Əyyami-zimistan keçdi, sevdiyim; Dur, seyr eylə, işrət baharıdır bu!…
Biz bir neçə kamança, tar tapmışıq; Burda bir işrət məclisi qurmuşuq.
Bu gecə oğlu Mürsəlin toy məsləhəti gecəsi olmaqdan artıq, onun üçün kef və işrət məclisi idi.
□ İşrət etmək (eləmək) – əylənmək, kef çəkmək.
Xeyr olsun, hər kəs yığnağındadır; Onlar ilən zövqü işrət eylərsən.
Hanı o mah ilə mən işrət etdiyim gecələr.
Bir gecə Otellonun bədxahları qızın atasını yuxudan oyadıb, ona xəbər verirlər ki, sənin qızın ismət və həyanı unudub, qara ərəb ilə işrət etməkdədir.