İRADƏ

is. [ ər. ]
1. İnsan psixikasının, insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq, arzu və istəklərini həyata keçirmək qabiliyyətində təzahür edən xüsusiyyətlərindən biri. İradə qüvvəsi. İradə zəifliyi.
[Doktor:] …Hər çətinliyi ortadan qaldıran iradədir. A.Şaiq.
Min bir əzaba dözdün, iradən sarsılmadı; Qəlbindən hicran yükü daş kimi asılmadı. S.Rüstəm.
Əjdər Mirzə Hüseynin sözlərində böyük iradə və inam olduğunu hiss edirdi. S.Rəhman.

// Bir şeyi əldə etmək üçün göstərilən səy, cəhd, qeyrət, inad. [Səbirə:] Birdən zərfi əlimdə gördüm.
Qaytarmağa iradəm çatmadı. M.Hüseyn.

2. İstək, arzu, könül, tələb. İradəsini yerinə yetirmək.
3. köhn. Əmr, hökm, fərman.
// Niyyət, məram.
[Vəzir:] A kişi, padşahın iradəsi budur ki, sənin qızını alsın, razısanmı? Ü.Hacıbəyov.

□ İradə etmək (buyurmaq) köhn. – əmr vermək, hökm etmək, buyurmaq.
Pəs o biri rəfiq iradə etdi ki, daxil olsun, onun da halı bu qərar ilə oldu. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İRADƏ 1. İRADƏ [Ayxamm:] Heyifsən, görkəmin, bacarığın, qabiliyyətin var, amma iradən, ağlın.. (M.İbrahimov); QÜDRƏT Solmaz: Ancaq unutma ki, mən ərlərdə qü
  • İRADƏ istək — dilək — arzu — murad
  • İRADƏ qeyrət — inad
  • İRADƏ niyyət — məram
  • İRADƏ əzm — ixtiyar

Etimologiya

  • İRADƏ Ərəbcədir, “əzm, dözüm” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İRADÇILIQ
İRADƏLİ

Digər lüğətlərdə