PƏRVAZ
PƏRVİNƏ
OBASTAN VİKİ
Pərvin Abıyeva
Pərvin Abıyeva (17 oktyabr 1990, Ağdaş) — teatr və kino aktrisası, Ən Yaxşı Aktrisa fəxri diplomu laureatı. == Həyatı == Pərvin Abıyeva 17 oktyabr 1990-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. == Karyerası == İlk dəfə "Qarabağnamə" filminə çəkilmişdir. 2012-ci ildə isə "Həyat Varsa" serialına çəkilmişdir. 2013-cü ildə "Oğurlanmış arzular" teleserialında baş rol almışdır. 2014-cü ildə "İkinci Bahar" serialıdada baş rolda oynamışdır. 2015-ci ildə "Tufanlı Səma" serialında Anar Heybətovla baş rolda oynamışdır. Həmin il "Gecə Qonağı" filminı çəkilir. "Ay Brilliant" filmində çəkilir.
Pərvin Babayev
Pərvin Babi
Pərvin Babi (bütöv adı — Pərvin Vəli Məhəmməd xan Babi ing. Parveen Wali Mohammad Khan Babi, hind. परवीन बाबी; 4 aprel 1954 – 20 yanvar 2005, Mumbay) — hind aktrisası və modeli. == Həyatı == Pərvin Babi 4 aprel 1954-cü ildə Cunaqadxda müsəlman ailəsində anadan olmuşdur. Ailənin tək övladı olub. Bütöv adı Pərvin Vəli Məhəmməd xan Babidir. Hind aktrisası və modelidir. Karyerasına model kimi 1972-ci ildə başlayıb. Kabir Bedi ilə ailəli olmuş, ayrılmışdır. Aktrisa şizofreniya xəstəliyindən əziyyət çəkib.
Pərvin Darabadi
Pərvin Darabadi — azərbaycanlı alim, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru. == Həyatı == == Elmi fəaliyyəti == Hərbi-siyasi tarix, geosiyasət və konfliktologiyanın müxtəlif məsələlərinə dair 100-dən çox elmi, akademik-metodoloji və elmi-populyar əsərlərin müəllifidir.
Pərvin Etisami
Pərvin Etisami (farsca: پروین اعتصامی) (16 mart 1907, Təbriz – 5 aprel 1941, Tehran) — XX əsrdə yaşamış azərbaycanlı şairə. == Həyatı == Cəmi 35 il ömür sürən bu Azəri-əsilli şairə qadın 1907-ci ildə vali ailəsində anadan olmuşdur. Təhsilini İranda yerləşən Amerikan Qız Məktəbində almışdır. Ədəbiyyata 9 yaşından gəlmişdir. Onun yaradıcılıq tərzi insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilir. Bu dövrdə İranda baş verən siyasi və mədəni dəyişiklər də Etisami yaradıcılığına təsir göstərmişdir. "Sərxoş lakin agah" adlı romantik şerlər məcmuəsi ona böyük şöhrət qazandırmışdır. Etisami təhna və təcrid olunmuş həyat tərzi sürürdü. Olduqca həssas xarakterli qadın olmaqla yanaşı şairə qəddarlığa qarşı çıxan ən güclü ədəbi səsə çevirilir. Ümumiyyətlə, Pərvin Etisaminin yazdığı 210 şerinin əksəriyyəti gündəlik problemlər və onların həlli ilə əlaqədardır.
Pərvin Hacıyev
Pərvin Aleksandr oğlu Hacıyev — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovnik- leytenantı, İkinci Qarabağ müharibəsi veteranı. == Həyatı == Pərvin Hacıyev Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. == Hərbi xidməti == Baş leytenant Pərvin Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi. === Vətən müharibəsi === Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru olan Pərvin Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Hacıyev "Zəfər" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Hacıyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Zəngilanın azad olunmasına görə" medalı təltif edildi.
Pərvin Həmidov
Pərvin Kərimzadə
Pərvin Kərimzadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, tarix üzrə fəlsəfə doktoru,dosent. == Həyatı == Pərvin Orxan qızı Kərimzadə 1976-cı il fevralın 3-də Bakı şəhərində anadan olub. 1982–1992-ci illərdə Gəncə şəhər 4 saylı orta məktəbində təhsil almışdır və medalla bitirmişdir. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə "XIX əsrin sonu-XXəsrin əvvəllərində Şimali Azərbaycanda mesenatlıq" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsi, 2009-cu ildən isə dosent elmi adı almışdır. 2006-cı ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantıdır. "XX əsrin əvvəllərində Gəncədə milli hərəkat" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. === Ailəsi === Ailəlidir, iki övladı var. == Elmi-pedaqoji fəaliyyəti == 1997-ci ildən Gəncə Dövlət Universiteti Ümumi tarix kafedrasında müəllim, 2002-ci ildən isə kafedrada baş müəllim kimi fəaliyyət göstərmişdir. 2007–2011-ci illərdə Gəncə Dövlət Universiteti Tarix-Coğrafiya fakültəsinin dekan müavini, 2011 – 2013-cü illərdə Ümumi tarix kafedrasında kafedra müdiri vəzifələrində çalışıb.
Pərvin Lətifov
Pərvin Mirzəzadə
Pərvin Mirzəzadə (tam adı: Pərvin Xəyyam oğlu Mirzəzadə; 19 iyun 1965, Bakı) — Azərbaycan siyasətçisi, diplomatı, Azərbaycan Respublikası Fövqəladə və Səlahiyyətli Səfiri. Xalq artisti Xəyyam Mirzəzadənin oğlu == Həyatı == Pərvin Mirzəzadə 19 iyun 1965-ci ildə Bakı şəhərində, məşhur bəstəkar Xəyyam Mirzəzadənin ailəsində anadan olub. 1972–1983-cü illərdə Bül-Bül adına orta ixtisaslı xüsusi musiqi məktəbini, 1983–1988 Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə Qahirədə Misir Ərəb Respublikasının Diplomatik Akademiyasında akademik kursları, 2000-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Akademiyasında Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə akademik kursunu bitirib. o, həmçinin, 2003–2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsinin fərqlənmə diplomu bitirmişdir. === Ailəsi === Xalq artisti Xəyyam Mirzəzadənin oğlu olan Pərvin Mirzəzadənin 2 övladı var. == İş fəaliyyəti == P. Mirzəzadə 1989–1991-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyinin Xarici İqtisadi Əlaqələr şöbəsinin II katibi, 1991–1993-cü illərdə AR XİN Dövlət Protokolu İdarəsinin II katibi, 1993–1997-ci illərdə AR XİN Dövlət Protokolu İdarəsinin bölmə müdiri, 1997–2002-ci illərdə AR XİN Dövlət Protokolu İdarəsinin şöbə müdiri, 2002–2004-cü illərdə AR XİN Dövlət Protokolu İdarəsinin rəis müavini, 2004-cü ildən AR XİN Dövlət Protokolu İdarəsinin Rəisi, Azərbaycan Respublikasının Prezidentinin 06.06.2012-ci il tarixli Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi, Brüssel Almanaxı Komitəsinin müxbir üzvü vəzifələrində çalışmışdır. == Mükafatları == 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin "Dövlət Qulluğunda fərqlənməyə görə" medalı, 2009-cu ildə Polşa Respublikası qarşısında xidmətlərinə görə "Kavalyer xaçı" ordeni, 2010-cu AR Fövqəladə Hallar Nazirliyinin 5 illik "Yubiley" medalı, 2011-ci ildə AR Xarici İşlər Nazirliyinin "Fəxri əməkdaşı" adına layiq görülmüşdür. 2014-cü Macarıstan Respublikasının Fəxri Ordeni, 2015-ci ildə "AR Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı, 2017-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunmuşdur. 2017-ci ildə Qazaxıstan Respublikasının diplomatik xidmətinin 25 illiyi yubiley medalı, Gürcüstan Daxili İşlər Nazirliyinin "Xüsusi xidmətlərə görə" 2-ci dərəcəli medalı, 2018-ci ildə "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı, 2019-cu ildə "Azərbaycan polisinin 100 illiyi (1918–2018)" yubiley medalı, habelə "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə də təltif olunmuşdur.
Pərvin Məmmədov
Pərvin Rasim oğlu Məmmədov (16 fevral 1995; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən pauerliftinqçi. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Pərvin Məmmədov 1995-ci il fevralın 16-da Qaradağ rayonunda anadan olub. Anadangəlmə III qrup əlildir. 2010-cu ildə o, sənədlərini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecinə verib. 2014-cü ildən isə pauerliftinqlə məşğul olur. Şəxsi məşqçisi Rasim Məmmədov, yığmada məşqçisi isə İlqar İbişovdur. == Karyerası == Pərvin Məmmədov 2014-cü ildə Ağsuda Azərbaycan Çempionatında mübarizə apardı və turnirin gümüş medalına sahib oldu. Bundan sonra o, 2015-ci ildə Azərbaycan yığmasına dəvət edildi. 2017-ci ildə Pərvin Məmmədov Macarıstanda baş tutan beynəlxalq turniri üçüncü pillədə başa vurdu.
Pərvin Məmmədova
Pərvin Məmmədova (tam adı: Məmmədova Pərvin Şamxal qızı; 9 aprel 1943, Bakı) — kimya elmləri doktoru, professor.[mənbə göstərin] == Həyatı == Pərvin Məmmədova 1943-cü il aprelin 9-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 saylı məktəbdə aldıqdan sonra, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə, 1967-ci ildə isə istehsalatdan ayrılmadan Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə qəbul olunub. P. Məmmədova əmək fəaliyyətinə 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin 5-ci kurs tələbəsi olarkən Azərbaycan Elmlər Akademiyasının akad.Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) başlamışdır. Elmi fəaliyyətinin ilk illərində o, aromatik sıra qlikol efirlərinin sintezi və bioloji aktivliyinin tədqiqi ilə məşğul olmuşdur. Onun tərəfindən asan tapılan neft-kimya xammalından istifadə etməklə bir sıra bioloji aktiv birləşmələr, o cümlədən sistemli təsirə malik effektiv herbisidlər alınmış və tətbiq üçün təklif edilmişdir. P. Məmmədova 1975-ci ildə "Aromatik sıra efirləri və oksigen tərkibli sabit radikalların sintezi və onların bioloji aktivliyinin tədqiqi" adlı namizədlik dissertasiyası müdafiə etmişdir və ona kimya elmləri namizədi elmi dərəcəsi verilmişdir, 1986-cı ildə isə o, "Üzvi kimya" ixtisası üzrə baş elmi işçi adı almışdır. 1992-ci ildə " "Funksionaləvəzli α-metilbenzilfenolların aşqar kimi sürtkü materiallarında tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2004-cü ildə P. Məmmədovaya "Üzvi kimya" ixtisası üzrə professor elmi adı verlmişdir. 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə P. Məmmədova Aşqarlar Kimyası İnstitutuna keçirilmişdir. O, 1975–2000-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi kimi çalışmışdır.
Pərvin Salmanzadə
Pərvin Təhməzov
Pərvin İsgəndərov
Pərvin Şakir
Pərvin Şakir (ing. Parveen Shakir; 24 noyabr 1952, Kəraçi, Sind[d] – 26 dekabr 1994, İslamabad) — şairə, pedaqoq. == Həyatı == 24 noyabr 1952-ci ildə Pakistanın Karaçi şəhərində doğulan Pərvin Şakir, orta sinif və son dərəcə tutucu bir ailənin ikinci uşağı olaraq dünyaya gəlir. Məktəb illərində öncələri nəsrdə, sonraları da şeirdə var olan istedadını sübut edərcəsinə, məktəb dərgilərində yazmağa başlar. Şakir, yenə məktəb dərgisi üçün yazdığı "Barsat" (Musson yağmurları) adlı ilk şeirini oxuyan atasının, şeir yazması barəsindəki bütün qarşı çıxışlarına baxmayaraq, bir qohumunun da dəstəyi ilə şeir yaradıcılığına başlayır. Müəlliminin israrı üzərinə, Pakistanın Qurtuluş günü səbəbiylə yazdığı "Subuh-i vətən" adlı şeiri, bu yaradıcılığın ilk ciddi və uğurlu meyvəsi olur. Ali təhsil üçün burs qazanan Şakir, meylini İngilis ədəbiyatına salır və 1969-cu ildə Karaçi universitetindəki özəl təhsil proqramına qatılır. Bu sıralarda, musiqiyə duyduğu ilgi nədəniylə musiqi dərsləri də almağa başlamışdır. Ali təhsilindən sonra, şeir və yazıları müxtəlif qəzet və dərgilərdə nəşr olunmağa davam etmiş və bu durum onun gedərək daha çox şöhrət qazanmasına səbəb olmuşdur. Ünlü bir şair olaraq, özəl yaşamı gedərək skandallara dönüşən Şakir, ailəsinin zoruyla 1976-cı ildə xalasının oğlu ilə evləndirilir.
Pərvin Əliyev
Pərvin Etisaminin evi
Pərvin Etisaminin evi - İranda fəaliyyət göstərmiş azərbaycanlı şairə Pərvin Etisaminin yaşadığı ev. == Haqqında == Təbrizdə yerləşən bu qədim ev Pərvin Etisaminin şəxsi evi olub. Ev XIX əsrdə Qacarlar dövründə tikilib. Digər hissəsinin tikilməsi isə Pəhləvilər dövrünə təsadüf edir. Hazırda evin yalnız pəhləvilər dövründə tikilən hissəsi salamat qalıb. Ev Çaykənarı xiyabanında yerləşir. Həyətindəki divarlarda Təbrizin görkəmli şəxslərinin şəkilləri əks olunub. Evin girişində isə pilləkanları qalxan halda təsvir olunmuş Pərvin Etisaminin heykəli qoyulub. 28 mart 2006-cı ildən etibarən ev İranın milli mədəni irsi siyahısına salınıb.
Pərvin Muradova-Dilbazi
Pərvin Muradova-Dilbazi- ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Texnologiya Universitetinin professoru == Həyatı == Pərvin Muradova-Dilbazi Bakı şəhərində dünyaya gəlib. O,xalq artisti, milli rəqs ustası, baletmeyster və pedaqoq Əminə Dilbazi ilə Musiqi Akademiyasının rektoru olmuş, professor, əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Cövdət Hacıyevin qızıdır. Pərvin Muradova-Dilbazi 1972-ci ildə Bülbül adına orta ixtisas məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində də təhsil alıb. 1972-1977-ci illərdə indiki Bakı Musiqi Akademiyasında oxuyaraq, professor Rauf Atakişiyevin rəhbərliyi altında fortopiano ifaçısı və müəllimi ixtisasına yiyələnib. Evlidir, 2 övladı var. == Fəaliyyəti == 1977-1981-ci illərdə indiki Sumqayıt Musiqi Kollecində fortopianodan dərs deyib. 1981-1990-cı illərdə Bakı Musiqi Akademiyasında müəllim işləyib. 1990-cı ildə ailəsi ilə birlikdə Amerikaya köçüblər. Elə o vaxtdan da fərdi musiqi dərsləri keçməyə başlayıb.
Pərvin Məmmədov (gizir)
Abide Pərvin
Abide Pərvin (20 fevral 1954, Larkan, Sind əyaləti) — Pakistanlı sufi müsəlman, bəstəkar və musiqiçi. O həm də rəssam və pedaqoqdur. Abide Pərvin Pakistanın ən çox qazanan müğənnilərindən biridir. İfası və musiqisi ona xeyli sayda mükafatlar qazandırmış və o, "Sufi musiqisinin şahzadə"si adlandırılmışdır. Abide Pərvin Larkanda sindli-sufi ailəsində anadan olmuşdur. O atası Ustad Qulam Heydərdən ilk təhsilini almışdır (bu şəxsi bəstəkar Qulam Heydərlə səhv salmayın). O çoxsimli musiqi aləti olan Sitarda, Orqan kimi səslənən klavişli (dilli) nəfəslə çalınan musiqi alətində ifa etməyi bacarırdı. Pərvin ifa etməyə 1970-ci ildə başlamış və dünyada 1990-cı ildə tanınmışdır. 1993-cü ildə Pərvin bütün dünya üzrə qastrol səfərinə çıxmış və Kaliforniyada Buena Parkda ilk beynəlxalq konsertini vermişdir. O bir neçə dəfə kilsələrdə çıxış etmişdir.
Pərvin Əlizadə
Pərvin Əsgərli
Pərvin Büldan
Pərvin Büldan (6 noyabr 1967, Hakkari) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Pərvin Büldan 6 noyabr 1967-ci ildə Hakkari ilində anadan olub. == Fəaliyyəti == 2007-ci ildə 10% barajını aşmaq üçün DTP, SOL, SDP və EMEP namizədlərindən ibarət qurulan “Min Ümid Namizədləri” ittifaqında bitərəf namizəd olaraq İğdır ilindən Türkiyə Böyük Millət Məclisinin 23-cü çağırışının deputatı seçilib. İğdır ilindən seçilən birinci qadın deputat idi. Deputat olduqdan DTP üzvü olub. DTP-nin qapadılmasından sonra BDP-də təmsil olunub. 2008-ci ilin martında İğdırda baş tutan mitinqdə Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanı tərifləyən çıxışlar etdiyi iddiası ilə Cəza Məcəlləsinin 215-ci (cinayəti və cinayət törədənə tərif) və 216/1-ci (ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmə və ya alçaltma) maddələrinə əsasən istintaqa başlanılıb.
Pərvin Əkbərov
Pərvin Əkbərov (17 avqust 1982, Qarabağlı, Salyan rayonu) — Azərbaycanlı alim, TƏBİB-in İcraçı direktorunun müşaviri (2023), Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru (2021), Azərbaycan Respublikası Milli Karate Federasiyasında Tibb və Antidopinq komitəsinin sədri. == Həyatı == Pərvin Əkbərov 1982-ci il 17 avqust tarixində Salyan rayonunun Qarabağlı kəndində anadan olub. 2001–2007-ci illərdə Tehran Sosial Rifah və Reabilitasiya Elmləri Universitetində reabilitasiya və fizioterapiya üzrə uzmanlıq, 2019–2021-ci illərdə isə İspaniya Milli Tibb Elmləri Universitetinin osteopatik klinik reabilitasiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hazırda Qazi Universitetində reabilitasiya və fizioterapiya üzrə doktorantura və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə bakalavr təhsili alır. == Fəaliyyəti == Pərvin Əkbərov 2008-ci ildən Tusi Memorial Klinikasında şöbə müdiri, 2011-ci ildən isə Azərbaycan Respublikası Milli Karate Federasiyasında Tibb və Antidopinq komitəsinin sədridir. O, 2015–2017-ci illərdə Gəncə Reabilitasiya Mərkəzində tibbi direktoru, 2017–2021-ci illərdə Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri olmuşdur. 2018-ci ildən Gəncə Beynəlxalq xəstəxanasında şöbə müdiri, 2020-ci ildən Koreya Şərq təbabəti klinikasında Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri, Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. 2021-ci ildə Azərbaycan Tibb Universitetində müəllim fəaliyyəti ilə məşğuldur. 2022–2023-cü illərdə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru olmuşdur. 2023-cü ilin yanvar ayında TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.
Pərvin Məmmədov (idmançı)
Pərvin Rasim oğlu Məmmədov (16 fevral 1995; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən pauerliftinqçi. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Pərvin Məmmədov 1995-ci il fevralın 16-da Qaradağ rayonunda anadan olub. Anadangəlmə III qrup əlildir. 2010-cu ildə o, sənədlərini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecinə verib. 2014-cü ildən isə pauerliftinqlə məşğul olur. Şəxsi məşqçisi Rasim Məmmədov, yığmada məşqçisi isə İlqar İbişovdur. == Karyerası == Pərvin Məmmədov 2014-cü ildə Ağsuda Azərbaycan Çempionatında mübarizə apardı və turnirin gümüş medalına sahib oldu. Bundan sonra o, 2015-ci ildə Azərbaycan yığmasına dəvət edildi. 2017-ci ildə Pərvin Məmmədov Macarıstanda baş tutan beynəlxalq turniri üçüncü pillədə başa vurdu.
Pərvin Məmmədov (əsgər)
Pərvin Məmmədov (əsgər, 2001)
Pərvin Əliyev (gizir)
Pərvin Əliyev (əsgər, 1997)

Digər lüğətlərdə