1. İnqilaba aid olan, inqilab mahiyyəti daşıyan, inqilab ruhlu. İnqilabi bayram. İnqilabi himn. İnqilabi mahnılar.
– “Molla Nəsrəddin” inqilabi demokratizmin ifadəçisi və mərkəzi idi.
Texnoloji institutda çoxdan bəri inqilabi əhval-ruhiyyə kök salmağa başlamışdı.
2. İnqilab ideyalarını ifadə edən; inqilabçı. İnqilabi sinif. İnqilabi xadim. İnqilabi ordu. İnqilabi qüvvələr.
// İnqilabı həyata keçirməyə doğru yönəldilmiş, inqilab yaratmaq məqsədini daşıyan. İnqilabi mübarizə. İnqilabi çıxış. İnqilabi çevriliş.
– İnqilabi hərəkatın getdikcə güclənməsi çar mütləqiyyətini qorxutmuşdu.
// İnqilab nəticəsində meydana gəlmiş, inqilabın yaratmış olduğu. Fəhlə sinfinin inqilabi diktaturası. İnqilabi qanunlar. İnqilabi təşkilatlar. İnqilabi hökumət.