İŞILDAMAQ

f. İşıq vermək, işıq saçmaq.
Yerlərdə işıldamır nə bir şam, nə bir ocaq; Göylərdə eşidilir ölüm nərəsi ancaq. Ə.Cəmil.
Elektrik lampaları axşamın boz dumanları içərisində sönük bir parıltı ilə işıldayırdı. Q.İlkin.

// Parlamaq, parıldamaq, bərq vurmaq. Üzüyün qaşı işıldayır. Şüşə işıldayır. – Hər işıldayana qızıl deməzlər. ( Ata. sözü ).
Vaqif yağışdan sonra təmizlənib işıldayan otlara və çiçəklərə baxır, zövqlənirdi… Çəmənzəminli.
Manqalın işığında onun xınalı dırnaqları və barmağındakı qızıl üzük işıldadı. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İŞILDAMAQ parıldamaq
  • İŞILDAMAQ 1. İŞILDAMAQ, İŞARMAQ, İŞIQ VERMƏK 2. işıldamaq bax parlamaq

Antonimlər (əks mənalı sözlər)

  • İŞILDAMAQ İŞILDAMAQ – SÖNMƏK Elektrik lampaları axşamın dumanları içərisində sönük bir parıltı ilə işıldayırdı (Q
İŞILDAMA
İŞILDATMA

Digər lüğətlərdə