ORTA


1. is. Bir şeyin kənarlarından, uclarından az-çox bərabər dərəcədə aralı olan yer; bir şeyin mərkəzi. Kəndin ortası.
– Otağın ortasında bir soba vardı. S.Hüseyn.
Dördkünc həyətin ortasında dördkünc bir bağça, bağçanın ortasında yenə dördkünc bir hovuz vardı. Ə.Əbülhəsən.

// Çay, yol və s.-nin hər iki tərəfindən az-çox bərabər məsafədə olan yer.
Çayın ortasına gedəndə su [Eyvaz kişini] süpürlədi. Ə.Vəliyev.
Vəkil yolun ortasında qanqal kolu kimi tənha görünürdü. Mir Cəlal.

2. sif. Ortada olan, bir şeyin kənarlarından, uclarından eyni məsafədə aralı olan; iki nöqtə (xətt, şey və s.) arasında olan. Evin orta pəncərəsi. Orta otaq.
– Danalar yenə əvvəlki kimi orta payanı söküb yeyirdilər. M.Hüseyn.

3. is. Bir şeyin başlanğıcından, ya sonundan eyni dərəcədə uzaq olan vaxt, zaman. Yayın ortası. Ayın ortası. Günün ortasında.
– İyul ayının ortası idi. N.Nərimanov.

4. sif. Böyüklə kiçik, yüksəklə alçaq, ağırla yüngül və s. arasında olan. Orta və ağır tank. Orta və xırda burjuaziya.
// sif. Təcrübəsi az olan; miyanə, babat. Orta dərzi.
[Rüstəm:] Mən bir şeyi başa düşmürəm, ortaların ( is. ) ayağı ilə yerimək irəli getməkdir? M.İbrahimov.

5. sif. Bir neçə kəmiyyətin onların sayına bölünməsindən alınan; adi, nəzərdə tutulan hadisə və s. üçün tipik olan. Orta illik temperatur. Orta əmək haqqı. Orta sürət.
// sif. Keyfiyyətcə nə yaxşı, nə də pis olan; babat, miyanə. Orta keyfiyyətli mal.
6. is. Tələbələrin biliyinə verilən “pis” qiymətlə “yaxşı” qiymət arasındakı qiymət, kafi – “3”. Tarixdən “orta” almaq. “Orta” ( sif. ) qiymət.
7. sif. Üçdən ikincisi. Orta qardaş (bacı).
8. is. İki şey arasında olan boş yer; boşluq, ara, aralıq.
Ülkər də seyr edib öz anasını; Ortada quş kimi qol-qanad açır. S.Vurğun.
Çobanlar və yeniyetmələr alaçığın yanlarına çəkilərək yeməyi yığışdırıb ortanı açdılar, oynamağa başladılar. M.İbrahimov.

◊ Orta barmaq – şəhadət barmağı ilə adsız barmaq arasındakı barmaq.
Orta əsrlər – V-XV əsrləri əhatə edən dövr. Orta əsr ədəbiyyatı. Orta əsrlərə aid memarlıq abidələri.
Orta hesabla – təxminən, təxmini. Sortluq toxum məntəqələrində hər hektardan orta hesabla 170 sentner kartof məhsulu götürürlər.
Orta məktəb – ali məktəbə daxil olmaq, yaxud ümumi və ya orta ixtisaslı mütəxəssis kimi işləmək üçün kifayət edən ümumi təhsil verən məktəb. Orta musiqi məktəbi.
– Gülşad orta məktəbin son sinfində oxuyan vaxt müharibənin ağır ili idi. Ə.Vəliyev.

Orta təhsil – orta məktəbdə alınan təhsil. Orta təhsil haqqında kamal attestatı.
[Şükür] orta təhsilini bitirmiş, ali məktəbə girmək istəməmişdi. S.Hüseyn.

Orta yaş (sini) – nə cavan, nə qoca; cavanlıqla qocalıq arasındakı yaş.
Mirzağa qısaboylu, şişmanqarınlı, cücəgözlü, yekəburunlu və qalındodaqlı, orta sinlərdə bir adam idi. H.Nəzərli.

Ortada qalmaq – bax arada qalmaq 1-ci mənada (“ara”da).
Ortada yeyib qıraqda (kənarda) gəzmək1) bir işi görmədiyi halda başqalarının əməyinin səmərəsindən faydalanmaq;
2) boş-boş gəzmək, veyllənmək, avaralanmaq.
Banıçiçəkdə gözü olanlardan biri də … ortada yeyib qıraqda gəzən ağ bir bəy oğlu idi. M.Rzaquluzadə.

Ortadan çıxarmaq – bax aradan çıxarmaq (“ara”da).
Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı. M.Hüseyn.

Ortadan çıxmaq – bax aradan çıxmaq (“ara”da).
Ortadan qaldırmaq (götürmək) – bax aradan qaldırmaq (götürmək) (“ara”da).
Ortaya almaq – bax araya almaq (“ara”da).
Ortaya atmaq – bax araya atmaq (“ara”da). Güləsərin əlacı olsa, onu [atasını] heç yana buraxmazdı.
Özü qolunu çırmayıb ortaya atılardı. İ.Şıxlı.

Ortaya çıxmaq – bax meydana çıxmaq (“meydan”da). Bir çox çətinliklər ortaya çıxdı.
[Döyüş meydanında] qorxmaz, fərasətli adamlar tez ortaya çıxır. S.Vəliyev.

Ortaya düşmək1) bir iş görməyə təşəbbüs etmək;
2) bax araya düşmək (“ara”da).
Ortaya gəlmək – bax araya gəlmək (“ara”da).
Siniyə çəkilən xingal buğlana-buğlana ortaya gələndə Tahir … oturdu. M.Hüseyn.

Ortaya qoymaq – bax araya qoymaq (“ara”da). Uşaqlar çarpayılarından düşdülər. Əllərinə keçən kitabları vərəqlədilər.
Kim nədən şübhələndisə gətirib ortaya qoydu. İ.Şıxlı.

Ortaya söz salmaq – bax araya söz salmaq (“ara”da).

Sinonimlər (yaxın mənalı sözlər)

  • ORTA 1. ORTA (bir şeyin tam mərkəzi, ortası) Otağın ortasında bir soba vardı (S.Hüseyn); VƏSƏT (köhn.) Böyükxanım evin vəsətində döşək üstündə əyləşmişdi (
  • ORTA mülayim — mötədil
  • ORTA miyanə — babat

Antonimlər (əks mənalı sözlər)

  • ORTA ORTA – ALİ Sabah orta məktəbi bitirib ali məktəbə girəcəyəm (S.S.Axundov)
ORONİM
ORTABAB
OBASTAN VİKİ
Harmonik orta
n {\displaystyle n} sayda a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədin harmonik ortası n 1 a 1 + 1 a 2 + … + 1 a n {\displaystyle {\frac {n}{{\frac {1}{a_{1}}}+{\frac {1}{a_{2}}}+\ldots +{\frac {1}{a_{n}}}}}} ədədinə deyilir. Verilmiş a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədlərinin harmonik ortası həmin ədədlərin tərs qiymətlərinin ədədi ortasının tərs qiymətinə bərabərdir. Ədəbiyyat 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Həndəsi orta
n {\displaystyle n} müsbət a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\dots ,a_{n}} ədədinin həndəsi ortası onların hasilinin n {\displaystyle n} dərəcəli hesabi kökünə deyilir: G = a 1 ⋅ a 2 ⋯ a n n {\displaystyle G={\sqrt[{n}]{a_{1}\cdot a_{2}\cdots a_{n}}}} və ya G = ∏ i = 1 n a i n {\displaystyle G={\sqrt[{n}]{\prod \limits _{i=1}^{n}a_{i}}}} . İki ədədin həndəsi ortası onlarla orta mütənasib də deyilir. Bir neçə ədədin həndəsi ortası digər ortalar kimi onların ən kiçiyi ilə ən böyüyü arasında olur. Bir neçə ədədin həndəsi ortası onların qüvvət ortasının xüsusi halıdır. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Orta Azərbaycanca
Orta Azərbaycanca (az-əbcəd. اورتا آزربایجانجا‎) və ya Əcəm türkcəsi — XV–XVIII əsrlərdə İran və Cənubi Qafqazda danışılan türk dili. Azərbaycan dilinin müasir forması orta Azərbaycancadan törəmişdir. Bu dil, xüsusilə onun sintaksisi ağır şəkildə farscanın təsirinə məruz qalmışdır. == Tarixi == "Əcəm türkcəsi" termini 1684-cü ildə fransız yazıçı Kapuçin Rafael du Mans tərəfindən yazılan qrammatika kitabında istifadə edilən erkən dövr adlandırılmalarından (fr. lingua turcica agemica və ya fr. Turc Agemi) qaynaqlanır. Yerli mənbələr dili "Türki" adlandırırdılar. Orta Azərbaycanca Qədim Anadolu türkcəsi və ya qədim Azərbaycan türkcəsindən törəmişdir və oğuz dillərinin cənub-qərb qolunun bir hissəsidir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb.
Orta Açaluk
Orta Açaluk (inquş Юкъера-Ачалкхе, Боьтамарзи-Юрт, çeç. Юккъера Ачалкхе) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. == Coğrafiyası == Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə - Malqobek şəhərindən və Maqas şəhərindən 30 km şimal-qərbdə (yol boyu məsafədə), Açaluk çayının dağlıq vadisində yerləşir. Çay kəndin qərbindən başlayır, Yuxarı Açaluk kəndindən keçir, sonra şimal-şərqə, Orta Açaluk kəndinə, oradan isə Aşağı Açaluk kəndinə istiqamətlənir, Sunja silsiləsindən keçərək Alxançurt vadisinə tökülür. Orta Açaluk kəndindən bir az şimalda, bu çayın sağ qolu olan Mavi Daş adlı kiçik bir çay axır. Kəndin şərqində, Sunjenski silsiləsinin yamacında Alxançurt kanalı çəkilmişdir. Orta Açaluk kəndinin yerləşdiyi Sunja silsiləsinin qərbdən şərqə doğru hündürlüyü azalır. Kəndin şimal-qərbində Babalo zirvəsi (818.1 m), şərqdə - Albaskina dağı (777.9 m) yerləşir. Kənd regional R-296 Mozdok - Çermen - Vladiqafqaz magistral yolu boyunca yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə - Yuxarı Açaluk kəndi, şimal-qərbdə - Qeyrbek-Yurt, şimal-şərqdə - Aşağı Açaluk və cənub-şərqdə - Pliyevo və Qarabulaq şəhəri.
Orta Cami
Orta-Cami (krımtat. Orta Cami) — Ukraynanın Krım yarımadası, Baxçasaray şəhərinin tarixi hissəsində, Krım xan sarayı yaxınlığında yerləşən məscid. Orta Cami haqqında ilkin mənbələr 1674-ci ilə aiddir (1085 hicri). Krım xanlığının əsas cümə məscidlərindən biri hesab edilir. Məscidin tam inşa edilib təhvil verilməsi, 1737 və 1743 illərdə iki qardaş II Məngli Gəray və II Səlamət Gərayın dəstəyi ilə baş tutmuşdur. Onlar Krım xanı Hacı Səlim Gərayın oğulları olmuşlar. Məscidin dəqiq inşa tarixi bilinmir. Amma 1674, 1701 və ya 1710-cu illərdə inşa olunması fərz edilir. 1881-ci ildə məscid təmir olunmuşdur. 1927-cu ildə isə o ziyarətə bağlanmışdır.
Orta Ural
Orta Ural — Ural dağlarına daxil olan dağ sistemi. Şimalda Konjakovski Kamen və cənubda Yurma dağı genişlikləri ilə məhdudlaşan Ural dağlarının ən alçaq hissəsi. Bəzi digər mənbələrə görə Oslyanka dağından Ufa çayının hövzəsinə qədər ərazini əhatə edir. Orta Ural oroqrafik olaraq yaxşı ayrılmışdır: Ural dağları buraya enir və dağ kəmərinin ciddi meridional uzantısı cənub, cənub-şərqlə əvəzlənir. Cənubi Ural ilə birlikdə Orta Uralın qabarıq tərəfi şərqə baxan nəhəng bir yayla meydana gətirməsidir. Yayla Ufa yaylasının ətrafında əyilir (Rusiya platformasının şərq çıxıntıları). == İqlim == Atlantik okeanından əsən qərb küləyi Orta Uralın iqliminin yaranmasında əsas rol oynayır. İsti və soyuq axınların dəyişməsi səbəbindən hava yalnız həftə ərzində deyil, gün ərzində də tez-tez dəyişir. Atlantik okeanından uzaqlıq və Sibirin yaxınlığı Orta Uralın iqlimini kontinental edir. Bu da kəskin temperatur dəyişikliklərində özünü göstərir.
Orta Xuc
Orta Xuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Orta Xuc oyk., mür. Quba r-nunun Xucbala i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi Aşağı Xuc və Xucbala (Yuxan Xuc deməkdir) kəndlərinin arasmda yerləşdiyi üçün belə adlandırılmışdır. Eyni zamanda digər iki kənd Orta Xuc kəndi əsasında yarandığı üçün bu kənd mərkəz rolu oynamışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 203 nəfər əhali yaşayır.
Orta Yeməzli
Orta Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. Orta Yeməzli yaşayış məntəqəsi vaxtilə Ağdam rayonunun Ətyeməzli (əsli Atyeməzli) kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sonralar oykonimin tərkibindəki ət (at) komponenti düşmüşdür. Həmin kənddən bir qədər yuxarıda Yuxarı Yeməzli, kəndə məxsus qişlaq yerində isə Aşağı Yeməzli kəndləri yarandiqdan sonra kənd Orta Yeməzli adlandinlmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Orta Zəyzid
Orta Zəyzid — Azərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd. Qafqaz Albaniyasının ən qədim kəndlərindən biridir . == Tarixi == Orta Zəyzid kəndi rayonun ən qədim kəndlərindən biri, ölkənin ən qədim yaşayış məskənlərindəndir. Kənddə X-XI əsrə aid Zəyzid məbədi yerləşir. Bundan başqa, iki alban kilsəsi də öz varlığını qoruyub saxlamışdır. Lakin hər üç məbədin diqqətdən kənar qalması onları təbiətin amansız sürprizlərinə qarşı dözümsüz qılır və hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur. Kəndin dağlıq hissəsində Alban qəbiristanlığı yerləşir. Qəbirlərin eramızın VII-VIII əsrlərində və daha əvvəl yaşamış xristian albanlara məxsus olduğu qeyd edilir. Məzar daşlarının kortəbii və nizamsız şəkildə - İslam ənənəsinə zidd yerləşməsi onların xristian olduğunu deməyimizə imkan verir. Tarix kursundan bildiyimiz kimi, albanların İslamı qəbul etməsi eramızın VII-VIII əsrlərinə təsadüf edir.
Orta beyin
Orta beyin - lat. mesencephalon üç arxa, yan və ön hissədən ibarətdir. Arxa hissəsinə orta beyin qapağı (dördtəpə) - lat. tectum mesencephali (lamina quadrigemina - BNA), yan hissələrinə - təpəcik qolları - lat. brachia colliculi və ön hissəsinə böyük beyin ayaqcıqları - lat. pedunculi cerebri və dal dəliklənmiş maddə - lat. substantia perforata posterior aiddir. Orta beyin qovuğu boşluğunun qalığını beynin (Silvi) su kəməri - lat. aqueductus cerebri (Silvii) təşkil edir. == Təşkil olunmuşdur == Orta beyin qapağı Böyük beyin ayaqcıqları Görmə qabaraltı Üçüncü mədəcik == İstinadlar == == Mənbələr == Prof.
Orta cincilim
Orta cincilim (lat. Stellaria media) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü. == Sinonimləri == Alsine apetala Kit. ex Nyman Alsine avicularum Lam. Alsine barbata Stokes Alsine bipartita Gilib. [Invalid] Alsine brachypetala Opiz Alsine elongata Jord. & Fourr. Alsine glabella Jord. & Fourr. Alsine gussonii Jord.
Orta dağ
Orta dağ - Mütləq hündürlüyü 1000 m-dən 2000 m-ə qədər olan dağ. Nisbətən meylli yamacları və dəyirmi zirvələri ilə fərqlənir. Orta dağ materiklərin 24 milyon km2 sahəsini tutur.
Orta juz
Orta jüz (qaz. Орта жүз) — Mərkəzi və şimal-şərqi Qazaxıstan ərazisində yaşamış qazax tayfaları. XIX əsrin axırı — XX əsrin əvvəli orta jüz qazaxlarının sayı təqribən 1 milyon 350 min nəfər idi. Çində və Monqolustanda yaşayan kereyitlər, naymanlarla birlikdə bu say 1 milyon 500 min nəfərdən çox edir. Orta jüzdən Abay Kunanbayulı, Bögenbay batır, Batır Bayan kimi şəxsiyyətlər çıxıb. == Ədəbiyyat == А. Т. Толеубаев, Ж. К. Касымбаев, М. К. Койгелдиниев, Е. Т. Калиева, Т. Т. Далаева, перевод с казахского языка С. Бакенова, Ф. Сугирбаева. — История Казахстана. Изд-во «Мектеп», 2006 г. — 240 с.
Orta kəmiyyətlər
Orta kəmiyyətlər -statistikada istifadə edilən ümumiləşdirici göstəricilərin növlərindən biri. Hadisə və proseslərin dərk edilməsində, onlara xas olan qanunauyğunluqların öyrənilməsində orta kəmiyyətlərin əhəmiyyəti böyükdür. Orta kəmiyyətlər təsadüflər nəticəsində əmələ gələn fərdi kənarlaşmaları silir və bütün məcmuya xas olan ümumi xüsusiyyəti, tipik səviyyəni xarakterizə edir. == Hesablanması == Orta kəmiyyətlərin hesablanmasının mühüm şərtlərindən biri hesablanacaq vahidlərin eyni növdən ibarət olmasıdır. Keyfiyyətcə yekcins olmayan məlumat əsasında hesablanan orta kəmiyyətlər real deyil və həqiqi vəziyyəti təhrif edir. Ona görə də statistik məcmunu əvvəlcə yekcins qruplara ayırmaq lazımdır. Hadisələrin tipik səviyyəsini xarakterizə etmək üçün ümumi orta kəmiyyətlərlə bərabər, qrup orta kəmiyyətləri də hesablamaq lazımdır. Qrup orta kəmiyyətləri ayrı-ayrı qrupların səviyyəsini xarakterizə edir. Ümumi orta kəmiyyətlərlə bərabər, qrup orta kəmiyyətlərin hesablanması orta kəmiyyətlərin düzgün tətbiqinin ikinci mühüm şərtidir. == Hesabi orta == === Sadə hesabi orta === Variantların çəkiləri eyni olduqda hesabi orta kəmiyyətin sadə düsturu tətbiq edilir.Bu düsturla orta kəmiyyəti hesablamaq üçün variantları cəmləyib onların sayına bölmək lazımdır.
Orta qulaq
Orta qulağa (lat. auris media) təbil boşluğu, eşitmə (Evstax) borusu, və qulaq sümükcükləri aiddir. Təbil boşluğu və ya orta qulaq boşluğu - lat. cavum tympani 1sm2 həcmində olub gicgah sümüyünün daşlıq hissəsində daxili qulaqla xarici qulaq arasında yerləşmişdir. Orta qulağın altı divarı vardır. == Divarları == Bayır zarlı divar - lat. paries membranaceus qulaq pərdəsi və gicgah sümüyü pulunun bir hissəsitəşkil edir.Təbil boşluğunun qulaq pərdəsindən yuxarı olan qisminə təbilüstü cib - lat. recessus epitympanicus deyilir. İçəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır.
Orta spireya
Orta temperatur
Orta temperatur - Gündəlik, aylıq və illik orta temperatur , Gündəlik orta temperatur gün ərzində 4 dəfə (saat 1-də, 7-də, 13-də və 19-da) termometrin göstəricisinin cəmini 4-ə bölməklə müəyyənləşdirilir. Aylıq orta temperatur ayın bütün günlərində orta temperaturun cəmini ayın günlərinin sayına bölməklə alınır. İllik orta temperatur isə 12 ayın orta temperaturunun miqdarını 12-ə bölməklə hesablanır.
Orta təhsil
Orta təhsil – əksər ölkələrin maarif sistemində əsas təhsil dərəcəsinin ənənəvi adı. Orta təhsil adı təhsil səviyyəsinin təbəqələşməsi nəticəsində yaranmışdır. Orta ixtisas təhsili – xalq təsərrüfatı, səhiyyə və mədəni-maarif müəssisələri üçün orta ixtisas təhsilli mütəxəssislər hazırlanması sistemi. XX əsrin I yarısından müstəqil təhsil sahəsi kimi formalaşmışdır. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Orta xərc
İqtisadiyyatda orta xərc və ya ədəd xərci istehsal olunmuş məhsulların sayına (Q) bölünmüş cəm xərcə bərabərdir. O, həm də orta dəyişkən xərclərin (Q-yə bölünmüş cəm dəyişkən xərclər) orta dəyişməyən xərclərlə (Q-yə bölünmüş cəm dəyişməyən xərclər) cəminə bərabərdir. Orta xərc nəzərdə olan vaxtdan asılı ola bilər, misal üçün yaxın gələcəkdə istehsalın artımı daha baha başa gələ bilər və ya qeyri-mümkün ola bilər. Orta xərclər təklif əyrisinə təsir göstərir və tələb və təklifin əhəmiyyətli bir komponentidir.
Orta Çalğan
Orta Çalğan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Orta Çalğan kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi eyniadlı digər kəndlərdən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsilə­sinin ətəyində, dəniz səviyyəsindən 522 metr yüksəklikdə yerləşir. == Əhalisi == Əhalisinin sayı 54 nəfərdir.
Orta Şurtan
Orta Şurtan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şurtan kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Orta Şurtan kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Aşağı Şurtan və Yuxarı Şurtan kəndləri arasında yerləşir və Aşağı Şurtan kəndindən çixmiş ailələr tərəfindən salınmişdir.
Orta Şərq
Orta Şərq (fars. خاورمیانه‎,ing. Middle East,rus. Средний Восток, urdu مشرقی وسطٰی, ərəb. الشرق الأوسط‎, ivr. ‏המזרח התיכון‏‎, kürd. ڕۆژھەڵاتی ناوین/Rojhilata Navîn) — Orta şərq anlayışı Avropa mərkəziyyətçi yanaşmaya əsaslanır və britaniyalıların XIX əsrdə istifadə etdikləri anlayışdır. Bu təyin etməyə əsasən İngiltərə və Avropa ölkələri mərkəz qəbul edilmiş, Şərq, Uzaq Şərq, Yaxın Şərq, Orta Şərq kimi anlayışlar da buna görə təyin edilmişdir. == Ümumi məlumat == Bu tanımaya görə Orta Şərq ölkələri Suriya, İraq, Qətər, Kipr, İordaniya, İsrail, Livan, İran, Fələstin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt, Bəhreyn, Yəmən, Misir, Əfqanıstan, Pakistan, Tunis, Əlcəzair, Liviya, Sudan və Mərakeşdir. Yaxın Şərq anlayışı Fransanın Osmanlı İmperiyasınən torpaqları üçün istifadə etdiyi Yaxın Şərq təbiridir.
Orta Əlinəzərli
Orta Əlinəzərli — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Orta Əlinəzərli kəndi Əlinəzərli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Orta Əlinəzərli kənd inzibati ərazi vahidi yaradılmışdır.
Orta Əsrlər
Orta əsrlər (lat. medium aevum) — italyan humanistləri-linqvistləri və ədəbiyatçıları, klassik latıncanı diriltməyə çalışaraq, onların dövrünü klassik qədim çağlardan ayıran zamanı, "orta əslər"(medium aevum) adlandırmışdılar. XV əsrdə bu istilah artıq tarixçilər tərəfindən də, Qərbi Roma İmperiyasının süqutundan onların yaşadığı İntibah dövrünə qədər olan dövrə də aid edilməyə başladı. XVII əsrdə tarix elmində ümumdünya tarixini əntiq, orta əsrlər və yeni dövrə bölmək ənənəsi möhkəmləndi. Orta Əsrlər anlayışı humanist və sonrakı burjua tarixşunaslığında ciddi elmi anlam və xronoloji müəyyənlik daşımırdı. Orta Əslərin başlanğıcı, gah sonuncu Roma imperatorunun taxtdan salınması(476), gah Konstantinin hakimiyəti dövrü(306–337), gah da ərəblərin Avropaya hücumu (VIII əsrin əvvəli) hesab edilirdi. Orta əsrlərin sonu anlayışı isə daha yayqın idi. Bəziləri bunu Konstantinopolun süqutu(1453), bəziləri Amerikanın kəşfi(1492), bəziləri isə Almaniyada Reformasiyanın başlanğıcı(1517)ilə müəyyən edirdilər. Orta Əsrlərin səciyəsi barədə də müxtəlif mövqelər var. Humanistlərin ardınca İntibah dövrü tarixçiləri də orta əsrləri nadanlıq, mövhumat və düşkünlük çağları kimi dəyərləndirirdilər.
Orta əsr
Orta əsrlər (lat. medium aevum) — italyan humanistləri-linqvistləri və ədəbiyatçıları, klassik latıncanı diriltməyə çalışaraq, onların dövrünü klassik qədim çağlardan ayıran zamanı, "orta əslər"(medium aevum) adlandırmışdılar. XV əsrdə bu istilah artıq tarixçilər tərəfindən də, Qərbi Roma İmperiyasının süqutundan onların yaşadığı İntibah dövrünə qədər olan dövrə də aid edilməyə başladı. XVII əsrdə tarix elmində ümumdünya tarixini əntiq, orta əsrlər və yeni dövrə bölmək ənənəsi möhkəmləndi. Orta Əsrlər anlayışı humanist və sonrakı burjua tarixşunaslığında ciddi elmi anlam və xronoloji müəyyənlik daşımırdı. Orta Əslərin başlanğıcı, gah sonuncu Roma imperatorunun taxtdan salınması(476), gah Konstantinin hakimiyəti dövrü(306–337), gah da ərəblərin Avropaya hücumu (VIII əsrin əvvəli) hesab edilirdi. Orta əsrlərin sonu anlayışı isə daha yayqın idi. Bəziləri bunu Konstantinopolun süqutu(1453), bəziləri Amerikanın kəşfi(1492), bəziləri isə Almaniyada Reformasiyanın başlanğıcı(1517)ilə müəyyən edirdilər. Orta Əsrlərin səciyəsi barədə də müxtəlif mövqelər var. Humanistlərin ardınca İntibah dövrü tarixçiləri də orta əsrləri nadanlıq, mövhumat və düşkünlük çağları kimi dəyərləndirirdilər.
Bulbophyllum ortalis
Bulbophyllum ortalis (lat. Bulbophyllum ortalis) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Böyük Orta Şərq
Böyük Orta Şərq — "Ərəb dünyası" adlanan qeyri-müəyyən formada təyin edilmiş region, üstəgəl Əfqanıstan, Kipr, İran, İsrail, Pakistan və Türkiyəni əhatə edən ərazi üçün nəzərdə tutulmuş siyasi termin. Bu, 2004-cü ilin martında ABŞ administrasiyasının Orta Şərq və Şimali Afrika ilə 2004-cü ilin iyununda G8 sammitinə hazırlıq işlərinin bir hissəsi kimi Beynəlxalq Sülh üçün Karnegi Fondunun sənədində təqdim edilmişdir. Bundan əvvəl, Xarici Siyasət Tədqiqat İnstitutundan Adam Qarfinkl Böyük Orta Şərqi Mərkəzi Asiya və Qafqazla birlikdə MENA regionu kimi müəyyənləşdirmişdi.
Cənubi Koreyada orta təhsil
Cənubi Koreyada orta təhsil — Koreya Respublikasında mövcud olan orta təhsil sistemi. Cənubi Koreyada ibtidai təhsili başa vuran şagirdlər əsas, daha sonra isə orta təhsil ala bilərlər. Əsas və orta təhsil pillələrinin hər biri 3 il davam edir. 2004-cü ildən ölkənin bütün məktəblərində icbari qaydada əsas təhsil tətbiq olunur. Əsas məktəblərdə ibtidai təhsilin davamı olan standart təhsil verilir. 1969-cu ildən etibarən şagirdlərin əsas məktəblərə qəbulu ilə bağlı heç bir məhdudiyyət qoyulmur. Orta məktəblərdə tədris prosesi özünəməxsusluğu ilə fərqlənir. Ölkədə ümumi orta, peşə və ixtisaslaşmış orta məktəblər (xarici dil, incəsənət, təbiət təmayüllü) fəaliyyət göstərir. Əsas təhsil pilləsini bitirənlər orta təhsil almaq hüququna malikdir. Orta təhsilə görə müəyyən olunmuş xərclər şagirdlər tərəfindən ödənilir.
Dollar dəyərinin ortalaması
Dəhliz (orta qulaq)
Dəhliz (lat. vestibulum labyrinthi et vestibulum auris) — labirintin mərkəzi hissəsini təşkil edir; ilbiz ondan önə və içəriyə, yarımdairəvi kanallar dala, bayır və yuxarı tərəfə yerləşir. == Oval pəncərə (orta qulaq) == == İlbiz pəncərəsi (orta qulaq) == == Mənbələr == İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh.
Dəniz səviyyəsindən orta hündürlük
Dəniz səviyyəsindən hündürlük (ing. Metres above sea level) — orta səviyyəli dəniz səviyyəsinə istinadən bir yerin yüksəklik və ya hündürlüyünün standart ölçü üsulu. Orta səviyyədə dəniz səviyyələri iqlim dəyişikliyi və digər amillərdən təsirlənərək zamanla dəyişir. Bu və digər səbəblərə görə, dəniz səviyyəsindən yuxarıda qeyd olunan ölçmələr müəyyən bir yerin müəyyən bir anda dəniz səviyyəsindən faktiki olaraq yüksəlməsindən fərqlənə bilər.
Dənizin ortasında (film)
Dənizin qəlbində (ing. In the Heart of the Sea) — 2015-ci il istesalı olan film. Balına ov gəmisi olan Eseksin batışından bəhs olunur. == Mövzu == 1850-də yazıçı Eseks gəmisinin batışından sonra həyatda qalan son adam mehmanxana sahibi Tomas Nikkersonu ziyarət edərək hekayəni ona danışmağı müqavilində ona pul təklif edir. Tomas ilk öncə bunu rədd edir. Ancaq sonra arvadının təkidi ilə bu təklifi qəbul edir. Hekayə 1820-ci ildən başlayır. Səfərin ilk üç ayında heç bir uğur əldə olunmur. Kapitan Polard Atlantik okeanında balina görülmədiyinin fərqinə varır. Nəhəng ağ balinanın hücümu nəticəsində gəmi məhv olur, 6 nəfər ölür.
Elf dilləri (Orta Dünya)
Elf dilləri – Con Tolkin tərəfindən Orta Dünya kainatı üçün yaradılmış süni dillər. Elflər tərəfindən danışılır. Qulağa melodik gəlməsi ilə populyar olmuşdur. Elf dilləri bir dil ailəsidir. Bu dil ailəsinin 15 dili var və onlar arasında əhəmiyyətli fərqliliklər var. Elf dil ailəsindəki bütün dillər ibtidai kvendi adlı qədim elf dilindən törənmişdir. Elflər fərqli coğrafiyaya yayıldıqca yeni dialekt və dillər ortaya çıxmışdır. Hətta Elf dilləri ailəsi ağacı belə mövcuddur və bu dillərin qohumluq əlaqələrini göstərir. Məlum olan elf dilləri Avarin, Kvenya, Telerin, Nandorin, Sindarin, Qoldoqrin və İlkorindir. Xüsusilə Kvenya və Sindarin dilləri daha populyardır.
Elflər (Orta Dünya)
Elflər (ing. Elves, tək h. Elf) — Con R. R. Tolkinin legendariumunda Ardanın (Yerin) uzaq keçmişində, Orta Dünya qitəsində yaşayan azad xalqlardan biri, İlúvatarın böyük uşaqlarıdır. "İlk doğulanlar" (ing. Firstborn) kimi də adlanırdılar. İnsanlar və qnomlardan fərqli olaraq, elflər ölməzdilər. Elf personajları “Hobbit” və “Üzüklərin hökmdarında” var, lakin onların tarixi “Silmarillionda” daha tam təsvir edilir. == Mənşə == === German sözü === Müasir ingilis elf sözü köhnə ingilis ælf sözündən əmələ gəlir (analoqu bütün german dillərində mövcuddur). German mifologiyasında, elflərin müxtəlif növləri olub, erkən orta əsrlərdə eyni konsepsiya qərb alman mifologiyasında, skandinaviya miflərində və anqlosakson miflərində fərqlənməyə başladı, güman edilir ki keltlərin təsiri altında daha çox anqlosakson konsepsiyası fərqlənməyə başlamışdı. Tolkin məktubların birində onun elflərinin "daha məşhur əsərlərin" yəni skandinav mifologiyasının elflərindən fərqli olduğunu açıq şəkildə ifadə etmişdi.
Hindistanda orta təhsil
Hindistanda orta təhsil — Hindistan Federativ Respublikasında mövcud olan orta təhsil sistemi. Hindistanda 4 illik orta ümumi təhsil pilləsi IX-XII sinifləri (14-18 yaş) əhatə edir. Bu təhsil pilləsi iki yerə bölünür: orta məktəb pilləsi — əsasən IX-X sinifləri (14-16 yaş), bəzi ştatlarda isə VIII-X sinifləri əhatə edir. yuxarı orta məktəb pilləsi — XI-XII sinifləri əhatə edir. Bu təhsil pilləsinin əsas məqsədi gəncləri gələcək iş həyatına və ali təhsil müəssisələrinə hazırlamaqdır. X və XII sinifləri bitirmiş bütün orta məktəb şagirdləri dövlət imtahanlarına cəlb olunur. Tədris ili bütün ştatlarda 200 gündən çox davam edir. Müxtəlif ştatlarda tədris ili ayrı-ayrı vaxtlarda başlayır. Bəzi ştatlarda yay tətili, bəzi ştatlarda isə qış tətili üçün uzun istirahət müddəti verilir. Ölkənin Təhsil üzrə Milli Strategiyasında müəyyənləşdirilmiş ənənəvi fənlər bütün orta təhsil müəssisələrində tədris olunur.
I Dünya Müharibəsinin Orta Şərq teatrı
I Dünya Müharibəsinin Orta Şərq teatrı — Birinci Dünya müharibəsi dövründə hərbi əməliyyatlar teatrı, Osmanlı İmperiyası, Antanta dövlətləri və bəzi bilinməyən xalqların Silahlı təşkilatları arasında hərbi əməliyyatlar aparırdılar. Hərbi əməliyyatlar 1914-cü ilin noyabrında başlayır. Coğrafi və siyasi şərtlər üzündən Yaxın Şərqdə hərbi əməliyyatlar bir-birindən asılı olmayaraq ümumilikdə aparılan bir neçə ayrı-ayrı əməliyyatlara və döyüşlərə bölünür. Bunlardan ən mühümü Şərqi Anadoluda Rus-Osmanlı (Qafqaz) cəbhəsi, İrandakı rus qoşunlarının hərəkətləri, Çanaqqala əməliyyatı, Britaniya qoşunlarının ərəbistan yarımadasındakı, Süveyş kanalı ərazisində, Fələstin, Suriya və Mesopotamiyada həyata keçirdiyi əməliyyatlardır. == Müharibədən əvvəl == === Xarici siyasətdəki vəziyyət və Osmanlı İmperiyasının daxili vəziyyəti === 1914-cü ilin avqustunda Antanta ilə İttifaq dövlətləri arasında Birinci Dünya müharibəsi Müharibənin ilk günlərindən etibarən hər iki müharibə koalisiyası Osmanlı imperiyasını öz tərəflərində müharibəyə cəlb etməyə çalışırdı. Osmanlı imperiyasının müstəsna coğrafi mövqeyi və yaranmış geosiyasi vəziyyət onun müharibədə iştirakını faktiki olaraq məcbur etmişdir. Bütün Rusiya ixracının və idxalının yarısının keçdiyi Qara dəniz boğazları Rusiya üçün çox böyük əhəmiyyət daşıyırdı, Osmanlı sərhədləri yaxınlığında Süveyş kanalı, onun çoxsaylı müsəlman əhalisi yerləşirdi. Osmanlı ərazisində Bağdad dəmir yolunun tikintisi gedirdi və o, Mesopotamiyanın neftlə zəngin olan rayonlarını sürətli quru yolu ilə Avropa ilə bağlamaq üçün nəzərdə tutulmuşdur və buna görə də strateji əhəmiyyət daşıyırdı. Eyni zamanda, Antanta rəhbərliyi Türkiyə ilə hərbi bir ittifaqın mümkünsüz olduğunu, ilk növbədə, Rusiyanın, Türkiyənin ənənəvi düşməninin mövqeyinə görə, ehtimalının az olduğunu düşünürdü. Belə bir vəziyyətdə Antanta ölkələrini Türkiyənin uzunmüddətli dostluq neytrallığı ssenarisi daha çox qane edirdi.
I Dünya müharibəsində Orta Şərq cəbhəsi
I Dünya Müharibəsinin Orta Şərq teatrı — Birinci Dünya müharibəsi dövründə hərbi əməliyyatlar teatrı, Osmanlı İmperiyası, Antanta dövlətləri və bəzi bilinməyən xalqların Silahlı təşkilatları arasında hərbi əməliyyatlar aparırdılar. Hərbi əməliyyatlar 1914-cü ilin noyabrında başlayır. Coğrafi və siyasi şərtlər üzündən Yaxın Şərqdə hərbi əməliyyatlar bir-birindən asılı olmayaraq ümumilikdə aparılan bir neçə ayrı-ayrı əməliyyatlara və döyüşlərə bölünür. Bunlardan ən mühümü Şərqi Anadoluda Rus-Osmanlı (Qafqaz) cəbhəsi, İrandakı rus qoşunlarının hərəkətləri, Çanaqqala əməliyyatı, Britaniya qoşunlarının ərəbistan yarımadasındakı, Süveyş kanalı ərazisində, Fələstin, Suriya və Mesopotamiyada həyata keçirdiyi əməliyyatlardır. == Müharibədən əvvəl == === Xarici siyasətdəki vəziyyət və Osmanlı İmperiyasının daxili vəziyyəti === 1914-cü ilin avqustunda Antanta ilə İttifaq dövlətləri arasında Birinci Dünya müharibəsi Müharibənin ilk günlərindən etibarən hər iki müharibə koalisiyası Osmanlı imperiyasını öz tərəflərində müharibəyə cəlb etməyə çalışırdı. Osmanlı imperiyasının müstəsna coğrafi mövqeyi və yaranmış geosiyasi vəziyyət onun müharibədə iştirakını faktiki olaraq məcbur etmişdir. Bütün Rusiya ixracının və idxalının yarısının keçdiyi Qara dəniz boğazları Rusiya üçün çox böyük əhəmiyyət daşıyırdı, Osmanlı sərhədləri yaxınlığında Süveyş kanalı, onun çoxsaylı müsəlman əhalisi yerləşirdi. Osmanlı ərazisində Bağdad dəmir yolunun tikintisi gedirdi və o, Mesopotamiyanın neftlə zəngin olan rayonlarını sürətli quru yolu ilə Avropa ilə bağlamaq üçün nəzərdə tutulmuşdur və buna görə də strateji əhəmiyyət daşıyırdı. Eyni zamanda, Antanta rəhbərliyi Türkiyə ilə hərbi bir ittifaqın mümkünsüz olduğunu, ilk növbədə, Rusiyanın, Türkiyənin ənənəvi düşməninin mövqeyinə görə, ehtimalının az olduğunu düşünürdü. Belə bir vəziyyətdə Antanta ölkələrini Türkiyənin uzunmüddətli dostluq neytrallığı ssenarisi daha çox qane edirdi.
Kapitalın orta çəkili dəyəri
Kapitalın orta çəkili dəyəri və ya maliyyəti (ing. weighted average cost of capital-WACC) — müəssisənin əldə etdiyi kapitalın qarşılığında səhmdarlara və kreditorlara ödənməsi gözlənilən orta xərclərdir.[1] Başqa sözlə müəssisənin maliyyələşmə mənbələrinə çəkiləcək orta xərcləri göstərir. == Hesablanması == Şirkətlər bir çox qaynaqlardan maliyyələşə bilirlər: adi və imtiyazlı səhmlər, birbaşa borclar, dövlət yardımları(məsələn subsidiya) vb. Kapitalın orta çəkili dəyəri də bu maliyyəşmə mənbələrinin kapitalın tərkibindəki nisbi çəkisini nəzərə alınaraq hesablanır. Düsturu isə aşağıdakı şəkildədir: k a = k e ∗ W e + ( 1 − V ) ∗ k d ∗ W d {\displaystyle k_{a}=k_{e}*W_{e}+(1-V)*k_{d}*W_{d}} ke — adi səhmin gəlirliliyi We — adi səhmin kapitalın tərkibindəki çəkisi V — vergi dərəcəsi kd — borcun dəyəri (xərci) Wd — borcun kapitalın tərkibindəki çəkisi Burada k e ∗ W e {\displaystyle k_{e}*W_{e}} nizamnamı kapitalının orta xərcini göstərir. == Məqsədi == KOÇD sayəsində müəssisə gəlirlərinin hansı hissəsinin səhmdarlara və kreditorlara ödənəcəyini müəyyən edəbilir. Bu əmsalın köməkliyi ilə müəssisə planlaşdırılan investisiya layihəsinin məqsədəuyğun olub-olmadığını müəyyənləşdirir. Yəni investisiyanın gəlirliliyi KOÇD əmsalından böyük olmalıdır ki, müəssisə investisiya layihəsini reallaşdırsın. == Həmçinin bax == Xalis cari dəyər Geri ödəmə müddəti metodu == Mənbə == PROJE ANALİZİ VE DEĞERLENDİRME. Anadolu universiteti.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (qısaca: KOBİA) — Azərbaycan Respublikasında mikro, kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, sahibkarlara bir sıra dəstək və xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. == Tarix == Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlandırılıb, eləcə də Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib. "Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2019-cu il tarixli Fərmanı ilə xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Agentlik ilə əlaqəli şəkildə həyata keçirilir. "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanına əsasən, dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Agentlik həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirməyə dair müsabiqənin təşkili KOBİA tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Startapın müəyyən olunması meyarları"na əsasən KOB subyektlərinə "Startap" şəhadətnaməsinin verilməsi Agentlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təstiq edilmiş "Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası"na əsaən mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına dəstək Agentlik tərəfindən təmin olunur. == Fəaliyyət istiqamətləri == Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: mikro, kiçik və orta sahibkarlıq sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və tənzimlənməsində iştirak edir; müvafiq sahədə sahibkarların hüquqlarının müdafiəsi məqsədilə zəruri tədbirlər həyata keçirir; müvafiq sahədə dövlət qurumlarının sahibkarlara vahid məkanda daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə xidmət (o cümlədən zəruri səyyar xidmətlər) göstərmələrini təmin edir; kiçik və orta biznes evlərində (KOB evlərində), kiçik və orta biznesin inkişafı mərkəzlərində, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzində, kiçik və orta biznesin inkişafı fondlarında göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət edir; KOB evlərində hər bir xidmətin qanuna uyğun olaraq həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığına dair qiymətləndirmələr aparılmasını təmin edir; dövlət qurumlarının sahibkarlara göstərdikləri hər bir xidməti təhlil edib qiymətləndirərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür; müvafiq sahədə əlverişli biznes mühitinin yaradılması üçün tədbirlər görür beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə və investorlarla əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək və s. == Agentliyin vəzifələri == Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi haqqında təsdiq edilmiş Nizamnamə ilə müəyyən olunmuş bir sıra vəzifələri həyata keçirir: sahibkarlığın inkişafını dəstəkləmək; ölkədə sahibkarlığın inkişaf tendensiyalarını təhlil etmək, iqtisadi və sosial ehtiyacların qarşılanmasında sahibkarların rolunun və payının artırılması ilə bağlı təkliflər vermək; sahibkarlara dövlət dəstəyinin əsas istiqamətlərinin, ümumi şərtlərinin, forma və mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; sahibkarların maraqlarının qorunması və problemlərinin çevik həlli sahəsində səlahiyyətli qurum qismində fəaliyyət göstərmək; müvafiq sahədə dövlət və özəl qurumlarının fəaliyyətini əlaqələndirmək və onlarla birgə təşəbbüsləri reallaşdırmaq; müvafiq sahədə hazırlanan qanunvericilik aktlarının müzakirəsində sahibkarların yaxından iştirakını təmin etmək; sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətləri göstərmək; startapların qeydiyyatını və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək; potensial investorların sahibkarlara investisiya yatırmasını təşviq etmək üçün aidiyyəti dövlət qurumları ilə birlikdə onlar arasında müxtəlif investisiya təşviqi tədbirləri görmək və s.
Klivden Orta Məktəbi
Klivden Orta Məktəbi (ing. Cleveden Secondary School) — Şotlandiyanın Qlazqo şəhərində ümumi təhsil müəssisəsi. == Tarixi == 1973-cü ildə Qlazqo orta qız məktəbi həmin binada qızlar və oğlanları qəbul etməyə başladı və 1975-ci ildə Klivden Orta Məktəbi kimi fəaliyyət göstərməyə başladı. 1998-ci ildə Klivden Nort Kelvinsayd məktəbi ilə birləşdi. 2002-ci il 8 fevralda məktəb böyük genişləndirilmə və yenidənqurmadan sonra, rəsmi olaraq, Şotlandiyanın birinci naziri Cek Makonell tərəfindən açıldı. 2015-ci ilin hesabatıba görə məktəbdə 615 şagird oxuyur.
Lvov orta əsrlərdə
Lvov orta əsrlərdə və ya Orta əsr Lvov şəhəri — tarixi Qərbi Rus bölgəsinin önəmli iqtisadi, mədəni və siyasi mərkəzlərindən biri idi. Onun tarixi XIII əsrdə şəhər istehkamlarının əsasının qoyulması və XVI əsrin ikinci yarısına kimi, davam edən geniş dövrləri əhatə edir (məhz həmin dövrlərdə Reç Pospolita dövlətinin yaranması və Yagellonlar sülaləsinin hakimiyyət dövrünün tamamlanması baş vermişdir). Yazılı salnamələrdə Lvov şəhərinin ilk xatırlamaları XIII əsrin ortalarına (daha doğrusu 1256-cı ilə) aid edilir. XIII əsrin ikinci yarısından etibarən, Lvov Qalitsiya-Volın knyazlığının ən böyük şəhərinə, 1341-ci ildən sonrakı dövrlərdə isə, Polşanın tərkibində olan "rus krallığının" mərkəzinə çevrilir. 1370-ci ildə Lvov Macarıstan krallığı tərəfindən işğal edilir, 1387-ci ildə isə yenidən Polşa krallığının tərkibinə daxil olur. 1433-cü ildən sonra şəhər Polşa krallığınının ərazisində formalaşdırılmış Rus voyevodalığı adlı inzibati vahidin mərkəzinə çevrilir. Orta əsr Lvov şəhərinin əhalisi çoxmillətli olması və müxtəlif konfessiyalara bölünməsi ilə fərqlənirdi ki, bu da tez-tez müxtəlif icmaların arasında açıq münaqişələrin və qarşı tərəfli nifrətlərin yaranmasına səbəb olurdu. == Tarix == Arxeoloji qazıntıların məlumatlarına əsasən, müasir Lvov və onun ən yaxın ətraflarının yerləşdiyi ərazilər qədim tayfalar tərəfindən hələ Mezolit dövründə məskun edilmişdir. Lvov şəhərinin şimal-qərbində yerləşən şəhər tipli Brüxoviçi (pol. Brzuchowice) adlı qəsəbədə aşkar edilmiş bir neçə qədim yaşayış məntəqəsinin və mağaraların qalıqları, həmçinin Vorontsev-Starunya mədəniyyətinə aid olan çoxsaylı daş məmulatları (e.ə.
Meksikada və Orta Amerikada yerli koloniallığa qarşı müharibələr
Meksikada və Orta Amerikada yerli koloniallığa qarşı müharibələr (İspan dilində Guerras anticoloniales indígenas en México), Yeni dünyada Şimali Amerikanın yerlisi Meksika Hinduları ilə Köhnə Dünyadan gələn İspan (Kastilyalı, Galiçyalı, Katalonyalı) immiqrant məskunlaşmaçılar və Meksika, Guatemala, Honduras, Belize, El Salvador, Amerika Birləşmiş Ştatlarının Cənubi və Qərb bölgələrilılar arasında baş verən və 1519-indiki illərdə aralıq olaraq əsrlərə yayılan Meksika Müstəqillik Döyüşü əvvəli və sonrası bir sıra qarşıdurmalar silsiləsidir. Döyüşün əsas səbəbi, kəşf edildiyi andan etibarən Amerika qitəsini şərqdən işğal etməyə başlayan cənub-qərb Avropalı müstəmləkəçilərin davamlı artması və bu artım sonunda yerlilərin torpaqlarına yerləşmələridir. Meksikanın şimalında yaranan döyüşlər qismən Amerika Birləşmiş Ştatlarının cənub-qərbində Meksika sərhədindəki Hindi müharibələri ilə də əlaqəlidir.
Monqolustan (orta əsrlər)
Monqol imperiyası (monq. Их Монгол Улс), köhnə mənbələrdə Monqol feodal imperiyası — XIII əsrdə yaranmış monqol imperiyası. == Tarixi == XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207–1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219–1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.
Məzrayə-i Ortakənd (Şot)
Məzrayə-i Ortakənd (fars. مزرعه اورتاكند‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Nasazlıqlar arasındakı orta zaman (İnformatika)
Nasazlıqlar arasındakı orta zaman (İnformatika) (MTBF (ing. mean time between failures, ru. среднее время безотказной работы) - qurğunun etibarlılığının ölçü vahidi, qurğunun ilk nasazlığınadək olan orta zaman aralığı; adətən, minlərlə və ya onlarla min saatla ifadə olunur. Məsələn, MTBF göstəricisi 25000 saat olan qurğunun heç bir qəza olmadan təxminən 25000 saat işləməsi gözlənilir. Bəzi sərt disklərin MTBF göstəricisi 800000 saatdan (90 ildən) yuxarıdır. Ancaq, nəzərə almaq lazımdır ki, MTBF yalnız orta göstəricidir; qurğunun hər hansı hissəsinin daha tez sıradançıxma ehtimalı var. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Naxçıvan orta tunc dövrü mədəniyyəti
Naxçıvan orta tunc dövrü mədəniyyəti — E.ə. 3-2-ci minilliklərdə Naxçıvanda yayılan arxeoloji mədəniyyət. E.ə. 3-cü minilliyin sonunda Azərbaycanın cənub rayonlarında baş verən sosial-iqtisadi dəyişikliklər Naxçıvanı da əhatə etmiş və bu ərazidə boyalı qablarla xarakterizə edilən yeni bir mədəniyyət formalaşmışdır. == Ümumi məlumat == Azərbaycanın Orta Tunc dövrü abidələrindən aşkar olunan arxeoloji materiallar regional xüsusiyyətlərinə görə bir-birindən kəskin şəkildə fərqlənir. Bu dövrün arxeoloji abidələri həm tipoloji, həm də regional xüsusiyyətlərinə görə xarakterizə edilmişdir. Orta Tunc dövrünün abidələri başlıca olaraq iki böyük qrupa bölünür. Birinci qrupa boyalı qablarla, ikinci qrupa isə qara cilalı, basma naxışlı keramika ilə xarakterizə edilən abidələr daxildir. Boyalı qablar mədəniyyətinin arxeoloji abidələri. Bu mədəniyyətə aid abidələr Azərbaycanda başlıca olaraq Naxçıvan və Urmiya hövzəsini əhatə etmişdir.
Naxçıvanın Orta Eneolit mədəniyyəti
Naxçıvanın Orta Eneolit dövrü, Naxçıvantəpə., Uçan ağıl və Uzunoba yaşayış yerlərində aparılan arxeoloji tədqiqatlarla öyrənilmişdir. == Cənubi Qafqazda Erkən və Orta Eneolit dövrü == Cənubi Qafqazda Eneolit dövrünün erkən və orta mərhələsinə aid mədəniyyət yox deyiləcək qədər azdır. Naxçıvantəpə yaşayış yerinin tədqiqi Eneolit dövrünün erkən və orta mərhələsini öyrənməyə imkan verir. Bu baxımdan Sirabçay hövzəsində aşkar olunan Uzunoba və Uçan ağıl yaşayış yerlərinin də müəyyən əhəmiyyəti vardır. Bu yaşayış yerlərindən götürülən karbon analizlərin nəticələri e. ə. 4690–4450-ci illəri göstərməklə Ovçular təpəsi. ilə təmsil olunan Son Eneolit dövründən əvvəlki dövrə aiddir. == Naxçıvanda Erkən və Orta Eneolit dövrü ilə bağlı tədqiqatlar == Naxçıvantəpənin üst qatları Dalmatəpə tipli basma naxışlı və boyalı keramika ilə xarakterizə olunur. Dalmatəpə tipli boyalı keramika məmulatı Naxçıvanda hələlik Uzunoba və Uçan ağıl yaşayış yerindən tək-tək nümunələrlə məlumdur.
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi — Azərbaycan Respublikasının Ağsu rayonunun Ülgüc kəndi ərazisində yerləşən örtülü arxeoloji turizm kompleksi. == Tarixi == XVIII əsrdə əhalisinin sayına görə Ağsu Azərbaycanın ən böyük şəhəri olub. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu qəsəbəsi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə çox əhəmiyyətli iqamətgah olmuşdur. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər, Şirvan xanları bu qalada otururdular. XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski və başqaları bu qala haqqında yazmışlar. Ağsu qalası Nadir şaha qarşı Şirvan zadəganlarının üsyanlarının mərkəzi də olmuşdur. Bu qalaya Şəkili Hacı Çələbi xan və Məhəmmədhəsən xan, Qubalı Hüseynəli xan, Fətəli xan və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları Mustafa xan Dəvəli və Əliqulu xan, rus sərkərdəsi qraf Valeryan Zubov, Naibüssəltənə Abbas Mirzə hücum etmiş, mühasirədə saxlamış, bəziləri almış, bəziləri isə uğur əldə edə bilməyərək kor-peşman geri qayıtmışlar. Ağsuda iki dəfə taun xəstəliyi yayılmış, xeyli insan bundan vəfat etmişdi. Şirvan xanları dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət xeyli inkişaf etmişdi. == Ərazisi == Orta əsr Ağsu şəhərinin ərazisi plan etibarilə düzbucaqlı formada olmaqla təqribən 40 hektar sahəni əhatə edir.

Digər lüğətlərdə