İYÚN

[ lat. ] Təqvim ilinin altıncı ayı.
İyun gecəsi sərinləşdikcə, elə bil [İkram] üşüyür, boynunu içinə çəkib getdikcə daha çox büzüşürdü. Ə.Əbülhəsən.
Bayırda gözəl ilıq dağ yerlərinə məxsus yüngül təravətli bir iyun sabahı açılırdı. M.Rzaquluzadə.

İYÚL
İYVARİ
OBASTAN VİKİ
İyun
"İyun" ilin 6-cı ayıdır. 30 gündən ibarətdir. Romanın panteon ilahəsi sayılan "Yunona"nın adı ilə bağlıdır. O evlilik və qadınların gözəl rifahı kimi simvolizə edilir.
10 iyun
10 iyun — Qriqorian təqvimində ilin 161-ci günü. (uzun ildə 162-ci) Bu tarixdə ilin sonuna 204 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 may tarixinə uyğun gəlir. 1934 — İtaliya milli futbol komandası 1934 FİFA Dünya Kubokunu qazanıb. 1967 — Altı günlük müharibə bitmişdir: İsrail və Suriya atəşkəs barədə razılığa gəliblər. 1999 — NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi bitmişdir. 2012 — Taiti milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. 2005 — "Neftçi" Azərbaycan Premyer Liqası çempionu olmuşdur.
11 iyun
11 iyun — Qriqorian təqvimində ilin 162-ci günü. (uzun ildə 163-cü) Bu tarixdə ilin sonuna 203 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 may tarixinə uyğun gəlir. 2016 — Yeni Zelandiya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. 1993 — Azərbaycan və Belarus arasında diplomatik əlaqələr qurulmuşdur. 2022 — Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatını qazanmışdır.
12 iyun
12 iyun — Qriqorian təqvimində ilin 163-cü günü. (uzun ildə 164-cü) Bu tarixdə ilin sonuna 202 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 may tarixinə uyğun gəlir. 1964 — Aparteid əleyhinə fəal və Afrika milli konqresinin rəhbəri Nelson Mandela CAR-da təxribat törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib. 1987 — Soyuq müharibə: Brandenburq qapısında ABŞ prezidenti Ronald Reyqan açıq şəkildə Mixail Qorbaçova Berlin divarını sökməyə çağırıb. 1991 — Boris Yeltsin Rusiyanın prezidenti seçilib. 1998 — Fransa milli futbol komandası 1998 FİFA Dünya Kubokunu qazanıb. 2016 — ABŞ-nin Florida ştatındakı Orlando şəhərində "Pulse" gey gecə klubunda gülləbaran hadisəsi baş vermişdir. 1992 — Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Ağdam uğrunda döyüşlərdə iştirak edib və Goranboy əməliyyatını keçirərək Şaumyan rayonunu azad etmişdir. 2015 — Bakıda 2015 Avropa Oyunlarının açılış mərasimi keçirilmişdir.
13 iyun
13 iyun — Qriqorian təqvimində ilin 164-cü günü. (uzun ildə 165-ci) Bu tarixdə ilin sonuna 201 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 may tarixinə uyğun gəlir. 1976 — İran milli futbol komandası Asiya Kubokunu qazanıb. 1983 — Pioner 10 Neptunun orbitindən kənara çıxandandan sonra, mərkəzi Günəş sistemini tərk edən ilk süni obyekt olub. 2015 — Tbilisi şəhərində daşqın baş vermişdir. 1931 — Azərbaycan Yazıçılar Birliyi təsis edilib. 1992 — Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin Əsgəran yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulmuşdur.
14 iyun
14 iyun — Qriqorian təqvimində ilin 165-ci günü. (uzun ildə 166-cı) Bu tarixdə ilin sonuna 200 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 iyun tarixinə uyğun gəlir. 1158 — Münhen şəhəri Aslan Henri tərəfindən İzar çayının sahilində qurulmuşdur. 1940 — İkinci Dünya müharibəsi: Almaniyanın Paris işğalı başlayıb. 2004 — Azərbaycan polis polkovniki Fətulla Hüseynov Bakıda yaşadığı binanın qarşısında öldürülüb.
15 iyun
15 iyun — Qriqorian təqvimində ilin 166-cı günü. (uzun ildə 167-ci) Bu tarixdə ilin sonuna 199 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 iyun tarixinə uyğun gəlir. E.ə. 763 — Assuriyalılar günəş tutulmasını qeyd edirlər və bu daha sonradan Mesopotamiya tarixinin xronologiyasını düzəltmək üçün istifadə olunub. 1667 — İnsana ilk qanköçürmə Jan-Baptist Denis tərəfindən həyata keçirilib. 1836 — Arkanzas ABŞ-nin 25-ci ştatı olub. 1954 — UEFA təsis olunub. 1977 — 1975-ci ildə diktator Fransisko Frankonun ölümündən sonra İspaniyada ilk demokratik seçkilər keçirilib. 2021 — Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanmışdır.
16 iyun
16 iyun — Qriqorian təqvimində ilin 167-ci günü. (uzun ildə 168-ci) Bu tarixdə ilin sonuna 198 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 iyun tarixinə uyğun gəlir. 1963 — Sovet kosmik proqramı: Vostok 6 missiyası: Kosmonavt Valentina Tereşkova kosmosa çıxan ilk qadın oldu. 1919 — Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası arasında Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi imzalanmışdır. 1995 — Sara TV təsis edilib. 2003 — Zəngəzur Milli Parkı təsis edilib.
17 iyun
17 iyun — Qriqorian təqvimində ilin 168-ci günü. (uzun ildə 169-cu) Bu tarixdə ilin sonuna 197 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 iyun tarixinə uyğun gəlir. 1940 — Üç Baltikyanı dövlət olan Estoniya, Latviya və Litva Sovet İttifaqı tərəfindən işğal olunub. 1944 — İslandiya Danimarkadan müstəqilliyini elan edərək respublikaya çevrilib. 1962 — Braziliya milli futbol komandası 1962 FİFA Dünya Kubokunu qazanıb. 1985 — Discovery Channel telekanalı təsis edilib. 2015 — Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina ştatının Çarlston şəhərində yerləşən Afrika Emanuel Metodist Kilsəsinə silahlı hücüm edilib. 1984 — Bakı şəhərində 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılıb. 1988 — Azərbaycan Ali Soveti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq edir.
18 iyun
18 iyun — Qriqorian təqvimində ilin 169-cu günü. (uzun ildə 170-ci) Bu tarixdə ilin sonuna 196 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 iyun tarixinə uyğun gəlir. 1815 — Bir tərəfdə Fransa İmperiyası , digər tərəfdə Böyük Britaniya və Prussiya arasında Vaterlo döyüşü baş verib. 1940 — Şarl de Qoll 18 iyun müraciətini edib. 1972 — Qərbi Almaniya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 1979 — ABŞ və Sovet İttifaqı arasında SSMD-2 tərəfindən imzalanıb. 2010 — Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında Çaylı döyüşü baş vermişdir. 2020 — "Qarabağ" Azərbaycan Premyer Liqası çempionu olmuşdur.
İyun böhranı
İyun böhranı — Nuru paşanın Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasına və hökumətinə etimadsızlığı ilə bağlı 1918-ci il iyunun 16-17-də yaranmış siyasi böhran. Azərbaycan istiqlalı üçün son dərəcə təhlükəli olan bir dövrdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və Milli Şura 1918-ci il iyunun 16-də Tiflisdən Gəncəyə köçdülər. Onların Azərbaycan hüdudlarına daxil olduqları zaman qarşılaşdıqları ilk ciddi məsələ bolşevik-daşnak qüvvələrinin Cənubi Qafqazın müsəlman olan əhalisinə qarşı həyata keçirdikləri soyqırımlarına son qoymaq üçün Osmanlı dövləti tərəfindən göndərilən Qafqaz İslam Ordusunun komandanı təyin edilmiş Nuru paşanın və onun ətrafındakı qüvvələrin Milli Şuraya və Hökumətə soyuq və inamsız münasibəti oldu. Nuru paşanın bu mövqeyi Azərbaycana gəldiyi ilk günlərdə milli hökumətə hörmət və etimadla yanaşacağı, daxili siyasi proseslərə müdaxilə etməyəcəyi barədə verdiyi bəyanata tam əks idi. Belə bir vəziyyət Azərbaycan istiqlalı üçün ciddi təhlükə yaradırdı. Gərginliyin dərinləşməsinə Nuru paşanı əhatə edən, ona güclü təsir göstərən "rus çinovniklərinin qapısında baş əyən qara qəlbli, xəbis adamlar"ın (R.Vəkiləv) "xidmətləri" mühüm rol oynamışdı. Özünün də etiraf etdiyi kimi, siyasətçi olmayan Nuru paşanın Azərbaycan hakimiyyətinə qarşı tutduğu bu sərt mövqe Azərbaycanın daxili və xarici vəziyyətinin çox mürəkkəb olduğu bir durumda bildirilmişdi. Bakıda sovet hakimiyyəti pərdəsi altında fəaliyyət göstərən daşnak rejimi Osmanlı dövlətinin Qafqaz xalqları üçün ciddi təhlükə doğurduğu, Osmanlı işğalının ağır nəticələrinin bütün xalqlar üçün faciəli sonluqla bitəcəyi, yalnız "Sovet hakimiyyəti"nin xalqlara "xoşbəxt gələcək" bəxş edəcəyi və bu kimi cəfəngiyatlarla dolu təbliğat apardığı bir şəraitdə Nuru paşanın Azərbaycan istiqlalına münasibəti onun siyasi proseslərə düzgün qiymət verə bilməməsi ilə bağlı idi. Nuru paşanı əhatə edən İlhaqçılar Azərbaycanın yeganə xilas yolunu Osmanlı imperiyası hüdudları daxilində mövcudluqda görürdülər. Onlar Nuru paşanı Milli Şura hökumətinin guya Rusiyapərəst və inqilabi hakimiyyət olmasına, anarxiyaya və xaosa gətirib çıxaracağına inandıra bilmişdilər.
İyun deportasiyası
İyun deportasiyası (est. juuniküüditamine, latış. jūnija deportācijas‎, lit. birželio trėmimai) — Sovet İttifaqı tərəfindən 1940–1941-ci illərdə işğal olunmuş Baltikyanı ölkələr, işğal olunmuş Polşa (əsasən indiki Qərbi Belarusiya və Qərbi Ukrayna) və Moldaviyadan on minlərlə insanın kütləvi deportasiyası. Bu kütləvi deportasiya SSRİ Xalq Daxili İşlər Komissarı Lavrenti Beriyanın baş icraçı olmaqla NKVD və DTK -nın müəyyən etdiyi göstərişlərə əsasən təşkil edilib. Çox məxfi əməliyyatın rəsmi adı “Sosial yad elementlərin Baltikyanı respublikalardan, Qərbi Ukraynadan, Qərbi Belarusiyadan və Moldovadan çıxarılması haqqında Qətnamə” idi. “Militsya” adlanan sovet polisi həbsləri yerli Kommunist Partiyası üzvlərinin əməkdaşlığı ilə həyata keçirib. Deportasiya 1941-ci il mayın 22-dən iyunun 20-dək, faşist Almaniyasının Sovet İttifaqına hücum etməsindən əvvəl baş verdi. Lakin deportasiyaların məqsədi almanların hücumuna hazırlıq zamanı təhlükəsizliyi gücləndirmək deyil, sovet hökumətinin siyasi əleyhdarlarını uzaqlaşdırmaq idi. Deportasiya Baltikyanı dövlətlərin, Bessarabiyanın və Şimali Bukovinanın işğalından və ilhaqından bir il sonra baş verdi və “antisovet elementləri” – keçmiş siyasətçilər, polislər, varlı sənayeçilər və torpaq sahibləri və s.
19 iyun
19 iyun — Qriqorian təqvimində ilin 170-ci günü. (uzun ildə 171-ci) Bu tarixdə ilin sonuna 195 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 iyun tarixinə uyğun gəlir. 1938 — İtaliya milli futbol komandası 1938 FİFA Dünya Kubokunu qazanıb. 1944 — Yaponiya İmperiyası və ABŞ arasında Filippin dəniz döyüşü baş verib. 1979 — Əvvəlcə 1976-cı ildə "Con" kimi nəşr olunan "Qarfild"-in ilk komiksləri ümummilli sindikasiyaya daxil olub. 1992 — Azərbaycan, Avstraliya və Rumıniya arasında diplomatik əlaqələr qurulmuşdur. 2016 — Azərbaycanda ilk dəfə Formula-1 qran-prisi keçirilib və qran-prinin qalibi Niko Rosberq olub.
1 iyun
1 iyun — Qriqorian təqvimində ilin 152-ci günü. (uzun ildə 153-cü) Bu tarixdə ilin sonuna 213 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 may tarixinə uyğun gəlir. 1792 — Kentukki ABŞ-nin 15-ci ştatı olub. 1796 — Tennessi ABŞ-nin 16-cı ştatı olub. 1831 — Ceyms Klark Ross Şimal maqnit qütbünə çatan ilk avropalı olur. 1980 — Atlanta şəhərində CNN televiziya kanalı təsis edilib. 2009 — Air France şirkətinə məxsus A-330 təyyarəsi Atlantik okean üzərində qəzaya uğramışdır. 1981 — Bakıda Respublika Gözdən Əlillər Kitabxanası təsis edilib. 1992 — Azərbaycan və Lüksemburq arasında diplomatik əlaqələr qurulmuşdur.
20 iyun
20 iyun — Qriqorian təqvimində ilin 171-ci günü. (uzun ildə 172-ci) Bu tarixdə ilin sonuna 194 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 7 iyun tarixinə uyğun gəlir. 1837 — I Viktoriya Böyük Britaniyanın kraliçası olub. 1863 — Qərbi Virciniya ABŞ-nin 35-ci ştatı olub. 1976 — Çexoslovakiya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 1991 — Almaniya Bundestaqı hökumət oturacağının keçmiş Qərbi Almaniya paytaxtı Bonndan indiki paytaxtı Berlinə köçürülməsinə səs verib. 1995 — Azərbaycan və Mozambik arasında diplomatik əlaqələr qurulmuşdur.
21 iyun
21 iyun — Qriqorian təqvimində ilin 172-ci günü. (uzun ildə 173-cü) Bu tarixdə ilin sonuna 193 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 8 iyun tarixinə uyğun gəlir. 1503 — Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında Almaqulağı döyüşü baş verib. 1788 — Nyu-Hempşir ABŞ-nin 9-cu ştatı olub. 1964 — İspaniya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 1970 — Braziliya milli futbol komandası 1970 FİFA Dünya Kubokunu qazanıb. 2009 — Qrenlandiya özünü idarə etməyə başlayıb. 2012 — Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təsis edilib.
22 iyun
22 iyun — Qriqorian təqvimində ilin 173-cü günü. (uzun ildə 174-cü) Bu tarixdə ilin sonuna 192 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 9 iyun tarixinə uyğun gəlir. 1633 — Romadakı Müqəddəs Ofis Qalileo Qalileyi qızğın mübahisələrdən sonra kainatın mərkəzinin Yer deyil, günəşin olması fikrini rədd etməyə məcbur edib. 1941 — İkinci Dünya müharibəsi: Üçüncü Reyx Barbarossa əməliyyatı nəticəsində Sovet İttifaqını işğal edir. 1945 — İkinci Dünya müharibəsi: Okinava döyüşü bitmişdir. 1980 — Qərbi Almaniya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb.
23 iyun
23 iyun — Qriqorian təqvimində ilin 174-cü günü. (uzun ildə 175-ci) Bu tarixdə ilin sonuna 191 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 10 iyun tarixinə uyğun gəlir. 1894 — Beynəlxalq Olimpiya Komitəsi Paris Universitetində baron Pyer de Kubertenin təşəbbüsü ilə təsis olunub. 1961 — Antarktidanı elmi qoruq kimi ayıran və qitədə, onun adalarında və buz şelflərində hərbi fəaliyyəti məhdudlaşdıran Antarktika haqqında konvensiya qüvvəyə minib. 2016 — Səsvermənin nəticələrinə əsasən, seçicilərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyib. 1995 — "Neftçi" Azərbaycan Superkubokunu qazanıb. E.ə.
24 iyun
24 iyun — Qriqorian təqvimində ilin 175-ci günü. (uzun ildə 176-cı) Bu tarixdə ilin sonuna 190 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 11 iyun tarixinə uyğun gəlir. 1910 — Milan şəhərində Alfa Romeo avtomobil istehsalçısı təsis edilib. 1948 — Soyuq müharibə: Berlin böhranı başlamışdır: Sovet İttifaqı Qərbi Almaniya ilə Qərbi Berlin arasında quruda səyahəti qeyri-mümkün etmişdir. 2007 — ABŞ milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. 2013 — Bakıda Fairmont Baku hotelinin açılışı olub. 2021 — Xocavənd rayonunun Hadrut qəsəbəsində Dəmir yumruq abidəsinin açılışı olub.
25 iyun
25 iyun — Qriqorian təqvimində ilin 176-cı günü. (uzun ildə 177-ci) Bu tarixdə ilin sonuna 189 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 12 iyun tarixinə uyğun gəlir. 1788 — Virciniya ABŞ-nin 10-cu ştatı olub. 1947 — "Gənc qızın gündəliyi" (daha çox "Anna Frankın gündəliyi" kimi tanınır) nəşr olunub. 1950 — Şimali və Cənubi Koreya dövlətləri arasında Koreya müharibəsi başlamışdır. 1978 — Argentina milli futbol komandası 1978 FİFA Dünya Kubokunu qazanıb. 1988 — Niderland milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 2011 — Meksika milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. 1978 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Nazim Əliverdibəyovun "Cırtdan" operasının premyerası keçirilmişdir.
26 iyun
26 iyun — Qriqorian təqvimində ilin 177-ci günü. (uzun ildə 178-ci) Bu tarixdə ilin sonuna 188 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 13 iyun tarixinə uyğun gəlir. 1945 — San Fransiskoda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi 50 müttəfiq dövlət tərəfindən imzalanmışdır. 1907 — Tiflis şəhərində silahlı soyğun baş vermişdir. 1992 — Danimarka milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 2016 — Çili milli futbol komandası Amerika Kubokunu qazanıb.
27 iyun
27 iyun — Qriqorian təqvimində ilin 178-ci günü. (uzun ildə 179-cu) Bu tarixdə ilin sonuna 187 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 14 iyun tarixinə uyğun gəlir. 1984 — Fransa milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 1998 — Türkiyənin Adana şəhərində 6.2 bal gücündə zəlzələ baş vermişdir. 1918 — türk dili Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət dili elan edilmişdir.
28 iyun
28 iyun — Qriqorian təqvimində ilin 179-cu günü. (uzun ildə 180-ci) Bu tarixdə ilin sonuna 186 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 15 iyun tarixinə uyğun gəlir. 1914 — Sarayevoda serb milliyyətçisi Qavrilo Prinsip tərəfindən Avstriya-Macarıstan taxt-tacının vəliəhdi və ershersoq Frans Ferdinandın və onun xanımı Sofiya Hohenberqin qətlə yetirilmişdir. 1919 — Versal sülh müqaviləsi imzalanmışdır. 2000 — Avstraliya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. 1995 — Azərbaycan və Makedoniya arasında diplomatik əlaqələr qurulmuşdur.
29 iyun
29 iyun — Qriqorian təqvimində ilin 180-ci günü. (uzun ildə 181-ci) Bu tarixdə ilin sonuna 185 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 16 iyun tarixinə uyğun gəlir. 1958 — Braziliya milli futbol komandası 1958 FİFA Dünya Kubokunu qazanıb. 1986 — Argentina milli futbol komandası 1986 FİFA Dünya Kubokunu qazanıb. 1997 — Braziliya milli futbol komandası Amerika Kubokunu qazanıb. 2007 — Apple şirkətin ilk mobil telefonu olan iPhone-u buraxdı. 2008 — İspaniya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 1992 — Azərbaycan və Yeni Zelandiya arasında diplomatik əlaqələr qurulmuşdur. 2011 — Bakıda Dərnəgül metrostansiyasının açılışı olmuşdur.
2 iyun
2 iyun — Qriqorian təqvimində ilin 153-cü günü. (uzun ildə 154-cü) Bu tarixdə ilin sonuna 212 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 20 may tarixinə uyğun gəlir. 1964 — Fələstin Azadlıq Təşkilatı təsis olunub. 1979 — Roma papası II İohann Pavel ilk rəsmi səfərini vətəni Polşaya edir və kommunist ölkəsinə səfər edən ilk Roma papası olur.
Haaqa Konfransı (1922, iyun-iyul)
Haaqa konfransı — I dünya müharibəsindən sonra dünyada iqtisadi, siyasi sistemi normallaşdırmaq, rusiyadan borcların geri alınması üçün təşkil olunan beynəlxalq konfransdır. Haaqa konfransından əvvəl İngiltərənin baş naziri Lloyd Corc Kannda keçirilən Müttəfiqlərin Ali Şurasının iclasında dünyada maliyyə-iqtisadi problemləri həll etmək üçün beynəlxalq konfransın çağırılmasını təklif edir. Onun bu təklifi qəbul olunur. Qəbul olunan qətnaməyə görə Genuyada çağırılacaq konfransda baş nazirlər iştirak etməli idi. Konfransda İngiltərəni baş nazir Lloyd Corc, Almaniyanı kansler Virt, Fransanı xarici işlər naziri Lui Bartu, İtaliyanı baş nazir Fakta təmsil edirdi. Sədr Fakta seçilir. Konfrans qarşısına qoyduğu problemlərin-Almaniyadan təzminat almaq, borclar, Rusiya məsələsi və Yaxın Şərq məsələlərinni demək olar ki, heç birini həll edə bilmir. Qəbul edilən qərara əsasən, bu problemlərin həllinin davamı (xüsusilə Rusiyadan borcların alınması) Haaqada keçiriləcək konfransa qədər ertələnir. Haaqa konfransı 1922-ci il iyun ayının 15-dən iyulun 20-dək davam etmişdir. Konfransda rus və qeyri-rus komissiyaları, xüsusi mülkiyyət, borclar və kredit yarımkomissiyaları yaradıldı.
Paramariboda təyyarə qəzası (7 iyun 1989)
Paramariboda təyyarə qəzası (7 iyun 1989) — Surinamın futbolu tarixindəki ən dəhşətli faciə 7 iyun 1989-cu ildə Surinam yığması və Hollandiyada çıxış edən surinamlılar arasında qarşılaşma planlaşdırılmışdı. Amsterdamdan Paramariboya Hollandiya yığmasında çıxış etməmiş yetərincə tanınmış futbolçulardan təşkil olunmuş komanda yollanıb. Təyyarə pilotlarının səhvi aviaqəzaya səbəb olur. Göyərtədə olan 186 nəfərdən yalnız 11-i sağ çıxır. 18 futbolçudan 15-i həlak olur, 3-ü isə həyatının qalan hissəsini əlil kimi keçirməyə məcbur olur. Ən maraqlı fakt isə bu qəzada iştirak etməyən birisi haqdadı. Məşhur holland futbolçu Dennis Berqkampın aerofobiya – təyyarələrdə uçmaq qorxusu bütün dünyada məşhurdu. Bilin ki, tanınmış "uçmayan hollandiyalı" ləqəbli bu oyunçunun belə xəstəliyinə bir nömrəli səbəb məhz bu qəza olub. Həlak olan futbolçuların bir çoxunu yaxından tanıyan Berqkampın böyük üzüntü keçirdiyi və bundan sonra bir daha təyyarəyə minmədiyi deyilir.
Türkiyədə Parlament seçkiləri (iyun 2015)
Türkiyədə keçirilən seçkidir. 165 müstəqil namizəd millət vəkili adı uğrunda yarışır. Seçkilərdə əsas mübarizənin hakim AKP (Ədalət və İnkişaf Partiyası) ilə CHP (Cumhuriyyət Xalq Partiyası) arasında gedəcəyi hesab edilir. Ədalət və İnkişaf Partiyası (AKP) 42,5 faiz səs toplayıb. Ötən seçkilərdən 25,94 faiz səs toplamış Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün keçirilən seçkilərdə 24,9 faiz səs qazanıb. 2011-ci il parlament seçkilərində 12,96 faiz səs qazanmış Milliyyətçi Hərəkat Partiyası bu seçkilərdə səs sayını artıraraq 16,9 faiz səs toplayıb. Seçkilərin sürpriz partiyası olan HDP isə 10 faizlik seçki baryerini aşmağa müvəffəq olub. Səlahəttin Demirtaşın rəhbərlik etdiyi partiya 11,3 faiz səs toplayıb. Bu nəticələrə əsasən, AKP 258, CHP 133, MHP 80, HDP 80 millət vəkili mandatı qazanmış olur. Türkiyədə koalisiya hökuməti qurulması üçün Konstitusiyada nəzərdə tutulan 45 günlük müddət 13 iyul tarixindən rəsmən başlayıb.
İstanbulda bələdiyyə seçkiləri (iyun, 2019)
İstanbulda bələdiyyə seçkiləri — 2019-cu il iyunun 23-də İstanbul ərazisində baş tutan seçki. Həmin il martın 31-də baş tutan seçkilərdə CHP namizədi Əkrəm İmamoğlu səslərin 48,77 %, AKP namizədi Binəli Yıldırım isə 48,62 % topladı. Aprelin 17-də İmamoğlu səlahiyyətlərinin icrasına başladı. Mayın 6-da isə Ali Seçki Şurası seçkilərin nəticələrini ləğv etdi və iyunun 23-də yeni seçkinin baş tutacağını elan etdi.
28 iyun (dəqiqləşdirmə)
28 iyun — Qriqorian təqvimində ilin 179-cu günü. 28 iyun (teleserial, 2016) — teleserial.
28 iyun (teleserial, 2016)
28 iyun — bədii serial. Rejissor Elmir Süleymanov tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Xəzər televiziyasında istehsal edilmişdir. Filmdə əsas rolları Xanım İbrahimova, İlqar Cahangirov, Qurban İsmayılov, Hikmət Rəhimov və Kəmalə Mehdiyeva ifa edirlər. 2006-cı il. 3 dost ova çıxırlar, lakin özləri ov olurlar. Müəmmalı şəkildə kimsə onların üçünü də yaralayır. Xəstəxanaya çatdırıldıqdan sonra həmin gecə növbətçi olan tibb universitetinin tələbəsi Aysel (Xanım İbrahimova) təcrübəsizlikdən xəstələrdən birinə (İlqar Cahangirov) dozadan artıq iynə vurur və xəstə keçinir. Aysel isə həbs olunur...
Türkiyədə parlament seçkiləri (iyun, 2015)
Türkiyədə keçirilən seçkidir. 165 müstəqil namizəd millət vəkili adı uğrunda yarışır. Seçkilərdə əsas mübarizənin hakim AKP (Ədalət və İnkişaf Partiyası) ilə CHP (Cumhuriyyət Xalq Partiyası) arasında gedəcəyi hesab edilir. Ədalət və İnkişaf Partiyası (AKP) 42,5 faiz səs toplayıb. Ötən seçkilərdən 25,94 faiz səs toplamış Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün keçirilən seçkilərdə 24,9 faiz səs qazanıb. 2011-ci il parlament seçkilərində 12,96 faiz səs qazanmış Milliyyətçi Hərəkat Partiyası bu seçkilərdə səs sayını artıraraq 16,9 faiz səs toplayıb. Seçkilərin sürpriz partiyası olan HDP isə 10 faizlik seçki baryerini aşmağa müvəffəq olub. Səlahəttin Demirtaşın rəhbərlik etdiyi partiya 11,3 faiz səs toplayıb. Bu nəticələrə əsasən, AKP 258, CHP 133, MHP 80, HDP 80 millət vəkili mandatı qazanmış olur. Türkiyədə koalisiya hökuməti qurulması üçün Konstitusiyada nəzərdə tutulan 45 günlük müddət 13 iyul tarixindən rəsmən başlayıb.
2022-ci il iyun ayında vəfat edənlər
2022-ci il iyun ayında vəfat edənlərin siyahısı. Cüneyt Arkın — 84 yaşında vəfat edib. Marqaret Kin — 94 yaşında vəfat edib. Regimantas Adomaytis — 85 yaşında vəfat edib. Eldar Salayev — 88 yaşında vəfat edib. Aida Hüseynova (musiqişünas) — 58 yaşında vəfat edib. Jan-Lui Trentinyan — 91 yaşında vəfat edib. Müzamil Abdullayev Tuncer Gülənsoy — 83 yaşında vəfat edib. Matt Zimmerman(en) — 87 yaşında vəfat edib. Alek Con Saç — 70 yaşında vəfat edib.
2023-cü il iyun ayında vəfat edənlər
2023-cü il fevral ayında vəfat edənlərin siyahısı. Alan Arkin — 89 yaşında vəfat edib. Fatimə Ağamirzəyeva — 70 yaşında vəfat edib. Harri Markovits — 95 yaşında vəfat edib. Nəsrullah Nasehpur — 82 yaşında vəfat edib. Eldar Şəfiyev — 69 yaşında vəfat edib. Ciro Uşio — 92 yaşında vəfat edib. Silvio Berluskoni — 86 yaşında vəfat edib. Kərəm Məmmədov — 58 yaşında vəfat edib. Ted Kaçinski — 81 yaşında vəfat edib.
Litvada İyun üsyanı
İyun üsyanı (litvaca: Birželio sukilimas) — Litvada ilk Sovet işğalı ilə 1941-ci ilin iyunun sonlarında baş vermiş nasist işğalı arasında baş vermiş üsyan nəzərdə tutulur. Üsyandan təxminən bir il əvvəl, 15 iyun 1940-cı ildə Qızıl Ordu Litvanı ələ keçirdi və litvalılar arasında sevilməyən Litva Sovet Sosialist Respublikasının yaradıldığını elan etdi. Yeni rejim özünə qarşı müxalifəti susdurmaq üçün siyasi repressiyalardan və terrordan istifadə edirdi. 22 iyun 1941-ci ildə Nasist Almaniyasının Sovet İttifaqına hücum etdiyi zaman Litva cəmiyyətinin fərqli təbəqələrindən olan şəxslər bolşevik hakimiyyətinə qarşı üsyana qalxdılar. Üsyançılar dövlət istiqlaliyyətinin yenidən bərpa edildiyini elan edərək qısamüddətli Müvəqqəti Hökumət yaratdılar. Vermaxtın gəlişinə qədər Litvanın iki ən böyük şəhəri olan Kaunas və Vilnüs üsyançıların əlinə keçdi. Bir həftə ərzində alman ordusu bütün Litvaya nəzarət etməyə başladı və buralardan bolşevik ordusunu qovdu. Litvalılar almanları qəddar Sovet hakimiyyətinfən onları xilas edən ordu kimi qarşıladılar. Litvalılar ümid edirdilər ki, almanlar onların müstəqilliyinə toxunmayacaq və ya Slovak Respublikasında olduğu kimi müəyyən muxtariyyət tanıyacaqlar. Reallıqda isə nasistlərdən heç bir dəstək gəlmədi və onlar yavaş-yavaş litvalıların administrasiyasını özünkü ilə dəyişdirdilər.
Moskva Qələbə Paradı (24 iyun 1945)
24 iyun 1945-ci ildə Moskvada Qırmızı Meydanda Qələbə Paradı — Böyük Vətən Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi şərəfinə Moskvada keçirilən tarixi hərbi parad. [1] Arxivləşdirilib 2007-04-20 at the Wayback Machine, [2], [3] — фотографии с Парада Победы Фото Евгения Халдея: Парад победы, правофланговый.
Sərrin döyüşü (iyun–iyul, 2015)
Sərrin döyüşü — 2015-ci ildə, Suriyada vətəndaş müharibəsi zamanı Hələb mühafizəsinin şimal-şərqində YPG və Azad Suriya Ordusunun Sərrin şəhərini və ətraf bölgəni İraq Şam İslam Dövlətindən ələ keçirdiyi hərbi əməliyyat. Təxminən iki ay dayanmış əvvəlki əməliyyat sonra YPG-nin başçılıq etdiyi döyüşçülər 18 iyun 2015-ci ildə Sərrin üzərində hücum əməliyyatlarını yeniləmiş və bunun ardınca 1 iyulda İŞİD-in Kobani qətliamından sonra tammiqyaslı əməliyyat başlamışdır. 4 iyulda YPG və ASO qüvvələri Sərrin şəhərini, həmçinin Sərrinin şimalında yerləşən Xirbat əl-Bürc kəndi və Sərrin Taxıl Silosunu tam mühasirəyə alınmışdır. 12 iyulda İŞİD qüvvələri dəstək qüvvələr əldə etdikdən sonra mühasirələri yarmağa və Sərrinə təchizat xəttini bərpa etməyə müvəffəq olmuşdur. Bununla belə, 24 iyulda YPG və Azad Suriya Ordusu qüvvələri Sərrinin mühasirəsini bərpa etmiş, Sərrin Taxıl Silosu və Xirbət əl-Burc mühasirələri ertəsi günə tam olaraq bərpa olunmuşdur. 27 iyulda YPG-nin başçılıq etdiyi qüvvələr Sərrini və ətraf bölgəni, 25 kənd və 20-dən çox əkin sahəsi daxil olmaqla müəyyən bir ərazini tam ələ keçirmiş, YPG əməliyyatın başa çatdığını elan etmişdir.
Birləşmiş İyun Hərəkatı
Birləşmiş İyun Hərəkatı (BİH; türk. Birleşik Haziran Hareketi; BHH) — Türkiyədə solçu, kommunist və sosialist partiyaları, marksist–leninist siyasi təşkilatları, müstəqil şəxsləri və müxtəlif solçu qeyri-hökumət təşkilatlarını birləşdirən siyasi koalisiya. BİH hərəkatın qurucuları tərəfindən antikapitalist, antiimperialist, antifaşist və antimürtəce siyasi ittifaq kimi müəyyən edilmişdir. "İyun Hərəkatı" Azadlıq və Həmrəylik Partiyası, Kommunist Partiyası, Türkiyə Xalq Kommunist Partiyası, Əməkçi Hərəkatı Partiyası, Sosialist Qurtuluş Partiyası və İnqilabçı Hərəkat daxil olmaqla geniş qrup və siyasi partiyalardan ibarət idi. 2015-ci ilin fevralında XDP fəxri sədri və XDK-nin sözçüsü Ərtoğrul Kürkçü "Birləşmiş İyun Hərəkatı"na 2015-ci ilin iyununda keçiriləcək ümumi seçkilərə ortaq siyahı şəklində qatılmaq təklifi ilə müraciət etmişdir.

Digər lüğətlərdə