Axdı eynim yaşı, döndü sellərə; Yar içən sulara qarışdımı ola?
Müddətdir eynindən cida düşmüşəm; Həsrətini çəkər hər zaman Pəri!
…[Qəhrəman] düşündükcə ötən günləri xatırlayır, eynində atasının uzun yamaqlı arxalığı … canlanırdı.
◊ Eyni açılmaq – halı yaxşılaşmaq, kefi yaxşılaşmaq, üz-gözü açılmaq, gümrahlanmaq, dilxorluğu, kəsaləti keçmək.
[Usta Murtuz Əkbərə:] …Dur əl-üzünü yu, eynin açılsın, yatdıqca ağırlaşırsan.
Axşam kənddə əl-ayaq yığılan vaxt Qədir oyandı. Soyuq su ilə yuyunandan sonra eyni açıldı.
Eyninə deyil – vecinə gəlmir, saymır, təsirlənmir.
Eyninə gəlməmək (girməmək) – vecinə gəlməmək, vecinə almamaq, əhəmiyyət verməmək, saymamaq, təsirlənməmək.
Olsa yüz üzü gül, girməz eynimə; Mən ancaq bir gülüzarə aşiqəm.
Top gülləsinin qabağında səngərə girən, çuxura, daş dalına soxulan, qazmaya girib gizlənən kim? Amma mən? Eynimə gəlmədi.