadığından hələ də tam öyrənilməyib. Avropa xalqları ilə tlinkitlər ilk dəfə 1790-cı ildə qarşılaşıblar. Hətta bundan sonra da XX əsrin başlanğıcına qədər xalq haqqında yarımçıq məlumatlar var. Hesab edilir ki, dil Alyaskanın Ketçikan ərazisindən şimala doğru yayılıb, belə ki, cənubdan şimala doğru irəlilədikcə dilin mühafizəkar xarakteri itir. Aralarında böyük məsafə olmağına baxmayaeraq tlinkit dilinin bəzi dialektləri ilə eyak dili arasında oxşar cəhətlər çoxdur. == Yazılış == Tlinkit dilində 1840-cı ildən kiril əlifbası ilə dini mətnlər çap edilib. XX əsrin əvvəlinə bu əlifba sıradan çıxıb.
Tofalar dili
Tofalar dili — tofaların dili. Tofalar Rusiyanın İrkutsk vilayətinin Nijneudin rayonunun iki kəndində - Tofalar və Nerxində yaşayan türkdilli xalqdır. Bu dildə danışanların sayı 93 nəfərdir. == Sayan qrupunun tayqa aeralı == Türkdilli sayan qrupunun tayqa aeralına tofalar dili ilə yanaşı aşağıdakı dil və dialektlər daxildir : tuva dilinin şimal-şərqi (tocin) və cənub-şərqi (Tuvanın Tocin və Piy-Xem rayonları) dialektləri, soyot-tsatan dili dili daxildir. Soyot-tsatan dili soyot (Buryatiya), tsatan və uyqur-uryaxan idomları (Monqolustan) dialektltinə ayrılır. Bu dialektlər həm bir dilin üç dialekti, həm də yaxın qohum dillr kimi xarakterizə edilir. Tsatan və uryan-uryaxan dilləri bir-birinə çox yaxındır. == Tofalarca söz nümunələri == мен :mən сен :sən оң (oŋ) :on (o) биъс :biz сілер :siz оларың :onların бо(bo):bu == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Рассадин В. И., Шибкеев В. Н. Тоъфа букварь. Тофаларский букварь для первого класса тофаларских школ. Иркутск, 1989.
Tofiq Hacıyev (dilçi)
Tofiq Hacıyev (tam adı: Tofiq Müzəffər oğlu Hacıyev) — azərbaycanlı dilçi alim, filologiya elmləri doktoru (2003), professor (2013). == Həyatı == Tofiq Hacıyev 27 mart 1958-ci ildə Neftçala şəhərində anadan olub. 1965-1975-ci illərdə Neftçala şəhəri 1 saylı orta məktəbdə təhsil alıb. Ali təhsilini 1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb. == Əmək fəaliyyəti == Tofiq Hacıyev əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. O, 1975-1976-cı illərdə Neftçala Rayon Tikinti İdarəsində fəhlə işləyib. Daha sonra 1987-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasında baş laborant olaraq fəaliyyət göstərib. 1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının metodikası kafedrasında müəllim və baş müəllim kimi çalışıb. 1994-2005-ci illərdə yenə həmin universitetin Azərbaycan dilçiliyi kafedrasının dosenti olub. Tofiq Hacıyev Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini vəzifəsini 1994-2000-ci illərdə yerinə yetirib.
Tonlu dillər
Tonlu dillər bir sözün fərqli bir tonda oxunması ilə mənasının dəyişdiyi dillərdir. Tonlu dillər dünyanın müxtəlif yerlərində danışılır. == Tonlu dillərin coğrafi bölgüsü == Avropadakı Norveç, İsveç, Litva, Limburqiş, Serb, Xorvat, Bosniya və Sloven dilinin bəzi ləhcələri tonallıq xüsusiyyətlərini göstərsələr də, ümumiyyətlə bunlar vurğu sayılırlar. Hindistan yarımadasında danışılan tonal xüsusiyyətə sahib başqa bir Hind-Avropa dil ailəsinə mənsub dildə Pəncab dilidir. Afrikada, əksər sub-Sahara (Şərqdə Suahili dili, qərbdə Volof və Fulani dillərini çıxmaq şərtilə) dilləri tonlu dillərdir. Hausa dili sami dilləriniin uzaq bir qohumu hesab olunsa da, tonal bir dildir. Şərqi Asiyada bir çox dillər tonaldır; bunlara müxtəlif Çin dilləri, Vyetnamca, Tay dili, Laos dili, Birman dili daxildir. Yeni Qvineyada bir çox dillər də tonaldır. Şimali və Cənubi Amerikadakı bəzi yerli dillərin də tonallığı var. Alyaskada Na-Dené dilləri, ABŞ-də Cənub-Şərqi Amerika (Navajo dili də daxil olmaqla) və Meksikadakı Oto-Manguean dilləri bunlardan bəziləridir.
Tonqa dili
Tonqa dili (tonqa lea faka-Tonga)- Avstroneziya dillərinə aid olan və Tonqada danışılan dildir.Təxminən 220.000 nəfər bu dildə danışırlar və Tonqanın milli dilidir.
Tonqan dili
Tonqa dili (tonqa lea faka-Tonga)- Avstroneziya dillərinə aid olan və Tonqada danışılan dildir.Təxminən 220.000 nəfər bu dildə danışırlar və Tonqanın milli dilidir.
Toxar dilləri
Toxar və ya Toxar dilləri Hind-Avropa dil ailəsinin ölmüş qoludur. Dil Tarım hövzəsinin (indiki Sincan, Çin) şimalındakı vahə şəhərlərində və Lop səhrasında tapılıb. VI-VIII əsrlərə aid əlyazmalarla tanınır. XX əsrin əvvəllərində bu dil ailəsinin kəşfi Hind-Avropa dil ailəsinin centum və satem dilləri kimi Şərq və Qərb qollarına bölünə biləcəyi ilə bağlı əvvəllər qəbul edilmiş nəzəriyyə ilə ziddiyyət təşkil etmiş və bu dil ailəsi ilə bağlı tədqiqatların yenidən canlanmasına səbəb olmuşdur. İlkin tədqiqatçılar bu dildən istifadə edən insanları Qədim Baktriyada (Toxarıstan) yaşayan toxaroylar ilə əlaqələndirdiyi üçün bu dil “toxar dili” adlandırılmışdır. Bu tərif bu gün ümumiyyətlə yanlış hesab edilsə də, ad hələ də istifadə olunur. == Kəşf edilməsi və tarixi == XX əsrin əvvəllərində Aurel Stein tərəfindən Tarim hövzəsinin arxeoloji kəşfi və eramızın VI-VIII əsrlərinə aid naməlum dildə yazılmış əlyazma fraqmentlərinin tapılması tohar dillərinin və əlifbasının mövcudluğunu ortaya qoymuşdur. Tezliklə məlum oldu ki, bu əlyazmalar o dövrdə naməlum olan Hind-Avropa dil qoluna, Toxar dillərinə aiddir və iki fərqli dildə yazılmışdır: Toxar A (Şərqi Toxar dili; öz dilində adı “ārśi”), Qaraşəhər (keçmiş Agni, Çincə Yanqi) və Turfan regionlarında rast gəlinmişdir. Toxar B (Qərbi Toxar dili), Kuça və Toxar A dilli ərazilərdə müəyyənləşdirilmişdir. Tarım hövzəsinin cənub-şərqində yerləşən Krorän və Niya regionlarında tapılan və eramızın III əsrinə aid Prakritcə yazılmış sənədlərdə Toxar dili ilə əlaqədar olan bir dildən keçmiş bir çox isimin mövcudluğu nəticəsində Toxar C kimi tanınan başqa bir Toxar dili kəşf edilmişdir.
Transkripsiya (dilçilik)
Transkripsiya — (lat. "Transkriptio" — üzününün köçürülməsi), məlumatın üzününün köçürülməsi adlanır.
Tsonqa dili
Tsonqa dili (tsonqa Xitsonga) — Cənubi Afrikanın rəsmi dillərindən biridir ki, Tsonqalılar (Şanqanlar kimidə tanınan)tərəfindən danışılır.
Tsvana dili
Tsvana dili və ya Setsvana dili-Afrikanın cənubunda 4.5 milyon nəfər tərəfindən danışılan bir dildir.
Tuareq dili
Tuareq dili — Malidə Tuareq qəbiləsinin danışdığı dil. == Mənbə == Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh. 4.
Tuncay Dilci
Tuncay Dilci (15 iyun 1969, Pınarbaşı, Kayseri ili) — Türkiyə akademiki, pedaqoqu, yazıçısı və redaktoru. Bundan əlavə, o, davranışşünas alim və Rəqəmsal Asılılıqla Mübarizə Assosiasiyasının prezidentidir. Dilci 2019-cu ildə professor doktor adını almışdır. == Həyat və təhsili == Tuncay Dilçi 15 iyun 1969-cu ildə Türkiyədə, Kayseri vilayətinin Pınarbaşı rayonunda anadan olmuşdur. O, ibtidai təhsilini Pınarbaşı rayonunda, orta təhsilini isə Kadı Bürhanəddin Orta Məktəbində almışdır. Dilci 1989-cu ildə Kayseri Liseyindən, 1994-cü ildə Dəclə Universiteti və 19 May Universitetindən məzun olmuşdur. O, 1994–2003-cü illərdə Türkiyənin Təhsil Nazirliyinə tabe olan məktəblərdə müəllim və direktor vəzifələrində çalışmışdır. Dilci 2001-ci ildə Fərat Universitetinin Sosial Elmlər İnstitutunda təhsilin idarə edilməsi və nəzarəti üzrə magistr dərəcəsi almışdır. O, 2003-cü ildə Qaziantep Universiteti Müəllim Rüfət Təhsil Fakültəsi Təhsil Elmləri Bölməsində müəllim işləmiş, 2009-cu ildə Fərat Universiteti Sosial Elmlər İnstitutu Təhsil Proqramları və Tədris Bölməsində doktorluq dərəcəsi almışdır. Dilci 2010-cu ilin yanvar ayından Sivas Cümhuriyyət Universiteti Təhsil Fakültəsi Təhsil Elmləri Bölməsində dosent doktoru adı ilə işə başlamışdır.
Tunqus-mancur dilləri
Tunqus-mancur dilləri — Sibirdə (Uzaq Şərq daxil olmaqla), Monqolustanda və Çinin şimalında Altay makroailəsinə daxil olan qohum dillər. Altay dillərinə aid edilsə də coğrafi yaxınlığa görə tunqus-mancur dilləri ilə qarşılıqlı təsirin və yaxın dillərin olduğu fərziyyəsi də var. Sibirdə özünü tunqus-mancur dillərinə aid edən 72 058 nəfər var (2002-ci il siyahıyaalınması). evenklər — 34 989 nəfər evenlər — 18 886 nəfər nanaylar — 11 947 nəfər ullər — 2852 nəfər udegeylər — 1622 nəfər orolarr — 644 nəfər negidallar — 527 nəfər oroklar — 327 nəfər tazlar — 276 nəfər Əslində tunqus-mancur dillərində danışanların sayı azıdr. Belə ki, bu dilləri əsasasən yaşlı nəsil bilir, məktəblərdə isə bu dillər zəif keçilir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Сравнительный словарь тунгусо-маньчжурских языков: Материалы к этимологическому словарю. В 2-х томах / Отв. ред. В. И. Цинциус. Т. I, Л.: Наука.
Tuva dili
Tıva dili — Tıva dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. Təqribən 264 min nəfər bu dildə danışır. Dilin kodu tyv-dir (ISO 639).
Tuzla dili
Tuzla dili, ukr. коса Тузла) — Kerç boğazında yerləşən dil. Vaxtı ilə Taman yarımadasına bitişik olaraq uzanır. 1920-ci illərdə Tuzla adasının yaranması ilə dilin uzunluğu azalmışdır. == Etimalogiya == Tuzla dilinin adı türk dillərində işlənən "duz" və ya "düz" sözlərindən yaranması ehtimal edilir. Yunan mənbələrində Аkme olaraq keçir. == Coğrafiya == Hazırda Tuzla adası uzun və ensiz dambanı xatırladır. Ada Taman yarımadasına doğru istiqamətlənir. Dilin qərb hissəsi boğazla ayrılır. Bu hissə Ukrayna ərazisinə daxildir.
Typhlodromips dillus
Typhlodromips dillus (lat. Typhlodromips dillus) — phytoseiidae fəsiləsinin typhlodromips cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromips dillus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Türk-slavyan dil əlaqələri
== Türk-slavyan dil əlaqələrinin tədqiqi == Türk-slavyan dil əlaqələri haqqında ilk dəfə çex alimi Y. Paysker yazmışdır. Y. Paysker slavyan, türk və alman dil əlaqələrinə həsr olunmuş əsərində Qərbi Ukrayna ərazisində yaşayan bulqar-skiflərin slavyanlarla iqtisadi və mədəni əlaqələrinin olduğunu qeyd edirdi. Y. Paysker türkdilli skiflərin qərbi slavyanlarla olan əlaqələrinin real tarixli faktlara söykəndiyini sübut etməyə çalışırdı. Y. Payskerin əsərini L. Hiderli tənqid edərək yazırdı ki, "heç bir qədim slavyan-Turan yaxınlaşmasından söhbət gedə bilməz". Türk mənşəli sözlər cənubi və şərqi slavyan dillərində saysız-hesabsızdır. Lakin qərbi slavyan dillərində rast gəlinən türkizmlərin çoxu ehtimal ki, qədim slavyan dilinə keçən sözlərdir. Polyak dilində rast gəlinən "çakan" (kıtman) sözü bu dilə Ukrayna və ya slovak dillərindən keçmişdir. Bu sözün türkizm olduğunu cığatay dilindəki "çakan" – balta sözü sübut edir. Çex dilində "salas" sözünə rus dilində "шалаш" formasında rast gəlinir. Maxekin "Etymologicky slovnik yazıka českeho a slovenskeho" – Çex və slovak dillərinin etimoloji lüğətində verilmiş türkizmlərin tarixi daha qədimdir.
Türk Dil Qurumu
Türk Dili Qurumu (türk. Türk Dil Kurumu, TDK) — türk dilini öyrənmək və inkişaf etdirmək məqsədilə qurulan Türkiyə Cümhuriyyəti hökuməti yanında ictimai təşkilat. == Ümumi məlumat == Türk Dili Qurumu 12 iyul 1932-ci ildə M. K. Atatürk tərəfindən qurulmuşdur, ilkin adı "Türk Dili Araşdırma Cəmiyyəti" (türk. Türk Dili Tetkik Cemiyeti) olmuşdur. Samih Yalnızgil, Ruşen Əşrəf Ünaydın, Cəlal Sahir Ərozan və Yaqub Qədri Qaraosmanoğlu kimi dövrün millət vəkilləri və məşhur ədəbiyyatçıları qurumun təsisçilərindən idilər. Qurumun ilk sədri Samih Yalnızgil oldu. Onun 1932-ci ilin dekabr ayında vəfatında sonra təhsil Naziri Dr. Rəşid Qalib faktiki sədr oldu. Türk Dili Qurumu həm türk ədəbi dili, həm də türk ləhcələrinin öyrənilməsi ilə məşğul olur və ədəbiyyat işlərini yayımlayır. Baş ofisi Ankarada yerləşir.
Türk Dili Cəmiyyəti
Türk Dili Qurumu (türk. Türk Dil Kurumu, TDK) — türk dilini öyrənmək və inkişaf etdirmək məqsədilə qurulan Türkiyə Cümhuriyyəti hökuməti yanında ictimai təşkilat. == Ümumi məlumat == Türk Dili Qurumu 12 iyul 1932-ci ildə M. K. Atatürk tərəfindən qurulmuşdur, ilkin adı "Türk Dili Araşdırma Cəmiyyəti" (türk. Türk Dili Tetkik Cemiyeti) olmuşdur. Samih Yalnızgil, Ruşen Əşrəf Ünaydın, Cəlal Sahir Ərozan və Yaqub Qədri Qaraosmanoğlu kimi dövrün millət vəkilləri və məşhur ədəbiyyatçıları qurumun təsisçilərindən idilər. Qurumun ilk sədri Samih Yalnızgil oldu. Onun 1932-ci ilin dekabr ayında vəfatında sonra təhsil Naziri Dr. Rəşid Qalib faktiki sədr oldu. Türk Dili Qurumu həm türk ədəbi dili, həm də türk ləhcələrinin öyrənilməsi ilə məşğul olur və ədəbiyyat işlərini yayımlayır. Baş ofisi Ankarada yerləşir.

Digər lüğətlərdə