LEONİD

is. [ lat. ] Səmada Şir bürcündə özünü göstərən meteor seli (cəmdə işlənir: leonidlər).
LENTVARİ
LEŞ
OBASTAN VİKİ
I Leonid
I Leonid (q.yun. Λεωνίδας; ən geci e.ə. 520, Sparta, Peloponnes – 11 avqust e.ə. 480) — eramızdan əvvəl 491-480-ci illərdə hökm sürən Agiadlar ailəsindən olan Sparta hökmdarı, sərkərdə. Yunan-İran müharibələrində Sparta ordusunun komandanı olmuş, Fermopil döyüşündə həlak olmuşdur. == Həyatı == Leonid II Anaxandrisin oğlu idi. O, 20-ci nəsildə Herakl nəslindən sayılırdı. Leonid dörd oğuldan üçüncüsü idi, lakin I Kleomen və Dorienin ölümündən sonra kral hakimiyyətini öz üzərinə götürdü: “Leonid I Kleomenin kiçik qardaşı idi və Kleomenin kişi nəslini qoymadan öldükdən sonra taxta çıxdı”. Hökmdarlığının on ili ərzində I Leonid əhəmiyyətli bir şey etmədi, ancaq Fermopil (İsti qapılar) döyüşü ilə adını əbədiləşdirdi. Fars qoşunlarının irəliləməsi zamanı 6 min əsgərlə (300 spartalının şəxsi mühafizəsi də daxil olmaqla) Thermopylae keçidini müdafiə etdi və döyüşdə öldü.
Leonid Abalkin
Leonid İvanoviç Abalkin (rus. Леони́д Ива́нович Аба́лкин 5 may 1930, Moskva – 2 may 2011, Moskva) — Rusiya iqtisadçısı, Rusiya Elmlər Akademiyasının akademiki (1991; 1987-ci ildən SSRİ Elmlər Akademiyasının akademiki), 1986-cı ildən Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, 1989–1991-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin müavini. == Həyatı == Leonid İvanoviç Abalkin 5 may 1930-cu ildə SSRİ-də, Moskva şəhərində anadan olmuşdur. 1952-ci ildə Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1952-ci ildən Kalininqrad vilayətinin Qusev şəhərində kənd təsərrüfatı texnikumunda dərs demiş, direktoru olmuşdur. 1958-ci ildən Moskva Dövlət İqtisadiyyat İnstitutunun aspirantı olmmuşdur. 1961-ci ildən Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda assistent, müəllim, dosent, 1966-cı ildən siyasi iqtisad kafedrasının müdiri kimi çalışmışdır. 1976–1985-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında professor və siyasi iqtisad kafedrasının müdiri olmuşdur. 1985-ci ildən İqtisadiyyat İnstitutunun direktoru. 1984-cü ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1988–1990-cı illərdə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü.
Leonid Andreyev
Leonid Nikolayeviç Andreyev (rus. Леони́д Никола́евич Андре́ев) (9 (21) avqust 1871[…], Oryol[…] – 12 sentyabr 1919[…]) Rus ədəbiyyatında ekspressionizmin atası hesab edilən rus dramaturqu, romançı və qısa hekayələr yazıçısı idi. O, dövrünün ən istedadlı və məhsuldar nümayəndələrindən biri kimi qəbul edilir. Andreyevin üslubu ədəbiyyatda realist , naturalist və simvolist elementlərini özündə birləşdirir. 25 pyesdən 1915 -ci ildə yazdığı “Şillələnən” əsəri onun ən yaxşı uğuru hesab olunur. == Həyatı == Andreyev 1871-ci ildə Rusiyanın Orel şəhərində anadan olub. 1891-ci ildə Sankt- Peterburq Universitetinə daxil olur amma yoxsulluq üzündən universiteti atmağa məcbur olur. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib, ancaq bir il hüquqla maraqlanıb. O, Moskvanın “Moskovskiy Vestnik” qəzetinin polis-məhkəmə müxbiri kimi işləməyə başladı. Andreyev ilk hekayəsi olan, "Kasıb bir tələbə haqqında" əsərini nəşr etdi.
Leonid Aqranoviç
Leonid Aqranoviç (15 may 1915, Zmiyovka[d], Orlov quberniyası[d] – 15 mart 2011, Moskva) — ssenari müəllifi. == Həyatı == == Filmoqrafiya == Yaşamaq gözəldir, qardaşım!
Leonid Perelman
Leonid Perelman — SSRİ yazıçısı.
Leonid Popov
Leonid Andreyeviç Popov (saxa Леонид Андреевич Попов; 14 avqust 1919, Suntar ulusu, Yakutiya MSSR – 1 aprel 1990) – Saxa yazıçısı, Saxa Xalq şairi. == Həyatı == Leonid Popov 14 avqust 1919-cu ildə Saxa Respublikasının Suntar ulusunun Arılax kəndində müəllim ailəsində anadan olmuşdur. 1941-ci ildə Yakutiya Pedaqoji İnstitutununu bitirmiş, daha sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Yakutiya Kitab Nəşriyyatında və "Hotugu sulus" jurnalında çalışmışdır. 1944-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir. == Yaradıcılığı == Leonid Popovun ilk şeiri 1937-ci ildə nəşr edilmişdir. 1943-cü ildə Böyük Vətən Müharibəsi ilə bağlı şeirlər toplusu "Görüş gününü gözləyirəm" (Күүтэбин көрсүһэр күннэри) adı ilə ayrıca kitab kimi nəşr olunmuşdur. Onun poetik axtarışları "Ürəyin dibindən" (Истиҥ сүрэхтэн), "Qağayılar" (Хоптолор),"Təmiz qar üsrtündə gəzirik" (Хаамыах халыҥ хаарынан) kimi kitablarda əksini tapmışdır. Leonid Popovun ən məşhur əsəri Sovet İttifaqı Qəhrəmanı F. K. Popova həsr olunmuş "Nəğməyə çevrilən həyat" (Ырыа буолбут олох) və "Mənim Respublikam" (Мин республикабар) poemalarıdır. Leonid Popov nəsr yaradıcılığı ilə məşğul olmuş, "Tayqa cığırları" (1961) hekayələr toplusunu, "Kyundeli" (1970) povestini, "Toqo Sele" (1976) və "Maya diyarı" (1978) romanlarını nəşr etdirmişdir.
Leonid Qayday
Leonid İoviç Qayday (rus. Леонид Иович Гайдай; 30 yanvar 1923, Svobodnıy (şəhər) – 19 noyabr 1993, Moskva) — sovet kinorejissoru, ssenaristi və aktyoru, SSRİ xalq artisti (1989), İkinci Dünya müharibəsinin iştirakçısı. == Həyatı == Leonid Qayday 1923-cü ildə Amur vilayətində anadan olmuşdur. Onun atası İov İsidoroviç Qayday (1886–1965) dəmiryolunda çalışmışdır. Leonidgil ailədə üç uşaq idilər; ondan başqa qardaşı Aleksandr və bacısı Avqust da var idi. Leonid Qayday ilk təhsilini İrkutskda yerləşən dəmiryol məktəbində almışdır. Daha sonra o, İkinci Dünya müharibəsində iştirak edir. Müharibədə yaralanan Leonid orduya yararsız hesab olunur. 1947-ci ildə o, İrkutsk vilayətinin dram teatrının teatr studiyasında təhsil alır, işıqçı və aktyor kimi çalışmağa başlayır. 1949–1955-ci illdərdə rejissorluq fakültəsində təhsilini davam etdirmişdir.
Leonid Qovorov
Leonid Aleksandroviç Qovorov (22 fevral 1897[…] – 19 mart 1955[…], Moskva) — sovet hərb xadimi, Sovet İttifaqı Marşalı, Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == === Erkən həyatı === Leonid Qovorov 22 fevral 1897-ci ildə Rusiya imperiyasının Vyatka quberniyasında kəndli ailəsində anadan olub. Atası— Aleksandr Qriqoryeviç Qovorov gəmiçi olub. Anası—Mariya Aleksandrovna Qovorov (Panfilova) isə evdar qadın olub. Leonid Qovorovların dörd oğlundan ən böyüyü idi. Leonid Qovorov 1916-cı ildə Petroqrad Politexnik İnstitutunun gəmiqayırma şöbəsinə daxil olur. 1916-cı ilin dekabr ayında hərbi xidmətə çağırılır. 1917-ci ilin iyun ayında Leonidə leytenant rütbəsi verilir və o, Tomsk qarnizonunun kiçik zabit heyətində batareya komandiri olur. 1918-ci ilin mart ayında Leonid ordudan tərxis olunur və valideynlərinin yanına qayıdır. == Mükafatları == Qızıl Ulduz medalı (27.01.1945) "Lenin" ordeni (1941; 1942; 27.01.1945; 21.02.1945; 1947) "Qələbə" ordeni (31.05.1945) Qırmızı Bayraq ordeni I dərəcəli Suvorov ordeni (1943; 1944) Kutuzov ordeni (15.01.1944) Fəxri Legion ordeni (Fransa) == İstinadlar == == Ədəbiyyat == Glantz, David M. The Battle for Leningrad 1941–1944.
Leonid Qurvits
Leonid Qurvits (ing. Leonid Hurwicz) (21 avqust 1917[…], Moskva – 24 iyun 2008[…], Minneapolis, Minnesota) — amerikalı iqtisadçı və riyaziyyatçıdır. 2007-ci ildə Erik Meskin və Rocer Mayersonla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına "mexanizm dizaynı nəzəriyyəsinin əsasını qoyması" səbəbi ilə layiq görülmüşdür. Nobel münsiflər heyəti Leonid Qurvits tərəfindən ortaya atılan və Erik Meskinlə Rocer Mayerson tərəfindən inkişaf etdirilən nəzəriyyənin, iqtisadçıları təsirli ticarət mexanizmləri təyin edilməsi, qaydalara bağlı planlar və səsvermə prosedurlarının inkişaf etdirilməsinə köməkçi olduğunu bildirilmişdir. Bu nəzəriyyə iqtisadçıların, hökumətlərin və müəssisə sahiblərinin bazarların yaxşı işlədiyi vəziyyətlərlə, yaxşı işləmədiyi vəziyyətləri bir-birindən fərqləndirməsinə də köməkçi olur. == Əsərləri == Hurwicz, Leonid (1945). "The Theory of Economic Behavior" American Economic Review, 35(5), p p. 909– 925. Hurwicz, Leonid (1969). "On the Concept and Possibility of Informational Decentralization," American Economic Review, 59 (2), p.
Leonid Tatarinov
Leonid Petroviç Tatarinov (12 noyabr 1926, Tula - 14 avqust 2011, Moskva) — Sovet və rus paleontoloqu. Biologiya elmləri doktoru, SSRİ Elmlər Akademiyasının akademiki (1981), Rusiya Elmlər Akademiyasının məsləhətçisi. Onurğalıların müqayisəli anatomiyasının, ümumi təkamül məsələlərinin araşdırılması ilə məşğul olmuşdur . == Tərcümeyi-halı == L.Tatarinov 1943-cü ildə orta məktəbi bitirdikdən sonra bioloq olmaq istəsə də, alman faşizminə qarşı mübarizəyə səfərbər olunmuşdur. Ağır xəstəliyə görə ordudan tərxis olunan L.Tatarinov Moskva Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş və 1949-cu ildə həmin universitetin biologiya-torpaqşünaslıq fakültəini bitirmişdir. O, 1954-1973-cü illərdə Rusiya Elmlər Akademiyasının Paleontologiya İnstitutunda laboratoriya müdiri, 1975-1992-ci illərdə Paleontologiya İnstitutunun direktoru vəzifələrində işləmiş, 1992-2011-ci illərdə Rusiya Elmlər Akademiyasının məsləhətçisi olmuşdur. 250 məqalənin və 6 monoqrafiyanın müəllifidir. == Təltiflər və mükafatlar == "Şərəf nişanı" ordeni (1975) Qırmızı Əmək Bayrağı ordeni (1986) "Qütb ulduzu" ordeni (Monqolustan, 1982) IV dərəcəli "Vətən qarşısındakı xidmətlərə görə" ordeni (1999) "Dostluq" ordeni (Monqolustan, 1977) Gümüşdən hazırlanmış Ləyaqət nişanı (Almaniya, 1985) SSRİ Dövlət mükafatı (1978) == Əsərləri == L. P. Tatarinov. Pages of memoirs. Paleontological Journal.
Leonid Tibilov
Leonid Tibilov (oset. Тыбылты Харитъоны фырт Леонид; 28 mart 1952) — qismən tanınmış Cənubi Osetiya Respublikasının dövlət xadimi və siyasətçisi. 19 aprel 2012-ci ildən 21 aprel 2017-ci ilədək Cənubi Osetiyanın üçüncü prezidenti. == Bioqrafiyası == 28 mart 1952-ci ildə Gürcüstan SSR, Cənubi Osetiya Muxtar Vilayəti, Znaur rayonu, Yuxarı Dvan kəndində kəndli ailəsində anadan olub. Milliyyətcə osetindir. 1969-cu ildə Avnev kəndində orta məktəbi bitirir. Elə həmin il 1974-cü ildə bitirdiyi Cənubi Osetiya Dövlət Pedaqoji İnstitutunun Fizika və Riyaziyyat fakültəsinə daxil olur. 1974-cü ilin noyabrından 1975-ci ilin noyabrınadək Sovet Ordusunda xidmət etmişdir. 1975-ci ilin noyabrından 1981-ci ilin avqustuna qədər Cənubi Osetiyanın xalq təhsil sistemində çalışır. Fizika və riyaziyyat müəllimi, məktəbin baş müəllimi, Znaur orta məktəbinin direktoru, Cənubi Osetiya Müəllim Hazırlığı İnstitutunun riyaziyyat kabinetinin müdiri işləyir.
Leonid Vaynşteyn
Leonid Vaynşteyn (tam adı: Leonid Moiseyeviç Vaynşteyn; 20 aprel 1945, Bakı – 20 iyun 1994, Bakı) — bəstəkar, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). == Həyatı == Leonid Vaynşteyn 20 aprel 1945-ci ildə anadan olmuşdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını 1968-ci ildə professor Qara Qarayevin sinfi üzrə bitirmişdir. Müxtəlif illərdə Azərbaycan Dövlət Konservatoriyasının və Asəf Zeynallı adına Musiqi Texnikumunun bəstəkarlıq kafedralarında dosent, elecə də Azərbaycan Dövlət Rus Dram Teatrında musiqi tərtibatçısı vəzifələrində çalışmışdır. Müxtəlif janrlarda əsərlər bəstələyərək, teatr-səhnə və simfonik musiqiyə üstünlük vermişdir. Musiqiləri Azərbaycan, Rusiya və keçmiş SSRİ respublikaları, Avropa ölkələri, ABŞ və İsraildə səslənmişdir. Əsas əsərləri: "İlham" baleti, "Səhranın bəyaz günəşi" rok-operası, üşaqlar üçün "Çəkməli pişik", "Zoluşka" operaları, Böyük simfonik orkestr üçün 6 simfoniya, Violino Konserti, simli orkestr üçün Konsert, simli kvartet; orqan üçün "Memorial" triptixi (Xocalı soyqırımına ithaf), qarışıq xor ilə BSO üçün "Azərbaycan-60" kantatası (R.Zəkanın şeirlərinə, F.Qarayevlə birlikdə); solist, kişi xoru və BSO üçün "Dənizə dönmək istərəm" oratoriyası (Nazim Hikmətin şeirlərinə), "Dəniz, səma və məhəbbət" vokal silsiləsi (Nəbi Xəzrinin şeirlərinə), teatr, kinofilmlər üçün musiqi, estrada pyesləri, romans və mahnılar. Son əsərlərindən biri "Sənin baharın gələcək Azərbaycan!" ("Твоя весна придёт Азербайджан!") romansı olmuşdur. Leonid Vaynşteyn 1994-cü ildə Bakıda vəfat etmişdir. == Ailəsi == Moisey Vaynşteyn və Olqa Belyavskanın oğlu, Əbdürrəhman Vəzirovun bacısı Bəyaz Vəzirovanın həyat yoldaşı, Harri Kasparovun əmisi, Timur Vaynşteynin atasıdır.
Leonid Velilayev
Leonid Velilayev (15 (28) iyun 1916, Tavriya quberniyası[d] – 27 dekabr 1997, Antrasit[d], Luqansk vilayəti) — Krım tatarı əsilli Şöhrət ordeni laureatı. İkinci Dünya müharibəsi zamanı göstərdiyi fəallığa görə 1-ci dərəcəli Şöhrət ordeni ilə təltif olunub. O dövrdə Sovet ordusunda xidmət edən digər krım tatarları kimi slavyan adı olan "Leonid" ləqəbindən istifadə edirdi. == Həyatı == Velilayev 1919-cu ildə Akmonai kəndində Krım tatarı əsilli bir kəndli ailəsində anadan olub. 1928-ci ildə 7-ci sinifi bitirdikdən sonra bir fabrikdə təlimlər almağa başlamışdır. 1937-ci ildə təcrübəsini bitirdikdən sonra Kerç şəhərindəki metallurgiya zavodunda işlədi. 1939-cu ildə Sovet-Fin müharibəsinə aparıldı. 27 dekabr 1997-ci ildə 81 yaşında vəfat etmişdir. == Fəaliyyəti == İkinci Dünya müharibəsi illərində 140-cı diviziya piyada alayına təyin edildi. Stalinqrad döyüşündə göstərdiyi fəallıqdan dərhal sonra Şərqi və Mərkəzi Avropadakı gedən döyüşlərdə iştirak etdi.
Leonid Vinoqradov
Leonid Vinoqradov (v. 2013, Sankt-Peterburq) — general. == Həyatı == L.Vinoqradov 1979-1986-cı illərdə Zaqafqaziya hərbi dairəsində siyasi şöbənin rəisi, Azərbaycanda dislokasiya olmuş Bakı Ümumqoşun Birləşməsinin Hərbi Şurasının üzvü olub. L.Vinoqradov 1982-1986-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü olub. Ömrünün son illərini Puşkin şəhərində yaşayan Leonid Vinoqradov Azərbaycanla tarixi dostluq əlaqələrini qoruyub saxlayıb, Azərbaycan rəhbərliyi və dövlət xadimləri ilə daima təmasda olub. Eyni zamanda, L.Vinoqradov Sankt-Peterburqdakı Azərbaycan diasporu nümayəndələri ilə mütəmadi olaraq əlaqə saxlayıb. == Dəfni == 3 sentyabr 2013-cü ildə general Leonid Vinoqradovun dəfn mərasimi keçirilib. Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşları, Sankt-Peterburqda yaşayan Azərbaycan diasporunun fəal üzvləri və nüfuzlu iş adamları iştirak ediblər. Dəfn mərasimində Puşkin şəhər Administrasiyasının rəhbəri İvan Stepanov, Puşkin şəhər bələdiyyə şurasının sədri Boris Kiselyov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin birinci sərhəd kadet korpusunun rəisi Eduard Filippov, Puşkin şəhərinin müharibə veteranları şurasının üzvləri və zabit dostları L.Vinoqradovun şərəfli həyat yolunu qeyd edərək, onun dövlət qarşısındakı misilsiz xidmətlərindən söz açıblar.
Leonid Yakuboviç
Leonid Arkadyeviç Yakuboviç (31 iyul 1945, Moskva, SSRİ) — Sovet və Rus televiziya aparıcısı, aktyor, ssenarist, yazıçı, prodüser . Rusiya Federasiyasının xalq artisti (2002) . Rusiya Yəhudi Konqresi İctimai Şurasının üzvü . Daha çox "Pole çudes" verilişinin aparıcısı və bədii rəhbəri kimi tanınır. == Həyatı == 31 iyul 1945-ci ildə Moskvada anadan olub. Atası — Arkadi Solomonoviç Yakuboviç (1913–1983) — mühəndis, dizayn bürosunun müdiri, Böyük Vətən Müharibəsinin iştirakçısı, Qırmızı Ulduz ordeni sahibi Anası — Rimma Semyonovna Yakuboviç (qızlıq soyadı Şenker; 1919–2005) — həkim-ginekoloq Moskva Elektron Mühəndislik İnstitutunada təhsil aldığı illərdə Tələbə Miniatürlər Teatrında oynamışdır. Sonra təhsilini V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisliyi İnstitutuna davam etdirir . Təhsil aldığı müddətdə 1960–70-ci illərdə institutun ŞHK komandasında oynayıb. 1976–1977-ci illərdə Lixaçyov adına zavodda tornaçı kimi çalışıb. 1979-cu ildən ədəbi fəaliyyətlə məşğul olur "Hə, oğlanlar!" və "Hə, qızlar!" verilişlərinin mətn və senarilərini yazmışdır.
Leonid Zorin
Leonid Henrixoviç Zorin (əsl soyadı Zaltsman; 3 noyabr 1924, Bakı – 31 mart 2020, Moskva) — Rusiya dramaturqu. == Həyatı == Leonid Zorin 3 noyabr 1924-cü ildə Bakıda anadan olub, 1948-ci ildən Moskvada yaşayıb. BDU-nu, daha sonra isə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. L. Zorin 31 mart 2020-ci ildə 96 yaşında ürək tutmasından dünyasını dəyişib. == Yaradıcılığı == O, "Dostlar və illər" (1962), "Varşava melodiyası" (1967), "Pokrov darvazaları" (1974) və s. dram əsərləri də daxil olmaqla 50-yə yaxın pyesin müəllifidir. Dramaturqun əsərləri keçmiş SSRİ-nin bir neçə respublikasında və xaricdə dəfələrlə səhnələşdirilib. L. Zorin bir neçə filmin ssenarisinin hazırlanmasında da iştirak edib. == Təltif və mükafatları == Orden və medallarla təltif olunub.
Leonid Çadamba
Leonid Çadamba (tıva Чадамба Леонид Борандаевич; 18 mart 1918, Toju rayonu[d] – 24 aprel 1987, Kızıl, Tuva MSSR) — tuvalı şair, nasir, yazıçı, dramaturq, uşaq ədəbiyyatı yazıçısı, tərcüməçi və sosial aktivist. == Həyatı == 1918-ci ildə hal-hazırkı Tıva Respublikasının Toju bölgəsinin Hon-Şöl deyilən kəndində anadan olmuşdur. Müəllimliklə məşğul olmuşdur. Tuva dili və mədəniyyəti sahəsində ən öndə gələnlərdən biridir. == Əsərləri == İlk şerlərini 1933-cü ildə nəşr etdirmişdir. 1941-ci ildə ədəbi jurnallarda şerləri yayımlanmağa başlamışdır. Dövrün müxtəlif jurnallarında əsərləri yayımlanmışdır: “Xalqların qardaşlığı”, “Ogonyok”, “Sibir işıqları”, “Uluq-Hem” və digərləri. Onun şer antologiyaları isə “Xoşbəxtlik”, “Turkuvaz çaylar”, “Nəsil”, “Mənim dəliqanlı dostlarım” adlarında nəşr edilmişdir. Çadambanın nəsr sahəsində isə hekayələrindən “Yolçuluq” və hekayə ilə nəql antologiyalarından “Ren maralı”nı misal göstərmək olar. Əsərləri 13 dilə tərcümə edilmişdir.
Leonid Azqaldyan
Leonid Rubenoviç Azqaldyan (erm. Լեոնիդ Ռուբենի Ազգալդյան; 22 noyabr 1942, Tbilisi – 21 iyun 1992, Təpəkənd, Ağdərə rayonu) — SSRİ və Ermənistan fiziki, hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı. O, Dağlıq Qarabağ separatçılarının liderlərindən biri olmuşdur. == Həyatı == Leonid Rubenoviç Azqaldyan 22 noyabr 1942-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur. O, Moskva Dövlət Universitetinin və İrəvan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş, avtomatik idarəetmə sistemləri sahəsində çalışmışdır. Azqaldyan Qarabağ hərəkatının liderlərindən biri olmuş, 1990-cı ilin fevralından Ermənistanın və Qarabağın bir sıra rayonlarında hərbi birliklər təşkil etmiş və əməliyyatlar həyata keçirmişdir. O, 1991-ci ildə Ovsep Ovsepyanla birlikdə "Azadlıq Ordusu" hərbi təşkilatını yaratmışdır. == Mükafatlar == Leonid Azqaldyan ölümündən sonra I dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir. O, ölümündən sonra, 31 avqust 2019-cu ildə "Artsax Qəhrəmanı" adına layiq görülmüş və "Qızıl qartal" ordeni ilə təltif edilmişdir. == İrsi == Ermənistanın paytaxtı İrəvan şəhərində onun büstü mövcuddur.
Leonid Batkin
Leonid Mixailoviç Batkin (rus. Леонид Михайлович Баткин, 29.6.1932)—Rusiya tarixçisi, ədəbiyyatşünas və mədəniyyətşünası. == Həyatı == Leonid Mixailoviç Batkin Xarkov şəhərində anadan olub. == Yaradıcılığı == L.M.Batkin özünün "Mədəni-məntiqi yanaşmanın bəzi şərtləri haqqında" məqaləsində yazır: "Bütün mətnlər və bütün mövqedən götürülən mətnlər mədəni fenomen deyil. Onu mədəni edən bizim qarşımızda olan simasız-əşyavi "informasiya", passiv və dilsiz tədqiqat obyekti deyil, daha dəqiq desək, "mətn" yox özgə təxəyyülünün məhsuludur." Biz müəlliflə, başqası ilə, onun dünyagörüşü ilə təbii ki mətn daxilində aparıcı mövqedə duran fikirlə tanış oluruq. Mədəniyyətin tərkibində mənalardan (və onların ötürülmə qaydaları) başqa nə yoxdur. Bu – dərk olunmuş dünyada qarşılaşmadır. Bizim şəxsi mövcudluğumuzun dərki mədəni ünsiyyətin ilkin situasiyasının tərkibinə daxil olur. Mənalar heç də hər zaman bir-birinə uyğun olmur, bəzən hətta təəccüb doğura biləcək dərəcədə bir-birindən uzaq olur. Bu, məsələni çətinləşdirsə də, eyni zamanda tərcümə aktını (izahı) mümkün və zəruri edir.
Leonid Brejnev
Leonid İliç Brejnev (19 dekabr 1906 (1 yanvar 1907)[…], Kamianske, Yekaterinoslav quberniyası – 10 noyabr 1982[…], Zareçye[d], Moskva vilayəti) — SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi, 1964-cü ildən vəfat etdiyi 1982-ci ilədək SSRİ-də ən yüksək vəzifələri tutmuşdur. Sov.İKP MK-nın 1964—1966-cı illərdə Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi. Onun dövrü əsasən "Durğunluq" ("Zastoy") dövrü kimi səciyyələnir. == Həyatı == (19.12.1906 digər məlumatlara görə, 19.12.1907 — 10.11.1982 — SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi, 1964-cü ildən vəfat etdiyi 1982-ci ilədək SSRİ-də ən yüksək vəzifələri tutmuşdur. Sov.İKP MK-nın 1964—1966-cı illərdə Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi. 1960—1964 və 1977—1982-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri. Sovet İttifaqı Marşalı (1976) və dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (196660 illik yubileyinə görə, 1976, 1978, 1981). "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə" Beynəlxalq Lenin Mükafatı (1973) və Ədəbiyyat üzrə Lenin mükafatının laureatı (1979). Onun adı ilə "Kiçik torpaq", "Dirçəliş" və "Xam torpaq" kitabları çap edilmişdir. == Brejnev dövrünün dünyamiqyaslı əhəmiyyətli hadisələri == === "Dunay" əməliyyatı === 1968-ci il 21 Avqustda keçmiş Çexslovakiyaya beş Varşava İttifaqı ölkələrinin (SSRİ, Bolqarıstan, Macarıstan, ADR və Polşa) ordusu daxil oldu.
Leonid Bıkov
Leonid Fyodoroviç Bıkov (ukr. Леонід Федорович Биков; 12 dekabr 1928 – 11 aprel 1979) — Ukrayna sovet aktyoru, kinorejissoru və ssenaristi, RSFSR əməkdar incəsənət xadimi (1965), Ukrayna SSR xalq artisti (1974). == Həyatı == Leonid Bıkov 1928-ci il dekabrın 12-də Ukrayna SSR-in Slavyanski rayonunun Znamenka kəndində (indiki Donetsk vilayəti, Ukrayna) Fyodor İvanoviç və Zinaida Pankratovna Bıkovalar ailəsində anadan olub. 1938-ci ildə valideynləri Kramatorsk şəhərinə köçdülər. Bıkov 6 saylı orta məktəbi bitirmiş, burada Lenin adına mədəniyyət evində ilk dəfə səhnəyə çıxmışdır. Böyük Vətən müharibəsi zamanı Leonid və ailəsi Barnaula evakuasiya olunmuşdu. Uşaqlıqdan bəri təyyarəçi olmaq xəyalları və onu iki dəfə təyyarəçi məktəbində oxumağa sövq etdi: ilk dəfə 1942-ci ildə 2-ci Leninqrad müharibə məktəbi evakuasiya edilmiş Oirot-Tour (1943), lakin yaşı çatmadığına görə orada qalmadı; İkinci dəfə Leninqradda (1945), döyüşdən sonra dağıldığı pilotlar üçün 2-ci xüsusi məktəbdə oxudu. O, Kiyev teatr institutuna qəbul ola bilməsə də, Xarkov Teatr İnstitutunun akademik fakültəsindən (1951) daxil olub oranı uğurla bitirmişdir. 1951-1960-cı illərdə T.Şevçenko adına Xrakov Dövlət Akademik Ukraynalı Teatrının aktyoru idi. Teatrda aktyorluq karyerasına başlayan Bıkov "Küçə Üç Solovyov, 17" adlı komediyada çıxış etdi.
Leonid Kadenyuk
Leonid Kadenyuk (ukr. Леонід Костянтинович Каденюк; 28 yanvar 1951, Klişkovsı[d], Çernivtsı vilayəti – 31 yanvar 2018, Kiyev) — sovet kosmonavtı və kosmosa uçan ilk ukraynalı. == Həyatı == 28 yanvar 1951-ci ildə doğulub.
Leonid Kanevski
Leonid Semyonoviç Kanevski (rus. Леонид Каневский; 2 may 1939, Kiyev) — Rusiya aktyoru.
Leonid Kantoroviç
Leonid Kantoroviç (rus. Леони́д Вита́льевич Канторо́вич ) — İqtisadiyyat üzrə Nobel mükafatı laureatı (1975), ixtisasca riyaziyyatçı, funksional analiz, hesablama riyaziyyatı üzrə əsərlərin müəllifi; xətti proqramlaşdırmanın əsasını qoymuşdur, xalq təsərrüfatının planlaşdırılması və idarə olunması, xammal ehtiyatlarından səmərəli istifadə nəzəriyyəsinin yaradıcılarından biri. == Həyatı == Leonid Vitaliyeviç Kantoroviç həkim Vitali Moiseeviç Kantoroviç və Polina Qriqoryevna Zaksın ailəsində dünyaya gəlib. Leonidin atası və qardaşı həkim idi. O özü isə riyaziyyata çox həvəsli idi və parlaq riyazi bilikləri sayəsində o, 1926-cı ildə, 14 yaşında Leninqrad Universitetinə daxil oldu. Tələbəlik illərində onun ən yaxın dostları ondan 6 yaş böyük olan D.K.Faddayev və İ.P.Natanson idi. Artıq 15 yaşında o yuxarı kursların elmi seminarlarında iştirak edir və çox güclü təhsili ilə fərqlənirdi. 18 yaşında – 1930-cu ildə o universitetin riyaziyyat fakultəsini bitirir. İki il o aspirantura təhsili alır və artıq 20 yaşında fakultəsinin dosenti, 22 yaşında professoru olur. Onun elmi işlərinin uğurlarının əsas mahiyyəti hadisələrin məntiq üzərində qurulması, mövzuların birbaşa təhlili və yaxın dostların – kolleqaların fikirlərindən istifadə etməsidir.
Leonid Koretski
Leonid Vladimiroviç Koretski (5 noyabr 1905 – 1967) — Azərbaycan kinooperatoru. == Həyatı == Leonid Vladimiroviç Koretski 5 noyabr 1905-ci ildə anadan olmuşdur. 1928-ci ildən kinoda operator köməkçisi, operator assistenti, operator, quraşdırılmış səhnə operatoru və operator kimi 30-a yaxın filmdə çalışmışdır. Kinojurnallar üçün yüzlərlə süjet çəkmişdir. Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. Müharibə illərində cəbhədə digər operatorlarla birgə süjetlər çəkmişdir. 15 dekabr 1967-ci ildə vəfat etmişdir.
Georgi Leonidze
Georgi Nikolayeviç Leonidze(gürc. გიორგი ლეონიძე)(28.1.1899—9.8.1966)) — gürcü şairi. == Həyatı == Gürcüstanın Xalq şairi Georgi Nikolayeviç Leonidze 1899-cu il yanvar ayının 28-də Saqareco rayonunun Patardzueli kəndində anadan olub. Şeirlərində vətənpərvərlik motivləri güclüdür. Böyük Vətən müharibəsi illərində yazdığı şeirlərində qəhrəmanlıq, vətənə məhəbbət tərənnüm edilir. 1950-ci ildə “Samqori”, 1951-ci ildə “Portoxala” tarixi poemaları, 1962-ci ildə isə “Sehrli ağac” adlı hekayələr toplusu nəşr olunub. 1957-1966 illərdə Gürcüstan Elmlər Akademiyası Ş.Rustaveli adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışıb. “Berşoula” adlı poemasını Əhməd Cəmil, “Azərbaycan şairlərinə”, “Vətəni vəsf edirəm” Əflatun Saraclı, “Bulaq” Rəfiq Zəka, “Vətən nəğməsi” Məmməd Araz, “Vəsf edirəm” Əli Kərim, “Vətən haqqında nəğmə” Tofiq Bayram, “Tar haqqında mahnı” adlı şeirləri Əlixan Binnətoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Şair 1966-cı il avqust ayının 9-da dünyasını dəyişib.
I.Leonidas
I Leonid (q.yun. Λεωνίδας; ən geci e.ə. 520, Sparta, Peloponnes – 11 avqust e.ə. 480) — eramızdan əvvəl 491-480-ci illərdə hökm sürən Agiadlar ailəsindən olan Sparta hökmdarı, sərkərdə. Yunan-İran müharibələrində Sparta ordusunun komandanı olmuş, Fermopil döyüşündə həlak olmuşdur. == Həyatı == Leonid II Anaxandrisin oğlu idi. O, 20-ci nəsildə Herakl nəslindən sayılırdı. Leonid dörd oğuldan üçüncüsü idi, lakin I Kleomen və Dorienin ölümündən sonra kral hakimiyyətini öz üzərinə götürdü: “Leonid I Kleomenin kiçik qardaşı idi və Kleomenin kişi nəslini qoymadan öldükdən sonra taxta çıxdı”. Hökmdarlığının on ili ərzində I Leonid əhəmiyyətli bir şey etmədi, ancaq Fermopil (İsti qapılar) döyüşü ilə adını əbədiləşdirdi. Fars qoşunlarının irəliləməsi zamanı 6 min əsgərlə (300 spartalının şəxsi mühafizəsi də daxil olmaqla) Thermopylae keçidini müdafiə etdi və döyüşdə öldü.
Leonid Vitaliyeviç Kantoroviç
Leonid Kantoroviç (rus. Леони́д Вита́льевич Канторо́вич ) — İqtisadiyyat üzrə Nobel mükafatı laureatı (1975), ixtisasca riyaziyyatçı, funksional analiz, hesablama riyaziyyatı üzrə əsərlərin müəllifi; xətti proqramlaşdırmanın əsasını qoymuşdur, xalq təsərrüfatının planlaşdırılması və idarə olunması, xammal ehtiyatlarından səmərəli istifadə nəzəriyyəsinin yaradıcılarından biri. == Həyatı == Leonid Vitaliyeviç Kantoroviç həkim Vitali Moiseeviç Kantoroviç və Polina Qriqoryevna Zaksın ailəsində dünyaya gəlib. Leonidin atası və qardaşı həkim idi. O özü isə riyaziyyata çox həvəsli idi və parlaq riyazi bilikləri sayəsində o, 1926-cı ildə, 14 yaşında Leninqrad Universitetinə daxil oldu. Tələbəlik illərində onun ən yaxın dostları ondan 6 yaş böyük olan D.K.Faddayev və İ.P.Natanson idi. Artıq 15 yaşında o yuxarı kursların elmi seminarlarında iştirak edir və çox güclü təhsili ilə fərqlənirdi. 18 yaşında – 1930-cu ildə o universitetin riyaziyyat fakultəsini bitirir. İki il o aspirantura təhsili alır və artıq 20 yaşında fakultəsinin dosenti, 22 yaşında professoru olur. Onun elmi işlərinin uğurlarının əsas mahiyyəti hadisələrin məntiq üzərində qurulması, mövzuların birbaşa təhlili və yaxın dostların – kolleqaların fikirlərindən istifadə etməsidir.
Leonid İliç Brejnev
Leonid İliç Brejnev (19 dekabr 1906 (1 yanvar 1907)[…], Kamianske, Yekaterinoslav quberniyası – 10 noyabr 1982[…], Zareçye[d], Moskva vilayəti) — SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi, 1964-cü ildən vəfat etdiyi 1982-ci ilədək SSRİ-də ən yüksək vəzifələri tutmuşdur. Sov.İKP MK-nın 1964—1966-cı illərdə Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi. Onun dövrü əsasən "Durğunluq" ("Zastoy") dövrü kimi səciyyələnir. == Həyatı == (19.12.1906 digər məlumatlara görə, 19.12.1907 — 10.11.1982 — SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi, 1964-cü ildən vəfat etdiyi 1982-ci ilədək SSRİ-də ən yüksək vəzifələri tutmuşdur. Sov.İKP MK-nın 1964—1966-cı illərdə Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi. 1960—1964 və 1977—1982-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri. Sovet İttifaqı Marşalı (1976) və dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (196660 illik yubileyinə görə, 1976, 1978, 1981). "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə" Beynəlxalq Lenin Mükafatı (1973) və Ədəbiyyat üzrə Lenin mükafatının laureatı (1979). Onun adı ilə "Kiçik torpaq", "Dirçəliş" və "Xam torpaq" kitabları çap edilmişdir. == Brejnev dövrünün dünyamiqyaslı əhəmiyyətli hadisələri == === "Dunay" əməliyyatı === 1968-ci il 21 Avqustda keçmiş Çexslovakiyaya beş Varşava İttifaqı ölkələrinin (SSRİ, Bolqarıstan, Macarıstan, ADR və Polşa) ordusu daxil oldu.
Leonidas I
I Leonid (q.yun. Λεωνίδας; ən geci e.ə. 520, Sparta, Peloponnes – 11 avqust e.ə. 480) — eramızdan əvvəl 491-480-ci illərdə hökm sürən Agiadlar ailəsindən olan Sparta hökmdarı, sərkərdə. Yunan-İran müharibələrində Sparta ordusunun komandanı olmuş, Fermopil döyüşündə həlak olmuşdur. == Həyatı == Leonid II Anaxandrisin oğlu idi. O, 20-ci nəsildə Herakl nəslindən sayılırdı. Leonid dörd oğuldan üçüncüsü idi, lakin I Kleomen və Dorienin ölümündən sonra kral hakimiyyətini öz üzərinə götürdü: “Leonid I Kleomenin kiçik qardaşı idi və Kleomenin kişi nəslini qoymadan öldükdən sonra taxta çıxdı”. Hökmdarlığının on ili ərzində I Leonid əhəmiyyətli bir şey etmədi, ancaq Fermopil (İsti qapılar) döyüşü ilə adını əbədiləşdirdi. Fars qoşunlarının irəliləməsi zamanı 6 min əsgərlə (300 spartalının şəxsi mühafizəsi də daxil olmaqla) Thermopylae keçidini müdafiə etdi və döyüşdə öldü.
Leonidas Kiriakou
Leonidas Kiryaku (yun. Λεωνίδας Κυριάκου; 24 fevral 1998-ci ildə anadan olub) — Kipr Birinci Diviziya təmsilçilərindən olan Apollon Limassol klubunda müdafiəçi kimi çıxış edən peşəkar Kipr futbolçusudur. == Klub karyerası == Kiryaku öz peşəkar karyerasında debütünü 20 may 2017-ci ildə 2016–17 mövsümünün son oyununda APOEL klubuna qarşı oyunda etmişdir. O, 70 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Apollon rəqibi ilə 2–2 hesabı ilə bərabərə qalmışdır.
Leonidas Xristakis
Leonidas Xristakis — yunan əsilli rəssam, şair, yazıçı və redaktor. 1928-ci ildə Saloniki şəhərində anadan olub, 29 aprel, 2009-cu ildə Afinada dünyasını dəyişib. Radikal anarxist baxışlara malik olan Xristakis bir neçə populyar jurnal təsis edib. == Bioqrafiya == Leonidas Xristakis 1928-ci ildə Saloniki şəhərində anadan olub. Əvvəlcə təhsilini "Pedaqoji Akademiyada", sonra isə "Afina İncəsənət Akademiyasında" alıb. 1941–1944-cü illərdə Yunanıstanda "Milli Müqavimət Hərəkatının" fəal iştirakçısı olub. Solçu siyasi baxışlarına və anarxist olduğuna görə uzun müddət təzyiqlərə məruz qalıb, dəfələrlə həbs həyatı yaşayıb. 1950-ci illərdə bir neçə ədəbi-mədəni jurnallar təsis edib. Üç dəfə ailə qurub, Nikolas Xristakis və Aleksis Xristakis adlı iki oğlu var. 29 aprel, 2009-cu ildə Afinada dünyasını dəyişib.
Leonidovun binası (Rostov-na-Donu)
Leonidovun binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina regional əhəmiyyətli tarixi və mədəni irs siyahısına daxil edilmişdir. Bina Bolşaya Sadovaya küçəsi 30/45 ünvanında yerləşir. Binada yazıçılar olan Aleksandr Arsenteviç Baxarev və Vitali Nikolayeviç Syomin yaşayıb-yaratmışdır. Bina XX əsrin əvvəllərində inşa edilmişdir., == Tarixi == Leonidovun gəlirli binası Engels küçəsi (hazırkı Bolşoy Sadovaya küçəsi) və Xalturinski xiyabanının kəsişməsində (hazırkı Böyük Nikolaski xiyabanları) yerləşir. XX əsrin əvvəllərində inşa edilmişdir. Binada yazıçı və jurnalist olan Aleksandr Arsenteviç Baxarev yaşayıb-yaratmışdır. Aleksandr Arsenteviç Baxarev ailəsi binanın üçüncü mərtəbəsində yaşayırdı. A. A. Baxarev (1911-1974) 1950 - 1974-ci illər ərzində binada yaşamışdır. O, bu binada yaşadığı müddətdə Volqo-Don kanalı, rus bioloqu və seleksiyaçısı İvan Vladimiroviç Miçurin, kolxoz sakonləri haqqında oçerklər yazmışdır.

Digər lüğətlərdə