MÜASİR

sif. [ ər. ]
1. Başqası və ya başqaları ilə bir əsrdə, bir zamanda, bir dövrdə yaşamış olan və ya yaşayan; həməsr. Həsən bəy Zərdabi Mirzə Fətəli Axundzadənin müasiri idi.
// İs.
mənasında adətən cəm şəklində: müasirlərimiz – bizimlə bir əsrdə, bir dövrdə, bir vaxtda yaşayanlar.
2. İndiki əsrdə, hazırkı dövrdə olan. Müasir elm. Müasir ədəbi dil. Müasir dünyamızın problemləri.
// Öz dövrünə uyğun olan, öz zamanının, əsrinin tələblərinə cavab verən. Müasir texnika. Müasir nəqliyyat vasitələri.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜASİR təzə — yeni
  • MÜASİR indiki — hazırki
  • MÜASİR MÜASİR Qoy müasir işıqlı və böyük şüşələrin qabağını pərdələr örtsün! (M.İbrahimov); İNDİKİ “Şərqin incisi” adlanan bu şəhərin təkcə zəngin tarixi keç

Antonimlər (əks mənalı sözlər)

  • MÜASİR MÜASİR – KÖHNƏ Həmin kənddə müasir gənclərin tələblərini ödəyən hər cür şərait yaradılmışdır. Bilirəm, köhnədir eşqin dastanı; Ondan taleyini qurtaran

Etimologiya

  • MÜASİR Ərəbcə əsr sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜARİZ
MÜASİRLƏŞDİRİLMƏ
OBASTAN VİKİ
Müasir Müsavat
Müasir Müsavat Partiyası — Azərbaycanda mərkəz sol siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Müasir Müsavat Partiyasının üzvlərinin 67%-i kişi, 33%-i isə qadın olmuşdur. == Seçkilərdə == === Bələdiyyə seçkiləri === == Partiya qərargahı == 20 otaqlı qərargah bir müddət əvvəl Müasir Müsavat Partiyasının əlindən alındı. Əvəzində partiyaya Azadlıq prospekti, 189 ünvanında yerləşən binada qərargah verildi. Əvvəlki ilə müqayisədə geri qalsa da, qərargahı normal hesab etmək olar.
Müasir beşnövçülük
Müasir beşnövçülük — eyni gün ərzində atıcılıq, qılıncoynatma, sərbəst üzmə, ata minmə və sonda 3000 metrlik qaçışdan ibarət olan idman növüdür. Bu idman növü Union Internationale de Pentathlon Moderne (UIPM) (Beynəlxalq Müasir beşnövçülük federasiyası) tərəfindən idarə olunur. == Tarixi == Bu idman növü müasir olimpiya oyunlarının qurucusu olan Pierre de Kubert tərəfindən yaranmışdır. Oyunun adı yunanca 5 mənasını verən penta sözündən törəyib. İdman ilk dəfə 1912-ci ildə Yay Olimpiya oyunlarında oynandı və oyunun ilk qalibi İsveçli atlet Gösta Lilliehöök oldu. Qadın beşnövçülər isə bu idman növündə 2000-ci ildən keçirilən Yay Olimpiya oyunlarında iştirak etdilər. == Oyun qaydaları == Ümumiyyətlə, beşnövçülüyün qaydası onu təşkil edən idman növlərinin qaydası ilə tam eynidir, lakin at ilə maneələrdən keçmədə idmançılar minəcəkləri atı təyin etmələri üçün püşk atırdılar. İdmançılar turnirdən əvvəl atla 20 dəqiqə ərzində 5 maneədən keçirlər ki, atlarını tanısınlar.
Müasir buzlaşma
== Müasir buzlaşma == Müasir buzlaqlar qar xəttinin böyük yüksəkliyə malik olması buzlaqların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrin yamaclarında saxlanmasıdır. Böyük Qafqazda olan 1400-ə qədər buzlağın (sahəsi 1775 km). 70 %-dən çoxu onun şimal yamacında yerləşir. Şərqi Qafqazın Azərbaycan ərazisindəki buzlaqlarının saxlanılmasına iqlimin, relyefin bə onun dəyişməsinin böyük təsiri vardır. === Bazardüzü buzlağı === Bazardüzü dağının (4480,9 m) qar xəttindən yüksəyə qalxması və ondan ayrılan qolların şimal istiqamətində uzanaraq qıfabənzər iri çökəklik əmələ gətirməsi Cənub-şərqi Qafqazda ən böyük buzlağın yaranmasına səbəb olmuşdur. Bazardüzü dağı şimalda Çexiçayın dərəsindən (Quruş kəndi yaxınlığında) 2300 m, cənubda isə Qaraçay dərəsindən 2700 m ucalır. Bazardüzü buzlağı iki buzlaqdan- Tixitçap və Murkar buzlaqlarından ibarətdir. Dağın zirvəsini örtmüş xarlanmış qardan beş acılı buzlar ayrılır.Tixitçap buzlağının uzunluğu 0,9 km, eni isə 150-200 m-dir. Murkar buzlağı şimal-şərq istiqamətində 1440 m uzanır, eni isə 300-450 m-dir. === Bazaryurd buzlağı === Bazaryurd dağında (4126,3 m) [Baş Qafqazın suayrıcı üzərində yerləşmişdir.
Müasir dövr
Müasir dövr əksər tarixçilərin Fransa İnqilabı Sənaye İnqilabı ilə başladığını qəbul etdiyi və bu gün də davam edən tarixi dövrlərin sonuncusudur. == Bu dövrdə baş verən hadisələr == === Siyasi hadisələr === Fransız İnqilabının təsiri ilə millətçilik hərəkatı yarandı. Bu cərəyan milli dövlətlərin yaranmasına və imperiyaların dağılmasına səbəb oldu. Respublika və demokratiya indiki formasını aldı. Müstəmləkə yarışı Birinci Dünya Müharibəsinə, Birinci Dünya Müharibəsi isə İkinci Dünya Müharibəsinə səbəb oldu. ABŞ müstəqilliyini əldə etdi. Kommunizm yarandı. Meyci inqilabı ilə Yaponiya dünyanın super güclərindən birinə çevrilməyə başladı. Alman ittifaqı əldə edildi. Rusiya imperiyası dağıldı, onun yerində SSRİ quruldu.
Müasir Monetar Nəzəriyyə
Müasir monetar məzəriyyə və ya Müasir pul məzəriyyəsi (MMN) — valyutanı dövlət inhisarı və işsizliyi bir valyuta inhisarının vergiləri ödəmək və əmanətləri təmin etmək üçün lazım olan maliyyə aktivlərinin təklifini həddən artıq məhdudlaşdırdığının sübutu kimi təsvir edən qeyri-adi bir makroiqtisadi nəzəriyyədir. MMN əsas makroiqtisadi nəzəriyyəyə alternativdir. Tanınmış iqtisadçılar tərəfindən tənqid olundu, lakin tərəfdarları, 2007-2009-cu illərin Böyük tənəzzülündən sonrakı illərdə dünya iqtisadiyyatını təsvir etməkdə daha təsirli olduğunu iddia edirlər. MMN, hökumətlərin maliyyə siyasəti yolu ilə yeni pullar yaratdığını iddia edir. Müdafiəçilərə görə, bir iqtisadiyyatın tam məşğulluğa çatdığı zaman başlıca risk, özəl sektorun alıcılıq qabiliyyətini azaltmaq üçün vergi yığmaqla mübarizə edilə bilən inflyasiyadır. MMN nəzəri bütövlüyü, tərəfdarlarının siyasət tövsiyələrinin əhəmiyyəti və ortodoksal makroiqtisadiyotdan nə dərəcədə uzaqlaşdığı barədə fəal dialoqla müzakirə olunur . == Prinsipləri == MMN-nin əsas prinsipləri, öz kağız pullarını verən bir hökumətin: Mallar, xidmətlər və maliyyə aktivlərini vergi şəklində pul toplamağa və ya belə satınalmalardan əvvəl borc verməyə ehtiyac olmadan ödəyə bilər; Öz valyutasında göstərilən borcunu ödəmək məcburiyyətində qala bilməz; Yalnız inflyasiya yolu ilə pulun yaradılması və alınmasında məhdudlaşır ki, bu da iqtisadiyyatın real resurslarından (əmək, kapital və təbii ehtiyatlar) tam məşğulluq şəraitində istifadə edildikdə sürətlənir; Artıq pulu dövriyyədən kənarlaşdıran vergi ilə tələb inflyasiyasına nəzarət edə bilər (buna baxmayaraq siyasi iradə həmişə olmaya bilər); İstiqraz buraxaraq cüzi qənaət üçün özəl sektorla rəqabət etmir. Bu prinsiplər dövlət xərclərinin vergi və borc verilməsi yolu ilə maliyyələşdirildiyi barədə ümumi qəbul edilmiş iqtisadi baxışa meydan oxuyur. MMN-nin ilk dörd prinsipi pul yaratma və inflyasiyanın necə işlədiyinə dair ənənəvi iqtisadi konsepsiyalarla ziddiyyət təşkil etmir. Məsələn, keçmiş Federal Rezerv Başçısı Alan Greenspan'ın dediyi kimi, “Amerika hər hansı bir borcu ödəyə bilər, çünki bunu etmək üçün hər zaman pul yazdıra bilərik.
Müasir Müsavat Partiyası
Müasir Müsavat Partiyası — Azərbaycanda mərkəz sol siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Müasir Müsavat Partiyasının üzvlərinin 67%-i kişi, 33%-i isə qadın olmuşdur. == Seçkilərdə == === Bələdiyyə seçkiləri === == Partiya qərargahı == 20 otaqlı qərargah bir müddət əvvəl Müasir Müsavat Partiyasının əlindən alındı. Əvəzində partiyaya Azadlıq prospekti, 189 ünvanında yerləşən binada qərargah verildi. Əvvəlki ilə müqayisədə geri qalsa da, qərargahı normal hesab etmək olar.
Müasir Qatar Muzeyi
Qatar Modeli Muzeyi — Arubanın San Nikolaas şəhərciyində yerləşən muzey. Muzey 1875-ci ildən bu günümüzə qədər adadakı qatarların hərəkətinin tarixini turistlərə nümayiş etdirir.
Hiroşima Müasir İncəsənət Muzeyi
Hiroşima Müasir İncəsənət Muzeyi (yap. 広島市現代美術館) — Yaponiyada Hiroşima şəhərinin Minami rayonunda bədii muzey == Tarixi == Müasir İncəsənət Muzeyi Hiroşima şəhərində 3 may 1989-cu ildə açılmışdır. Muzeyin binası Yaponiya arxitektoru Kise Kurokava təfəfindən layihələşdirilmiş və Xidziyama parkında tikilmişdir. Muzeyin kolleksiyasına İkinci Dünya müharibəsindən sonra Avropa və Yaponiya rəssamlarının 280 əsəri daxil edilmişdir. Kolleksiya gənc rəssamların əsərləri hesabına ildən-ilə artırılır. Muzeyin ərazisində muzey mağazası, kafe, muzey studiyası, video-zal və kitabxana vardır. Muzey tamaşaçılar üçün bazar ertəsindən başqa hər gün saat 10:00-dan 17:00-dək (yay dövründə saat 19:00-dək) açıqdır.
Hyuston Müasir İncəsənət Muzeyi
Hyuston Müasir İncəsənət Muzeyi - (CAMH / The Contemporary Arts Museum Houston) — ABŞ-nin Texas ştatında yerləşən Hyustonda müasir incəsənətə həsr olunmuş muzey. Muzeyin öz kolleksiyası yoxdur, onun fəaliyyətinin əsas məqsədi beynəlxalq, milli və regional müasir incəsənətin ən yaxşı əsərlərinin ictimaiyyətə tanıdılmasına xidmət etməkdir. == Tarixi == Hyuston Müasir İncəsənət Muzeyi Hyuston şəhərinin mərkəzində polad konstuksiyalı'«Museum District» binasında yerləşir. Müasir incəsənət muzeyləri üçün ən yaxşı bina kimi arxitektor Qunnars Birkerts tərəfindən layihələşdirilmiş bu muzey öz qapılarını tamaşçılar üçün 1970-ci ildə açmışdır. == Sərgi fəaliyyəti == 1980-cı illərin əvvəllərində Hyuston Müasir İncəsənət Muzeyinin fəaliyyəti nəticəsində Yeni Dünyanın (Amerika) keçmişini əks etdirən fotobiennalı (fotoqrafiya sərgisi) - «FotoFest» meydana gəldi .
Kiasma Müasir İncəsənət Muzeyi
Kiasma Müasir İncəsənət Muzeyi — Kiasma vizual mədəniyyət Mərkəzi - Finlandiyanın və Helsinkinin ən çox ziyarətçisi olan muzeylərindən biri. == Tarixi == Kiasma Müasir İncəsənət Muzeyinin əsası 1998-ci ildə qoyulmuşdur. Muzeyin binasının layihələşdirilməsi və planlaşdırılması 40 il ərzində davam etdirilmişdir. Muzey Helsinki şəhərinin mərkəzində, Mannerheyminaukino meydanında, marşal Mannerheymin abidəsinin yaxınlığında yerləşir. Kiasma Müasir İncəsənət Muzeyi Ateneum Bədii muzeyi, Sinebryuxov bədii muzeyi, Finlandiya mərkəzi Bədii Arxivi ilə birlikdə Finlandiya Milli Qalereyasının tərkibinə daxildir. == Muzeyin eksponatları == Muzeyin fondunda müasir incəsənətə aid 4 minə yaxın eksponat saxlanılır. Muzeyin eksponatlarından ibarət sərgilər hər il yenilənir, 4-cü və 5-ci mərtəbələrdəki müvəqqəti sərgilər il ərzində 3-4 dəfə dəyişdirilir. 2013-cü ildən muzeyə Rusiyadan gələn turistlərə eksponatlar haqqında məlumat rus dilində verilir . Muzeyə 4 №-li tramvay, 15 №-li avtobus və metronun Rautatientori stansiyası vasitəsilə getmək mümkündür. Muzey həftənin III-V günləri saat 10:00-dan 23:00-dək, II və bazar günləri saat 10:00-dan 17:00-dək işləyir.
Krakov Müasir İncəsənət Muzeyi
Krakov Müasir İncəsənət Muzeyi (pol. Muzeum Sztuki Współczesnej) — Polşanın Krakov şəhərində yerləşən müasir incəsənət muzeyi. Muzey Lilov küçəsində keçmiş Şindler fabrikinin 4 istehsal binasından birində yerləşir. Muzeyin ilk direktoru sənətşünas Mariya Anna Potatskaya olmuşdur. == Tarixi == Müasir incəsənət muzeyinin yaradılması ideyası XXI əsrin əvvəllərində Krakov bədii cəmiyyətində geniş müzakirə olunmuşdur. 2005-ci ildə Krakov şəhər şurası Krakov şəhərində iflasa uğrayan "Unitra-Telpod" adlı elektrik istehsalı fabrikini satın alaraq öz mülkiyyətinə çevirdi. İkinci Dünya müharibəsi zamanı "Emailwarenfabrik (DEF)" adlanan bu müəssisə əvvəllər "Şindler fabriki" kimi də tanınırdı. 2005-ci ildə Krakov şəhərinin meri Yasek Mayxrovski Polşa Mədəniyyət Nazirliyinin yeni muzeyinin layihələşdirilməsinin maliyyələşdirilməsi barədə ərizə verdi. 2007-ci ildə fabrikin ərazisi iki hissəyə bölündü. Bu ərazinin bir hissəsi Krakov tarix muzeyinin sərəncamına verildi və burada "Krakov 1939-1945-ci illərdə işğal dövründə" adlı daimi sərgi təşkil olundu.
Lill Müasir İncəsənət Muzeyi
lill Müasir İncəsənət Muzeyi — modernizmə həsr olunmuş müasir incəsənət və ar bryut (kobud incəsənət) muzeyi. Muzey Fransanın Nor departamentinin Vilnev-d'Aska şəhər parkının mərkəzində yerləşir. Muzeyin kolleksiyasına 4800-dən çox eksponat daxildir. Muzeyin sahəsi 4 000 kv. metrdən çoxdur. lill Müasir İncəsənət Muzeyi Avropada XX və XXI əsrlərin mədəniyyətinin: müasir incəsənətin, modernizmin və ar bryut incəsənətinin əsas komponentlərinin qovuşduğu yeganə muzeydir. Muzeydə Pablo Pikassonun, Amedeo Modilyaninin. Xuan Mironun, Jorj Brakın, Fernan Lejenin, Aleksandr Kolderin və Artur Van Qekkenin əsərləri də nümayiş etdirilir. Muzeydə həmçinin Fransa ar bryut incəsənətinin zəngin kolleksiyası da vardır. lill Müasir İncəsənət Muzeyi heykəllərlə əhatə olunmuşdur, burada, həmçinin kitabxana da yerləşir.
Malaqa Müasir İncəsənət Mərkəzi
Malaqa Müasir İncəsənət Mərkəzi (ispan dilində: Centro de Arte Contemporáneo de Málaga, qısaldılmış şəkildə — CAC Málaga) — XX əsrin son 30 ilində və və müasir dövrdə yaradılmış heykəltaraşlıq və vizual sənət əsərlərinin toplanması üzrə ixtisaslaşmış müasir incəsənət muzeyi. Muzey 17 fevral 2003-cü ildə 1980-ci illərədək Malaqa şəhərinin mərkəzində fəaliyyət göstərmiş keçmiş topdansatış ticarət bazarının binasında açılmışdır. Malaqa Müasir İncəsənət Mərkəzi alman "incəsənət evləri", alman dövlətləri üçün səciyyəvi olan kunstxauslar modelinə uyğun olaraq müasir incəsənətin sosial, siyasi və estetik meyllərini inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Muzeyin binası 1937–1939-cu illərdə arxitektor Luis Quteres Sotonun layihəsi əsasında inşa edilmişdir. Muzeyin sahəsi 6 000 m².-dir, onun 2 400 kv. metri eksponatların nümayişi üçün ayrılmışdır. Malaqa Müasir İncəsənət Muzeyinin daimi kolleksiyası 400 eksponatdan ibarətdir. Muzeydə Luiza Burjuanın, Ceyk və Dinos Çepmenlərin, Herhard Rixterin, Pol Makkartinin, Aniş Kapurun, Raymond Pettibonun mövsümi sərgiləri keçirilmişdir. Muzeydə həmçinin, kinoların nümayişi, konsertlər və konqreslər də təşkil olunur.
Milan Müasir İncəsənət Pavilyonu
Milan Müasir İncəsənət Pavilyonu (italyan dilində:Padiglione di Arte Contemporanea, PAC) — İtaliyanın Milan şəhərində müasir incəsənət əsərlərinin nümayiş etdirildiyi pavilyon. == Tarixi == Milan Müasir İncəsənət Pavilyonu arxitektor İqnatsio Qardellanın 1949-cu ildə hazırladığı layihə əsasında 1951–1953-cü illərdə tikilmişdir. 1993-cü ildə pavilyonun yaxınlığında bomba partladılması nəticəsində 5 nəfər həlak olmuş, binaya xeyli ziyan dəymişdir. 1996-cı ildə Cakopo Qardellanın başçılığı ilə muzeyin binasında yenidənqurma işləri aparılmışdır. == Mənbə == Ignazio Gardella, progetti e architetture dal 1933 al 1990. Catalogo della mostra al PAC di Milano dal 22 gennaio al 18 marzo 1992, a cura di Franco Buzzi Cerini; M. Rebecchini, Architetti italiani 1930–1960 : Gardella, Libera, Michelucci, Ridolfi. Roma, 1990; A. Monestiroli, L’architettura secondo Gardella. Roma, 1997. S. Ciarcia, Ignazio Gardella: il padiglione d’arte contemporanea di Milano. Napoli, 2001; S. Guidarini, Ignazio Gardella nell’architettura italiana opere 1929–1999.
Monreal Müasir İncəsənət Muzeyi
Monreal Müasir İncəsənət Muzeyi (fransız dilində: Musée d'art contemporain de Montréal) — Kanadanın Kvebek vilayətinin ən böyük şəhəri olan Monrealda muzey. == Tarixi == 1964-cü ildə Kvebek hökuməti tərəfindən əsası qoyulan Monreal Müasir İncəsənət Muzeyi Kanadada müasir incəsənət əsərlərinin nümayişinə əsaslanan ilk muzey olmuşdur. Muzey 1965-ci ildə Fransa ekspressionizminin tanınmış nümayəndəsi, rəssam və qrafik Jorj Ruonun əsərlərindən ibarət sərgi ilə açılmışdır. 1983-cü ildə muzey öz statusunu dəyişərək direktorlar şurası tərəfindən idarə olunan müstəqil korporasiyaya çevrildi. Monreal Müasir İncəsənət Muzeyi müasir binası istifadəyə verilənədək 3 müxtəlif yerdə fəaliyyət göstərmişdir: 1964–1965-ci illərdə Vil-Mari meydanındakı ticarət kompleksində, 1965–1968-ci illərdə Dyufren muzeyində, 1968–1992-ci illərdə Beynəlxalq Ekspo-67 bədii qalareyasında və Site-de-Qavrda. 1992-ci ildə muzey şəhərin mərkəzindəki İncəsənət Sarayına (Place des Arts) köçürülmüşdür. Muzey Kanadada və Kvebekdə təsviri incəsənət, musiqi əsərlərinin, müasir rəqslərin və ekspremental teatrın cəmləşdiyi mədəniyyət kompleksidir. == Kolleksiyası == Muzeyin eksponatları və müvəqqəti sərgilər ümumi sahəsi 2500 kv. metr olan 8 qalereyada yerləşdirilmişdir. Muzeyin kolleksiyasına Kvebekdən olan 1500 müəllifin (onlardan 1 200 nəhəri hazırda yaşayır) 7 000-dən çox əsərləri (Muzeydəki bütün eksponatların 60 faizi), həmçinin Kanadanın digər əyalətlərdən olan və xarici ölkələrdən olan müəlliflərin əsərləri daxildir.
Müasir fəlsəfə
Müasir fəlsəfə — XIX əsrin sonlarından bu günə qədər olan fəlsəfi fikirlərdir. Bu dövrün filosofları indiyə qədər var olan bir çox fəlsəfi fikirləri qəbul etməklə yanaşı bir çox yeni fəlsəfi fikir də yaratmışdır. Bu dövrdə Ziqmund Freydin "freydizmi" , Ogüst Kontun " pozitivizmi" , Ralf Uold Emersonun "Transsendentalizmi" kimi fikirlərlə yanaşı "Postanarxizm" və "SSRİ fəlsəfəsi" kimi bir çox fəlsəfi fikirlər meydana gəlmişşdir. == Freydizm == Psixologiyada nəzəriyyədir. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z. Freyd (1856–1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, şüurlu "mən" iki obyektiv qüvvənin– "o" ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. "Kütlə psixologiyası və insan "mən"inin analizi" əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. "Moisey və monoteizm" əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.
Müasir incəsənət
Müasir incəsənət' (ing. Contemporary art) — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı sənət mərhələsi olan Postmodern incəsənət dövründən başlayaraq bu günə kimi inkişaf etməkdədir. "Modern" və "müasir" sözləri əsasən sinonim kimi işlədildiyi üçün bu adlar altında təqdim edilən incəsənət dövrləri, bəzən qeyri-mütəxəssislər tərəfindən qarışdırıla və ya eyni anlayış kimi qəbul edilə bilir. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə "Modern İncəsənət Muzeyi" (ing. Museum of Modern Art) və "Müasir İncəsənət Muzeyi" (ing. Museum of Contemporary Art) adı altında fəaliyyət göstərən muzeylərin əksərində eyni sənətkarların əsərləri sərgilənməkdədir. == Əhatə dairəsi == Müasir incəsənəti “bizim həyatımız”ın məhsulu olan incəsənət kimi təqdim edən tədqiqatçılar etiraf edirlər ki, həyat vaxtı və müddəti fərqli ola bilər. Lakin, ümumi qəbul edilmiş fikrə görə bu anlam müəyyən səviyyədə qəbul edilmiş məhdudiyyətlərə malikdir. Müasir incəsənətin xüsusi incəsənət tipi kimi klassifikasiyası, ingilis dilli mühitdə Modernizmin formalaşması dövrlərindən başlayır.
Müasir memarlıq
Müasir memarlıq – XXI əsrin memarlığı. Müasir memarlıqda üstünlük təşkil edən üslub yoxdur. Müasir memarlar hay-tek, postmodernizm və ənənəvi üslubların yeni təriflərindən istifadə edirlər.
Müasir tarix
Modern tarix (və ya yeni tarix) — bəşər tarixində orta əsrlər və son dövrlər arasındakı bir dövr. "Yeni tarix" anlayışı İntibah dövründə İtaliyada, humanistlər tərəfindən qədim, orta və yeni bölünmüş tarixin üç müddətli bölgüsünün bir elementi olaraq yaranmışdır. Humanistlərin nöqteyi-nəzərindən "yeni zamanın", onun əvvəlki dövrlə müqayisədə "yeniliyinin" müəyyənləşdirilməsi meyarı İntibah dövründə dünyəvi elm və mədəniyyətin çiçəklənməsi, yəni sosial-iqtisadi deyil, mənəvi və mədəni amildir. Lakin, bu dövr məzmun baxımından bir-birinə ziddir: Yüksək İntibah, İslahat və humanizm ədəbiyyatda "cadugər ovu" adını almış bir fenomen olan irrasionalizm, demonologiyanın inkişafı ilə birlikdə olmuşdur. "Modern tarix" anlayışı tarixçilər tərəfindən qəbul edildi və elmi istifadədə təsdiq edildi, lakin mənası bir qayda olaraq şərtli olaraq qalır - bütün xalqlar eyni vaxta girməmişlər. Bir şey dəqiqdir: bu dövrdə yeni bir mədəniyyət, yeni bir münasibətlər sistemi, bir Avrosentrik dünya, "Avropa möcüzəsi" və Avropa sivilizasiyasının digər sahələrə yayılmasıdır. == Dövrləşmə == Bir qayda olaraq, sovet tarixşünaslığında, formalaşma nəzəriyyəsi çərçivəsində, onun başlanğıcı 1640-cı ildə başlayan XVII əsrin ortalarında İngilis inqilabı ilə əlaqələndirildi . Yeni zamanın başlanğıc nöqtəsi kimi qəbul edilən digər hadisələrə İslahat (1517) , İspanların Yeni Dünyanın 1492-ci ildə kəşfi və Konstantinopolun süqutu (1453) ilə əlaqəli hadisələr daxildir. Modern tarixlə əlaqəli hadisələrin nəzərdən keçirilməsi Birinci Dünya Müharibəsi ilə başa çatır (1914-1918) . Yeni dövrün ərzində, adətən iki alt mərhələ fərqlənir, onların sərhədi Napoleon müharibələrinin sonu və Vyana Konqresinin işinin başlanğıcıdır.
Müasir İncəsənət Mərkəzi
Müasir İncəsənət Mərkəzi (ing. Centre for Contemporary Arts, qısa olaraq CCA) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən incəsənət mərkəzi. Muzeyin illik proqramına sərgilər, film, musiqi, ədəbiyyat, festivallar və performanslar daxildir.
Rokkonun müasir həyatı
"Rokkonun müasir həyatı" (ing. "Rocko's Modern Life") — ABŞ-də 1993-cü ildə Co Mürrey tərəfindən yaradılmış cizgi serial. 1996-cı ildə cizgi serial bağlanmışdır. Cizgi serial komediya janrındadır. "No Pain, No Gain" cizgi serialın ilk seriyasıdır. == Məzmun == Cizgi serialın baş qəhrəmanı kenquru Rokkodur. Cizgi serialda onun və dostlarının həyatı göstərilir. Onun ən yaxın dostları öküz Heffer, tısbağa Filbert və onun iti Spankidir. Rokkonun digər dostları da vardır. == Cizgi serialın personajlarını səsləndirənlər == == Maraqlı faktlar == "Rokkonun müasir həyatı" cizgi filminin rejissoru, prodüser olan Stiven Hillenberq sonradan SpongeBob SquarePants cizgi serialını yaratdı.
Müasir monetar məzəriyyə
Müasir monetar məzəriyyə və ya Müasir pul məzəriyyəsi (MMN) — valyutanı dövlət inhisarı və işsizliyi bir valyuta inhisarının vergiləri ödəmək və əmanətləri təmin etmək üçün lazım olan maliyyə aktivlərinin təklifini həddən artıq məhdudlaşdırdığının sübutu kimi təsvir edən qeyri-adi bir makroiqtisadi nəzəriyyədir. MMN əsas makroiqtisadi nəzəriyyəyə alternativdir. Tanınmış iqtisadçılar tərəfindən tənqid olundu, lakin tərəfdarları, 2007-2009-cu illərin Böyük tənəzzülündən sonrakı illərdə dünya iqtisadiyyatını təsvir etməkdə daha təsirli olduğunu iddia edirlər. MMN, hökumətlərin maliyyə siyasəti yolu ilə yeni pullar yaratdığını iddia edir. Müdafiəçilərə görə, bir iqtisadiyyatın tam məşğulluğa çatdığı zaman başlıca risk, özəl sektorun alıcılıq qabiliyyətini azaltmaq üçün vergi yığmaqla mübarizə edilə bilən inflyasiyadır. MMN nəzəri bütövlüyü, tərəfdarlarının siyasət tövsiyələrinin əhəmiyyəti və ortodoksal makroiqtisadiyotdan nə dərəcədə uzaqlaşdığı barədə fəal dialoqla müzakirə olunur . == Prinsipləri == MMN-nin əsas prinsipləri, öz kağız pullarını verən bir hökumətin: Mallar, xidmətlər və maliyyə aktivlərini vergi şəklində pul toplamağa və ya belə satınalmalardan əvvəl borc verməyə ehtiyac olmadan ödəyə bilər; Öz valyutasında göstərilən borcunu ödəmək məcburiyyətində qala bilməz; Yalnız inflyasiya yolu ilə pulun yaradılması və alınmasında məhdudlaşır ki, bu da iqtisadiyyatın real resurslarından (əmək, kapital və təbii ehtiyatlar) tam məşğulluq şəraitində istifadə edildikdə sürətlənir; Artıq pulu dövriyyədən kənarlaşdıran vergi ilə tələb inflyasiyasına nəzarət edə bilər (buna baxmayaraq siyasi iradə həmişə olmaya bilər); İstiqraz buraxaraq cüzi qənaət üçün özəl sektorla rəqabət etmir. Bu prinsiplər dövlət xərclərinin vergi və borc verilməsi yolu ilə maliyyələşdirildiyi barədə ümumi qəbul edilmiş iqtisadi baxışa meydan oxuyur. MMN-nin ilk dörd prinsipi pul yaratma və inflyasiyanın necə işlədiyinə dair ənənəvi iqtisadi konsepsiyalarla ziddiyyət təşkil etmir. Məsələn, keçmiş Federal Rezerv Başçısı Alan Greenspan'ın dediyi kimi, “Amerika hər hansı bir borcu ödəyə bilər, çünki bunu etmək üçün hər zaman pul yazdıra bilərik.
Müasir Hüquqşünaslar Assosiasiyası
Müasir Hüquqşünaslar Assosiasiyası (türk. Çağdaş Hukukçular Derneği) — Türkiyədə, Ankarada yerləşən hüquq assoasiyası. Onun məqsədi bəşəriyyətin minlərlə illik tarixi nailiyyətləri işığında hüququn inkişafı, insan azadlığına və demokratiyaya əsaslanan, sosial şüurla təmin edilmiş hüquq sisteminin qurulmasına, fundamental hüquqlara, xüsusilə yaşamaq hüququna və insan ləyaqətinə hər cür qəsdlərin qarşısının alınmasına çalışmaq. 18 yanvar 2013-cü ildə Terrorla Mübarizə Şöbəsinə bağlı polis qrupları İstanbul, İzmir, Ankara, Antalya, Bursada "qanunsuz DHKP/C Təşkilatı Araşdırması" çərçivəsində olduğu iddia edilən araşdırmalar aparmışdır. Əməliyyatlar çərçivəsində Çağdaş Hüquqşünaslar Dərnəyinin (ÇHD) Ankara Baş Qərargahında və İstanbul şöbəsində və ÇHD üzvü vəkillərin evlərində də axtarışlar aparılmışdır.
Erkən müasir fəlsəfə
Şablon:Fəlsəfə Erkən müasir fəlsəfə — XVI əsrin sonlarından XVIII əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir və Qərbi Avropada ənənəvi orta əsr fəlsəfəsindən ayrılaraq müasir düşüncə tərzinin əsasını qoyur. Bu dövrdə fəlsəfə, elmi inqilabın təsiri ilə köklü dəyişikliklərə məruz qalır və yeni bilik yanaşmalarının formalaşmasına səbəb olur. == Xüsusiyyətləri == Əsas xüsusiyyətlərdən biri rasionalizm və empirikizmin qarşıdurmasıdır: Rasionalizm — bilginin ağıldan gəldiyini qəbul edən yanaşmadır. Rene Dekart, Benedikt Spinoza və Qotfrid Leybnits bu axının əsas nümayəndələridir. Rasionalistlər üçün məntiq və təfəkkür, həqiqətə çatmaqda əsas vasitələrdir. Empirikizm — bilginin təcrübədən qaynaqlandığını irəli sürən yanaşmadır. Bu məktəbin əsas simaları Con Lokk, Corc Berkli və Devid Yum olmuşdur. Onların fikrincə, insanın bütün biliyi təcrübə və duyğular vasitəsilə formalaşır. == Fəlsəfi yanaşmalar == Bu dövrdə digər mühüm fəlsəfi yanaşmalar və hadisələr bunlardır: Təbiət fəlsəfəsi və elmin yüksəlişi — bu dövrdə elmi biliklər inkişaf etməyə başlayır və təbiətin mexanist modeldə öyrənilməsi önə çıxır. Frensis Bekon, təcrübəyə əsaslanan elmi metodologiyanın banilərindən biri kimi tanınır.
Müasir İslam fəlsəfəsi
Müasir İslam fəlsəfəsi — Müasir İslam fəlsəfəsi orta əsr İslam fəlsəfəsinin bəzi məsələlərini canlandırır. Bunlara xüsusilə elm və hüquqda mötəzilə və əşərilərin əxlaq baxışları arasındakı gərginliyi, müsəlmanların vəzifəsi və İslamın bilik sosiologiyasında və etik kodların və hüquqi kodların formalaşmasında, xüsusilə fiqh (yaxud “İslam hüququ”) və cihad (yaxud “ədalətli müharibə”) qaydaları və başqalarını örnək vermək olar. == Müasir İslam fəlsəfəsindəki önəmli şəxsiyyətlər == Fərqli regionlardan olub məşhur axınları təmsil edən fiqurlar: === Cənubi Asiya === Məhəmməd İqbal ― sosial ədalət ideallarına əsaslanan İslami oyanışa can atır və ənənəvi qaydaları təviq edirdi (məsələn, sələmçiliyə qarşı). O, qəti şəkildə iddia edirdi ki, ilk İslamda və xüsusən də Məhəmmədin özü tərəfindən dərindən rədd edilən dogma, millətçilik və açıq irqçilik müsəlmanları bir-birinə qarşı döyüşən qruplara parçalayır, materializm və nihilizmi təşviq edir. Onun düşüncələri milli şair kimi hörmət gördüyü Pakistanda azadlıq hərəkatının ortaya çıxmasında təsirli olmuşdur. Onun İslam anlayışı həmçinin dolayı yollarla Malkolm X və digər İslamın beş əsasına dayanan global etika axtarışında olan fiqurlara da təsir etmişdir.İqbalın fəlsəfi düşüncəsi əsasən yazarın 1934-cü ildə nəşr edilən "İslamda dini düşüncənin yenidən inşası" əsərində öz əksini tapmışdır.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi — özündə bağça-məktəb fəaliyyətini birləşdirən Azərbaycanın ilk özəl təhsil müəssisələrindən biri. 2001-ci il sentyabr ayının 1-də Heydər Əliyevin iştirakı ilə açılmışdır. Təhsil ocağı üç hissədən — uşaq bağçası, orta ümumtəhsil məktəbi və orta məktəbdən ibarətdir və onların hər birində üç bölmə — Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərir. Məktəbdə Olimpiada qrupları, Şagird Elmi Cəmiyyəti, Şagird Parlamenti fəaliyyət göstərir. İngilis bölməsində dərslər "Cambridge" proqramı əsasında keçirilir. Proqramı bitirən şagirdlərə dünyanın bütün ölkələrində tanınan və yüksək səviyyədə qiymətləndirilən IGCSE sertifikatları verilir. 15 may 2018-ci ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Kür-Araz ovalığının müasir landşaftları
Kür-Araz ovalığı — Azərbaycanın mərkəzi hissəsində yerləşən ovalıq. Ovalığın mərkəzi hissəsində Sabirabad şəhəri yaxınlığında Kür çayı ilə Araz qovuşur. Çaylar ovalığı Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzlərinə ayırır. Oronim Kür və Araz çaylarının adından yaranmışdır. == Ümumi məlumat == Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəklik olmaqla, respublika ərazisinin mərkəzi hissəsini tutur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri. Kür–Araz ovalığına Cənubi Qafqazın Şərqində Kür və Araz çaylarının aşağı axarları arasında qalan ərazilər Böyük və Kiçik Qafqaz dağlarına qədər uzanan düzlər daxildir. Ovalıq şimalda Bozdağ, qərbdə Kiçik Qafqaz dağlarının ətəkləri, cənub-şərqdə Talış dağları və Lənkəran ovalığı, şərqdə isə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ovalığın uzunluğu qərbdən-şərqə 25 km, ən geniş yerdə 150 km-dir.
Makedoniya Müasir İncəsənət Muzeyi
Makedoniya Müasir İncəsənət Muzeyi — Yunanıstanın Saloniki şəhərində yerləşən 3 müasir incəsənət muzeyindən biri . == Tarixi == Makedoniya Müasir İncəsənət Muzeyi 1978-ci ildə baş vermiş dəhşətli zəlzələdən sonra Salonikinin bir qrup sakininin təşəbbüsü ilə 1979-cu ildə yaradılmışdır. Bu sahədə ilk təşəbbüs Maro laqiyaya aiddir. Onun təşəbbüsü dərhal incəsənət əsərlərinin kolleksiyaçısı, tənqidçi və xeyriyyəçi İolas Aleksandrosİolas tərəfindən müdafiə olunmuşdur. İolas tərəfindən hədiyyə edilən 47 müasir incəsənət əsəri muzeyin daimi ekspozisiyasının yaradılması üçün baza rolunu oynamışdır. Tanınmış kolleksiyaçılar Maqda Kodzia, Franz Geiger, Aleksandros və Doroteya Ksidis, Georgies Aperqis, Dimitrios Meymaroğlu və bir çox digər rəssamlar öz kolleksiyalarını və əsərlərini muzeyə hədiyyə etmişlər . === Daimi eksponatlar === Hazırda muzeyin daimi eksponatları yunan və xarici rəssamların 2800 əsərindən ibarətdir. Daimi eksponatlardan başqa, Makedoniya Müasir İncəsənət Muzeyi Yunanıstanda ilk dəfə olaraq rəssamlar Saruxisin, Yannisin, Soklisin, Kondoğlunun, Fotisin, Xadzikiryakos-Qikasın, Nikosun, Kokkinidisin, Fassianosun, Alekosun, Stiropulosun, Psixopaidisin, Pavlosun, Kessanlisin, Akritakisin, Uorxolun, Endinin, Katzurakisin, Perdikarisin və 100-dən artıq yunan və xarici rəssamların əsərlərindən ibarət sərgilər təşkil etmişdir. Fluksusun, Delonenin, Roberin, Mattanın, Roberto Sebastyanın, Viallatın, Boysun, Yosefin, Devidin, Maksın, Bekmanın, Zervosun, Vlassis Kaniarisin, Varotsosun, Takisin,Molfessisin, lazongasın, Mutarasın. Zongolopoulosun və bir başqa rəssamların əsərlərindən ibarət sərgilər də muzeyin fəaliyyətində mühüm yer tutmuşdur.
Matxaf: Ərəb Müasir İncəsənət Muzeyi
Matxaf: Ərəb Müasir İncəsənət Muzeyi (ərəb. متحف : المتحف العربي للفن الحديث‎) — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Doha şəhərində yerləşən müasir incəsənət muzeyi. Muzeyin sahəsi 5 500 kv. metrə yaxındır. Muzey Doha Təhsil şəhərinin tərkibində tikilmiş köhnə məktəb binasında yerləşir. == Tarix == Matxaf: Ərəb Müasir İncəsənət Muzeyi 30 dekabr 2010-cu ildə Sacil (Sajjil) adı altında nümayiş etdirilən sərgi ilə açılmışdır. Ərəb dilində "qeydlər aktı" mənasını ifadə edən bu sərgidə son 100 ildə ərəb incəsənətinin məcmusu nümayiş etdirilmişdir. Muzeydə eyni zamanda 5 müasir aparıcı ərəb rəssamının: Dia Azzavinin, Farid Beikaxinin, Əhməd Navarın, İbrahim əl-Salahinin ə Hassan Şərifin yeni əsərlərindən ibarət Tədbir (Interventions) adlandırılan sərgi və 23 müasir ərəb rəssamının yeni əsərlərindən ibarət Told/Untold/Retold adlandırılan sərgi də nümayiş etdirilmişdir. Matxafda növbəti böyük sərgi (Cai Guo-Qiang: Saraab) 5 dekabr 2011-ci il tarixdən 26 may 2012-ci ilədək olan müddətdə təşkil olunmuşdur. Cai Guo-Qiang: Saraab sərgisində tanınmış Çin rəssamı Tsay Qotsyanın 17 yeni əsəri də daxil olmaqla 50-dən artıq əsəri nümayiş etdirilmişdir.
Monsoro qəsri-Müasir incəsənət Muzeyi
Monsoro qəsri-Müasir incəsənət Muzeyi (fr. Château de Montsoreau-Musée d'art contemporain) — Fransanın müasir incəsənət muzeyidir. Muzey, Men və Luara departamentinin Luar vadisində Monsoro şəhərində yerləşir. Monsoro qəsri-Müasir incəsənət Muzeyi xeyriyyəçi Filipp Meaille tərəfindən 2016-cı ildə qurulmuşdur. == Muzeyin tarixi == Muzey Monsoro qəsrinda əsası qoyulmuşdur. Luara çay yatağında tikilmiş yeganə Luar Vadisi qəsri. İki çayının, Luar və Vyananın birləşməsində yerləşir. == Kolleksiyası == Muzeyin kolleksiyasinda XX əsrin ikinci yarısının konseptual əsərlərindən ibarətdir. Hal-hazırda kolleksiyası sənətkarların Art & Language qrupunun dünyanın ən böyük kolleksiyasıdır. Muzeyin eksponatları hər 3-4 aydan bir dəyişdirilir.
Müasir Atlantik İncəsənət Mərkəzi
Müasir Atlantik İncəsənət Mərkəzi (ispan dilində:Centro Atlántico de Arte Moderno, qısaldılmış şəkildə — CAAM) — İspaniyanın Kanar adalarında müasir incəsənətin əsas muzeyi. Muzey Las-Palmas-de-Qran-Kanariya şəhərinin Beqeta rayonunda yerləşir. == Təsviri == Müasir Atlantik İncəsənət Mərkəzi mədəni siyasətinin əsas prinsipi 3 böyük mədəniyyət: Latın Amerikası, Afrika və Avropa mədəniyyətləri əsasında formalaşmış müasir Kanar mədəniyyətinin əsaslandığı "üç qitə" mədəniyyəti nəzəriyyəsinin tədqiq edilməsidir. Müasir Atlantik İncəsənət Mərkəzinin nəzdində fəaliyyət göstərən, incəsənətə, xüsusilə Latın Amerikası, Afrika mədəniyyətinin tarixinə həsr olunmuş, təxminən 57 000 cilddən ibarət ixtisaslaşmış ədəbiyyatdan ibarət la Biblioteca Centro de Documentación muzeyin əsas kolleksiyasının cəmləşdiyi kitabxanadır. == Muzeyin binası == Muzeyin XVIII əsrə aid binasının fasadı arxitektorlar Fransisko Xavyer Saens de Gizanın və Martin Çirionun layihəsi əsasında müasir üslubda yenidən qurulmuşdur. == Tarixi == Müasir Atlantik İncəsənət Mərkəzi 4 dekabr 1989-cu ildə, ilkin olaraq Qran-kanariya adasının hökuməti tərəfindən hədiyyə edilmiş Xose Migel Luxan Peres məktəblərinin fonduna daxil olan eksponatlar əsasında açılmışdır. 2000–2004-cü illərdə muzeyin kolleksiyasına 2000 eksponat əlavə edilmişdir. Hazırda muzeyin fondunda 2 600 daimi eksponat vardır.
Müasir Memarlıq üzrə Avropa Birliyi Mükafatı
Müasir Memarlıq üçün Avropa Birliyi mükafatı və ya Avropa Birliyi Myes van der Roh mükafatı - Avropa Birliyinə üzv olan ölkələrdə memarlıq sahəsində maraqlı və keyfiyyətli işlərin tanıdılması üçün verilən mükafat. Mükafat 1987-ci ildə əslən İspaniyanın Barselona şəhərindən olan Myers van der Roh tərəfindən təsis edilmişdir. Mükafat hər iki ildən bir verilir.
Müasir Memarlıq üçün Avropa Birliyi mükafatı
Müasir Memarlıq üçün Avropa Birliyi mükafatı və ya Avropa Birliyi Myes van der Roh mükafatı - Avropa Birliyinə üzv olan ölkələrdə memarlıq sahəsində maraqlı və keyfiyyətli işlərin tanıdılması üçün verilən mükafat. Mükafat 1987-ci ildə əslən İspaniyanın Barselona şəhərindən olan Myers van der Roh tərəfindən təsis edilmişdir. Mükafat hər iki ildən bir verilir.
Müasir ailə (teleserial, 2009)
Müasir ailə (ing. Modern Family) — Kristofer Lloyd və Stiven Levitan tərəfindən yaradılmış ABŞ istehsalı sitkom serialı. Serial 23 sentyabr 2009-cu ildən, 8 aprel 2020-ci ilə qədər ABC televiziyasında 11 mövsüm yayımlanmışdır. Serialda Los-Ancelesdə məskunlaşmış bir-biriləri ilə əlaqəsi olan üç ailədən bəhs olunur. == Mövzusu == "Müasir ailə" serialında Los-Ancelesdə yaşayan varlı iş adamı Cey Pritçettin ailəsi və onunla bağlantısı olan digər müxtəlif tipli ailələrdən bəhs olunur.
Müasir dini incəsənət muzeyi
Müasir dini incəsənət muzeyi (italyan dilində:Collezione d'arte religiosa moderna) — 1973-cü ildə Vatikanda açılmış müasir dini incəsənət muzeyi. Muzeyin kolleksiyasının toplanmasına papa VI Pavelin əmri ilə başlanılmışdır. İlk 30 rəsm əsəri (1956–1957-ci illərdə) Corcia və Vatikan muzeylərindən biri olan Vatikan pinakotekində yerləşirdi. Sonralar bu kolleksiyanın bir hissəsi Borcio və Salette Borgia departamentlərində yerləşdirilmişdir. Muzeyin 55 zalında ayrı-ayrı rəssamlar və kolleksiyaçılar tərəfindən Vatikana hədiyyə edilmiş müasir incəsənət əsərləri: rəsmlər, heykəllər, tətbiqi incəsənət, qrafika, əsərləri nümayiş etdirilir. İlk kolleksiyada El Qrekonun, Simone Martininin, Tosinin, Mançininin və başqalarının əsərləri var idi. Muzeyin kolleksiya fonduna bütün dünyanın rəssamlarının 800-ə yaxın rəssamının əsəri saxlanılır. Onların arasında Oqust Poden, Anri Matiss, Vinsent Van Qoq, Moris Deni, Salvador Dali, Paul Klee, Ernst Barlax, Maks Bekman, Mark Şaqal, Otto Disk, Oskar Kokoşka, Pablo Pikasso, Xose David Sikeyros, Odilon Redon, Moris Utrillo, Vasili Kandiyski, Jorj Brak, Amedeo Modilyani, Renato Quttuzo, Cakomo Balla, Bernar Byuffe, Corco de Kiriko, Corcio Morandi, Jorj Ruo, Eduardo Çilida, Frensis Bekon, Alfred Manesye və digər rəssamların əsərləri vardır. == Mənbə == Pomella, Andrea. Vatikanische Museen.

Digər lüğətlərdə