is. [
ər. ] Acıma, yazığı gəlmə, ürəyi yanma; mərhəmət.
Şahın zülmü yüz olar; Rəhmini görən olmaz. (Bayatı).
Onun heç bir rəhmi, insafı yoxdurmu? M.S.Ordubadi.
□ Rəhm etmək (köhnə forması: rəhm qılmaq) – yazığı gəlmək, halına acımaq, ürəyi yanmaq, mərhəmət etmək.
Yandırma mənim canımı, öz canına rəhm et. Qövsi.
Vaqifə rəhm eylə, bari, ilahi; Agah et dərdindən ol üzü mahi. M.P.Vaqif.
Sənə nə qədr dedim, rəhm qıl mənə, getmə. X.Natəvan.
Rəhm oyanmaq – bax
rəhmə gəlmək.
[Nərgiz:] Qəsdən dayandım ki, bəlkə ürəyimə qan gələ, rəhm oyana. B.Bayramov.
Rəhmə gəlmək – acımaq, yazığı gəlmək, ürəyi yanmaq.
Aşiqinə qanlar ağladan dilbər; Rəhmə gəlib göz yaşını silməzmi? M.P.Vaqif.
[Balaş Gülüşə:] Müqəssir mən özüməm, bacıcan, mənə rəhmin gəlsin. C.Cabbarlı.
Rəhmə gətirmək – insafa gətirmək, ürəyində mərhəmət hissi oyandırmaq.
Rəhmi gəlmək – bax
rəhm etmək.
[Sultan bəy:] [Arşınmalçının] amma xalasını alardım və bir söz deyən olsa idi, deyərdim ki, bir fağır dul arvad idi, rəhmim gəldi, aldım. Ü.Hacıbəyov.
Sənubərin sinəsi qabardı, anasına rəhmi gəldi. B.Bayramov.