Yerlərdə işıldamır nə bir şam, nə bir ocaq; Göylərdə eşidilir ölüm nərəsi ancaq.
Elektrik lampaları axşamın boz dumanları içərisində sönük bir parıltı ilə işıldayırdı.
// Parlamaq, parıldamaq, bərq vurmaq. Üzüyün qaşı işıldayır. Şüşə işıldayır. – Hər işıldayana qızıl deməzlər. ( Ata. sözü ).
Vaqif yağışdan sonra təmizlənib işıldayan otlara və çiçəklərə baxır, zövqlənirdi…
Manqalın işığında onun xınalı dırnaqları və barmağındakı qızıl üzük işıldadı.