HIT

hit1

n 1. zərbə, itələmə, təkan; a clever ~ sərrast zərbə; 2. hədəfi vurma, hədəfə düşmə; to obtain a ~ hərb. hədəfi vurmaq, düz hədəfə düşmək; 3. uğur, müvəffəqiyyət, uğurlu təşəbbüs, sınaq; lucky ~ gözlənilməz uğur, bəxti gətirmə; 4. populyar müğənni / ifaçı, tamaşaçıların sevimlisi; 5. hücum, düşməncəsinə çıxış; zəhərli / istehzalı / acılayan / kinayəli fikir; That is a hit at you Bu sənə /sizə qarşı düşməncəsinə çıxışdır

hit2

v 1. vurmaq, zərbə endirmək; to ~ smth. hard bir şeyə güclü zərbə endirmək, bir şeyə bərk vurmaq; to ~ fair id. qaydanı pozmadan zərbə endirmək / vurmaq; to ~ below the belt id. 1) qurşaqdan aşağı zərbə endirmək / vurmaq; 2) məc. şərəfsizcəsinə hərəkət etmək; 2. dəymək, toxunmaq; to ~ against a wall divara toxunmaq / dəymək; 3. hədəfə vurmaq / düşmək, düz / sərrast vurmaq; to ~ a target / home düz hədəfə vurmaq; 4. məc. toxunmaq, pərt etmək, qanını qaraltmaq; He is hit in his pride Onun şəstinə/ izzəti-nəfsinə toxunulub; 5. ziyan vurmaq, zərər çəkmək, əziyyət vermək / çəkmək; I was hard hit by the news Bu xəbər mənə ağır zərbə oldu; 6. (həm də to ~ on / upon) tapmaq, təsadüf etmək, rast gəlmək, rastlaşmaq; to ~ the right answer düz / düzgün cavab tapmaq; to ~ the right road / path doğru yol tapmaq, düz yol seçmək; 7. məc. düz yol tutmaq, düzgün hərəkət etmək, düz yola düşmək, yolunu azmamaq; to ~ a right word münasib söz tapmaq; 8. xoşuna gəlmək, ürəyinə yatmaq, uyğun gəlmək; to ~ smb.’s taste bir kəsin zövqünə uyğun gəlmək; How did it hit you? Xoşuna /Xoşunuza gəldimi?; 9. av. yerə oturmaq / enmək, hündürlük yığmaq (təyyarə haq.); to ~ the ceiling av. maksimum hündürlük yığmaq / götürmək, maksimum hündürlüyə qalxmaq; to ~ back cavabını vermək, zərbəyə zərbə ilə cavab vermək;

◊ to ~ home zəif damarını tutmaq; to ~ the (right) nail on the head düz tapmaq, lap / tamamilə yerinə düşmək

HISTORY
HITCH
OBASTAN VİKİ
Hit
Hit — populyar mahnı, sinql, musiqi albomu. İdman olmayan oyunlar Hit kompüter oyunlarında zərbənin loru dildə adı. Adlar Hit — ingilis ad və soyadı Edvard Hit (1916–2005) — Böyük Britaniyanın Baş Naziri (1970–1974) Lecer Hit (1979–2008) — Avstraliyalı aktyor Kompüter və internet Hit (internet) — brauzerin veb-serverə müraciəti. Hit — axtarış proqramı və ya axtarış sisteminin axtarılan tapşırığa cavabı. Мoda Hit (mövsüm) — mövsüm modasının aparıcı tendensiyası. İdman Hit (beysbol) — zərbə adı.
Fil Hit
Fillip Cerrod "Fil" Hit (ing. Phillip Jerrod "Phil" Heath) - ABŞ-nın peşəkar bodibilderi. Mister Olimpiya (2011-2017).
Hit (İraq)
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Hit Lecer
Hit Endrü Ledcer (4 aprel 1979[…], Pert, Qərbi Avstraliya, Avstraliya – 22 yanvar 2008[…], Manhetten, Nyu-York, ABŞ) — Avstraliya aktyoru. O, 1990-cı illərdə bir çox Avstraliya istehsalı olan film və televiziya işlərində rol alaraq diqqətləri cəlb etmiş və karyerasını inkişaf etdirmək üçün 1998-ci ildə ABŞ-yə köçmüşdü. Prodüser və rejissor olduğu musiqi videoları da var idi. Kinorejissor olmağı arzulayırdı. O, 2005-ci ildə eyniadlı hekayə əsasında ekranlaşdırılan "Qozbel dağ" filmində homoseksual münasibəti olan kovboyu canlandırmışdı. Bu filmdəki tərəf müqabili ABŞ aktyoru Ceyk Cillenhol idi. Hit, filmdəki performansına görə "BAFTA", "Qızıl Qlobus" və "Oskar" mükafatlarına namizəd göstərilmişdi. Hit Ledcer 2008-ci ilin yanvarında Kristofer Nolanın rejissoru olduğu, Betmen filmlər silsiləsinin ikinci hissəsi olan "Qara cəngavər" filminin çəkilişləri başa çatdıqdan bir müddət sonra öz yaşadığı SoHo-dakı mənzilində ölü vəziyyətdə tapılıb. Ölüm səbəbi kimi resept əsasında satılan dərmanların səhvən həddindən artıq dozada qəbul edilməsi göstərilir. O, "Qara cəngavər" filmində kriminal kloun olan Cokeri ifa etmişdi.
Hit Ledcer
Hit Endrü Ledcer (4 aprel 1979[…], Pert, Qərbi Avstraliya, Avstraliya – 22 yanvar 2008[…], Manhetten, Nyu-York, ABŞ) — Avstraliya aktyoru. O, 1990-cı illərdə bir çox Avstraliya istehsalı olan film və televiziya işlərində rol alaraq diqqətləri cəlb etmiş və karyerasını inkişaf etdirmək üçün 1998-ci ildə ABŞ-yə köçmüşdü. Prodüser və rejissor olduğu musiqi videoları da var idi. Kinorejissor olmağı arzulayırdı. O, 2005-ci ildə eyniadlı hekayə əsasında ekranlaşdırılan "Qozbel dağ" filmində homoseksual münasibəti olan kovboyu canlandırmışdı. Bu filmdəki tərəf müqabili ABŞ aktyoru Ceyk Cillenhol idi. Hit, filmdəki performansına görə "BAFTA", "Qızıl Qlobus" və "Oskar" mükafatlarına namizəd göstərilmişdi. Hit Ledcer 2008-ci ilin yanvarında Kristofer Nolanın rejissoru olduğu, Betmen filmlər silsiləsinin ikinci hissəsi olan "Qara cəngavər" filminin çəkilişləri başa çatdıqdan bir müddət sonra öz yaşadığı SoHo-dakı mənzilində ölü vəziyyətdə tapılıb. Ölüm səbəbi kimi resept əsasında satılan dərmanların səhvən həddindən artıq dozada qəbul edilməsi göstərilir. O, "Qara cəngavər" filmində kriminal kloun olan Cokeri ifa etmişdi.
Mayami Hit
Mayami Hit — Florida ştatının Mayami şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Dirty Hit
Dirty Hit — 2009-cu ilin dekabrında Böyük Britaniyada Ceymi Oborn, Çak Ueyt, Brayan Smit və İngiltərə yığmasının keçmiş futbolçusu Uqo Ehioqu tərəfindən təsis edilmiş müstəqil musiqi şirkəti. İlk olaraq 2009-cu ildə Londonda yaradılmış olan şirkət böyüyüb və biznesini dünyanın digər yerlərində genişləndirib. 2020-ci ildə Los-Anceles, Sidney və Tokioda ofislər açmışdır.
Hit Lori
Hit V. Louri (ing. Heath W. Lowry; 23 dekabr 1942, Salem[d]) — Amerikalı tarixçi. Osmanlı imperiyası və müasir Türkiyə tarixi üzrə mütəxəssidir. == Həyatı == Hit Vard Louri 23 dekabr 1942-ci ildə Oreqon ştatının Salem şəhərində doğulub. Atasının müəllimliyi ilə əlaqədar 7 yaşından Hindistana getmiş, ibtidai təhsilini burada almışdır. 1955-ci ildə Hindistandan qayıdıb Kaliforniyada məskunlaşıblar. Orta məktəbi və universiteti burada oxuyub. Universitetdə teatr təhsili alıb. Portlend Dövlət Universitetini bitirməzdən əvvəl H. Louri iki il (1964–1966) Balıkəsirin ucqar dağ kəndi olan Bərərkətlidə Sülh Korpusu könüllüsü olaraq çalışıb. ABŞ-a qayıtdıqdan sonra, 60-cı illərin sonlarında o, Kaliforniya Universitetində Speros Vrionis, Andreas Titse, Qustav fon Qrünbaum və Stenford Şou kimi tarixçilərin tələbəsi olmuş, 1970-ci ildə magistr dərəcəsini və 1977-ci ildə doktorluq dərəcəsini burada tamamlamışdır.
Hit Louri
Hit V. Louri (ing. Heath W. Lowry; 23 dekabr 1942, Salem[d]) — Amerikalı tarixçi. Osmanlı imperiyası və müasir Türkiyə tarixi üzrə mütəxəssidir. == Həyatı == Hit Vard Louri 23 dekabr 1942-ci ildə Oreqon ştatının Salem şəhərində doğulub. Atasının müəllimliyi ilə əlaqədar 7 yaşından Hindistana getmiş, ibtidai təhsilini burada almışdır. 1955-ci ildə Hindistandan qayıdıb Kaliforniyada məskunlaşıblar. Orta məktəbi və universiteti burada oxuyub. Universitetdə teatr təhsili alıb. Portlend Dövlət Universitetini bitirməzdən əvvəl H. Louri iki il (1964–1966) Balıkəsirin ucqar dağ kəndi olan Bərərkətlidə Sülh Korpusu könüllüsü olaraq çalışıb. ABŞ-a qayıtdıqdan sonra, 60-cı illərin sonlarında o, Kaliforniya Universitetində Speros Vrionis, Andreas Titse, Qustav fon Qrünbaum və Stenford Şou kimi tarixçilərin tələbəsi olmuş, 1970-ci ildə magistr dərəcəsini və 1977-ci ildə doktorluq dərəcəsini burada tamamlamışdır.
Big Hit Music
Big Hit Music (Koreyaca: 빅 히트 뮤직) 2005-ci ildə Bang Si-hyuk (ing. Bang Si-hyuk tərəfindən yaradılan Cənubi Koreyanın bir əyləncə şirkətidir. 2021-ci ilin mart ayında ana şirkəti Hybe Corporation, əvvəllər Big Hit Entertainment Co. Ltd. tərəfindən Big Hit Music olaraq rebrend edildi. Həmin tarixdən etibarən şirkət solist Lee Hyun-u , BTS və TXT oğlan qruplarını idarə edir — əvvəllər solist Lim Jeong-hee və 8Eight, 2AM ve Glam qruplarını da idarə edirdi.Şirkət Hybe Corporation şirkətinə bağlıdır. == Tarixçə == === 2005–2021: Big Hit Entertainment === Big Hit Entertainment 1 fevral 2005-ci ildə qurulmuşdur və 2007-ci ildə 8Eight vokal triosunu qurmuşdur. 2010-cu ildə şirkət, 2AM oğlan qrupu üzərində JYP Entertainment ilə ortaq idarəetmə müqaviləsi imzaladı. O il Banq Şihyuk (Bang Si-hyuk), BTS-in ilk üzvü olaraq RM-lə müqavilə imzaladı və qrupun digər üzvlərini cəlb etmək üçün ümummilli seçmələrə başladı —BTS Big Hit altında 13 iyun 2013-cü ildə ilk çıxışını etdi. 2012-ci ildə şirkət Lim Conqhe(Lim Jeong-hee) ilə müqavilə imzaladı və Source Music ilə əməkdaşlıq olaraq GLAM qız qrupunu qurdu.
Hit Me Hard and Soft
Hit Me Hard and Soft — ABŞ müğənnisi Billi Aylişin üçüncü studiya albomu. 17 may 2024-cü ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüseri Finneas O'Konnelldir. Albom 8 aprel 2024-cü ildə Şimali Amerikada günəş tutulmasının baş verdiyi tarixdə elan edilib. Billi Ayliş aprelin əvvəllərində sosial şəbəkə hesablarındakı profil şəkillərini mavi rəngə dəyişərək yeni erasına qədəm qoyub. Albomunu elan etməyə hazırlaşan sənətçi bir çox şəhərlərin küçələrində yeni mahnılarından olan sözləri, eləcə də “blohsh” simvolunu əks etdirən reklam lövhələri asdırıb. Bu müddət ərzində Billi Ayliş Instagram-da storilər paylaşıb və marketinq strategiyası kimi onu izləyən istifadəçiləri “yaxın dostlar” siyahısına əlavə edib. Aprelin 8-də müğənni Instagram hesabına “Bittersuite” mahnısının müşayiəti ilə suda batdığı əks olunmuş videosunu “Hazırsınız?” başlığı altında yerləşdirib, daha sonra albomunu elan edib. == Fon == Müğənni Billi Ayliş 2021-ci ildə “Happier Than Ever” buraxıldıqdan bir müddət sonra üçüncü studiya albomu üzərində işləməyə başlayacağını bildirmişdi. Ayliş 2022-ci ildə qardaşı Finneas ilə birlikdə Pixar cizgi filmi “Turning Red” üçün üç mahnı yazmışdır.
Eralda Hitay
Eralda Hitaj — Albaniya gözəli (2006), Kainat gözəli (2006). == Həyatı == Eralda Hitaj 1987-ci ildə Albaniyanın paytaxtı Tiranada dünyaya gəlib. 2006-cı ildə Albaniya gözəli seçilərək dünya gözəllik yarışmasına qatılmaq imkanı qazanan alban gözəlçə həmin Hindistanda kainat gözəli seçilərək, dünya tacına sahib çıxıb.
Eva Hitler
Eva Braun (tam adı – Eva Anna Paula Braun; 6 fevral 1912[…], Münxen – 30 aprel 1945[…], Fürerbunker) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı.
Hitan vadisi
Əl-Hitan vadisi (ərəb. وادي الحيتان‎, "Balinalar vadisi") — Misirin paytaxtı Qahirədən 150 kilometr (93 mil) cənub-qərbdə yerləşən paleontoloji ərazidir. Ərazi üzərində bəzi balina, archaeoceti (balinaların nəsli kəsilmiş yarım-dəstəsi) erkən növlərinə aid yüzlərlə fosil yerləşir. Vadi 2005-ci ilin iyununda UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ərazi balinaların təkamülünün ən böyük sirrlərindən birinə: balinanın quruda yaşayan bir heyvandan okeanda yaşayan bir məməliyə çevrilməsi izahına dair dəlilləri ortaya çıxardı. Dünyanın heç bir yerində bu cür fosillərin cəmləşməsi, cəlbedici və qorunan bir mənzərəyə daxil olması və qurulması kimi bir şeyə rastlanmamışdır. == Tarix == Ərazidə tapılan fosillər ən qədim qalıqlar olmaya bilər, lakin ərazidəki miqdarı və qorunma dərəcəsi o qədərdir böyükdür ki, hətta bəzi daxili quruluşlar da toxunulmaz olaraq qalmışdır. Əl-Hitan vadisində tapılan köpəkbalığı, timsah, mişar balığı, tısbağa və skat kimi digər erkən heyvanların fosillərinin olması, bu dövrün ekoloji şərtlərini yenidən canlandırmağa imkan verir. Balinaların ilk qalıq skeletləri 1902-1903-cü illərin qışında aşkar edilmişdir. Sonrakı 80 il ərzində əsasən əraziyə çatmaq çətinliyi ilə əlaqədar olaraq ərazi daha az maraq görmüşdür.
Hitaçinaka
Hitaçinaka (ひたちなか市, Hitachinaka-shi) — Yaponiyanın Kanto regionunun şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 1 noyabr 1994-cü ildə qurulmuşdur. 2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 156,619 nəfərdir, hər km² ərazidə 1570 nəfər yaşayır. Şəhərin sahəsi 99,83 km²-dir. "Hiraqana şəhəri"dir, adı kanci ilə deyil, hiraqana hecaları ilə yazılmışdır. == Tarix == 1 aprel 1889-cu ildə bələdiyyə sisteminin işə düşməsindən sonra Nara qəzasının tərkibində Hirayso və Minato qəsəbələri, eləcə də, Katsuta kəndi yaradılmışdır. 1938-ci ildə Minato qəsəbəsinin adı dəyişdirilərək Nakaminato olmuşdur. 1940-cı ildə Katsuta kəndinə qəsəbə statusu verilmişdir. İkinci dünya müharibəsində bölgədə silah istehsal edən xeyli müəssisə yerləşdiyindən tez-tez hava bombardımanlarına məruz qalmışdır. 31 mart 1954-cü ildə Nakaminato və Hirayso qəsəbələri birləşdirilmiş və Nakaminato şəhəri yaradılmışdır.
Hiti
Hiti adası (fr. Hiti) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Bir atolldur və yumurta formasına malikdir. Daxilində bir bir laqun vardır. Laqun okean sularından tam təcrid olunmuşdur. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Atoll 1820-ci ildə Faddey Bellinshauzenin ekspedisiyası zamanı kəşf edilir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Hitit Günəş Simvolu Heykəli
Hitit Günəş Simvolu Heykəli (tür. Hitit Güneş Kursu Anıtı) ― heykəltaraş Nüsrət Suman tərəfindən yaradılmış və Günəş hititinə həsr olunmuş heykəl, abidə. 1978-ci ildən bəri Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Sixiya meydanında yerləşən heykəldir. == Tarixçəsi == Abidə Alacahöyükdə qazıntılar zamanı tapılmış Günəş Kursu Hititin abidəsinin nüsxəsidir. 1973-cü ildə Bələdiyyə Başçısı Vədat Dalokay onu şəhərin simvolu kimi saxladı. Ankara Universitetinin simvolu günəşli bir diskdir. Bu simvol adətən Hitit sivilizasiyasına aiddir və Ankara və Anadolunu ifadə edir. 1977-dan 1995-a qədər olan dövrdə Hititin Günəş Simvolu Ankara bələdiyyəsinin simvolu olaraq istifadə edilmişdir. Lakin 29 iyun 1995-ci ildə Ankara Bələdiyyə Məclisinin qərarına uyğun olaraq loqotip dəyişdirilərək müasir vəziyyətini aldı.
Hitit Günəşi (film, 1956)
Hitit Günəşi — 1956-cı ildə istehsal olunmuş Türkiyə filmi. == Məzmunu == Anadolu haqqındadır. == Mükafatları == 1956-cı ildə Bеrlin Kinоfеstivаlındа "Gümüş аyı" mükаfаtını qаzаnıb.
Hitit Universiteti
Hitit Üniversiteti 17 mart 2006-cı il tarixli və 5467 saylı qanunla Çorumda qurulan dövlət universitetidir . Qurucu rektor Prof. Dr. Kadri Yamaç, universitetin hazırkı rektoru Prof. Dr. Əli Osman Öztürk. Əvvəllər Qazi Universitetinə bağlı olan universitet daha sonra ayrılaraq yeni müstəqil universitet təsis edərək yaradılıb. Hitit Universitetində 11 fakültə, 3 institut, 1 kollec, 7 peşə kolleci və 21 tədqiqat mərkəzi fəaliyyət göstərir. Tədris dili türkcə olan universitetdə 736 akademik heyət, 377 inzibati heyət və 18 826 tələbə ilə akademik işlər aparılır.
Hitler
Adolf Hitler (alm. Adolf Hitler‎; 20 aprel 1889[…], Braunau-am-İnn doğum evi[d], Avstriya-Macarıstan – 30 aprel 1945[…], Fürerbunker) — alman dövlət və siyasi xadim, nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933–1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). == İlk illəri == Uşaqlığı Adolf Hitlerin yəhudiləri soyqırım etməsinə baxmayaraq, özü yəhudi mənşəli olub. Hitlerin atası Aloisin anası Mariya Adolfun atası Aloisi qulluqçu işlədiyi evin yəhudi sahibindən qazanmışdır. Sonralar Mariya ərə getmiş və Alois atalığının soyadını götürmüşdür. Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanın müstəmləkəsi altında olan Yuxarı Avstriyanın Braunau am İnn qəsəbəsində anadan olmuşdur. Atası Alois Hitler (1837–1903) əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Anası Klara Hitler (1860–1907, qızlıq soyadı — Pölzl) gələcək həyat yoldaşının əmisi qızı, həm də onun evində qulluqçu olmuşdur. Adolf Hitler Avstriya vətəndaşı olaraq dünyaya gəlsədə, 1925-ci ildə Avstriya vətəndaşlığından imtina edib. Alois Hitler 1876-cı ilədək anasının soyadı olan Şiklqruber soyadını daşımış, lakin həmin il ögey atasının soyadını qəbul etmişdir.
Hitler (dəqiqləşdirmə)
Hitler
Hitler koalisiyasının kollaborsionisti
Hitler koalisiyasının kollaborsionisti, İkinci Dünya Müharibəsində Berlin-Roma-Tokio oxu qüvvələri tərəfindən işğal edilən ölkələrdə millətçilik, etnik nifrət, antikommunizm, antisemitizm və opportunizm kimi məqsədlər üçün bir araya gələrək işğalçı qüvvələrlə əməkdaşlıq edən təşkilatlardır. Bu qrupların bir çoxu müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və ya Holokost altında qırğınlar etmişdi. Sovet İttifaqı daxilində Hiwi, Trawniki, Schutzmannschaft və Şərq legionları kimi kollaborsionist legionlar yaradılmışdı. Bu kollaborsionist Sovet vətəndaşları bir çox insanın ölümünə, o cümlədən nasistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlərə görə məsuliyyət daşıyırdılar. Kollaborsionizm məğlub bir dövlətin əhalisi ilə qələbə çalmış bir qüvvənin nümayəndələri arasındakı əməkdaşlıq deməkdir. Stanley Hoffmann əməkdaşlığı könüllü və könüllü (zərurətdən faydalanmaq) kimi fərqləndirmişdir. Hoffmanna görə, əməkdaşlığı “pislik” və “ideoloji” olaraq bölmək olar; köhnə düşmənə qəsdən xidmət etmək, ikincisi, arzu olunan daxili dəyişikliklərin qalibi hesab olunan xarici qüvvə ilə işbirliyinin qəsdən müdafiəsidir. Bunun əksinə olaraq Bertram Gordon, qeyri-ideoloji və ideoloji kollaborsionizmə istinad edərək kollaborsionizm terminindən istifadə edir. Kollaborsionizm İkinci Dünya Müharibəsi dövründə Berlin-Roma-Tokio oxu qüvvələri tərəfindən işğal edilmiş ölkələrdə ideoloji, maddi və ya hərbi baxımdan Nasist Almaniyasına, İtaliya Krallığına (və İtaliya Sosial Respublikasına) və ya Yaponiya İmperiyasına dəstək olmaq deməkdir. Müharibədən sonra əməkdaşlıq etdikləri müəyyənləşdirilmiş şəxslərə böyük cəzalar verildi və onlara satqın damğası vuruldu.
Hitler salamı
Hitler salamı (alm. Hitlergruß‎) — Nasist salamlaşması adı ilə də tanınan və Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvləri tərəfindən yaradılmış salamlaşma forması. Hitler salamı verən şəxs Adolf Hitlerə və onun apardığı siyasətə öz bağlılığını ifadə etməkdədir. Hitleri salamı vermək 1933-cü ildə Almaniyada Nasional Sosialist Alman Fəhlə Partiyası hakimiyyətə gələndən sonra Vermaxt əsgərləri və dinc əhali üçün məcburiyyət halına gətirilmişdir. Üçüncü Reyx dönəmi ərzində sözü gedən jest ümumi birlik ifadəsi kimi izah olunurdu. Günümüzdə keçmiş adı ilə Hitler salamı olaraq bilinən Nasist salamı vermək Almaniya və Avstriyada cinayət məsuliyyəti daşıyır. 1923-cü ilin əvvəllərinə qədər Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olan şəxslər öz liderlərini yuxarı istiqamətdə tam şəkildə açılmış qol hərəkəti ilə salamlamaqda idi. Adolf Hitler kütlə qarşısında ona ünvanlanan Hitler salamına sağ əlini qaldırır, dirsəyini yuxarı doğru bükərək cavab verirdi. Çox yaşa Hitler və Hitlerə Salam olsun kimi anlamlara gələn Hitler salamı alman dilində Heil Hitler! olaraq adlandırılmışdır.
Hitlerin Qlobusu
Dövlət və Sənaye rəhbərləri üçün Kolumb Qlobusu (həmçinin Hitlerin Qlobusu və ya Fürer Qlobusu kimi tanınan) şəxsən Adolf Hitler və Nasional Sosialist Alman Fəhlə Partiyası üçün dizayn edilmiş qlobus idi. Dövlət və Sənaye rəhbərləri üçün Kolumb Qlobusu 1930-cu illərdə Berlində hazırlanmış və Hitlerin vaxtının böyük bir hissəsini keçirdiyi ofisində yerləşirdi. Qlobus komediyaçı Çarli Çaplinin 1940-cı ildə rol aldığı Böyük diktator (film, 1940) filmində nümayiş etdirildikdən sonra Amerika Birləşmiş Ştatlarında geniş tanınmışdır. Üç məddah (film) adlı komediya qrupu özlərinin istehsal etdiyi daha 2 qısametrajlı filmdə qlobusu gülüş hədəfi etmişdir. İki məhdud buraxılışdan biri Adolf Hitlerin yayda geri çəkilməsindən sonra Amerika ordusunun xüsusi nümayəndəsi olan Con Barsamiya tərəfindən oğurlanmış və 60 il sonra San-Fransiskoda keçirilən auksionda qlobus 100.000 $ dəyərində satılmışdır. Hitlerin ofisində yerləşmiş bu qlobus üzərində Efiopiyanı İtalyan Şərqi Afrika ilə dəyişdirdi və qlobus həmçinin özünün ölçüsü və eləcə də istehsal dəyəri ilə tanınmışdır. == Mənbə == Qlobusun iki məhdud buraxılışı 1930-cu illərdə Berlində hazırlanmışdır. Bunlardan biri Nasional Sosialist Alman Fəhlə Partiyası üçün, ikincisi isə şəxsən alman diktatoru Adolf Hitler üçün hazırlanmışdır. Fürer üçün hazırlanmış qlobusun ölçüsü təxminən Volkswagen maşınının ölçüsü həcmində idi və böyük məsrəf hesabına istehsal olunmuşdur. O, Abissiniyanı (İndiki Efiopiya) İtalyan Şərqi Afrika ilə dəyişdirmişdir.
Hitlerin gündəlikləri
"Hitlerin gündəlikləri" (alm. Hitler-Tagebücher‎) — Alman jurnalistikası tarixində ən məşhur saxtakarlıqlardan biri ilə bağlı hadisə. "Hitlerin gündəlikləri" adlı hadisə "Ştern" jurnalının tarixindəki ən maraqlı hadisələrdən biridir. XX əsrin 80-ci illərində Konrat Kulyamadlı şəxs jurnalın əməkdaşlarından birinə özündə nasional-sosialistlərin lideri Adolf Hitlerin gündəliklərinin olduğunu söyləmişdi. O, jurnalın əməkdaşını inandırmışdı ki, gündəlikləri Hitlerin təyyarəçisindən götürüb. Bunu İsveçrədə olan bir nəfər də təsdiqləmişdi. Jurnalist bu xəbəri redaksiyaya sevinclə çatdırandan sonra gündəliklər çap olunmağa başladı. Bir müddət sonra isə mütəxəssis və oxucuların müdaxiləsi ilə aparılan araşdırma nəticəsində məlum olur ki, gündəliklər saxtadır. Hadisə alman jurnalistikasına böyük zərbə olur; o mənada ki, oxucuların inamını sarsıdır. Bu hadisədən sonra "Ştern"in redaksiyasında ciddi dəyişikliklər və ixtisarlar olur.
Hitleryugend
Hitleryugend (alm. Hitlerjugend‎ [ˈhɪtlɐˌjuːɡn̩t] dinlə, və ya qısaca alm. HJ‎) — Nasional Sosialist Alman Fəhlə Partiyasının gənclər təşkilatı. Təşkilata yalnız gənc üzvlər daxil idi, qızlar üçün ayrıca Alman qızlar birliyi var idi. 1945 -ci ildə denasifikasiya prosesində ləğv edilmişdir.
Hitleyugend
Hitleryugend (alm. Hitlerjugend‎ [ˈhɪtlɐˌjuːɡn̩t] dinlə, və ya qısaca alm. HJ‎) — Nasional Sosialist Alman Fəhlə Partiyasının gənclər təşkilatı. Təşkilata yalnız gənc üzvlər daxil idi, qızlar üçün ayrıca Alman qızlar birliyi var idi. 1945 -ci ildə denasifikasiya prosesində ləğv edilmişdir.
Hitman: Agent 47 (film, 2015)
== Süjet xətti == Film 2000-ci illərin məşhur video oyununun motivləri əsasında lentə alınıb. Baş qəhrəman gen mühəndisliyinin son məhsulu, ideal qətl maşını "Hitmen – 47 nömrəli agentdir". Adi insanlardan daha çevik, daha güclü və daha ağıllıdır. Emosialar və duyğular ona yaddır, ifrat dərəcədə soyuqqanlı olduğundan ən çətin şəraitlərdə belə tapşırıqları qüsursuz yerinə yetirir. Agent adlandırılan elit, səssiz qatillərin təşkilatına aiddir. Soyuq müharibənin ən qızğın vaxtında hərbi genetik super əsgərlərin hazırlanması üzrə məxfi layihə üzərində çalışıb. Bir çox dünya qüvvələrinin hədəfində olduğundan hər kəsdən gizlənir. Alimi tapmaq cəhdləri heç bir nəticə vermir. Yeganə ipucu onun qızı Katerinadır. Agent 47-i onun izinə düşüb və qarşısına çıxan bütün maneələri aradan qaldırır.
Hitobaşira
Hitobaşira (人柱, azərb. insan sütunu‎) – Yaponiyada insan qurban verməyin əfsanəvi üsulu. Bir çox Yaponiya əfsanəsinə görə qədim dövrə aid bəzi körpü, bənd, qəsrlərin tikintisi zamanı onların altında insanlar diri-diri basdırılıblar ki, tikilinin strukturu möhkəm olsun. Bu cür insan qurban vermək barədə ilk məlumata "Nihon Şoki" (720) salnaməsinin İmperator Nintokunun hakimiyyəti haqqında olan bölməsində bəhs olunur. Xüsusilə, Tarumidə (Hyoqo prefekturası) yerləşən Naqara körpüsünün tikintisi bu barədə məşhur əfsanədir. Bu əfsanədə bir kəndli istəmədən də olsa özünü qurban verir. Əfsanələrdəki qurbanların çoxu qadındır. Hitobaşira əfsanələrinin mikolar tərəfindən su ilahlarını sakitləşdirmək məqsədilə yayıldığına inanılır. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan. III cild.
In and Out of Consciousness: The Greatest Hits 1990–2010
In and out of Consciousness: Greatest Hits 1990-2010 (Azerbaycanca:Şüurun İçi və Dışı) İngilis müğənni söz yazıçısı Robbi Vilyamsın ikinci greatest hits'i toplama albomudur. Albom 39 parça ehtiva edən albom, 2010 Ekimi'nde satışa çıxarıldı və EMI şirkətiylə etdiyi bu ankı kontratında çıxan son albomdur. Albomun baş təklisi "Shame", Take That 'dən Gary Barlow'la yazıldı və səsləndirildi. Mahnı Vilyams'ın ayrıldığı Take That'le 15 il aradan sonra ilk birlikdə çalışması oldu. Vilyams'ın rəsmi saytı onun xitlərini ehtiva edəcək bu albomun; Vilyams'ın 55 milyon albom satışı, 11 milyon təkli satışı, Birləşmiş Krallıqda 7 ədəd bir nömrəli albom (onu UK'nin ən çox satan solo artis edən), ən sürətli bilet satışı Guiness Dünya Rekordu və Brit Mükafatları tərəfindən qazandığı "Musiqiyə Üstün Katkı Mükafatı" kimi musiqi həyatında qazandığı nailiyyətləri qeyd etmək üçün bu albomu çıxardığı ifadə etdi. Albom qapağı, "Reality Killed the Video Star" və "Bodies"'in albom qapağı fotoqrafı Julian Broad tərəfindən 2010-ci ilin May ayında Kaliforniya Malibu sahillərində çəkildi.
Kakinomoto no Hitomaro
Kakinomoto no Hitomaro (柿本 人麻呂 və ya 柿本 人麿; d. 653–655 – ö. 707–710) — Yaponiyanın vaka şairi və Asuka dövrünün aristokratı; Şeirləri ən qədim vaka antologiyası hesab edilən "Manyoşu"ya daxil edilən ən məşhur şairlərdən biri. İmperial poetik antologiyaya (Kokin Vakaşu) əsərləri daxil edilib. Onun adı, həmçinin, Yaponiyanın "36 ölməz şair" siyahısına daxildir. == Haqqında == Yaponiyanın ilk böyük şairi Hitomaro VIII əsrin ikinci yarısında yaşamış, IX əsrin əvvəllərində vəfat etmişdir. Onun həyatı haqqında, demək olar ki, heç bir məlumat yoxdur. Yalnız bu məlumat var ki, o, sarayda kiçik bir vəzifədə olub və ömrünün son günlərini paytaxtdan uzaq olan bir kənddə keçirmişdir. Hitomaro özünün adaları və elegiyaları ilə məşhur olmuşdur. Naqauta janrının ən istedadlı ustası olmuşdur. Onun qısa nəğmələri xüsusilə sənətkarlıqla yazılıb. Saray şairi olan Hitomaro öz odalarında imperatorların şəxsi ləyaqətlərini yox, öz ölkəsinin böyüklüyünü və gözəlliklərini tərənnüm etmişdir.

Digər lüğətlərdə