EV-EŞİK

is. Ev, ailə, mülk və s.; ümumiyyətlə, evlə bağlı hər şey. Ev-eşiyi əlindən çıxmaq. Ev-eşik düzəltmək.
[Bəkir:] Ev-eşiyimiz bərbad olub, var-yoxumuz əldən gedəndən sonra üzə çıxıb nə edəcəyik? N.Vəzirov.
[Hacı Nəsir:] …Bu gündən bu eveşiyin xanımı sənsən, ancaq səndən təvəqqe edirəm ki, bu oğluma həqiqi analıq edib ürəkdən sevəsən. S.S.Axundov.

□ Ev-eşik düzəltmək – özü üçün ev və ailə qurmaq.
Telli dişi ilə, dırnağı ilə çalışmış, axır İslam üçün əməlli-başlı bir ev-eşik düzəltmişdi. S.Hüseyn.

Ev-eşik sahibi (yiyəsi) olmaq – bax ev olmaq, ev yiyəsi olmaq (“ev”də).
[Cahan xala:] Neçə vaxtdır ki, mən sənə deyirəm: – Əsgər, gəl evlən, ev-eşik yiyəsi ol, oğul-uşaq sahibi ol. Ü.Hacıbəyov.
Gülarə ilə evlənmək, bir neçə müddətdən sonra oğuluşaq atası və ev-eşik sahibi olmaq fikri onun beynindən bir an çıxmırdı. Ə.Vəliyev.

EV
EVAKUÁSİYA

Digər lüğətlərdə