QOYUN₂

is.
1. Ağuş, qucaq. Anası uşağı qoynuna alıb yatdı.
– Necə ki, insana qurbağanı ələ alıb qoynuna qatmaq nagüvara gələr, elə də bəlkə bundan artıq Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb ona ər demək nagüvara və naxoş görünürdü. C.Məmmədquluzadə.
Bütün bir səhəri yalvardım durdum; Boş qalmış qoynuna çiçək doldurdum. Ə.Cavad.

// Obrazlı təsvirlərdə.
Xəzər dənizinin qoynuna girmiş olan Bakı şəhərinin gecəsini … elektrik işıqları alaqaranlıq bir səhərə çevirmişdi. A.Şaiq.
[Beyrək] … yüyürüb özünü köpüklənən dalğaların qoynuna atdı. M.Rzaquluzadə.

2. Paltarın döşə qovuşan yeri, döşü; qoltuq.
Molla İbrahim Xəlil … saatı qoyun cibindən çıxarıb baxır. M.F.Axundzadə.
Mən kağızı qoynumdan çıxarıb ona verdim. M.S.Ordubadi.
Kiçikxanım şəkli qoynuna qoydu. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOYUN qoltuq
  • QOYUN ağuş — qucaq
  • QOYUN I QOYUN, GUSFƏND (kl.əd.) II qoyun bax qucaq

Omonimlər

  • QOYUN QOYUN I is. Gövşək ev heyvanı. Canavarlar yedi bütün qoyunu; İştə, oğlum, yalançılıq oynu (M.Ə.Sabir)

Etimologiya

  • QOYUN1 Kök gün (isti, yanmaq) kəlməsi ilə bağlıdır. Sər-in qəlibi üzrə qoy-un kəlməsi əmələ gəlib. Qoyunlar rənginə görə qumral, əbrəş, bəröyüm, qara, boz, g
QOYUMÇULUQ
QOYUN₁
OBASTAN VİKİ
Qoyun
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır. Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı. Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.
Lohi qoyun
Lohi qoyunları və ya Parkanni qoyunları, Pakistanın Cənubi Pəncab bölgəsində yetişən qısa quyruqlu bir qoyun cinsdir. Həm ət, həm də yun istehsalı üçün uyğun bir cins. Bədən rəngi ağ, qulaqları qumral və ya qəhvəyi olur. Pəncabda istehsal olunan qoyunların 40% Lohi qoyun.
Qoyun cığırları
Qoyun cığırları — təpə və dağların çimlənmiş yamaclarında pilləvarı yerləşən cığırlar, yaxud ensiz terras görkəmində mikrorelyef formaları. Adətən qoyun cığırlarının əmələ gəlməsini dırnaqlı heyvanların yamaclarda dəfələrlə hərəkət etməsi ilə əlaqələndirirlər. Onların yaranması ağırlıq qüvvəsi nəticəsində yamac çöküntülərinin sürüşməsi, yaxud soliflüksiya prosesi nəticəsində də baş verə bilər.
Qoyun kəllələri
Qoyun kəllələri və ya qoyun alınları — yamacları dairəvi çıxıntılı, yaxud ovalşəkilli alçaq təpələr. Dördüncü dövr örtük buzlaşması vilayətlərində buzlaq eroziyası nəticəsində ana süxurlarda əmələ gəlmiş, buzla cilalanmış və cızılmış qaya çıxıntılarıdır. Hərəkət edən buzlağa doğru yönəlmiş yamacı maili, hamar, cilalanmış, əks yamacı isə dik, kələ-kötürlü və üzərində qopardılmış süxur parçaları izi olur. "Qoyun kəllələri" toplusu özünəməxsus relyef tipi əmələ gətirir ki, bu da "qıvrım qayalar" adlanır.
Qoyun yunu
Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər. Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər. Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır.
Qoyun əti
Qoyun əti — qoyunun qida kimi istifadə olunan əti. Qaynadılmış, qızardılmış, qaxac olunmuş, hisə verilmiş və duza qoyulmuş şəkildə istifadə olunur. Köçərilər, Asiyanın monqol xalqları, türk xalqları, o cümlədən Azərbaycanda da qoyun ətindən müxtəlif növ yeməklər hazırlanmasında geniş istifadə olunur.
Qara Qoyun (Maku)
Qara Qoyun (fars. قره قويون‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (52 ailə).
Qoyun keçidi döyüşü
Qoyun keçidi döyüşü (türk. Koyun Geçidi Muharebesi) — Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) ikinci böyük döyüşü. Bu döyüşdə qazanılmış qələbə Şirvana gedən yolu Osmanlı ordusu üçün açmışdır. Döyüş Qanıq çayının sahilindəki Qoyun keçidi məntəqəsində baş vermişdir. Osmanlı ordusunun hücumu 1578-ci ilin yayında başladı. Bu zaman 100 minlik Osmanlı ordusu Ərzurumdan çıxaraq şərqə doğru yürüşə başladı. Əvvəlcə Osmanlı orduları döyüşsüz təslim olmayan bir neçə kiçik qalanı ələ keçirdilər, daha sonra isə ilk böyük toqquşma Çıldır gölü yaxınlığında baş verdi. Bu döyüşdə rəqibindən az döyüşçüyə və artilleriya silahına sahib qızılbaş ordusu məğlub oldu. Bundan sonra Osmanlı ordusu müqavimətsiz formada Tiflis şəhərini ələ keçirdilər. 8 sentyabrda Tiflis şəhərindən çıxan Lələ Mustafa paşanın ordusu 16 sentyabrda Ərəş şəhərinə çatdı.
Qoyun qolu dolması
Qoyunun qol əti ( sümüksüz) – 750 qr. İri yerkökü – 2 ədəd İsti su – 1 stəkan Tomat – 1 xörək qaşığı Qatıq – 1 xörək qaşığı Duz – zövqə görə İstiot – zövqə görə Qoyun qolunun sümüyü ət zədələnmədən çıxarılır. Ətin hər tərəfi mümkün olduğu qədər eyni qalınlığa gətirilir, ət azacıq əzilib, duz və istiot səpilir. 10 dəq.bişirilmiş yerkökülər ətin arasına qoyulub, dürmək şəklində bükülür, yanları içəri qatlanılır, açıq yerlər bizlə tikilir və ət iplə möhkəm bağlanır. Ət bir qazana qoyulur, su əlavə edilir və qazan qapaqla bağlanır. Güclü odda bir buğum qaynadılır, sonra odun səviyyəsi azaldılıb 1,5 saata yaxın bişirilir. Soba 180 °C-yə qədər qızdırlır. Bir qabda tomatla qatıq qarışdırılır, suda bişmiş ət qazandan çıxardılır və tomat-qatıq qarışığı ətin üzərinə çəkilir. Ət sobaya qoyulur və təqribən 20 dəqiqə bişirilir. Ət sobadan götürülür, ipləri kəsilir və dilimlənərək süfrəyə verilir.
Qoyun ölümü döyüşü
Qoyunölümü keçidi döyüşü — 1500-cü ildə Qızılbaşlar və Şirvanşahlar arasında baş vermiş döyüş. Mənbələrin verdiyi məlumata görə, Şeyx İsmayıl Qara Piri bəy Qacarı 2000 nəfərlik qoşunla Kür üzərindən körpü salmaq üçün göndərsə də, Şirvanşah Fərrux Yasar həmin ərazidə 3000 nəfərlik qoşun yerləşdirdiyi üçün Qızılbaşların cəhdi baş tutmadı. Mənbələrin verdiyi məlumata görə bölgəyə özünü yetirən İsmayıl "Həzrət-i Pərvərdigarın pak zatına təvəkkül edərək, özünü nüsrət dəstgahlı ordu ilə birlikdə həmin sonsuz dəryaya vurub çayı keçdi, həmçinin zəfər pənahlı ordudan heç kimi çay aparmadı." Çayı keçən qızılbaşlar Şirvanşah ordusunu darmadağın etdilər.
Qoyun Şaun (animasiya filmi)
Qoyun Şaun — kukla multiplikasiya animasiyalı uşaq televiziya seriyasıdır. Sürünün başçısı Şaun adlı qoyundur və macəralar kiçik fermanın ətrafında baş verir. Bu animasiya filmi birinci dəfə 2007-ci ilin martında Böyük Britaniyanın CBBC kanalında yayımlanıb. Dünyada 180 ölkədə nümayiş olunub. O,hal-hazırda 107 dəqiqəlik epizoddan ibarətdir. Şaun - animasiyanın baş qəhrəmanı və sürünün başçısı. Ağıllı, özünəgüvənən və dəcəlliyə meyillidir. Özünü və sürünü pis vəziyyətlərdən çıxarmaqdan çox bacarıqlıdır. Animasiyada dialoq olmadığından digər qoyunlarla mələmə dolu ilə ünsiyyət qurur və ümumən bir taxtaya diaqramlar, şəkillər çəkməklə sürüyə fikirlərini çatdırır. Bitzer ilə yaxşı dostluğu var, amma bu hərdən ona zarafatlar eləməsinə mane olmur.
Dolli (qoyun)
Dolli (ing. Dolly) - İlk klonlaşdırılmış heyvan olan qoyunun ləqəbi. Klonlaşdırma Ian Wilmut və əməkdaşları tərəfindən Edinburq universiteti Roslin institutunda PPL Therapeutics biotexnologiya şirkəti ilə birgə həyata keçirilmişdir. 1996-cı ildə süd vəzi hüceyrəsindən düzəldilmiş quzuya ad vermə zamanı çatdıqda, tədqiqat qrupunun lideri Yan Vilmut (Ian Wilmut) süd vəzi ilə assosiasiya etməyə çalışır və daha cəlbedici ad ağlına gəlməyərək, iri sinəsinə görə tanınmış amerikalı müğənni Dolly Partonun ismini verir.
Əhliləşmiş qoyun
Əhliləşmiş qoyun və ya ev qoyunu (Ovis aries) ruminant bir məməlidir. Əhliləşmiş qoyun da, bütün ruminantlar kimi, cüt dırnaqlıdır. Yəqin ki, Asiyada və Avropada vəhşi qoyunlardan törəyiblər. İlk evcil heyvanlardan biri olan qoyunlar kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur və yunu, südü və əti üçün yetişdirilir. Qoyun yunundan yun paltar tikilməsində istifadə olunur.
Xorvat qoyun iti
Xorvat qoyun iti (xorv. Hrvatski ovčar) — Xorvatiya ərazisində geniş yayılmış ancaq digər ərazilərdə olduqca az müşahidə edilən cins. Orta ölçülərə malik olan, əsasən qara rəngdə olan cins. Bu cinsin özünə məxsus xüsusiyyəti baş və ayaq nahiyyələrində qısa tükə malik olmalarıdır. Xarici görünüş baxımından Macarıstanda yetişdirilən Mudi cinsinə bənzəyir. Cins XIV əsrdən yetişdirilir. Xorvat qoyun iti orta ölçülərin ən minimumuna malikdir. Rəngi əsasən qara rəngdə olsa da sinə və pəncə nahiyyəsində ağ ləkələr vardır. Baş və ayaq nahiyyələrində tüklərin qısa olması onu tülküyə bənzədir. Bədənin digər nahiyyələrində isə uzun və dalğalıdır.
At və qoyun daş heykəlləri
At və qoyun daş heykəlləri (Qoçdaşlar) — Cənubi Qafqazda, şərqi Türkiyədə və şimali İranda rast gəlinən, əsas qrupunun tarixi XIII–XIX əsrlərə gedən, zoomorfik qəbirüstü daş heykəlləridir. Bir çox heyvan heykəlləri böyük ölçülərə çatır. Onlardan bəziləri pyedestaldadır. Formaca qoyun və at fiqurlarına rast gəlinir. Belə fiqurlar sxematik və ya kobud şəkildə daşdan düzəldiliblər, ancaq bəzən böyük rəssam ustalığı və ekspressiyasıyla düzəldilmiş variantlara da rast gəlinir. Əsasən at və qoyunların yan tərəfləri və arxaları yazılardan başqa məişət səhnələrinin qabarıq təsvirləri ilə də əhatə edilir. Qoyun və at formasındakı qəbirdaşlarında bəzən ərəb dilində yazılar olur. Müsəlman qəbiristanlıqlarında ərəb yazısı yonulmuş, qoyun və ya at formasında qəbirdaşlarına rast gəlinir. == Meydana gəlmə tarixi və tədqiqatı == Regionda VIII əsrdə ərəblərin işğalından sonra canlı varlıqların hər hansı bir formadakı təsvirləri məhdud idi. Ancaq IX əsrin II yarısından etibarən — ərəblərin hakimiyyəti Babəkin Xürrəmilər hərəkatı və yerli feodalların (Səhl ibn Sunbat, Atrnerseh, Yesai Əbu Musa) müqaviməti nəticəsində sarsıldığı və zəiflədiyi zaman ərəblər tərəfindən ərazisi işğal edilmiş xalqların yaradıcılığı şəriət qanunlarına üstün gəlməyə başladı.
Dəstəyarpaq qoyunboğan
Dəstəyarpaq qoyunboğan (lat. Lysimachia verticillaris Spreng.) — Hündürlüyü 30–100 sm, gövdəsi düzduran, sadə və ya budaqlanmış olan çoxillik ot bitkisidir. Sürünən şaxələnmiş kökümsovlu, vəzili-tüklərlə örtülmüş çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları çiçək köbəsində 3–4 ədəd olmaqla düzülmüşdür, yumurtavari-uzunsovdur, küttəhər və ya bəzən sivritəhərdir, alt tərəfdən yumşaq tüklüdür, qismən çox uzun və ya qısa (1–2 sm) saplaq üzərindədir. == Çiçək == Çiçəkləri saplaq üzərindədir, yarpaqların qoltuğunda yarım çiçək köbələrilə toplanmış və çox vaxt onları ötüb keçir. Çiçəkaltlığı yoxdur. Tac sarı rəngdədir; onun payları yumurtaşəkilli, kənarları vəzili-kirpiklidir. == Meyvə == Qutucuq şarşəkilli, kasacıqdan qısadır. Toxumları üçtilli olub, qaradır. == Çiçəkləməsi == May == Meyvə verməsi == May-Avqust == Azərbaycanda yayılması == BQ (Quba), Samur-Şabran oval., BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax.-dağ.
Gödək qoyunu
Gödək qoyunu — Azərbaycanda, Quba-Xaçmaz iqtisadi rayonunda miqdarca birinci yeri tutan qoyun cinsi. Cins xalq seleksiyası yolu ilə yaradılmışdır və qədim cins hesab olunur. Cinssin nümayəndələri xırda olması, qısa ayaqları, möhkəm gövdəsi ilə çeçilir. Konstitusiyası quru və möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qadir, yerli şəraitə uyğunlaşmış qoyunlardır. Qoyunların 80 % ağ, başı və ayaqları qonur və qara rəngli olur. Ətlik-yunluq istiqamətli cinsdir. Dişilərdə diri çəki 30-40 kq, qoçlarda isə 45-50 kq-dır. Ət çıxarı orta hesabla 45,0-48,0 % təşkil edir. İlllik süd verimliyi 45 litr, südünün yağlığı isə 6,4- 7,2 % olur.
Herik qoyunu
Herik qoyunu – Azərbaycanda qoyun cinsi. Herik qoyunu bir sıra xarakterik nişanələrinə görə ləzgi qoyunu ilə yaxınlıq təşkil edir. Bu qoyun əsas etibarilə Şəki, Qax və ona qonşu olan rayonların ərazisində məlumdur. Bu qoyuna herik qoyunu ilə yanaşı, "bürc qoyunu" da deyilir.
Kazım Qoyuncu
Kazım Qoyuncu — (türk. Kazım Koyuncu; d. 7 noyabr 1971, Hopa, Artvin, Türkiyə — ö. 25 iyun 2005, Şişli, İstanbul, Türkiyə) — laz mənşəli Türkiyə musiqiçisidir. 33 yaşında ikən ağciyər xərçəngindən vəfat etmişdir. == Həyatı == Kazım Koyuncu 7 noyabr 1971-ci ildə doğulmuşsa da, sənədləşmədə səhvlər olduğundan, rəsmi doğum tarixi 10 may 1972-ci ildir. Orta məktəbdə mandoluna çalaraq, musiqiyə başlamış, kamança ustadı Yaşar Turnanın yanında musiqi təhsili almışdır. İstanbul Universiteti Politologiya fakultəsinə daxil olmuş, ancaq siyasi səbəblərə görə təhsilini yarımçıq qoymuşdur. 1992-ci ildə peşəkar musiqiçi həyatına atılmış, laz dilində, türkcə və qara dəniz bölgəsinin unudulmaq üzrə olan məhəlli dillərində ifa etdiyi mahnılarla məşhurluq qazanmışdır. Çünki bu dillərdə mahnılar Rock janrı ilə çox uyğunlaşmışdı.
Ləzgi qoyunu
Ləzgi qoyunu — Ləzgi qoyun cinsinin vətəni Dağıstan ərazisi sayılsa da bu cins Azərbaycanın bir sıra ərazisində hələ XIX və XX əsrlərdə geniş yayılmışdır. Bu cins Dağıstanla bilavasitə həmsərhəd olan Quba, Qusar, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, qismən də Ağdaş və Göyçay rayonları ərazisində yayılmışdır. Təbii-coğrafi şəraitə tez uyğunlaşan və çətinliyə dözümlü olan ləzgi qoyunlarının çəkisi 40–65 kq-a qədər olur. Yunu 2 kq-a yaxın, südü isə 30–40 kq-a qədər olur. Ləzgi qoyununun rəngini ağ, boz, sarımtıl, qara-qonur rənglər təşkil edir.
Mazıx qoyunu
Naxçıvan MR-də Mazıx qoyunu daha geniş yayılmışdır. Bir sıra üstün cəhətləri ilə fərqlənən bu qoyun cinsi Ermənistan, Türkiyə və İran ərazilərində də geniş yayılan qoyun cinsi sayılır. Mazıx qoyunu qabayunlu qoyunlar içərisində üstünlük təşkil etməklə 130 l-ə qədər süd verir. Rəngi qızılı və qəhvəyiyə çaldığına görə ona yerli əhali "qızıl qoyun" da deyir. Lakin ağ və qonur rənglərdə də mazıx qoyunları məlumdur. Mazıx qoyunlarının qoçları buynuzlu, qoyunları isə buynuzsuzdur. Bəzi hallarda boğazının altında qoşa mürcümlər olur. Çox yaraşıqlı olan mazıx qoyunlarının yorğa yerişi onun gözəlliyini daha da artırır. Bu cür iri quyruqlu qoyunların quyruğu 15 kq-a qədər olur. Bəzən quyruğu yerlə sürünməsin və zədələnməsin deyə, onun quyruğuna diyircək bağlayırlar.
Merinos qoyunu
Merinos qoyunu — nazik və incə yununa görə yetişdirilən qoyun növü. Tükünün qalınlığı 15-25 mkm.-dir. Əsasən Avstraliya-da yetişdirilir. Merinos qoyun dünyada ən qədim qoyun cinslərindən biri sayılır. Bu cinsin İran, Mesopotamiya və Balkan yarımadasında yayılmasının tarixi eramızdan əvvəlki dövrə aid edilir. XIX əsrin 40-cı illərində Azərbaycana gətirilən və yüksək keyfiyyətə malik olan merinos qoyunu burada sonrakı əsrdə özünün daha geniş inkişafına başlamışdır. 1840-cı ildə Tavrida quberniyasından Azərbaycana köçürülən ruslar özlərilə bərabər merinos qoyunu gətirmiş və Azərbaycanın müəyyən ərazisində saxlamışlar. Rusiyanın Tavrida, Xerson və Yekaterinoslav quberniyalarından Azərbaycana gələn rus duxoborları da merinos qoyununu bu ərazidə inkişaf etdirmişdir. Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanın Kiçik Qafqaz hissəsində, xüsusilə Gədəbəy və Şəmkirdə 90 min baş merinos qoyunun olduğu göstərilir. Merinos qoyununun Azərbaycanda nisbətən geniş istifadə edilməsi təkcə ətlik deyil, həm də yüksək keyfiyyətli çox və zərif yununun olması ilə əlaqədardır.
Qala qoyunu
Qala qoyunu – əsasən Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən olan Qala kəndində xalq selleksiyası nəticəsində əldə edilmiş və bu günümüzə qədər qorunub saxlanılmış qoyun papulyasiyalarından biri. Qala qoyunu populyasiya kimi Şirvan cinsinin bir qolu sayılır. Məhdud ərazidə yayıldığı üçün cins deyil populyasiya sayılır. Heç təsadüfi deyildir ki, qoyunun adı da Qala kəndinin adından götürülmüşdür. Qala qoyun cinsinin saflaşdırılmasında, bərpasında, çoxaldılmasında, damazlıq-seleksiya işinin təkmilləşdirilməsində Abşeron heyvandarlıq təcrübə stansiyasınin aparıcı elmi işçisi, kənd-təsərüfatı elmləri namizədi Nəcəf Nəcəfovun əvəzsiz xidmətləri olmuşdur. Qala qoyunu eyni zamanda seleksiyaçı-alim Nəcəf Nəcəfovun tərəfindən selleksiya nəticəsində yaradılmış məhsuldar Abşeron cinsinin əcdadı sayılır. Nəcəfov N.A. Qala qoyununun bəzi bioloji-təsərrüfat xüsusiyyətləri. // "Kənd təsərrüfatı elmi xəbərləri" jurnalı, №6, 1974. səh. 55-58.
Qar qoyunu
Qar qoyunu (lat. Ovis nivicola "qar olan sahələrdə yaşayan qoyun") — Boşbuynuzlular fəsiləsinə Qoyunlar cinsinə aid növ. Əsasən Şərqi Sibirdə yayılmışdır. Bəzi müəlliflər bu canlını müstəqil növ hesab etməyərək, onları Ovis canadensis növünün Ovis canadensis nivicola yarımnövü hesab edirlər. Orta ölçülərə malik qoyun yığcam bədən quruluşuna malikdir. Başı elədə böyük deyil. Qulaqları qısadır (11 sm). Boynu qısa və enlidir. Quyruğuda olduqca qısa və kökdür. Yetkin erkəklərin uzunluğu 140–188 sm, hündürlüyü 76–112 sm, çəkisi 56–150 kq təşkil edir.
Qarabağ qoyunu
Azərbaycanda şöhrət tapan, qədim və ən geniş yayılan qoyun cinslərindən biri Qarabağ qoyunudur. Qarabağ qoyun cinsi Dağlıq Qarabağ, Kəlbəcər, Gürcüstan, Ağdam, Cəbrayıl, Mil düzü və Muğan düzündə daha geniş inkişaf tapmışdır. Belə bir fikir var ki, Qarabağ qoyunu yerli qoyun cinsilə Ön Asiya quyruqlu qoyun cinsinin cütləşməsindən əmələ gəlmişdir. Bu cins yaraşıqlı görkəmi, yağlı quyruqluluğu, şirin əti və nisbətən zərif yunu ilə səciyyələnir. Bu cins doğuma da çox həssasdır. Əgər faraş və düzgün döl edilərsə, Qarabağ qoyunu ildə iki dəfə bala verə bilər. Qarabağ qoyunu dözümlülüyü, yorulmadan uzaq yol getməsi, qış şəraitinə və alafın azlığına qane olması ilə də fərqlənir. Qarabağ cinsi bozax, şirvan və başqa yerli qoyun cinslərinin təşəkkül tapmasında ana cins rolunu oynamışdır. Azərbaycanın qoyun cinsləri arasında Qarabağ qoyun cinsi diri çəkisinin çoxluğu ilə də diqqəti cəlb edir. Bu cinsdən olan qoyunların çəkisi 45-50 kq, erkəklərinki isə 60-65 kq-dan çox olur.
Qaradolaq qoyunu
Ağcabədi rayonunun Qaradolaq kəndində Qarabağ qoyunlarının xüsusi bir cinsi kimi formalaşan qaradolaq qrupu yaranmışdır. Qaradolaq qoyunu XIX əsrin sonu XX əsrin əvvəllərində Qarabağın bir sıra yerlərində geniş yayılmış və bir sıra üstünlüklərinə görə şöhrət tapmışdır. Bu qoyun Qarabağ qoyun cinsinə xas olan əsas xüsusiyyətlərini saxlayaraq ondan caydaq, çəkisinin ağırlığı və yununa görə fərqlənmişdir. Qaradolaq ana qoyunlarının çəkisi orta hesabla 60-70 kq, erkəklərinin çəkisi isə 70-90 kq-a qədər olur. Lakin onların içərisində 90-110 kq və daha artıq olanı da məlumdur. Qaradolaq kəndindən bu münasibətlə toplanan etnoqrafik materiallardan aydın olur ki, qaradolaq qoyunlarının göstərilən üstünlükləri onların xalq empirik üsulu ilə seçilib bəslənilməsi və yerli şəraitin daha əlverişliliyindən irəli gəlir. Onu da qeyd etmək lazımdır ki, qaradolaq qoyununun formalaşmasında türkmən qoyununun da xeyli təsiri olmuşdur. Qocalar belə nəql edirlər ki, qaradolaq türkmən qoyunlarının cütləşməsindən yaranmışdır. Bu təsir Abşeronun Qala qoyunu vasitəsilə keçmişdir.
Qaragül qoyunu
Qaragül qoyunu — qabayunlu qoyun cinsi. Əsasən dərisindən və südündən istifadə edilir.. Qaragül qoyunu əsasən Türkmənistan və İranda saxlanılır. Qaraqul xəzinə müxtəlif cins qoyun qurularının dərilərinə aid edilir və bunlar da özlərinin ilkin tük örtüyünün burulma quruluşuna görə fərqlənirlər. Qaraqul xəzi aşağıdakı kimi fərqlənir: təmizcinsli qara rəngli qaraqul; təmizcinsli rəngli qaraqul; təmizcinsli boz rəngli qaraqul; metis (quyruqlu) qara rəngli qaraqul; metis (quyruqlu) rəngli qaraqul; metis cinsdən olan qara rəngli qaraqul; metis müxtəlif cinsdən olan rəngli qaraqul; Doğulmayan, qaraqul cinsli quzu dərisi qaragülçə Bunlar yaş fərqinə görə (hətta bir aya qədər günlərin sayına görə) və tük örtüyünün inkişaf dərəcəsinə görə üç yerə ayrılır: qolyak-lütcə (cox zəif tük örtüyü olan) Muar-cox qısa parlaq, iynəyəbənzər dalğavari tük örtüklü (qaragülçə ölü) Klyam zahılığın axırıncı mərhələsindəki embrion dərisi və doğulmuş 1–2 günlük quzu dərisi; tük örtüyü müardan çoxdur və burulma təzə başlayır(buna qaragül-qaragülçəsi deyilir) Sumuşka- doğlmuş, 2–4 günlük quzu dərisi: Yaxobob-doğuluş 1-aya qədər qaraqul cinsli quzu dərisi. Merluşka:-30 günlük quzu dərisi (qara palıdı və ağ rəngli) Qaragül xəzi müxtəlif qoyunların quzu dərilərindən ibarətdir. Qara, boz və çal rəngli təmiz cinsli qaragül dərisi, qara və əlvan rəngli müxtəlif cinslərin (zərif yunlu qoyunlardan başqa) qarışığından olan qaragül dəri saf və qarışıq cinsli qaragülçə (doğulmamış quzu), təbii və boyanmış krım dərisi, təbii və boyanmış güllü dəri, Rusiya və səhra müarının dərisi , güllü və safcinsli yaxobab dərisi bu qrupa daxildir. Bunlardan başqa sənayedə şiraz, Xorason, Əfqan, Tehran, Qərbi Cin və Monqolustan quzu dəriləri də emalı edilir. Qaraqul quzu dərisi qoyunların tükü yaşına görə çox dəyişilir. Dəriyə qiymət verilməsində bu halın çox böyük əhəmiyyəti vardır.
Qaraçay qoyunu
Qaraçay cins qoyunu — cod yunlu qoyun növünün ən qədim cinslərindən biridir. Qoyunların vətəni Kuban çayının mənbəyində yerləşən yüksək dağlıq ərazi Qaraçay ərazisidir. Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nəşrində (Moskva: 2015) "İstifadəsi üçün təsdiqlənmiş Damazlıq Nailiyyətlərinin Dövlət Reyestri"ndə Qaraçay qoyun cinsi 9354024 nömrəsi siyahıya alınmışdır (yaradıcılar # 296, 5670, 14214).. Qaraçay cinsindən olan qoyunların yetişdirilməsi üçün ənənəvi bölgələr Şimali Osetiya, Kabarda-Balkariya, Qaraçay-Çərkəz torpaqlarıdır. Ətlik,yunluq,südlük qoyunlardır. İl boyu otlaqlarda otarılır. Qaraçay qoyun cinslərinin yetişdirilmə vaxtı məlum deyil, lakin XIX-XX əsrlərin əvvəllərində geniş tanındı və əvvəllər bilinsə də Qafqaz bölgəsinin hüdudlarından kənara çıxaraq daha çox məşhurlaşdı. Bu ərazidə macarların əcdadlarının izlərini tapmaq üçün 1829-cu ildə Şimali Qafqaza səyahət edən Macarıstanlı alim Jan-Şarl de Bess qeyd edri: “Qaraçaylar gözəl cins atlar yetişdirməklə yanaşı, çox sayda cins öküz və qoyun da saxlayırlar. Bir qayda olaraq, sakinlər quzu əti yeyirlər; çox keyfiyyətli kərə yağı və pendir də hazırlayırlar." Q. İ. Fillipsonun qeyd etdiyi kimi, “səyahətlərim zamanı, onların obalarında tez-tez gecələyib, istirahət etdim və çobanların bizə verdiləri ziyafətlərdə kabab yedim. Qaraçay quzusu ən yaxşı dana ətindən dadlıdır və xüsusi bir ləzzətə malikdir, yəqin ki, aralarında çoxlu ətirli dağ çiçəklərinin də olduğu dağların otları ilə bəslənirlər.
Qoyunbinəsi
Qoyunbinəsi — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əhali yayı yaylaqda, qışı isə aranda-Qoyunbinəsi kəndində olur. Kəndin əhalisi əsasən qoyunçuluqla məşğul olduğu üçün kənd Qoyunbinəsi adlandırılmışdır.

Digər lüğətlərdə