Pərvin Salmanzadə (17 sentyabr 1991, Pensər, Astara rayonu – 6 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Pərvin Salmanzadə | |
---|---|
Pərvin Təbriz oğlu Salmanzadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 sentyabr 1991(1991-09-17) |
Doğum yeri | |
Vəfat tarixi | 6 noyabr 2020(2020-11-06) (29 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Pərvin Təbriz oğlu Salmanzadə 17 sentyabr 1991-ci il Astara rayonunun Pensər kəndində anadan olub.[1] 3 bacı və 1 qardaş olmaqla ailədə 6 nəfər olublar. 1997-ci ildə Astara rayon Mirzə Fətəli Axundzadə adına Pensər kənd 1 saylı tam orta məktəbin birinci sinifinə daxil olmuş və 2008-ci ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdu. Orta təhsilini başa vurduqdan sonra 2009-cu ildə Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılır və xidmətə yola salınır. 2011-ci ildə hərbi xidməti başa vurduqdan sonra evinə qayıdan Pərvin ailəsinə kömək məqsədi ilə bir müddət "Azpetrol LTD" MMC-də TXNİ inspetoru vəzifəsində işləmiş və daha sonra fəhləliklə məşğul olmuşdur. Daha sonra Pərvin 2020-ci ildə sənədlərini təqdim edib orduda "MAHHXHQ" kimi xidmət etməyə başlayır.
Pərvin Salmanzadə 27 sentyabr 2020-ci il tarixində başlanan "İkinci Qarabağ müharibəsində" iştirak etmiş və Ağdərə və Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq və igidlik göstərmiş, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmişdir. 6 noyabr 2020-ci ildə Şuşa şəhərinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə komandiri və əsgər yoldaşlarını xilas edərkən özü qəhrəmancasına şəhid olur. Şəhidin nəşi 6 noyabr 2020-ci il doğulduğu Astara rayonunun Pensər kəndinə gətirilir və Seyid Camaləddin türbəsində dəfn olunur.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama əsasən Çavuş Pərvin Təbriz oğlu Salmanzadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" , "Şuşanın azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif olunub.