is. [
ər. ]
1. Öldürmə, öldürülmə.
Dilbər əlində aşiqin qətli nədən həram ola; Aşiqə çün həlal edər vəslini qan bahasına. Nəsimi.
Mənə deyirlər ki, filankəs babidir; yəni mürtəddir.
Mən də bilirəm ki, onun qətli vacibdir. C.Məmmədquluzadə.
Zamanovun qətli məsələsi getdikcə Dəmirovu hiddətləndirirdi. S.Rəhimov.
□ Qətl etmək, qətlə yetirmək – öldürmək.
Qətlə yetişmək – öldürülmək.
…Məşhur yunan tarix yazanı Herodot … Misirə səyahət edən zaman Misir davasında qətlə yetişən farsları məhz başlarının çanağının nazikliyi ilə tanıyıb. C.Məmmədquluzadə.
[Qayadibi kəndinin] əhalisinin bir parası qətlə yetişib, yerdə qalanı da qaçıb dağlarda, meşələrdə gizlənmişdi. S.S.Axundov.
Qətliam köhn. – ələ keçirilən bir ölkənin bütün əhalisinin qılıncdan keçirilməsi; kütləvi qırğın.
Qətlinə fərman (vermək) – birinin öldürülməsi, edam olunması haqqında hökm, əmr (vermək).
Natəvan, müjdə, bu gün qətlinə fərman gətirir. X.Natəvan.
Bu xaki-siyəhdən başımız çərxə ucaldı; Ol lalərüxun qətlimə fərmanını görcək. S.Ə.Şirvani.
…Sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Ə.Haqverdiyev.
2. din. köhn. Məhərrəmlikdə düzəltdikləri imamların öldürülməsi hadisəsini təmsil edən tamaşa; şəbih (bu mənada çox vaxt “qətl” şəklində işlənir).
Soyuğa və qara baxmayaraq, qətl hazırlığı görünürdü, əlvan geyimli şəbihlər bir tərəfə toplanıb, rollarını əzbərləyir. Çəmənzəminli.