İXTİLAT

is. [ ər. ] klas. Oturub-durma, görüşüb əlaqə saxlama, qaynayıb-qarışma.
Nə bir fərəhi, nə bir nişanı; Nə kimsə ilə bir ixtilatı. Füzuli.

// Söhbət.
İxtilatın şirin, sözün məzəli; Şəkər gülüşündən canlar təzəli. M.P.Vaqif.

□ İxtilat etmək (qatmaq) – söhbət eləmək, söhbətləşmək.
Qadir Allah səbəb salıb araya; Sevdiyim, ixtilat qatmaq çağıdır. Q.Zakir.
Mən oturub səninlə yaxın, qabaq-qabağa; İxtilat etmişəm söz çəkəndə sabaha. R.Rza.
Şagird ilə ustad gecə keçənə qədər ixtilat etdilər, çay içdilər. Ə.Məmmədxanlı.

// Kiçik toy məclisi, xudmani söhbət məclisi. Bizi bu axşam ixtilata çağırıblar. – [Nurcahan xala:] Ay kişi! Mən nə eyləyim?. Yetimlərinin başlarını, əndamlarını yumağa getmişdim də.
Toya, qonaqlığa, ixtilata getməmişdim ki? H.Sarabski.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İXTİLAT söhbətləşmə
  • İXTİLAT oturub-durma — qaynayıb-qarışma
  • İXTİLAT ixtilat bax söhbət 1
İXTİLALÇI
İXTİLATÇI

Digər lüğətlərdə