İmperator III Aleksandr adına Kiyev Politexnik İnstitutu
Kiyev Politexnik İnstitutu və ya qısaca: KPİ (tam adı: Ukrayna Milli Texniki Universiteti "Kiyev Politexnik İnstitutu" (ukr. Національний технічний університет України «Київський політехнічний інститут» (НТУУ «КПI»)) — Ukraynanın tədqiqat tipli ən böyük texniki universitetidir; Avropanın və dünyanın aparıcı ali təhsil ocaqlarından biridir.
Ukrayna prezidentinin 1995-ci il, 8 aprel tarixli fərmanı ilə Kiyev Politexnik İnstitutuna KPİ Ukrayna Milli Texniki Universiteti adlandırılaraq Milli muxtar dövlət ali təhsil müəssisəsi statusu verilib. Hazırda onun bazasında 8 elmi-tədris mərkəzi, 12 elmi-tədqiqat institutu, 14 elmi-tədqiqat mərkəzi və 1 konstruktor bürosu fəaliyyət göstərir. Kiyev Texniki İnstitutu Ukraynanın ilk ali məktəblərindən biridir ki, 2003-cü ilin sentyabrında Avropanın "Universitetlərin Böyük Xartiyasını" (" Magna Charta Unіversіtatum") imzalayaraq universitetlər birliyinə qoşulub.
İnstitut hər il elmi hazırlamalarına görə elm və texnika sahəsində Ukrayna Dövlət mükafatları ilə təltif edilir.
Hazırda ali məktəbdə aviasiya və kosmik sistemləri, biotexnologiya və biomühəndislik, elektronika, elektroenerji texnika və avtomatika, informatika və hesablama texnikası, fizika mühəndisliyi, kimya mühəndisliyi, universitetarası tibbi-mühəndislik, cihazqayırma, radiotexnika, qaynaq, maşınqayırma, istilik enerjisi, linqvistika, idarəetmə və marketinq, tətbiqi riyaziyyat, sosiologiya və hüquq, fizika-riyaziyyat, kimya-texnologiya fakültələri fəaliyyət göstərir.
== Tarixi ==
Kiyev Politexnik İnstitutu 31 avqust 1898-ci ildə imperator II Aleksandrın Kiyev politexnik institutu rəsmi adı altında açılmışdır. Açılış zamanı institut dörd bölmədən ibarət idi:
mexaniki (109 tələbə)
mühəndislik (101 tələbə)
kənd təsərrüfatları (87 tələbə)
kimya (63 tələbə)
İnstitut Sürix, Karlsrue, Münhen, Venya, Hannover, Axenə, Drezden, Riqa və başqa şəhərlərdəki politexnikumların nümunəsi üzrə yaradılmışdır. İnstitutun təsis edilməsi və formalaşması zamanı elmi-metodik köməyi dünya elminin D. İ. Mendeleyev, N. E. Jukovskiy, K. A. Timiryazev və s.