FRÁKSİYA₁

[ fr. fractio – hissə]
1. Parlamentdə, siyasi partiyada, ictimai təşkilatda və s.-də hər hansı partiya üzvlərindən ibarət mütəşəkkil qrup. [Ceyran:] Rəyasət heyəti üzvüyəm.
Fraksiya iclasına gedirəm. S.Hüseyn.

2. Siyasi partiyada: partiyanın ümumi xətti ilə razılaşmayan, ondan fərqli və zidd xətt irəli sürən, partiya sıralarında qalmaqla onunla mübarizə edən dəstə, ayrıca qrup.
FRAKLI
FRÁKSİYA₂
OBASTAN VİKİ
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Bitərəflər fraksiyası
Bitərəflər fraksiyası — — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri. == Üzvləri == 1919-cu ilin oktyabr ayınadək 12 nəfər parlament üzvü fraksiyaya daxil idi: 1919-cu ilin oktyabr ayından sonra 4 nəfər parlament üzvü fraksiyaya daxil idi: == Parçalanma == 1919 ilin oktyabrında fraksiyada parçalanma baş verdi. 8 nəfərdən ibarət böyük əksəriyyət — Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəlil bəy Sultanov, Yusif Əhmədzadə, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev və Ağa Aşurov Müsavat fraksiyası ilə birləşərək Parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaratdılar. Müsavatla birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarını özlərində saxladılar. "Bitərəflər" fraksiyasından ayrılmış 4 nəfər — Əhməd bəy Ağaoğlu, Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Əbdüləli bəy Əmircanov isə müstəqil olaraq yenidən bitərəflər qrupunu yaratdılar. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Erməni fraksiyası (AXC)
Erməni fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri; Azərbaycan Xalq Cümhuriyyətinin ümumbəşəri demokratiya ənənələrinə hörmət və sədaqətinin bariz nümunəsi. == Tarixi == Azərbaycan Milli Şurasının 1918 il noyabrın 19-da, Cümhuriyyət Parlamentinin formalaşdırılması ərəfəsində Bakıda keçirilmiş iclasında qeyd edilirdi ki, ölkədə yaradılacaq qanunvericilik və idarəçilik hakimiyyəti orqanlarında Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının noyabrın 19-da qəbul etdiyi Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanunda Azərbaycan ərazisində yaşayan millətlərin onların sayına müvafiq surətdə Parlamentdə təmsilçiliyi təsbit olunurdu. Həmin qanuna əsasən, Azərbaycan Parlamentində 21 erməni nümayəndəsi təmsil olunmalı idi.Bu nümayəndələrin 16 nəfəri Gəncə və Şuşadan, yəni Gəncə 8 nümayəndə, Şuşa 8 nümayəndə kimi olmalı və 5 nümayəndə də Bakıdan olmalı idi. Azərbaycan Milli Şurasının Parlamentin çağırılması ilə bağlı Bütün Azərbaycan əhalisinə! müraciətində deyilirdi: Lakin Azərbaycan Milli Şurasının səylərinə baxmayaraq, Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları nəinki Parlamentə öz nümayəndələrini göndərmədilər, əksinə, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasına cidd-cəhdlə mane oldular. Onlar 1918 il dekabrın 7-də açı-lan Azərbaycan Parlamentinin ilk iclasında iştirakdan imtina etdilər. Ermənilər Azərbaycan Parlamentini boykot etmək taktikasını iki aydan artıq davam etdirərək, yalnız 1919 ilin fevralından Parlamentin iclaslarına qatıldılar. Özü də ermənilər Azərbaycan Parlamentində iki fraksiya — 5 nəfərdən ibarət erməni fraksiyası və 6 nəfərdən ibarət "Daşnaksütyun" fraksiyası ilə təmsil olunmuşdular. Bu fraksiyaların Parlamentdəki sonrakı fəaliyyətləri göstərdi ki, erməniləein Azərbaycan Parlamentində iştirakı Azərbaycan dövlətçiliyinin formalaşmasına, ümumən, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər vəchlə mane olmaq, özlərinin millətçi — separatçı "Böyük Ermənistan" yaratmaq xülyasının təbliği üçün yeni bir tribuna əldə etmək məqsədi güdmüşdür.
Hümmət fraksiyası
Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı. Təşkilat bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Hümmət Partiyasının sədri əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı. Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar. Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı.
Milli Azlıqlar Fraksiyası
Milli Azlıqlar fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) müvafiq olaraq, Azərbaycanda sayca azlıq təşkil edən gürcü, yəhudi, alman və polyakların hərəsindən Azərbaycan Parlamentinə bir nəfər nümayəndə göndərilməsi qərara alındı. Həmin qanuna əsasən, Parlamentdə təmsil olunan bu millətlərin nümayəndələri parlament nizamnaməsinin fraksiyalar yaratmaq barədə tələblərinə uyğun olaraq, birləşib Milli azlıqlar fraksiyasını təşkil etdilər. 1919-cu ilin axırlarına yaxın fraksiyaya alman - Lorens Kun, yəhudi — Moisey Quxman, polyak — Stanislav Vonsoviç, həmçinin ukraynalı — Vasil Kujim daxil idi. Gürcü Vladimir Bakradze sosial-demokrat kimi sosialistlər fraksiyasına daxil olmuşdu. Fraksiyanın parlament iclaslarında daha çox fəallıq göstərən üzvlərdən olan Stanislav Vonsoviç Azərbaycanın taleyüklü məsələlərinin müzakirəsində həmişə yaxından iştirakı ilə seçilirdi. Fraksiyanın 7 üzvü olmuşdur: Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafık hesabatlar), c.1–2, B., 1998; Адрес-календарь :. Азербаиджанскаой Республики (1918–1920).
Müsavat və Bitərəflər fraksiyası
Müsavat və bitərəflər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində ən çox millət vəkilinə sahib olan fraksiya. 1919-cu ilin oktyabrında Bitərəflər fraksiyasında parçalanma baş verdi. Səkkiz nəfərdən ibarət böyük əksəriyyət (Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəmil bəy Sultanov, Yusif Əhmədov, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev, Ağa Aşurov) Müsavat fraksiyası ilə birləşərək parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaratdılar. Müsavat fraksiyası ilə birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarını özlərində saxladılar. Fraksiyaya 40 parlament üzvü daxil idi: Azərbaycan Cümhuriyyəti Parlamenti (1918–1920).
Müsavat və Bitərəflər fraksiyasının üzvləri

Müstəqillər fraksiyası (AXC)
Müstəqillər fraksiyasının üzvləri
Qırmızı Ordu Fraksiyası
Qırmızı Ordu Fraksiyası (ing. Red Army Faction, ilkin mərhələlərdə Baader-Meinhof Group) — Qərbi Almaniyanın ən məşhur sol yönümlü militant qrupu. 1970-ci ildə Andreas Baader, Gudrun Enslin, Horst Mahler, Yan-Karl Raspe, İmgrad Möller və başqaları tərəfindən formalaşdırılmışdır. Onların aralarında Ulrike Meinhof da var idi. Qırmızı Ordu Fraksiyası Avropada bu formatda yaranmış ilk birlik idi. 60-ci ilər tələbə hərəkatlarından və üsyanlarından sonra tam formalaşmış ardıcıl təşkilata çevrildi. Pasifist xarakterli hadisələr 1968-ci ilin mayında Parisdə başlasa da, solun – şəhər gerillası modelində triumfu QOF(RAF) oldu.
Slavyan-rus Cəmiyyəti fraksiyası
Slavyan-rus İttifaqı fraksiyası
Sosialistlər fraksiyası (AXC)
Sosialistlər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fraksiyalarından biri. Əhməd bəy Pepinov və Səməd ağa Ağamalıoğlu maliyyə-büdcə komissiyasında, Bağır Rzayev təsərrüfat komissiyasında, Əhməd bəy Pepinov, Bağır Rzayev, Qasım bəy Camalbəyov, Rza bəy Qaraşarov Məclisi-Məbusan çağırılması üzrə Mərkəzi Komissiyada, İbrahim Əbilov və Hacı Kərim Sanılı redaksiya, aqrar, həmçinin sorğu komissiyalarında fəaliyyət göstərirdilər. Səməd ağa Ağamalıoğlu aqrar komissiyanın sədri idi. Sosialistlər fraksiyasının bəyannaməsində yeni hökumətin koalision olması və demokratik prinsiplərə əsaslanması tələbi qoyulurdu. Bəyarmamədə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin qorunması və demokratiyanın təsdiqi hökumətin başlıca vəzifəsi kimi müəyyənləşdirilirdi. Fəhlə məsələsinin həlli üçün 8 saatlıq iş gününün tətbiqi, inqilab dövründə fəhlələrlə bağlanmış müqavilələrin qüvvədə qalması, fəhlə təşkilatlarına dövlət tərəfindən maddi yardım göstərilməsi kimi tədbirlərin görülməsi təklif olunurdu. Aqrar məsələ ilə bağlı torpaq komitələri yaradılması nəzərdə tutulurdu. Bəyannamədə "qadınların haqq və səlahiyyəti kişilərlə bərabər olmaqdır", — fikri xüsusi vurğulanırdı. Xarici siyasət sahəsində qonşu dövlətlərlə, Avropa ilə ən geniş əlaqələr qurulmasının vacibliyi qeyd edilirdi. Sosialistlər fraksiyası Müsəlman Sosialist Bloku və Hümmət Partiyası çərçivəsində fəaliyyət göstərən azərbaycanlı sosial demokratları, eser (Xalqçı Partiyası) və menşevikləri (Hümmət Partiyası) birləşdirərək, parlamentin sol cinahını təşkil edirdi.
Türk Bölgələr Fraksiyası
Türk Bölgələr Fraksiyası İslam Şurası Məclisində 2016-cı ilin oktyabr ayının sonunda 100 Azərbaycanlı və başqa türkdilli deputatların imzası ilə qurulmüş və rəsmiləşmiş fraksiya. Səsvermə ilə Məsud Pezeşkiyan (Təbriz, Azərşəhr və Üskü millət vəkili) sədr, Nadir Qazipur (Urmiya millət vəkili) sədrin birinci müavini, Rza Kərimi (Ərdəbil millət vəkili) isə sədrin ikinci müavini seçildilər. Məhəmməd Həsənnijad (Mərənd millət vəkili) və Şahabəddin Bimiqdar (Təbriz millət vəkili) fraksiyanın katibi və Zəhra Sai (Təbriz millət vəkili) isə fraksiyanın sözçüsü seçildilər.
Yağ fraksiyasının kimyəvi tərkibi
Yağ fraksiyasının kimyəvi tərkibi Istifadə sahəsinə görə keçmiş ittifaqda istehsal olunan müxtəlif çeşidli sürtkü yağlarını bir neçə qrupa bölmək olar: - motor yağları; - transmissiya sənaye yağları; - xüsusi yağlar. Motor yağları daxili yanma mühərriklərini; sənaye yağları fabrik, zavod, kənd təsərrüfatında işlədilən maşın və mexanizmləri; silindr yağları isə buxar maşınlarının silindrlərini yağlamaq üçün tətbiq olunur. Yağ fraksiyalarının tərkibi spektrroqrafiq, mass-spektroqrafiq tədqiqat və həlqəvi təhlil üsulları ilə öyrənilir. Yağ fraksiyalarının tərkibinə bir və ikihalqalı qısa yan zəncirli aromatik karbohidrogenlər daxildir. Bir və ikihalqalı uzun zəncirli aromatik karbohidrogenlər daxildir. Bir və ikihalqalı uzun zəncirli aromatik karbohidrogenlər Dissor, Makat, Suraxanı (parafinli), Qroznı (parafinli), Çələkən Naftalan, Romaşkin, Tuymazin və ağır Balaxanı neftlərindən alınmış yağ fraksiyalarında geniş yayılmışdır. Yüngül yağ fraksiyalarında naften karbohidrogenləri bir halqalı uzun yan zəncirli, orta fraksiyalarda iki və üç – halqalı uzun yan zəncirli, yüksək temperaturlarda qoyulan fraksiyalarda isə iki, üç və dörd halqalı törəmələr şəklində təsadüf edilir. Yağ fraksiyalarının tərkibindəki sülb parafin karbohidrogenləri adi temperaturda yağlarda pis həll olur və onların ərimə temperaturu yüksəkdir. Parafinli neftlərin yağ fraksiyalarında sülb parafinlərin miqdarı çox olduğu halda, naften və aromatik əsaslı neftlərdə 1–2%-dən artıq olmur. Parafin karbohidrogenlərin ərimə temperaturuna molekulun şaxələnmə dərəcəsi və yan zəncirin vəziyyəti təsir edir.
Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası
Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası — Zaqafqaziya seymində Azərbaycanı təmsil edən fraksiya. 1918-ci il fevralın 23-də təşkil olunmuş, həmin il mayın 26-da Zaqafqaziya seyminin buraxılması ilə fəaliyyəti sona çatmışdır. 1918-ci ilin yanvarında bolşeviklər Rusiyada Müəssislər məclisini buraxdıqdan sonra Zaqafqaziya Diyar Soveti yerli hökumət strukrurunun yaradılmasını qərara aldı. Bu vəzifəni 1918-ci il fevralın 23-də ilk sessiyasını keçirən Zaqafqaziya seymi öz üzərinə götürdü. Zaqafqaziya seymində dörd müsəlman partiyası -Müsavat və ona qoşulan demokratik bitərəflər qrupu (bu qrup müsəlman ictimai xadimlərindən ibarət idi və müsəlman milli komitələri, müxtəlif mərkəzlər tərəfindən Müsavat Partiyası ilə eyni siyahıda irəli sürülüb seçilmişdilər),"Müsəlman Sosialist Bloku", Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət (menşevik) partiyaları təmsil olunmuşdu: Müsavat və demokratik bitərəflər qrupu — Məmməd Yusif Cəfərov, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xosrov bəy Sultanov, Məmməd Həsən Hacınski, Mir Hidayət bəy Seyidov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Qazı Əhməd bəy Məmmədov, Aslan bəy Qardaşov, Şəfi bəy Rüstəmbəyli, Cavad bəy Məlik-Yeqanov, Mustafa Mahmudov, Mehdi bəy Hacıbababəyov, Hacı Səlim Axundzadə, Mehdi bəy Hacınski, Xudadat bəy Məlik-Aslanov, Müseyib bəy Əxicanov, Lütfəli bəy Behbudov, Firidun bəy Köçərli, İbrahim ağa Vəkilov, Həmid bəy Şahtaxtinski, Rəhim bəy Vəkilov, Ələsgər Mahmudbəyov, Yusif Əfəndizadə, Mirzə Cəlal Yusifzadə, Məmmədrza ağa Vəkilov, İslam bəy Qəbulzadə; Müsəlman Sosialist Bloku - İbrahim bəy Heydərov, Əlixan Qantəmir, Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Bağır bəy Rzayev, Camo bəy Hacınski, Məhəmməd Məhərrəmov; Rusiyada müsəlmanlıq "İttihad" - Sultanməcid Qənizadə, Mir Yaqub Mehdiyev, Heybətqulu bəy Məmmədbəyli; Müsəlman Sosial Demokrat (menşevik) Partiyası "Hümmət" — Cəfər Axundov, İbrahim Əbilov, Əkbər Ağa Şeyxülislamov və Səməd ağa Ağamalıoğlu. Partiyaların bu siyahısı Seymin 1918-ci il 28 fevral tarixli iclasmda təsdiq olunmuşdu, lakin sonralar bu siyahıda müxtəlif dəyişikliklər edilmiş, bir partiyadan digərinə keçmək halları qeydə alınmışdı. Hümmətçi menşeviklər isə gürcü fraksiyasına daxil olmuşdular. Bütün partiyaların ümumi razılığı ilə "Müsavat fraksiyasının və demokratik bitərəflər qrupunun aşağıdakı tərkibdə rəyasət heyəti müsəlman fraksiyalarının birləşmiş iclaslanın rəyasət heyəti kimi qəbul edilmişdi: Məhəmməd Əmin Rəsulzadə (sədr), Məmməd Yusif Cəfərov və Nesib bəy Yusifbəyli (sədrin müavinləri), Mustafa Mahmudov və Rəhim Vəkilov (katiblər), Mehdi bəy Hacıbababəyov və İslam bəy Qəbulov (katiblər olmayanda onları müvəqqəti əvəz edənlər). Müsəlman fraksiyası, gürcü və erməni fraksiyalarından fərqli olaraq, çox dağınıq fəaliyyət göstərməsinə baxmayaraq, mühüm məsələlərin müzakirəsində öz qətiyyəti və sabit siyasi mövqeyi ilə seçilirdi. Fraksiyanın əsas diqqəti cənub-qərbi Qafqazda cərəyan eden proseslərə yönəlmişdi.
İttihad fraksiyası
İttihad fraksiyasının üzvləri
Əhrar fraksiyası
Əhrar fraksiyasının üzvləri
Parlament fraksiyası
Parlament fraksiyası və ya parlament qrupu — parlamentdə deputatlar qrupu. Fraksiyaya bir siyasi partiyadan və ya bir neçə partiyadan olan deputatlar daxil ola bilər. Deputatlar fraksiyada birləşərək ortaq siyasi xətt yürüdürlər. Hər bir ölkədə parlament fraksiyalarının yaradılması qaydaları fərqlidir. Bu, adətən parlament haqqında xüsusi qanun və parlament reqlamenti ilə tənzimlənir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Bitərəflər fraksiyası
Bitərəflər fraksiyası — — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri. == Üzvləri == 1919-cu ilin oktyabr ayınadək 12 nəfər parlament üzvü fraksiyaya daxil idi: 1919-cu ilin oktyabr ayından sonra 4 nəfər parlament üzvü fraksiyaya daxil idi: == Parçalanma == 1919 ilin oktyabrında fraksiyada parçalanma baş verdi. 8 nəfərdən ibarət böyük əksəriyyət — Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəlil bəy Sultanov, Yusif Əhmədzadə, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev və Ağa Aşurov Müsavat fraksiyası ilə birləşərək Parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaratdılar. Müsavatla birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarını özlərində saxladılar. "Bitərəflər" fraksiyasından ayrılmış 4 nəfər — Əhməd bəy Ağaoğlu, Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Əbdüləli bəy Əmircanov isə müstəqil olaraq yenidən bitərəflər qrupunu yaratdılar. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Erməni fraksiyası
Erməni fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri; Azərbaycan Xalq Cümhuriyyətinin ümumbəşəri demokratiya ənənələrinə hörmət və sədaqətinin bariz nümunəsi. == Tarixi == Azərbaycan Milli Şurasının 1918 il noyabrın 19-da, Cümhuriyyət Parlamentinin formalaşdırılması ərəfəsində Bakıda keçirilmiş iclasında qeyd edilirdi ki, ölkədə yaradılacaq qanunvericilik və idarəçilik hakimiyyəti orqanlarında Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının noyabrın 19-da qəbul etdiyi Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanunda Azərbaycan ərazisində yaşayan millətlərin onların sayına müvafiq surətdə Parlamentdə təmsilçiliyi təsbit olunurdu. Həmin qanuna əsasən, Azərbaycan Parlamentində 21 erməni nümayəndəsi təmsil olunmalı idi.Bu nümayəndələrin 16 nəfəri Gəncə və Şuşadan, yəni Gəncə 8 nümayəndə, Şuşa 8 nümayəndə kimi olmalı və 5 nümayəndə də Bakıdan olmalı idi. Azərbaycan Milli Şurasının Parlamentin çağırılması ilə bağlı Bütün Azərbaycan əhalisinə! müraciətində deyilirdi: Lakin Azərbaycan Milli Şurasının səylərinə baxmayaraq, Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları nəinki Parlamentə öz nümayəndələrini göndərmədilər, əksinə, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasına cidd-cəhdlə mane oldular. Onlar 1918 il dekabrın 7-də açı-lan Azərbaycan Parlamentinin ilk iclasında iştirakdan imtina etdilər. Ermənilər Azərbaycan Parlamentini boykot etmək taktikasını iki aydan artıq davam etdirərək, yalnız 1919 ilin fevralından Parlamentin iclaslarına qatıldılar. Özü də ermənilər Azərbaycan Parlamentində iki fraksiya — 5 nəfərdən ibarət erməni fraksiyası və 6 nəfərdən ibarət "Daşnaksütyun" fraksiyası ilə təmsil olunmuşdular. Bu fraksiyaların Parlamentdəki sonrakı fəaliyyətləri göstərdi ki, erməniləein Azərbaycan Parlamentində iştirakı Azərbaycan dövlətçiliyinin formalaşmasına, ümumən, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər vəchlə mane olmaq, özlərinin millətçi — separatçı "Böyük Ermənistan" yaratmaq xülyasının təbliği üçün yeni bir tribuna əldə etmək məqsədi güdmüşdür.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Milli azlıqlar fraksiyası
Milli Azlıqlar fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri. == Haqqında == Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) müvafiq olaraq, Azərbaycanda sayca azlıq təşkil edən gürcü, yəhudi, alman və polyakların hərəsindən Azərbaycan Parlamentinə bir nəfər nümayəndə göndərilməsi qərara alındı. Həmin qanuna əsasən, Parlamentdə təmsil olunan bu millətlərin nümayəndələri parlament nizamnaməsinin fraksiyalar yaratmaq barədə tələblərinə uyğun olaraq, birləşib Milli azlıqlar fraksiyasını təşkil etdilər. 1919-cu ilin axırlarına yaxın fraksiyaya alman - Lorens Kun, yəhudi — Moisey Quxman, polyak — Stanislav Vonsoviç, həmçinin ukraynalı — Vasil Kujim daxil idi. Gürcü Vladimir Bakradze sosial-demokrat kimi sosialistlər fraksiyasına daxil olmuşdu. Fraksiyanın parlament iclaslarında daha çox fəallıq göstərən üzvlərdən olan Stanislav Vonsoviç Azərbaycanın taleyüklü məsələlərinin müzakirəsində həmişə yaxından iştirakı ilə seçilirdi. == Üzvləri == Fraksiyanın 7 üzvü olmuşdur: == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafık hesabatlar), c.1–2, B., 1998; Адрес-календарь :. Азербаиджанскаой Республики (1918–1920).
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sosialistlər fraksiyası
Sosialistlər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fraksiyalarından biri. == Haqqında == Əhməd bəy Pepinov və Səməd ağa Ağamalıoğlu maliyyə-büdcə komissiyasında, Bağır Rzayev təsərrüfat komissiyasında, Əhməd bəy Pepinov, Bağır Rzayev, Qasım bəy Camalbəyov, Rza bəy Qaraşarov Məclisi-Məbusan çağırılması üzrə Mərkəzi Komissiyada, İbrahim Əbilov və Hacı Kərim Sanılı redaksiya, aqrar, həmçinin sorğu komissiyalarında fəaliyyət göstərirdilər. Səməd ağa Ağamalıoğlu aqrar komissiyanın sədri idi. Sosialistlər fraksiyasının bəyannaməsində yeni hökumətin koalision olması və demokratik prinsiplərə əsaslanması tələbi qoyulurdu. Bəyarmamədə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin qorunması və demokratiyanın təsdiqi hökumətin başlıca vəzifəsi kimi müəyyənləşdirilirdi. Fəhlə məsələsinin həlli üçün 8 saatlıq iş gününün tətbiqi, inqilab dövründə fəhlələrlə bağlanmış müqavilələrin qüvvədə qalması, fəhlə təşkilatlarına dövlət tərəfindən maddi yardım göstərilməsi kimi tədbirlərin görülməsi təklif olunurdu. Aqrar məsələ ilə bağlı torpaq komitələri yaradılması nəzərdə tutulurdu. Bəyannamədə "qadınların haqq və səlahiyyəti kişilərlə bərabər olmaqdır", — fikri xüsusi vurğulanırdı. Xarici siyasət sahəsində qonşu dövlətlərlə, Avropa ilə ən geniş əlaqələr qurulmasının vacibliyi qeyd edilirdi. Sosialistlər fraksiyası Müsəlman Sosialist Bloku və Hümmət Partiyası çərçivəsində fəaliyyət göstərən azərbaycanlı sosial demokratları, eser (Xalqçı Partiyası) və menşevikləri (Hümmət Partiyası) birləşdirərək, parlamentin sol cinahını təşkil edirdi.
Türk bölgələri fraksiyası
Türk Bölgələr Fraksiyası İslam Şurası Məclisində 2016-cı ilin oktyabr ayının sonunda 100 Azərbaycanlı və başqa türkdilli deputatların imzası ilə qurulmüş və rəsmiləşmiş fraksiya. == Tarixi == Səsvermə ilə Məsud Pezeşkian (Təbriz, Azərşəhr və Üskü millət vəkili) sədr, Nadir Qazipur (Urmiya millət vəkili) sədrin birinci müavini, Rza Kərimi (Ərdəbil millət vəkili) isə sədrin ikinci müavini seçildilər. Məhəmməd Həsənnijad (Mərənd millət vəkili) və Şahabəddin Bimiqdar (Təbriz millət vəkili) fraksiyanın katibi və Zəhra Sai (Təbriz millət vəkili) isə fraksiyanın sözçüsü seçildilər.

Digər lüğətlərdə