FİRUDİN

odun işığı, odun parıltısı (f. çox güclü, çox qüvvətli).
FİRUDDİN
FİRUZ
OBASTAN VİKİ
Firudin Adəmiyyət
Firudin Abbasqulu xan oğlu Adəmiyyət (1920–2008) — İran tarixçisi. == Həyatı == Abbasqulu xan Qəzvinin oğlu olan Firudin xan 1920-ci ildə Tehranda doğulmuşdu. Əslən Qəzvinlidir. İran İslam inqilabından sonra fəaliyyətinə və kitablarının çapına məhdudiyyət qoyulan, hətta İran Xarici İşlər Nazirliyindən aldığı təqaüdü kəsilən alim son 29 ildə Tehranın Yusifabad məhəlləsindəki evində sakit və tənha bir ömür sürmək məcburiyyətində qalıb. Bu müddətdə onun evinin qapısı bəzi yaxın dost-tanışlarından, tanıdığı yazıçı, şair və jurnalistlərdən savayı heç kimin üzünə açıq olmayıb. F.Adəmiyyət ömrünün böyük hissəsini müasir İran tarixi, xüsuilə Məşrutə inqilabı, bu inqilabın məzmun, hədəf və ideyaları, onda iştirak etmiş şəxsiyyətlərin fəaliyyəti barədə tədqiqatlara həsr edib. O, "İran Məşrutə hərəkatında ictimai demokratiya təfəkkürü", "Mirzə Fətəli Axundovun düşüncələri", "Talıbov düşüncələri", "Mirzə Ağaxan Kirmaninin düşüncələri", "Tarixi məqalələr toplusu", "Şeyx Fəzlullah Nurinin əqidə və düşüncələri", "İranda tarixçiliyin tənəzzülə uğraması" və s. kitabların müəllifidir. ABŞ-nin Stenford Universitetinin siyasi elmlər üzrə müəllimi Abbas Milani "Azadlıq" radiosunun fars redaksiyasına açıqlamasında F.Adəmiyyəti müasir İran tarixini araşdıran ən böyük və etibarlı tarixçilərdən olduğunu deyib: "Mən tam qətiyyətlə deyə bilərəm ki, Əhməd Kəsrəvidən sonra heç kəs Məşrutə tarixini Firudin Adəmiyyət qədər işıqlandırmayıb".
Firudin Allahverdi
Firudin Allahverdi (12 dekabr 1980, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == 1980-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə (prof. Xəyyam Mirzəzadənin sinfi) bitirib. 2006-cı ildə Almaniyada keçirilən Stockhausen-Courses`larda iştirak etmişdir. Azərbaycan İdman və Gənclər Nazirliyinin keçirdiyi müsabiqədə gənclər arasında 2001-ci ilin ən yaxşı mahnı və romans bəstəkarı adını almış, 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin keçirdiyi marş müsabiqəsində I yeri tutmuşdur. Əsərləri yerli və xarici ansambllar tərəfindən ifa olunmuşdur. 2008-ci ilin avqust ayında İsveçrədə gənc bəstəkarlar arasında keçirlən 4-cü Beynəlxalq müsabiqədə (pre-Art) Firudin Allahverdi "Paradoxes" əsəri ilə müsabiqədə birinci yeri tutaraq müsabiqənin əsas mükafatına layiq görülmüşdlür. Firudin Allahverdi bəstəkarlıq fəlaiyyəti ilə bərabər Azərbaycan mədəniyyətində mövcud problemlərlə bağlı vaxtaşarı qəzet səhifələrində də maraqlı yazılarla çıxış edir. O, yeni nəsil azərbaycanlı gənclər arasında fərqlənən ən bariz intellektuallardandır.
Firudin Ağasıoğlu
Firudin Ağası oğlu Cəlilov (6 may 1947, Vedi rayonu) — türkoloq, filologiya elmləri doktoru, professor; Azərbaycan Respublikası Təhsil nazirinin müavini (1992), Baş nazirinin müavini (1992); Azərbaycan Respublikasının Xalq təhsili naziri (1992–1993); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri (1993); Milli Məclisin deputatı (1990-1995). == Həyatı == 6 may 1947-ci ildə Vedibasarda doğulan F. A. Cəlilov orta məktəbi Bakıda (1966) bitirib, BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1972–1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləmişdir. O, pedaqoji fəaliyyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, mürəkkəb cümlə sintaksisindən namizədlik (1978) və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq (1989) dissertasiyası müdafiə etmişdir. Onun türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya (1988) Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur. Bu kitab 2021-də təkrar Ankarada yayınlanmışdır. F. Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 300-dən artıq elmi məqalə və 20 kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunmuşdur. Onun "Azərbaycan dilinin morfonologiyası"(1988) kitabına bu sahədə təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada ilk fundamental tədqiqat işi kimi Beynəlxalq Türkoloji qurultay (1996) adından ödül verilmişdir. Elmi-populyar məqalələrini çox vaxt Ağasıoğlu imzası ilə yazan F. Cəlilovun "Azərbaycan türklərinin islamaqədərki tarixi" mövzusundakı silsilə məqalələri elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilmişdir. F. Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilmişdir. "Türk Ocağı" ona bilgə sanı vermişdir.
Firudin Ağayev
Firudin Ağayev (yazıçı) (1993—1995) — nasir, dramaturq, 1962-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. Firudin Ağayev (neftçi) (1898—1958) — Sosialist Əməyi Qəhrəmanı (1943).
Firudin Cəlilov
Firudin Ağası oğlu Cəlilov (6 may 1947, Vedi rayonu) — türkoloq, filologiya elmləri doktoru, professor; Azərbaycan Respublikası Təhsil nazirinin müavini (1992), Baş nazirinin müavini (1992); Azərbaycan Respublikasının Xalq təhsili naziri (1992–1993); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri (1993); Milli Məclisin deputatı (1990-1995). == Həyatı == 6 may 1947-ci ildə Vedibasarda doğulan F. A. Cəlilov orta məktəbi Bakıda (1966) bitirib, BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1972–1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləmişdir. O, pedaqoji fəaliyyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, mürəkkəb cümlə sintaksisindən namizədlik (1978) və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq (1989) dissertasiyası müdafiə etmişdir. Onun türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya (1988) Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur. Bu kitab 2021-də təkrar Ankarada yayınlanmışdır. F. Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 300-dən artıq elmi məqalə və 20 kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunmuşdur. Onun "Azərbaycan dilinin morfonologiyası"(1988) kitabına bu sahədə təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada ilk fundamental tədqiqat işi kimi Beynəlxalq Türkoloji qurultay (1996) adından ödül verilmişdir. Elmi-populyar məqalələrini çox vaxt Ağasıoğlu imzası ilə yazan F. Cəlilovun "Azərbaycan türklərinin islamaqədərki tarixi" mövzusundakı silsilə məqalələri elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilmişdir. F. Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilmişdir. "Türk Ocağı" ona bilgə sanı vermişdir.
Firudin Cəm
Firudin Cəm (1914, Tehran – 13 oktyabr 2000, London; farsca: فريدون جم) — İranın keçmiş yüksək rütbəli hərbçisi (General) və keçmiş baş nazir Mahmud Cəmin oğlu. == Həyatı == 1914-cü ildə Təbrizdə Mahmud Cəmin ailəsində anadan olmuşdur. Atası Mahmud Cəm 1935-ci ildən 1939-cu ilə qədər İranın baş naziri olmuşdur. Anasının adı Məleykə Zaman olmuşdur. 1937-ci ildə Rza şah Pəhləvinin böyük qızı Şəms Pəhləvi ilə evlənmişdir. Rza şahın ölümündən sonra Firudin Cəm Şəms Pəhləvi ilə boşanmışdır. == Təhsili == Tehranda və Saint-Cyrda hərbi təhsil almışdır. Daha sonra Birləşmiş Krallıqda hərbi akademiyanı bitirmişdir. == Karyerası == 1969–1971-ci illərdə İran İmperial Ordu Korpusunun komandanı vəzifəsində xidmət etmişdir. Məhəmmədrza şah Pəhləvi ilə konfliktlərə görə 1973-cü ildə ordudan ayrılmışdır.
Firudin Davudov
Firudin Eynulla oğlu Davudov (21 mart 1926, Astara, Lənkəran qəzası – 8 avqust 1983, Bakı) — Görkəmli alim, kriminalist, hüquq elmləri doktoru, professor, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun (indiki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi) banisi və fasiləsiz rəhbəri. == Həyatı == Firudin Davudov 1926-cı il mart ayının 21-də Astara şəhərində anadan olmuşdur. 1944-cü ildə orta məktəbi bitirdikdən sonra S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuş və II kursdan təhsilini Leninqrad Dövlət Universitetində (indiki Sankt-Peterburq Dövlət Universiteti) davam etdirərək oranı müvəffəqiyyətlə bitirmişdir. Moskvada SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş və 1955-ci ildə hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Bakı Elmi-Tədqiqat Kriminalistika Laboratoriyasının yaradıcısı olan F.E. Davudovun gərgin əməyi sayəsində bu laboratoriya sonralar İnstituta, mükəmməl bir elm ocağına çevrilmişdir. O, uzun illər Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun direktoru olmuş, Azərbaycan üçün böyük mütəxəssis qrupu yaratmış, kriminalistika elminin inkişafına dəyərli töhfələr vermişdir. F.E. Davudov 1983-cü ildə 57 yaşında ikən avtomobil qəzası nəticəsində vəfat etmişdir. == Əsas elmi əsərləri == Актуальные задачи судебной экспертизы в деле совершенствования борьбы с преступностью. Баку, 1972 Процессуальные и организационно методические формы использования возможностей науки и техники в целях расследования и профилактики преступлений.
Firudin Haşımzadə
Firudin Məmməd Əli oğlu Haşımzadə (7 dekabr 1935, Bakı – 28 sentyabr 2018) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2001). == Həyatı == Firudin Məmməd Əli oğlu Haşımzadə 1935-ci il dekabrın 7-də Bakı şəhərində, Azərbaycanın ilk fiziklərindən biri olan Məmməd Əli Uğur oğlu Haşımzadənin ailəsində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. F. M. Haşımzadə 1962-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1972-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1974-cü ildə isə professor elmi adını almışdır, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. F. M. Haşımzadə elmi işə Leninqrad (hazırda Sankt-Peterburq) Fizika-Texnika İnstitutunda başlamışdır (1957–1963). 1963-cü ildən ömrünün sonuna qədər AMEA Fizika İnstitutunda işləyib. Aspiranturanı (1957–1960) bitirdikdən sonra kiçik elmi işçi (1961–1963), böyük elmi işçi (1963–1968), "Yarımkeçiricilərin nəzəriyyəsi" laboratoriyasının müdiri (1968–1993), Fizika İnstitutunun direktoru vəzifəsini icra etmiş (1993–2000), "Aşağı ölçülü və nizamsız sistemlər fizikası" probleminin rəhbəri (2002-ci ildən) vəzifəsində çalışmışdır. Baş elmi işçidir. F. M. Haşımzadə "Fizika elmi" jurnalının yaradıcısıdır və bu periodik məcmuənin təşəkkül tapması, yayılması və təkmilləşməsi üçün daim fəaliyyət göstərir. Elmi fəaliyyəti ilə yanaşı o, 30 ildən artıq müddətdə Bakı Dövlət Universitetində nəzəri fizikanın və bərk cisim nəzəriyyəsinin müasir problemlərindən bəhs edən mühazirələr oxumuşdur.
Firudin Hüseynov
Firudin Hüseynov (energetik) — AMEA-nın müxbir üzvü, professor. Firudin Hüseynov (dilçi) — filologiya üzrə elmlər doktoru. Firidun Hüseynov (ədəbiyyatşünas) — ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor.
Firudin Həsənov
Firudin Köçərli
Firudin Qasım oğlu Köçərli (28 dekabr 1920, Gədəbəy, Gəncə qəzası – 3 iyun 2005, Bakı) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1966), akademik, AEA-nın həqiqi üzvü (1976), professor (1968). == Həyatı == Firudin Köçərli 28 dekabr 1920-ci ildə Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur. 1926–1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. O, 1936–1940-cı illərdə Gəncə Pedoqoji Texnikumunda təhsilini davam etdirmişdir. Texnikumu bitirdikdən sonra İsalı kəndinə qayıdaraq müəllimlik fəaliyyətinə başlamışdır. Firudin Köçərli 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində olan Fəlsəfə şöbəsinə daxil olmuşdur. Universitetdə Tələbə Həmkarlar Təşkilatının sədri seçilən Köçərli universiteti fərqlənmə diplomu ilə bitirmişdir. == Əmək fəaliyyəti == Firudin Köçərli 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin Fəlsəfə kafedrasının dosenti vəzifəsini icra etmişdir. O, 1958–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər Fəlsəfə və Hüquq İnstitutunun direktoru vəzifəsində fəaliyyət göstərmişdir. Akademik ömrünün sonunadək bu institutda fəaliyyət göstərmişdir.
Firudin Mehdiyev
Firudin Mehdi oğlu Mehdiyev ( ) — müğənni, dramatik tenor, aktyor, Azərbaycan SSR əməkdar artisti (1978). == Həyatı == Firudin Mehdiyev ADOBT-də 1957-ci ildən işləyib. == Əsas rolları == Leylinin atası ("Leyli və Məcnun"), Həmzə bəy ("Koroğlu"), Babakişi ("Sevil"), Xan ("Gəlin qayası", Şəfiqə Axundova), Əziz ("Söyüdlər ağlamaz"), Rəşid bəy ("Xanəndənin taleyi", Cahangir Cahangirov), Van Qoqun qardaşı ("Van Qoq", Nevit kodallı), Spalanitsani ("Hofmanın nağılları", Jak Offenbax), Radames ("Aida"), kanio ("Məzhəkəçilər"), Birinci əsir ("İnsanın taleyi").
Firudin Mustafayev
Firudin Bəylər oğlu Mustafayev (5 oktyabr 1950, Kürçülü, Noraşen rayonu) — Azərbaycan Respublikasının Əməkdar mühəndisi, ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Baş direktorunun müşaviri, kimya elmləri namizədi. == Həyatı == Firudin Mustafayev 1950-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kürçülü kəndində anadan olmuşdur 1966–1970-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft — Kimya institutunun kimya-texnologiya fakültəsində ali təhsil almış, 1977–1981-ci illərdə D. İ. Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunda (indiki D. İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universiteti) aspirantura bitirmiş və kimya elmləri namizədi adını almışdır. 1989–90-cı illərdə Serqo Orconikidze adına Moskva İdarəçilik Akademiyasında təhsilini davam etdirmiş və xarici iqtisadi əlaqələr üzrə iqtisadçı ixtisasına yiyələnmişdir. Təhsil aldığı müddətdə 5 elmi məqalənin və 2 ixtiranın müəllifi olmuşdur. 1970–1971-ci illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan, rus, ingilis və alman dillərini bilir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1971-ci ildə Sumqayıt şəhəri kimya kombinatının benzol sexində növbə rəisi kimi başlamışdır. 1973–1974-cü illərdə Azərbaycan Neft — Kimya institutununda mühəndis kimi çalışmış, daha sonra (1974–1975) Elmlər Akademiyasının Neft — Kimya prosesləri institutunun Sumqayıt şəhəri filialında böyük mühəndis kimi işləmişdir. 1975–1977-ci illərdə Sumqayıt "Kimyasənaye" İB-nin "Üzvi sintez" İB-nin (zavodunun) müxtəlif sexlərində növbə rəisi kimi çalışmışdır. 1981-ci ildə Azərbaycana geri döndükdən sonra Sumqayıt "Kimyasənaye" İB-nin (zavodunun) mərkəzi laboratoriyasının rəis müavini təyin olunmuşdur.
Firudin Məhərrəmov
Firudin Məhərrəmov (tam adı: Məhərrəmov Firudin Əliməmməd oğlu; 10 may 1959, Lerik rayonu) — teatr rejissoru, ssenarist, Azərbaycanın xalq artisti (2018). == Həyatı == Firudin Məhərrəmov 1959-cu il mayın 10-da Lerik rayonunda anadan olmuşdur. 1966-cı ildə Sumqayıt 8 illik məktəbdə təhsil almağa başlayəb. 1970-ci ildə Sumqayıt şəhərində xalq teatrı dərnəyində aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. 1978-ci ildə Macarıstanda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra iki il kimya şirkətində çalışmışdır. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda professor, Xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi rejissorluq fakültəsinə qəbul olunmuş eyni zamanda professor Xalq artisti Azərpaşa Neymətdən dərs almışdır. 1987-ci ildə oranı ümidverici bir rejissor kimi bitirmişdir. Tələbəlik illərində "Bir məhəbbətin tarixçəsi" (Rey Bredberi), "Kamança"(Cəlil Məmmədquluzadə), "Şirə bənzər"(R. İbrahimbəyov) və "Elektra" (Sofokl) kimi əsərlərə Tədris teatrında quruluş verən F. Məhərəmovun rejissor traktovkaları sənətşünaslar tərəfindən layiqincə qiymətləndirilmişdir. 1986-cı ildə tələbə kimi quruluş verdiyi M. F. Axundzadənin "Misyo Jordan və Dərviş Məstəlişah" tamaşası Azərbaycan televiziyasında lentə alınaraq nümayiş olunmuşdur.
Aşıq Firudin
Firudin Abid oğlu İsgəndərov – Azərbaycanlı aşıq. == Həyatı == İsgəndərov Firudin Abid oğlu 22 yanvar 1967-ci ildə Göyçə mahalının Basarkеçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Hələ uşaqlaqdan ana babası Hidayətdən, atası Abiddən və qardaşı Aşıq Nuriddindən saz havalarını çalmağı və ifaçılığı mükəmməl öyrənmişdir. 1984-cü ildə Daşkənd kənd orta məktəbini bitirmişdir. 1985-ci ildən 1987-ci ilə qədər Saxalin və Kuril adalarında əsgəri xidmətdə olmuşdur. 1987-ci ildə Bakı Sənayе Tеxnikumuna qəbul olmuş və 1990-cı ildə tеxnikumu bitirmişdir. 1988-ci ildə məlum hadisələrlə əlaqədar doğma yurdu tərk еdən aşıq Bakı şəhərində məskunlaşmışdır. 1991-1995-ci illərdə «Aşıq Ələsgər» adına mədəniyyət еvində saz-solo ifaçılıq sənətini gənclərə öyrətmişdir. Aşıq Firudin İsgəndərov saz havalarından 60-a qədərini bilir, çalır və oxuyur. O, hal-hazırda Bakı şəhərində yaşayır və aşıqlıq sənətini də davam еtdirir, еl şənliklərində müntəzəm çıxışlar еdir.
Firudin Nəbiyev
Firudin Nəbiyev (4 avqust 1960, Ermənistan SSR – 3 avqust 2020, Türkiyə) — Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri. == Həyatı == Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olmuşdur. 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. 24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2003-cü il tarixli, 1286 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli, 1613 nömrəli Sərəncamı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir. 16 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2627 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini –Sərhəd Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli, 2050 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2012-ci il tarixli 2078 saylı Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Firudin Qurbanov
Qurbanov Firudin İsa oğlu (tam adı: Qurbanov Firudin İsa oğlu; 29 avqust 1952, Ağsu rayonu) — Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini (2014-cü ildən), Bakı Dövlət Universitetinin rektor əvəzi (2018–2019). == Həyat == Firudin Qurbanov 29 avqust 1952-ci ildə Azərbaycan SSR-in Ağsu rayonunda anadan olub. Bakı şəhərində orta məktəbi bitirəndən sonra, 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyat və planlaşdırma" fakültəsinə qəbul olunmuş və buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1974–1975-ci illərdə orduda xidmət edib. Evlidir, 2 övladı var. == Əmək fəaliyyəti == 1975–1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnsitututunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982–1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib. 1989–1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib. 1994–2007-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində (Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi) Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib. 2007–2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib.
Firudin Qurbansoy
Firudin Qurbansoy (tam adı: Firudin Əliağa oğlu Qurbanov; 1954, Bakı) — yazıçı, ssenarist. == Həyatı == Firudin Əliağa oğlu Qurbanov Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb (1977). 100-dən artıq elmi məqalənin müəllifi, beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır. Qədim Babil, Fars və Elam ölü dillərini müstəqil öyrənərək bu dillərdəki tarixi sənədləri orijinaldan dilimizə tərcümə edib. Bədii yaradıcılıqla da məşğul olur. Pyesləri "Canım Qırat, gözüm Qırat" Abdulla Şaiq adına Kukla Teatrında, "Xəta" Naxçıvan Dövlət Dram Teatrında, "Cənnətin astanasında", "Oxu tar" Muğam Teatrında, "Dədə Qorqud sorağında", "Haray" digər teatrlarda səhnələşdirilib. Mikayıl Müşfiq və Cəfər Cabbarlı mükafatları laureatıdır. Azərbaycan Milli Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışır. Filologiya üzrə fəlsəfə doktoru (1990), dosentdir.
Firudin Rəsulov
Firudin Yusif oğlu Rəsulov — jurnalist. == Həyatı == 1938-ci il martın 25-də Qərbi Azərbaycanda anadan olub. 1959-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olub. Jurnalistika sahəsindəki əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan KP MK-nın Nazirlər Sovetinin nəşri kimi işıq üzü görən "Abşeron" qəzetində korrektor vəzifəsində başlayıb. Həmin qəzetdə şöbə müdiri və məsul katib vəzifələrini tutub. 1969-cu ildə o zamanın nüfuzlu "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə dəvət edilib. Burada məsul katibin müavini, ədəbi işçi, müxbir, şöbə müdiri, müxtəlif bölgələr üzrə xüsusi müxbir kimi fəaliyyət göstərib. 1992-ci ildə "Həyat" qəzetinin şöbə müdiri, 2 il sonra isə nəşrin baş redaktoru olub. Hazırda pensiyada olan F.Rəsulov 2002-ci ildən başlayaraq on il müddətində "Azərsu" ASC-də işləyib. Jurnalist 1988-ci ilin noyabrında "Kommunist" qəzetində gedən "Topxananın harayı" adlı yazısı, eləcə də Azərbaycan həqiqətlərinin çatdırılması sahəsindəki digər yaradılıcıq nümunələri ilə ölkəmizin müstəqilliyinə qovuşmasında müstəsna xidmətlər göstərmiş qələm sahiblərindən sayılır.
Firudin Səfərov
Firudin Səttar oğlu Səfərov (1 avqust 1933, Bakı – 26 iyul 2024) — Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyatı == Səfərov Firudin Səttar oğlu (01.08.1933) 1 avqust 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasında zərb alətləri üzrə təhsil almış, 1953-cü ildən 1964-cü ilədək dahi dirijor maestro Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində çalışmışdır. 1968-ci ildə N. A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının musiqili teatr rejissorluğu fakültəsini bitirmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayan istedadlı sənətçi az bir zaman ərzində yüksək yaradıcılıq imkanlarına, dərin səhnə duyumuna malik olduğunu göstərə bilmişdir. O, bir çox opera tamaşalarına quruluş vermiş, teatr aləmində bacarıqlı rejissor kimi nüfuz qazanmışdır. Respublikamızda keçirilən 40-a yaxın dövlət səviyyəli tədbirin hazırlanması Firudin Səfərova həvalə olunmuşdur. Sovetlər İttifaqı zamanında maraqlı işləri ilə ölkədə tanınan rejissor 1977-ci ildə A. Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrına dəvət edilmişdir. F. Səfərov bu günə qədər teatrın baş rejissoru vəzifəsində uğurla çalışır. Bu illər ərzində o, 60-a yaxın opera tamaşalarına, o cümlədən P. İ. Çaykovskinin "Qaratoxmaq qadın", "İolanta", Q. Donisettinin "Sevgi şərbəti", C. Verdinin "Traviata", "Riqoletto", "Trubadur", C. Rossininin "Sevilya bərbəri", S. Prokofyevin "Odlu mələk" və başqa tamaşalara maraqlı səhnə həlli vermişdir.
Firudin Səməndərov
Firudin Səməndərov (tam adı: Firudin Yusif oğlu Səməndərov; 12 yanvar 1939, Molday, Saatlı rayonu – 24 oktyabr 2019, Bakı) — azərbaycanlı hüquqşünas, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı (1985–1989), Bakı Dövlət Universitetinin rektoru (1992–1993). == Həyatı == Firudin Səməndərov 1939-cu il aprelin 12-də Saatlı rayonunda Molday kəndində əkinçi ailəsində anadan olmuşdur. 1948–1958-ci illərdə S. Vurğun adına Saatlı qəsəbə orta məktəbində oxumuş, oranı medalla bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, Lenin təqaüdü ilə oxumuşdur. 1966-cı ildə təhsilini başa vurduqdan sonra həmin universitetin Cinayət hüququ kafedrasında aspirant saxlanılmışdır. 1970-ci ildə "Qətl cinayətlərini doğuran halların və davranış motivinin cəza təyininə təsiri" mövzusunda namizədlik dissertasiyasını, 1995-ci ildə isə "Cinayət hüquqi şüur və cinayət hüquq yaradıcılığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Görkəmli hüquqşünas 1988–1992-ci illərdə Azərbaycan Respublikasının müstəqilliyi uğrunda gedən milli istiqlal hərəkatında fəal iştirak edib. 1990–1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətində təmsil olunub. 21 aprel 2014-cü ildə Bakı Dövlət Universitetində Firudin Səməndərovun anadan olmasının 75, əmək fəaliyyətinin 45 illiyinin tamam olması münasibətilə tədbir keçirilib. Hüquqşünas-alim 2019-cu il oktyabrın 24-də Bakı şəhərində 80 yaşında dünyasını dəyişib.
Firudin İbrahimi
Firudin Qəni oğlu İbrahimi (21 noyabr 1919, Astara, Gilan ostanı – 1947, Təbriz) — dövlət xadimi, natiq və publisist, Azərbaycan Demokrat Firqəsi (3 sentyabr 1945) Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi (İran), 1945 - 1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru. == Həyatı == Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olan İbrahimi Firudin Qəni oğlu 1918-ci ildə noyabr ayının 21-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuşdur. O, 1943-cü ildən İran Xalq Partiyasının üzvü olub. 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulmuşdur. Təbriz şəhərində nəşr olunan İran Xalq Partiyasının orqanı olan "Xavəri nov" ("Təzə xəbər") qəzetinin redaktoru olmuşdur. 1945-ci ilin oktyabr ayında Azərbaycan Demokratik Firqəsinin qurultayında Firudin İbrahimi Milli Məclisə nümayəndə seçilmişdir. O, 1945-ci ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin olunmuşdur. Firudin İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında iştirak etmişdir. O, əksinqibalçı qüvvələrə qarşı mübarizə aparan "Babək" adlı könüllü dəstələrin təşkilatçılarından biri idi.
Firudin Şamoyev
Firuddin Şamoyev (7 fevral 1962, Qazax – 13 aprel 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Firudin Şamoyev 7 fevral 1962-ci ildə Qazax şəhərində, kürd mənşəli ailədə anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra Təmir Tikinti İdarəsində çilingər işləməyə başlamışdır. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı. == Döyüşlərdə iştirakı == "N" saylı hərbi hissəyə hərbi hissədə minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunan Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, ermənilərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu.
Firudin Şuşinski
Firudin Şuşinski (doğum adı: Firidun Məhəmməd oğlu Həsənov; 20 oktyabr 1925, Şuşa, DQMV – 25 oktyabr 1997, Bakı) — Azərbaycan və sovet musiqişünası və tədqiqatçı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). 400-dən çox məqalə və oçerk müəllifidir.. Alim əlli illik bir tədqiqat dövrü ərzində kitablarını, məqalələrini Həsənov, Şuşinski, Şuşalı təxəllüsü ilə imzalamışdır. == Həyatı == Firudin Mahmud oğlu Həsənov 20 oktyabr 1925-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Şuşinskinin atası Firudin bəy Köçərlinin dostu idi və oğluna onun adını qoymuşdu. F. Şuşinski ilk təhsilini Şuşada almışdır. 1931-ci ildə Şuşinski Şuşa musiqi məktəbində skripka dərsləri almağa başlamışdır. Şuşa pedaqoji məktəbini bitirdikdən sonra dörd ay boyunca dərs dediyi Malıbəyli kəndindəki məktəbə müəllim göndərilmişdir. 1942-ci ildə könüllü olaraq İkinci Dünya müharibəsinə yollanmışdır. General Pavel Batovun komandanlığı altında Kursk döyüşündə iştirak etmişdir.
Firudin Əliyev
Firudin Əli oğlu Əliyev (2 fevral 1936, Yanıqlı, Tovuz rayonu – 11 sentyabr 1983, Moskva) — Azərbaycan neft mühəndisi, dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9–10-cu çağırış deputatı. == Həyatı == Firudin Əli oğlu Əliyev 1936-cı il fevralın 2-də Tovuz rayonunun Yanıqlı kəndində doğulmuşdur. 1953-cü ildə Tovuz şəhər orta məktəbini bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1958-ci ildə institutu bitirdikdən sonra neft sənayesi sahəsində operator, quyuların yeraltı təmiri ustası, "Əzizbəyovneft" mədən idarəsinin şöbə rəisi, "Azneft" Birliyi Neftçıxarma İdarəsinin böyük mühəndisi vəzifələrində çalışmışdır. 1966-cı ildə Firudin Əliyev "Azərneftsənayemaş" Birliyi xüsusi konstruktor bürosunun baş mühəndisi təyin edilmiş, 1972–1975-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunun direktoru vəzifəsində işləmişdir. 1975-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kimya və neft sənayesi şöbəsinin müdiri təsdiq edilmişdir. 1983-cü ilin fevral ayında Azərbaycan KP MK bürosunun üzvü və MK katibi seçilmişdir. Firudin Əliyev 1961-ci ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmişdir. 9-cu və 10-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və Azərbaycan SSR Ali Soveti sənaye komissiyasının üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyasının 29 və 30-cu qurultaylarında Firudin Əliyev Azərbaycan KP MK tərkibinə seçilmişdir. O, "Qırmızı əmək bayrağı" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.
Firudin Ağayev (neftçi)
Firudin Qulu oğlu Ağayev (19 fevral 1898, Aldərə, Zəngəzur qəzası – 19 fevral 1958, Bakı) — Sosialist Əməyi Qəhrəmanı (1943). İlk dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı dəmiryolçu. == Həyatı == Firudin (rusdilli sənədlərdə adı əsasən Fridun (Фридун) yazılırdı) 1898-ci il fevralın 19-da Zəngəzur qəzasının Aldərə kəndində sadə kəndli ailəsində anadan olmuşdur. Atası vəfat edəndən sonra heç bir təhsili olmayan Firudin Bakıya üz tutur. Öz xatirələrindən məlumdur ki, burada o, neft çənləri düzəldilən zavodda fəhlə, sonra isə çilingər şagirdi kimi çalışmışdır . Bir müddət sonra Bakı deposuna işə düzələn gənc, öz dili ilə desək, " parovozlara vurulmuş" və təhsilsiz olmasına baxmayaraq, onların quruluşunu öyrənməyə başlamışdır . Gəncin texnikaya olan marağı nəticəsində onun maşinist köməkçisi təyin edirlər. Özü üzərində çalışan Firudin 22 yaşında yazıb oxumağı öyrənmiş, daha sonra isə qəliz texniki ədəbiyyatla tanış olmağa başlamışdır. Dövrün reallıqlarını dərk edən gənc 1924-cü ildə Azərbaycan Kommunist Partiyasına üzv olmuş, sonra isə Tiflisdə parovoz maşinistləri kurslarını əla qiymətlərlə bitirmişdir. Firudin Qulu oğlu Ağayev 1958-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Firudin Ağayev (yazıçı)
Ağayev Firudin Balakişı oğlu (22 noyabr 1933, Lənkəran – 16 oktyabr 1995) — nasir, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1962). == Həyatı == Firudin Ağayev 1933-cü il noyabrın 22-də Lənkəran şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1953–1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radıo Verilişləri Komitəsində redaktor kimi başlamış (1958), sonra radio uşaq verilişləri redaksiyasında baş redaktor (1960–1963), televiziya uşaq verilişləri redaksiyasında baş redaktorun müavini (1963–1966), bədii verilişlər redaksiyasında baş redaktorun müavini (1966–1968), uşaq və gənclər verilişləri redaksiyasında baş redaktor (1968), səhnə verilişləri redaksiyasının redaktoru (1968–1969), "İncəsənət" redaksiyasının baş redaktoru (1969–1970), "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü (1970–1971), baş redaktoru (1971–1973), musiqili verilişlər baş redaksiyasının redaktoru (1973–1976), əyləncəli proqram redaksiyasının böyük redaktoru (1976), "Gənclik" redaksiya proqramını hazırlayan qrupun redaktoru (1976–1978) olmuşdur. Ədəbiyyat verilişləri redaksiyasında şöbə müdiri (1978–1991), kinoverilişləri baş redaksiyasının böyük redaktoru (1991–1995) vəzifələrində çalışmışdır. Ədəbi yaradıcılığa 1953-cü ildə universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetində çıxan oçerk və hekayələri ilə başlamışdır. Onun "Ananın məktubu" hekayəsi 1956-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir. Bundan sonra oçerk, hekayə, roman, pyes və ssenari sahəsində fəaliyyət göstərmişdir. Onun "Skripkanın qayıtması", "Həyat, söylə sən kiminsən?", "Leyla və onun dostları" ssenarilərınə telefılm çəkilmiş, "Qayğı", "Səməndər quşu", "Cırtdanın sərgüzəştləri", "Xoruz" pyesləri səhnəyə qoyulmuşdur. Medalla təltif olunmuşdur (1970).
Firudin Bəy Daryalı
Firudin bəy Daryal və ya Fərman bəy Alıyev (1900, Təzəkənd, Laçın rayonu – 1985, Türkiyə və ya İstanbul) — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Qarabağ və Zəngəzur döyüşlərində, Gəncə və Qarabağ üsyanlarında, iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 45 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Fərman bəy Alıyev 1900-cü ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olub. Kazanda hərbi məktəbdə təhsil alıb. == Döyüş yolu == === Azərbaycan Cümhuriyyətində === ==== Qarabağ döyüşləri ==== 1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad olunduqdan sonra 1918-ci il sentyabrın 23-də Qarabağ hərəkatı başlayıb. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və I Azərbaycan diviziyası daxil idi. Fərman bəy bu döyüşlərə süvari alayının tərkibində qatılıb. Qafqaz İslam Ordusu oktyabr ayının 4-də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçmiş, 8 oktyabr 1918-ci ildə Şuşa şəhəri bütünlüklə erməni–daşnak qüvvələrindən təmizlənmişdir.
Firudin Hüseynov (II)
Firudin Həmzə oğlu Hüseynov (17 iyul 1918, Yelizavetpol – 1984, Bakı) — AMEA-nın müxbir üzvü (1980), professor (1966), texnika üzrə elmlər doktoru (1965). == Həyatı == Firudin Hüseynov 1918-ci il iyulun 17-də Gəncə şəhərində anadan olmuşdur. 1936-cı ildə Bakı Energetika Texnikumunu və 1942-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bitirmişdir. == Elmi fəaliyyəti == Firudin Hüseynov 1950-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1965-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1966-cı ildə porofessor elmi adını almış, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Firudin Hüseynov 6 monoqrafiya və 300-dən artıq elmi əsərin müəllfidir. Onun rəhbər­liyi altın­da 40 nəfər fəlsəfə və elmlər doktorluğu dissertasiyası müdafiə edilmişdir. == Əmək fəaliyyəti == Firudin Hüseynov 1947-ci ildən ASİ-də assistent, dosent, professor, 1957-ci ildən Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutunda elektrik sistemləri laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Firudin Hüseynov ilk dəfə müasir mürəkkəb sistemlərin ekvivalentləşdirilməsi metodunun əsasını işləyib, Azərbaycanın energetika sahəsində müxtəlif elmi araşdırmalar aparıb. == Vəfatı == Firudin Hüseynov 1984-cü ildə Bakıda vəfat etmişdir. == Təltifləri == Firudin Hüseynov "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur.
Firudin Hüseynov (dilçi)
Firudin Hüseyn oğlu Hüseynov (10 noyabr 1937, Novoivanovka, Gədəbəy rayonu – 28 noyabr 2004, Bakı) — rus dilçiliyi üzrə tanınmış alim, filologiya üzrə elmlər doktoru (1979), professor (1983), Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kafedra müdiri, prorektor, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda rektor vəzifələrində işləmişdir. Azərbaycan elmi və təhsilinin inkişafında böyük rolu vardır. O, Azərbaycanda, SSRİ məkanında tanınmış dilçi alimlərdən biri olmuşdur. Rus dilçiliyi üzrə tanınmış məşhur alimlər - akademik B.L.İmnadze, akademik - N.M. Şanski, pofessorlar -V.P.Jukov,V.M.Makiyenko və başqa dilçilər Firudin Hüseynovun əsərlərinə böyük qiymət vermişlər. == Həyatı və fəaliyyəti == 10 noyabr 1937 – ci ildə Azərbaycan SSR Gədəbəy rayonu Novoivanovka kəndində anadan olmuşdur. 28 noyabr 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir. 1955-ci ildə Novoivanovka orta kənd məktəbini əla qiymətlərlə başa vurmuşdur. 1960-cı ildə M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, institutda "Stalin" adına təqaüd almışdır. 1960-cı il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildə Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa vurmuşdur.
Firudin Hüseynov (energetik)
Firudin Həmzə oğlu Hüseynov (17 iyul 1918, Yelizavetpol – 1984, Bakı) — AMEA-nın müxbir üzvü (1980), professor (1966), texnika üzrə elmlər doktoru (1965). == Həyatı == Firudin Hüseynov 1918-ci il iyulun 17-də Gəncə şəhərində anadan olmuşdur. 1936-cı ildə Bakı Energetika Texnikumunu və 1942-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bitirmişdir. == Elmi fəaliyyəti == Firudin Hüseynov 1950-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1965-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1966-cı ildə porofessor elmi adını almış, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Firudin Hüseynov 6 monoqrafiya və 300-dən artıq elmi əsərin müəllfidir. Onun rəhbər­liyi altın­da 40 nəfər fəlsəfə və elmlər doktorluğu dissertasiyası müdafiə edilmişdir. == Əmək fəaliyyəti == Firudin Hüseynov 1947-ci ildən ASİ-də assistent, dosent, professor, 1957-ci ildən Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutunda elektrik sistemləri laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Firudin Hüseynov ilk dəfə müasir mürəkkəb sistemlərin ekvivalentləşdirilməsi metodunun əsasını işləyib, Azərbaycanın energetika sahəsində müxtəlif elmi araşdırmalar aparıb. == Vəfatı == Firudin Hüseynov 1984-cü ildə Bakıda vəfat etmişdir. == Təltifləri == Firudin Hüseynov "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur.
Firudin Hüseynov (professor)
Firudin Həmzə oğlu Hüseynov (17 iyul 1918, Yelizavetpol – 1984, Bakı) — AMEA-nın müxbir üzvü (1980), professor (1966), texnika üzrə elmlər doktoru (1965). == Həyatı == Firudin Hüseynov 1918-ci il iyulun 17-də Gəncə şəhərində anadan olmuşdur. 1936-cı ildə Bakı Energetika Texnikumunu və 1942-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bitirmişdir. == Elmi fəaliyyəti == Firudin Hüseynov 1950-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1965-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1966-cı ildə porofessor elmi adını almış, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Firudin Hüseynov 6 monoqrafiya və 300-dən artıq elmi əsərin müəllfidir. Onun rəhbər­liyi altın­da 40 nəfər fəlsəfə və elmlər doktorluğu dissertasiyası müdafiə edilmişdir. == Əmək fəaliyyəti == Firudin Hüseynov 1947-ci ildən ASİ-də assistent, dosent, professor, 1957-ci ildən Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutunda elektrik sistemləri laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Firudin Hüseynov ilk dəfə müasir mürəkkəb sistemlərin ekvivalentləşdirilməsi metodunun əsasını işləyib, Azərbaycanın energetika sahəsində müxtəlif elmi araşdırmalar aparıb. == Vəfatı == Firudin Hüseynov 1984-cü ildə Bakıda vəfat etmişdir. == Təltifləri == Firudin Hüseynov "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur.
Firudin Həsənov (şəhid)
Firudin Mehdiyev (aktyor)
Firudin Mehdi oğlu Mehdiyev ( ) — müğənni, dramatik tenor, aktyor, Azərbaycan SSR əməkdar artisti (1978). == Həyatı == Firudin Mehdiyev ADOBT-də 1957-ci ildən işləyib. == Əsas rolları == Leylinin atası ("Leyli və Məcnun"), Həmzə bəy ("Koroğlu"), Babakişi ("Sevil"), Xan ("Gəlin qayası", Şəfiqə Axundova), Əziz ("Söyüdlər ağlamaz"), Rəşid bəy ("Xanəndənin taleyi", Cahangir Cahangirov), Van Qoqun qardaşı ("Van Qoq", Nevit kodallı), Spalanitsani ("Hofmanın nağılları", Jak Offenbax), Radames ("Aida"), kanio ("Məzhəkəçilər"), Birinci əsir ("İnsanın taleyi").
Firudin Mehdiyev (şəhid)
Firudin Mirzə Qacar
Firudin Mirzə Qacar (fars. فریدون میرزا قاجار‎, 22 yanvar 1922, Gülüstan sarayı – 24 sentyabr 1975, Cenevrə) — İran şahzadəsi. Qacar Dövlətinin sonuncu şahı Sultan Əhməd şahın oğludur. == Həyatı == Firudin Mirzə Qacar 22 yanvar 1922-ci ildə Tehranda Gülüstan Sarayında anadan olmuşdur. 1923-cü ildə atası və ailə üzvləri ilə birlikdə Avropaya sürgünə göndərilmişdir. Cenevrə Universitetini bitirmişdir. Atası 27 fevral 1930-cu ildə vəfat etdikdən sonra Qacar Şah Ailəsinin başçısı olmuşdur. 24 sentyabr 1975-ci ildə İsveçrənin Cenevrə şəhərində motosikl qəzası nəticəsində vəfat etmişdir. == Ailəsi == Firudin Mirzə Qacar Milliyyətcə bolqar olan Maqdalina İvanova-Gevranova ilə ailə həyatı qurmuşdur. Bu səbəbdən izdivacdan dünyaya gələn heç bir uşaq şah sülaləsinə rəhbərlik etmir.

Digər lüğətlərdə